Məhkəmə qərarları › İş №2(3-10)-171/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-171/2026

23.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-171/2026 23.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi tələbi) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, Iddiaçı İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə ##.##.2022-ci il tarixli, BPM************ nömrəli kredit müqaviləsinə əsasən, 299.68 manat əsas, 9.93 manat cərimə borcu, ##.##.2023-cü il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsi üzrə 9669.09 manat əsas, ##.##.2024-cü il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsi üzrə 149.02 manat əsas və ##.##.2024-cü il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsi üzrə 1861.52 manat əsas borc olmaqla, ümumilikdə, 11989.24 manat pul vəsaitinin, həmçinin ödənilmiş 218.30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Göyçay” filialı ilə X1 arasında bağlanmış ##.##.2022-ci il tarixli, BPM************ nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 300 manat məbləğində kredit limiti açılmışdır. İddiaçı ASC-nin “Göyçay” filialı ilə X1 arasında bağlanmış ##.##.2023-cü il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 14000 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. Həmçinin, İddiaçı ASC-nin “Göyçay” filialı ilə X1 arasında bağlanmış CL-EE********* nömrəli ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə 850 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. İddiaçı ASC-nin “Göyçay" filialı ilə X1 arasında bağlanmış ##.##.2024-cü il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə 3000 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X1 ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Göyçay rayon notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X1 ##.##.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün ##.##.2025-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsə Cavabdeh ##.##.2025-ci il tarixli vərəsəlik hüququ haqda şəhadətnamə verilmişdir. Maliyyə arayışına əsasən Cavabdeh ##.##.2022-ci il tarixli, BPM************ nömrəli kredit müqaviləsinə əsasən kredit borcu üzrə banka ödənilməmiş 299.68 manat əsas, 9.93 manat cərimə borcu, ##.##.2023-cü il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsi üzrə 9669.09 manat əsas, ##.##.2024-cü il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsi üzrə 149.02 manat əsas və ##.##.2024-cü il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsi üzrə 1861.52 manat əsas borc qalmışdır. Cavabdeh Cavabdeh X1 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, İddiaçı ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən ##.##.2025-ci il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa hazırki mübahisə üzrə iddia qiyməti cəmi 11989.24 manat olduğundan, tərəflərindən 218.30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir.

3. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Gülnaz Qurbanova) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixli, BPM************ nömrəli, ##.##.2023-cü il tarixli, CL- EE********* nömrəli, ##.##.2024-cü il tarixli, CLEE********* nömrəli və ##.##.2024-cü il tarixli, CL-EE********* nömrəli kredit müqavilələrinə əsasən 342.73 (üç yüz qırx iki manat yetmiş üç qəpik) məbləğində borcun iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdeh Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) manat məbləğində xidmət haqqının iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 740.1, 740.4, 742.5.2, 743.1, 743.2, 1151.1, 1306.1, 1306.2, 1306.5 maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli qərarına istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ##.##.2022-ci il tarixli, BPM************ nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Göyçay” filialı ilə X1 arasında illik 24 faiz olmaqla 36 ay müddətinə 300 manat məbləğində kredit limiti açılmışdır. ##.##.2023-cü il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Göyçay” filialı ilə X1 arasında illik 18.9 faiz olmaqla 36 ay müddətinə 14000 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. ##.##.2024-cü il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Göyçay” filialı ilə X1 arasında illik 15.9 faiz olmaqla 12 ay müddətinə 850 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. ##.##.2024-cü il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Göyçay” filialı ilə X1 arasında illik 18.9 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. ##.##.2022-ci il tarixli, BPM************ nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X1 ##.##.2025-ci il tarixə İddiaçı ASC-nə 299.68 manat əsas, 9.93 manat məbləğində cərimə borcu vardır. ##.##.2023-cü il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X1 ##.##.2025-ci il tarixə İddiaçı ASC-nə 9669.09 manat məbləğində borcu vardır. ##.##.2024-cü il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X1 ##.##.2025-ci il tarixə İddiaçı ASC-nə 149.02 manat məbləğində borcu vardır. ##.##.2024-cü il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X1 ##.##.2025-ci il tarixə İddiaçı ASC-nə 1861.52 manat məbləğində borcu vardır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Qanuni vərəsəlik hüququ haqqında ##.##.2025-ci il tarixli, reyestrdə 2V-402 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2024-cü il tarixdə vəfat etmiş X1 vərəsələri Göyçay rayou Bığır kəndində yaşayan Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli arayışına əsasən 342.73 manat əmək pensiyasından ibarətdir. Bildirişdən görünür ki, mərhum X1 adına olan kredit müqaviləsi üzrə öhdəliyin vaxtında icra edilməsi barədə vərəsəsi Cavabdeh iddiaçı İddiaçı ASC tərəfindən xəbərdar olunmuşdur. Işə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 218 manat 30 qəpik məbləğində pul iddiaçı İddiaçı ASC tərəfindən ödənilmişdir (********** saylı qəbz).

6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı ASC аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı İddiaçı ASC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, “xxxx” ASCnin “Göyçay” filialı ilə X1 arasında bağlanmış BPM221530989781nömrə li ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 36 ay müddətinə 300 manat məbləğində kredit limiti açılmışdır. İddiaçıASC-nin “Göyçay” filialı ilə X1 arasında bağlanmış CL-EE********* nömrəli ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, 36 ay müddətinə 14000 manat məbləğində elektron təsdiq yolu ilə (OTP)kredit verilmişdir. Həmçinin, “xxxx” ASC-nin “Göyçay” filialı ilə X1 arasında bağlanmış CL-EE002827904nömrəli ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, 12 ay müddətinə 850 manat məbləğində elektron təsdiq yolu ilə (OTP)kredit verilmişdir.İddiaçıASC-nin “Göyçay” filialı ilə X1 arasında bağlanmışCL-EE002861436nömrəli ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, 24 ay müddətinə 3000 manat məbləğində elektron təsdiq yolu ilə (OTP)kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyənedilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. BorcluX1 ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Göyçay rayon notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X1##.##.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün ##.##.2025-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsə Cavabdeh ##.##.2025-ci il tarixli vərəsəlik hüququ haqda şəhadətnamə verilmişdir. Maliyyə arayışına əsasən, Cavabdeh BPM221530989781nömrəli ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, kredit borcu üzrə, Banka ödənilməmiş– 299.68 manat əsas, 9.93 manat cərimə borcu, CL-EE002137532nömrəli ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 9669.09 manat əsas, CL-EE002827904nömrəli ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 149.02 manat əsas və CL-EE********* nömrəli ##.##.2024- cü il tarixli kredit müqaviləsi üzrə 1861.52 manat əsas borc qalmışdır.Cavabdeh CavabdehX1 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, İddiaçı ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçıtərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.Cavabdeh Cavabdeh borcun qaytarılması haqqında tərəfimizdən ##.##.2025-ci il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini tam şəkildə yerinə yetirmədiyindən tərəfimizdən iddia ərizəsi ilə Göyçay RayonMəhkəməsinə müraciət edilmişdir. Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə tərəfindən düzgün qərar qəbul edilməmişdir. Hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Qanun üzrə vərəsəlik şəhadətnaməyə əsasən vərəsə Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Cavabdeh Cavabdehmiras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. CavabdehCavabdehməhkəməyə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa miras qoyanın borclarının mirasdan çox olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Hazırki işdən isə aydın olur ki, birinci instansiya məhkəməsi iş üzrə sübutetmə yükünü yalnızca iddiaçının üzərinə qoymaqla, yekunda səhv nəticəyə gəlmişdir. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Sözügedən iddia tələbi üzrə öhdəlik borclunun şəxsi iştirakı olmadan icra edilməsi mümkün olan öhdəliklər sırasına daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, X1 mirası qəbul etmiş vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Göyçay rayon notariat ofisi tərəfindən göndərilən məktuba əsasən vərəsə Cavabdeh miras əmlakından tam hissədə pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. ##.##.2025-ci il tarixli Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsibarədə Azərbaycan Respublikasının Qanununa əsasən, Mülki Məcəlləyə əlavə edilən 1306.5-ci maddəyə əsasən: Mirasınnotarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Lakin məhkəmə gedişatında vərəsə miras qoyanın borclarının mirasdan çox olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Yuxarda qeyd edilən hüquq normalarından da görünür ki, vərəsə miras qoyanın borclarını kreditor qarşısında miras aktivi həddində ödəməyə borcludur. Həmçinin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsənin üzərinə qoyulmuşdur. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdəntam tutularaq iddiaçının xeyrinə ödənilməldir. Lakin, məhkəmə qeyd edilən halları, nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir. Odur ki, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Lakin məhkəmə qeyd edilən halları nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd edilən qərara əsasən, borclunun ölümü halında, ilk növbədə mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı isə qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras qoyandan qəbul edilmiş mirasın həcmi ilə məhdudlaşdırılmışdır. Qərara əsasən artıq cavabdehlər miras qoyanın vərəsələri hesab edildiyindən güman edilir ki, onlar miras qoyandan qalmış digər əmlakları da qəbul edəcəklər. Onlar tərəfindən qəbul ediləcək əmlakların qəbul edilib-edilməməsi və onların həddi isə icra mərhələsində həll edilməlidir. Bu da öz növbəsində onu göstərir ki, X1mirası qəbul etmiş vərəsəsi Cavabdeh olduğundan, onlar miras qoyandan qalmış digər əmlakları da qəbul edəcəklər. Onlar tərəfindən qəbul ediləcək əmlakların q ə b ul edilib-edilməməsi və onların həddi isə icra mərhələsində həll edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini tam təmin edərək vərəsədən tam məbləği tutmalı idi. Birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməsi məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına səbəb olur.

8. Ona görə də, Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, X1 mirası qəbul etmiş vərəsəsi Cavabdeh iddiaçı İddiaçı ASCnin xeyrinə BPM************ nömrəli ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 299.68 manat əsas, 9.93 manat cərimə borcu, CL-EE002137532nömrəli ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 9669.09 manat əsas, CL-EE********* nömrəli ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 149.02 manat əsas və CLEE002861436nömrəli ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 1861.52 manat əsas borc olmaqla, ümumilikdə, 11989.24 manat pul vəsaitinin, həmçinin ödənilmiş 218.30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdeh Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, X1 mirası qəbul etmiş vərəsəsi Cavabdeh iddiaçıİddiaçı ASC-nin xeyrinə xeyrinə BPM************ nömrəli ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 299.68 manat əsas, 9.93 manat cərimə borcu, CL-EE002137532nömrəli ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 9669.09 manat əsas, CL-EE********* nömrəli ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 149.02 manat əsas və CLEE002861436nömrəli ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 1861.52 manat əsas borc olmaqla, ümumilikdə, 11989.24 manat pul vəsaitinin, həmçinin ödənilmiş 218.30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən irasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1254-ci maddəsinə əsasən (köhnə redaksiyada). Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur. 1255-ci maddəsinə əsasən (köhnə redaksiyada) qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. 1269-ci maddəsinə əsasən (köhnə redaksiyada) mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. 1306.1-ci maddəsinə əsasən (köhnə redaksiyada) vəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibəti əmələ gələrkən qüvvədə olan) mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

16. Iddiaçı Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır.

18. Birinci instansiyası məhkəməsi öz qətnaməsini cavabdehə münasibətdə onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ASC ilə Cavabdeh arasında ##.##.2022-ci il tarixli, BPM************ nömrəli kredit müqaviləsinə əsasən illik 24 faiz olmaqla 36 ay müddətinə 300 manat məbləğində kredit limiti açılmışdır. ##.##.2023-cü il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsinə əsasən illik 18.9 faiz olmaqla 36 ay müddətinə 14000 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. ##.##.2024-cü il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsinə əsasən illik 15.9 faiz olmaqla 12 ay müddətinə 850 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. ##.##.2024-cü il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsinə əsasən illik 18.9 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. X1 bank qarşısında üzərinə götürdüyü öhdəlik vərəsəsi tərəfindən yerinə yetirilməmiş, kredit borcu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarılmamışdır. Borclu X1 ##.##.2024-cü il tarixdə vəfat etmiş, X1 vəfatından sonra Cavabdeh X1 qalan əmək pensiyasını qəbul etmiş miras əmlaka münasibətdə məsuliyyət daşıyır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, iddiaçı İddiaçı ASC ilə X1 arasında etibarlı kredit müqavilələrinin bağlanmasına baxmayaraq, kredit müqavilələri üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyindən, borclu X1 vəfat etməsindən sonra miras əmlakı qəbul etmiş vərəsəsi borclu qismində payına mütənasib surətdə miras qoyanın borclarını ödəməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixli, BPM************ nömrəli, ##.##.2023-cü il tarixli, CL-EE********* nömrəli, ##.##.2024-cü il tarixli, CL-EE********* nömrəli və ##.##.2024-cü il tarixli, CL-EE********* nömrəli kredit müqavilələrinə əsasən 342 manat 73 qəpik məbləğində borc iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

19. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işdə olan ##.##.2025-ci il tarixli, reyestrdə 2V-402 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2024-cü il tarixdə vəfat etmiş X1 vərəsələri Göyçay rayonu Bığır kəndində yaşayan Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli arayışına əsasən 342.73 manat əmək pensiyasından ibarətdir.

20. Birinci instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində (## #### 2025-ci il tarixə kimi olan redaksiyada) təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

21. Hazırki işdə isə borclunun vəfatından sonra cavabdeh, yəni miras qoyanın yeganə vərəsəsi, vərəsəlik qaydasında keçə biləcək miras əmlakın miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edə bilməmişdir.

22. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin rədd edilmiş hissədə ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin rədd edilmış “cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixli BPM************ nömrəli, ##.##.2023-cü il tarixli CL-EE********* nömrəli, ##.##.2024-cü il tarixli CLEE********* nömrəli və ##.##.2024-cü il tarixli CL-EE********* nömrəli kredit müqavilələrinə əsasən 11 646 manat 51 qəpik borcun və 188 manat 30 qəpik məbləğində dövlət rüsumunun iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması” hissədə ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixli BPM************ nömrəli, ##.##.2023-cü il tarixli CL-EE********* nömrəli, ##.##.2024cü il tarixli CLEE********* nömrəli və ##.##.2024-cü il tarixli CL-EE********* nömrəli kredit müqavilələrinə əsasən 11 646 manat 51 qəpik məbləğində borc və 188 manat 30 qəpik məbləğində dövlət rüsumu iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulsun. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar