Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-170/2026 10.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddət bərpasından imtina, qüvvə) X5 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli 2(039)-2653/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında ərizəsinin təmin edilməməsi barədə Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2026-cı il tarixli, e-2(039)-2653/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qayda iddiaçı "xxxx" KB ASCnin xeyrinə 23576,1 AZN əsas, 3420,76 AZN faiz, 1293,84 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 28290,70 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 175,28 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli e-2(039)-2653/2025 saylı qətnaməsinə əsasən, əsas kredit borcu 23576,1 manat, faiz borcu 2057,32 manat və cərimə borcu 23 manat, cəmi 25656,42 manat borc və ödənilmiş 175,28 manat məbləğində dövlət rüsumu xx.xx.1979-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonunun Malbinəsi kəndində qeydiyyatda olan Cavabdeh1 və xx.xx.1960-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 alınaraq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Cavabbdeh Cavabdeh1 07 yanvar 2026-cı il tarixdə Yevlax Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli e-2(039)-2653/2025 saylı qətnaməsi üzrə apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2026-cı il tarixli, e-2(039)-2653/2025 nömrəli qərardadına əsasən, YYevlax Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli 2(039)- 2653/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina edilməsi, Yevlax Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli 2(039)-2653/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2026-cı il tarixli e-2(039)-2653/2025 saylı qərardaddan Cavabdeh1 tərəfindən şikayət verilmişdir. Yevlax Rayon Məhkəməsinin 04 fevral 2026-cı il tarixli, e-2(039)-2653/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X4 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2026-cı il tarixli, e- 2(039)-2653/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli 2(039)-2653/2025 saylı qətnaməsi “Elektron Məhkəmə İnformasiya” sistemində yaradılmış elektron kabinetə 20 noyabr 2025-ci il tarixdə yerləşdirilmiş, həmin qətnamə Cavabdeh1 elektron kabintinə həmin tarixdə yerləşdirilmişdir (əsas: Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış). Cavabdeh1 Yevlax Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli 2(039)-2653/2025 saylı qətnaməsindən müddətin bərpa edilməsi barədə ərizəsi 07 yanvar 2026-cı il tarixdə “Elektron Məhkəmə İnformasiya” sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərək buraxılmış müddətin bərpa edilməsini və apelyasiya şikayətin Şəki Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Lakin müddətin üzrlü səbəbdən buraxılmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apellyasiya şikayəti 01 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2026-cı il tarixli, e-2(039)-2653/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2026-cı il tarixli, e-2(039)-2653/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2026-cı il tarixli, e-2(039)-2653/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-170/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-170/2026
10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver