Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-178/2026 14.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əsassız varlanma, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: Işin halları
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır və həmdə onunla qohumluq münasibəti vardır. Cavabdeh Zaqatala şəhərində qadın geyimləri mağazasını işlədir. Mağazasına qadın geyimləri gətirməsi üçün pul lazım olduğunu və ticarətini genişləndirəcəyini, özü işlətdiyi mağazadan əlavə yeni bir mağaza açacağını bildirərək ondan iş qurmaq adı ilə borca pul istəmişdir. O da ona inanaraq 2 dəfəyə ümumilikdə 25500 manat pul vermişdir. Ilkin olaraq 15500 manat və daha sonra isə 10000 manat pul vermişdir. 25500 manat puldan cəmi 2500 manat pul ödəmişdir. Cavabdehin halhazırda ona 23000 manat borcu qalmışdır. Dəfələrlə pulun qaytarmasını xahiş etsə də borcunu ödəyəcəyinə söz vermişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh təkcə ondan deyil, Səmra Davudova, Məryəm Əlizadə, Naira Musayeva və bir neçə şəxsdən külli miqdarda pullar alaraq həmin pulları mənimsəmişdir. Zaqatala rayon Polis şöbəsinə Cavabdeh şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh şikayət ərizəsi əsasında Zaqatala rayon Polis şöbəsində araşdırılma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şikayət ərizəsi üzrə izahatı alınmış Cavabdeh İddiaçı borca pul götürdüyünü etiraf etmişdir. Iddia ərizəsinə əlavə edilən sənədlər və cavabdeh ilə aramızda olan watsap yazışmaları ilə müəyyən olunur ki, cavabdehin ona 23000 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə çıxış edərək bildirdi ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23000 manat məbləğində pulun, 320 manat vəkilə ödənilmiş xidmət haqqının və 159 manat dövlət rüsumunun, cəmi 23479 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda borca pul almış, lakin sonuncu dəfə almış olduğu 15500 manat və daha sonra almış olduğu 10000 manat puldan cəmi 2500 manat pul ödəniş etmişdir. Cavabdehin halhazırda iddiaçıya 23000 manat borcu qalmışdır. Dəfələrlə pulun qaytarmasını xahiş etsə də borcunu ödəyəcəyinə söz vermiş, lakin ödəməmişdir. Cavabdeh borcunu ödəməkdən yayınmaq məqsədi ilə Zaqatala rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək guya iddiaçıya qızıllar verdiyini, qızılların əvəzində iddiaçı özünə pul vermədiyini bildirmişdir. Bundan əlavə, cavabdeh eyni əsaslarla Səmra Davudova və Məryəm Əlizadə barəsində də polis şöbəsinə şikayətlər etmişdir. Cavabdeh Səmra Davudova, Məryəm Əlizadə, Vəfa Həsənova və Naira Musayeva və bir neçə şəxsdən külli miqdarda pullar alaraq həmin pulları mənimsəmişdir. Cavabdehin iddiaçı İddiaçı barəsində şər və böhtan xarakterli ərizə yazaraq polis şöbəsinə şikayət etməyinin yeganə məqsədi Günaya olan borcunu ödəməməsi, Günay ondan pul istəməsin deyə Günaya hüquq mühafizə orqanlarına şikayət edərək, guya Günaya qızıllar verdiyini, Günay isə ona pul vermədiyini, qızıllarını geri qaytarmadığını və nəticədə Günayın puldan imtina etməsi məqsədi daşımışdır. Cavabdeh bu hərəkətlərini planlı şəkildə həyata keçirmişdir. Cavabdeh ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçıya göndərmiş olduğu pulların qəbzlərini təqdim etmişdir. Həmin pulların göndərilmə tarixlərinə fikir versək pulların İddiaçı göndərilməsi 2024-cü il mart-aprel ayları arasında həyata keçirilmişdir. Lakin cavabdeh ilə iddiaçı arasında mübahisələndirilən 23000 manat pul tələbi ## #### 2024-cü il (haziran) ayında olmuşdur. Məhkəmə iclasında cavabdehdən iyun ayına olan ödəniş qəbzlərinin təqdim edilməsini tələb etsəmdə cavabdeh israrla borcu olmadığını, pulu artıq ödədiyini bildirmişdir. Iş materiallarına əlavə edilən ## #### 2024-cü il tarixli vatsap yazışmasında 7500 və 15500 manat məbləğdən bəhs olunur. Daha sonra cavabdeh 15500 manat məbləğin gəldiyini bildirir. Daha sonrakı yazışmalarda cavabdeh ## #### 2024-cü il tarixdə pulu düzəldəcəyini bildirmişdir. Bundan əlavə, ##.##.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd olunmasına dair qərarda Cavabdeh guya Gunay Butdayevaya 35000 AZN-lik qızıl-zinət əşyaları verdiyini, Gunay isə əvəzində ona pul vermədiyini bildirmişdir. Qızıl zinət əşyalarına dair hissəyə münasibət olaraq bildirir ki, həmin hissəyə ##.##.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd olunmasına dair qərarla münasibət bildirilmiş, cavabdehin şikayət ərizəsində qeyd etdiyi hallar öz təsdiqini tapmadığından rədd edilmişdir. Bundan əlavə ##.##.2025-ci il tarixli qərarda cavabdeh pulları Günaya Nadir və Tural adlı şəxslə göndərdiyini, 2024-ci il iyun ayının ortalarında tanışı Həsənova Vəfa adlı şəxsdən 12000 manat pulu Günaya dayısı arvadının evində verdiyini, bu bəs etmədikdə 2024-cü ilin iyun ayının ortalarında tanışı Elşaddan 15000 manat borc pul alıb aparıb X1 kəndində bibisinin evində verib borcunu bağladığını bildirmişdir. Daha sonra Günay ona pul verməyi təklif etmiş, oda iyun ayının ortalarında 35000 manatlıq qızılları Günaya vermiş, Günay isə 3-4 günə pul verəcəyini demiş, lakin Günay ona pul vermədiyini bildirmişdir. Cavabdeh iddiaçıya olan borcunu iyun ayında tam bağladığını bildirsə də, aralarında keçirilmiş, üzləşdirmə istintaqı zamanı Cavabdeh Günayın ondan qızılları götürüb pul vermədiyini, qızıllardan əvvəl onun Günaya 15000 manat borcu olduğunu bildirmişdir. Günay ona demişdir ki, Elşaddan pul götürüb onun borcunu bağlasın. O Elşaddan 15000 manat borc götürüb, Günaya verib, Günaya olan borcunu bağlamış, sonra qızılları girov qoymuşdur. ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda Cavabdeh İddiaçı qızıllar verməklə 9400 manat pulun İddiaçı tərəfindən özünə verildiyini etiraf etmişdir. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla o da müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıdan pul alması öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh özü də etiraf etmişdir ki, həqiqətən iddiaçıdan pul almışdır. Iddiaçı isə cavabdehin 2024-cü il iyun ayında olan borcundan hər hansı məbləğdə pul ödəmədiyini bildirmişdir. Cavabdehdə iddiaçıya borcun olmadığını, borcu ödədiyi bildirmişdir. Mülki Prosessual qanunvericiliyə əsasən cavabdehin iddiaçıya borcunun ödəməsini, borcu olmamasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Əgər cavabdeh həqiqətən borcunu ödəmişdirsə qeyd olunan yazışmaların yəni ## #### 2024-cü il tarixdən sonra iddiaçıya borcunun ödənilməsini əks etdirən sənədlər təqdim etsin. Cavabdeh isə məhkəmə iclası zamanı da bunu sübuta yetirə bilməmiş, bunu yalnız öz formal mülahizələri ilə əsaslandırmağa iddiaçı ilə arasında olan 2024 mart-aprel aylarına olan ödəniş qəbzlərinə istinad etmişdir. Halbuki iddiaçı cavabdehlə arasında olan 2024-cü il iyun ayına olan borcunu tələb edir. Bundan əlavə cinayət işi üzrə şahid qismində dindirilmiş və Zaqatala rayon Məhkəməsinin icraatında olan X4 cinayət işi üzrə zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, hər iki şəxsi tanıyır. Sabina onu aldatmış, şərikli mağaza açmaq adı ilə 17000 manat pulunu mənimsəmişdir. Sabina ona demişdir ki, “Günaya qızılları verdiyini gözünlə gördüyünü de, qızılları Günaydan alandan sonra sənin pulundan 6000 (altı min) manat pul verəcəyəm. Əgər qızılları Günaydan almasam sənin pulundan verməyəcəyəm. O əvvəlcə Sabina ilə razılaşmış, daha sonra yalandan şahidlik etmək istəmədiyini bildirmişdir. Qeyd etdiklərini Sabina və Naira arasında olan yazışmalar ilə təsdqini tapır. Həmin yazışmalarda “Naira Sabinaya mənə dedin gəl şahidlik elə 6000 verəcəyəm sənin pulundan, Mən gedib yalandan şahidlik elədim. Yalandan şahidlik elədiyim üçün Günay məndən yapışıb. Sabina onun pulundan 6000 manatı verəcəyini bildirdiyi üçün yalandan şahidlik etdiyini” bildirmişdir. Bundan əlavə. Cavabdeh Günaya olan borcunu Tural və Nadir adlı şəxslə göndərdiyini bildirmişdir. ##.##.2025-ci il tarixdə cinayət işində şahid qismində adı keçən X5 ümumiyyətlə Cavabdeh tanımadığını, Cavabdeh ona ümumiyyətlə pul vermədiyini, eyni zamanda İddiaçı çatdırılması üçün pul vermədiyi bildirmişdir. Məhkəmə iclasında araşdırılan sübutlar və qeyd etdiklərimdən aydın olur ki, iddia tələbimiz əsaslıdır və təmin olunmalıdır. Bunun üçün məhkəmədən iddia ərizəmdə göstərilən və məhkəmə çıxışında qeyd olunların nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili Vəkil çıxış edərək bildirdi ki, Cavabdeh səksən minədək borcun qaytarılmasına dair qəbzlər təqdim edə bilir, lakin iddiaçı tərəf borcun iyun ayında Sabinəyə verilməsini təsdiq edən sübut təqdim edə bilmir. Iddiaçının təqdim etdiyi Votsap yazışmalarında pulların nə vaxt hansı məqsədlə verilməsi aydın deyil və mötəbər sübut hesab edilə bilməz. Üstəlik həmin yazışmaların məhz Sabinə Nuriyeva ilə aparılmasına dair sübut yoxdur. O iddia tələbinin rədd edilməsini xahiş edir.
5. Zaqatala Rayon Məhkəməsinin (hakim Zərifə Məmmədova) ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qızına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, 159 (bir yüz əlli doqquz) manat məbləğində dövlət rüsumunun, 320 (üç yüz iyirmi) manat vəkil xərcinin iddiaçı İddiaçı özünə aid edilməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında pul dövriyyəsi mövcud olmuş və bunu cavabdeh özü də etiraf edir. Iddiaçı İddiaçı 2 dəfəyə ümumilikdə 25500 manat pul borc verdiyini, bir dəfə 15500 manat digərində isə 10000 manat verməsini və cavabdehin həmin borcdan 23000 manatı qaytarmamasını bildirərək hazırki iddia tələbi ilə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək, əvvəllər iddiaçı İddiaçı ilə aralarında borc münasibətlərinin olduğunu və onun iddiaçıya hazırda borcunun olmadığını bildirmiş və 71000 manatın iddiaçı Günay Butdayevanın bank hesabına ödənilməsinə dair bank qəbzləri təqdim etmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə iddiaçının tələbinə münasibətdə qeyd etmişdir ki, tərəflər tələb olunan formada razılığa gəldiyi halda müqavilə bağlanmış sayılır. Mülki qanunvericiliyə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə 25500 manat borc verdiyini iddia edir və bunu iki dəfəyə etdiyini və hər dəfəsində verilən məbləğin üç min manatdan yuxarı olduğunu qeyd edir. Lakin iddiaçı İddiaçı tərəfindən mülki qanunvericilikdə üç min manatdan yuxarı məbləğlərin borc verilməsi zamanı mütləq şərt kimi nəzərdə tutulmuş yazılı formada tərtib edilmiş müqavilə təqdim edilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlə aralarında borc müqaviləsinin mövcudluğu iddia edilsə də, tərəflər arasında etibarlı borc müqaviləsindən irəli gələn münasibətlərin mövcudluğu sübuta yetirilmir.
10. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş Whatsapp sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmalara münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəf bu yazışmaların tərəfi olmasını qəbul etmir və yazışmaların cavabdeh tərəfindən aparılmasının eyniləşdirilməsini mümkün edən sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Yazışmaların məzmununa münasibətdə isə məhkəmə qeyd edir ki, həmin yazışmalarda müəyyən məbləğlər barədə məlumatlar yer alsa da, həmin məbləğin hansı şərtlərdə, kim tərəfindən, hansı məqsədlə vərilməsi və ya alınmasını müəyyən etmək mümkün deyil.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf sübutetmə yükünü həyata keçirə bilmədiyindən iddiaçı İddiaçı cavabdeh Cavabdeh qızına qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 159 (bir yüz əlli doqquz) manat məbləğində dövlət rüsumu, 320 (üç yüz iyirmi) manat vəkil xərci də iddia rədd edildiyindən onun özünə aid edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 405.1, 739.1, 739.2, 743.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin ## ###### 2006-cı il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
15. Iddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən mülki iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda cavabdeh tərəfindən verilmiş izahatlara düzgün hüquqi qiymət verilməmiş, ümumiyyətlə izahatlar nəzərə alınmamışdır.
16. Mülki iş materialına əlavə edilmiş ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda Cavabdeh İddiaçı 9400 manat pulun özünə verildiyini etiraf etmişdir. Bundan əlavə ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda Cavabdeh iddiaçıya olan borcunu iyun ayında tam bağladığını bildirsədə, aralarında keçirilmiş, üzləşdirmə istintaqı zamanı Cavabdeh İddiaçı ondan qızılları götürüb pul vermədiyini, qızıllardan əvvəl onun Günaya 15000 manat borcu olduğunu bildirmişdir.
17. Həmin izahatlarda cavabdeh iddiaçıdan pul götürməsini etiraf etmişdir. Mülki işin mübahisəsiz halı ondan ibarətdirki. tərəflər arasında borc pul münasibətləri mövcud olmuş, iddiaçıya dəfələrlə cavabdehə borca pul vermiş, cavabdeh iddiaçı tərəfindən əvvəllər vermiş olduğu pul məbləğlərini qaytarmış, lakin sonuncu dəfə 2024-cü il iyun ayında almış olduğu pulu iddiaçıya qaytarmamışdır. Heç vaxt tərəflər arasında olan münasibətlər yazılı formada rəsmiləşdirilməmiş, yalnız etibarlılıq və inam prinsipi əsasında davam etdirilmişdir. Cavabdeh iddiaçının tələb etdiyi pul məbləğinin iddiaçıya ödənilməsinə istinad etsədə məhkəməyə yalnız 2024-cü ili əhatə edən mart-aprel aylarının qəbzlərini əlavə etmişdir. Iddiaçı cavabdehə 2024-cü il iyun ayında vermiş olduğu borcun qaytarılmasını tələb etmiş, lakin cavabdeh məhkəməyə mart-aprel 2024-cü il tarixlərini əks etdirən ödəniş qəbzlərini təqdim etməklə israrla iddiaçıya olan borcunun ödənilməsini bildirmişdir.
18. Yuxarıda qeyd etdiklərindən aydın olur ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərindən irəli gələn borc hüquq münasibətləri olmuş və həmin münasibətlərin olması mülki iş materialların əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbini rədd edərkən Mülki Məcəllənin Öhdəlik hüquq münasinətlərini tənzimləyən normaları hazırki mülki mübahisəyə düzgün tətbiq etməmiş və nəticədə maddi hüquq normalarının tələblərini pozmuşdur.
19. MPM-nin 9.3-cü maddəsində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu göstərilir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız cavabdehin mövqeyinə münasibətdə icra etmişdir. Məhkəmə iş materillarına əlavə edilmiş sənədlərə, vatsap yazışmalarına, cavabdeh tərəfindən verilmiş izahatlara düzgün hüquqi qiymət verməmiş, öz qərarını iş materillarına əlavə edilmiş sənədlərə istinad etmədən əsaslandırma aparmışdır.
20. MPM-nin 218.1-ci maddəsinin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə əməl olunmamışdır.
21. Məhkəmə qətnamə qəbul edərkən tərəflər arasında olan münasibətlərin etibarlılıq və inam əsasında qurulmasını, tərəflər arasında olan hazırki mübahisəyə qədər heç vaxt yazılı müqavilə bağlamadan iddiaçının cavabdehə borc verməsini nəzərə almamışdır. Tərəflər arasında olan borc hüquq münasibətlərinin mövcudluğu cavabdeh tərəfindən qəbul edilmiş, lakin cavabdeh iddiaçıya olan borcunu ödəməsini bildirmişdir.
22. Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında borc pul münasibətləri mövcud olmuşdur. Ididaçı tərəfindən mülki işin mübahisəli halı cavabdeh tərəfindən borcun qaytarılmaması, cavabdeh tərəfindən isə işin mübahisəli halı iddiaçıya borcun olmamasından ibarətdir. Məhkəmə pulun qaytarılıb qaytarılmamasını müəyyən etməli olduğu təqdirdə tərəflər arasında olan münasibətləri düzgün qiymətləndirməmiş, iş materiallarına əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir.
23. Işdən görünür ki, cavabdeh iddiaçıdan müxtəlif tarixlərdə pullar götürdüyünü etiraf etmiş, lakin həmin məbləğləri qaytardığını bildirmişdir. Işin mübahisəli halı cavabdeh ilə iddiaçı arasında qalıq qalan mübahisələndirilən 23000 manat pul tələbi ilə bağlıdır. Mülki iş materialına əlavə edilən vatsap yazışmalarından görünür ki, tərəflər arasında 23000 manat pul ilə bağlı yazışmalar ## #### 2024-cü il (haziran) ayında olmuşdur. Cavabdeh israrla borcun olmamasını bildirərək, iddiaçıya borcunun ödədiyini bildirmiş, bunu təsdiq edən ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Ödəniş qəbzlərinə nəzər saldıqda həmin ödəniş qəbzlərindəki tarixlər 2024-cü ilin mart-aprel aylarını əks etdirir. Məhkəmə iclasında cavabdehdən 2024-cü il iyun ayına olan ödəniş qəbzlərinin təqdim edilməsini tələb etsədə cavabdeh israrla borcu olmadığını, pulu artıq ödədiyini bildirmişdir.
24. Iş materiallarına əlavə edilən ## #### 2024-cü il tarixli vatsap yazışmasında 7500 və 15500 manat məbləğdən bəhs olunur. Daha sonra cavabdeh 15500 manat məbləğin gəldiyini bildirir. Daha sonrakı yazışmalarda cavabdeh ## #### 2024-cü il tarixdə pulu düzəldəcəyini bildirmişdir.
25. Cavabdeh həqiqətən iddiaçıya borcun ödənilməsini bildirirsə bu zaman ## #### 2024-cü il tarixdən sonra olan ödəniş qəbzlərini məhkəməyə təqdim etməli idi. Nəzərə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh iddiaçıdan götürmüş olduğu pulun iddiaçıya qaytarmasını, bununla da hazırda borcunun olmamasını sübut etməli idi.
26. Işə mahiyyəti üzrə baxan Zaqatala rayon məhkəməsi cavabdehin etirazının əsası kimi istinad etdiyi halı, yəni iddiaçıya 23000 manat məbləğində borc məbləğinin iddiaçıya qaytarmasını sübut edə bilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya olan borcun ödənilməsinə dair mart-aprel 2024-cü ili əks etdirən qəbzlər təqdim edilsədə 2024-cü il iyun ayına olan 23000 manat borcun ödənilməsini əksetdirən hər hansısa bir qəbz işə əlavə edilməmişdir. Məhkəmə sübutetmə yükünü düzgün bölüşdürməmiş, etirazın əsası kimi cavabdeh tərəfindən istinad etdiyi halları sübuta yetirilməmişdir.
27. Qeyd edir ki, məhkəmə qərarında iddiaçı tərəfindən təqdim edilmiş Whatsapp sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmalara münasibətdə qeyd edir ki, cavabdeh tərəf bu yazışmaların tərəfi olmasını qəbul etmir və yazışmaların cavabdeh tərəfindən aparılmasının eyniləşdirilməsini mümkün edən sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Yazışmaların məzmununa münasibətdə isə məhkəmə qeyd edir ki, həmin yazışmalarda müəyyən məbləğlər barədə məlumatlar yer alsa da, həmin məbləğin hansı şərtlərdə, kim tərəfindən, hansı məqsədlə vərilməsi və ya alınmasını müəyyən etmək mümkün deyil. Məhkəmənin qeyd olunan mövqeyinə münasibət olaraq bildirir ki, vatsap yazışması olan +***** *** ** ** mobil telefon nömrəsinin cavabdeh özünə məxsus olduğunu məhkəmə iclasında etiraf etmişdir. Bundan əlavə yazışmaların cavabdeh tərəfindən aparılmasının eyniləşdirilməsini mümkün edən sübutlar kimi iş materialına video disk əlavə edilmişdir. Həmin disklə yazışmaların cavabdeh tərəfindən aparılması öz təsdiqini tapır.
28. Cavabdeh borcunu ödəməkdən yayınmaq məqsədi ilə Zaqatala rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək guya iddiaçıya qızıllar verdiyini, qızılların əvəzində iddiaçı özünə pul vermədiyimi bildirmişdir. Bundan əlavə cavabdeh eyni əsaslarla Səmra Davudova və Məryəm Əlizadə barəsindədə Polis şöbəsinə şikayətlər etmişdir. Cavabdeh Səmra Davudova, Məryəm Əlizadə, Vəfa Həsənova və Naira Musayeva və bir neçə şəxsdən külli miqdarda pullar alaraq həmin pulları mənimsəmişdir. Cavabdehin iddiaçı İddiaçı barəsində şər və böhtan xarakterli ərizə yazaraq Polis şöbəsinə şikayət etməyinin yeganə məqsədi Günaya olan borcunu ödəməməsi, Günay ondan pul istəməsin deyə Günaya hüquq mühafizə orqanlarına şikayət edərək, guya Günaya qızıllar verdiyini, Günay isə ona pul vermədiyini, qızıllarını geri qaytarmadığını və nəticədə Günayın puldan imtina etməsi məqsədi daşımışdır. Cavabdeh bu hərəkətlərini planlı şəkildə həyata keçirmişdir. Cavabdeh ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçıya göndərmiş olduğu pulların qəbzlərini təqdim etmişdir. Həmin pulların göndərilmə tarixlərinə fikir verilsə pulların İddiaçı göndərilməsi 2024-cü il mart-aprel ayları arasında həyata keçirilmişdir. Bundan əlavə məhkəmənin diqqətinə çatdır ki, ##.##.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd olunmasına dair qərarda Cavabdeh guya Gunay Butdayevaya 35000 AZN-lik qızıl-zinət əşyaları verdiyini, Gunay isə əvəzində ona pul vermədiyini bildirmişdir. Qızıl zinət əşyalarına dair hissəyə münasibət olaraq bildiririr ki, həmin hissəyə ##.##.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd olunmasına dair qərarla münasibət bildirilmiş, cavabdehin şikayət ərizəsində qeyd etdiyi hallar öz təsdiqini tapmadığından rədd edilmişdir.
29. Bundan əlavə ##.##.2025-ci il tarixli qərarda cavabdeh pulları Günaya Nadir və Tural adlı şəxslə göndərdiyini, 2024-ci il iyun ayının ortalarında tanışı Həsənova Vəfa adlı şəxsdən 12000 manat pulu Günaya dayısı arvadının evində verdiyini, bu bəs etmədikdə 2024-cü ilin iyun ayının ortalarında tanışı Elşaddan 15000 manat borc pul alıb aparıb X1 kəndində bibisinin evində verib borcunu bağladığını bildirmişdir. Daha sonra Günay ona pul verməyi təklif etmiş, o da iyun ayının ortalarında 35000 manatlıq qızılları Günaya vermiş, Günay isə 3-4 günə pul verəcəyini demiş, lakin Günay ona pul vermədiyini bildirmişdir.
30. Cavabdeh iddiaçıya olan borcunu iyun ayında tam bağladığını bildirsədə, aralarında keçirilmiş, üzləşdirmə istintaqı zamanı Cavabdeh Günayın ondan qızılları götürüb pul vermədiyini, qızıllardan əvvəl onun Günaya 15000 manat borcu olduğunu bildirmişdir. Günay ona demişdir ki, Elşaddan pul götürüb onun borcunu bağlasın. O Elşaddan 15000 manat borc götürüb, Günaya verib, Günaya olan borcunu bağlamış, sonra qızılları girov qoymuşdur. ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda Cavabdeh İddiaçı qızıllar verməklə 9400 manat pulun İddiaçıtərəfindən özünə verildiyini etiraf etmişdir.
31. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla o da müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıdan iyun 2024-ci il tarixdə pul alması öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh özü də etiraf etmişdir ki, həqiqətən iddiaçıdan pul almışdır. Iddiaçı isə cavabdehin 2024-cü il iyun ayında olan borcundan hər hansı məbləğdə pul ödəmədiyini bildirmişdir. Cavabdehdə iddiaçıya borcun olmadığını, borcu ödədiyi bildirmişdir. Mülki Prosessual qanunvericiliyə əsasən cavabdehin iddiaçıya borcunun ödəməsini, borcu olmamasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Əgər cavabdeh həqiqətən borcunu ödəmişdirsə qeyd olunan yazışmaların yəni ## #### 2024-cü il tarixdən sonra iddiaçıya borcunun ödənilməsini əks etdirən sənədlər təqdim etsin. Cavabdeh isə məhkəmə iclası zamanı da bunu sübuta yetirə bilməmiş, bunu yalnız öz formal mülahizələri ilə əsaslandırmağa iddiaçı ilə arasında olan 2024 mart-aprel aylarına olan ödəniş qəbzlərinə istinad etmişdir. Halbuki iddiaçı cavabdehlə arasında olan 2024-cü il iyun ayına olan borcunu tələb edir.
32. Bundan əlavə cinayət işi üzrə şahid qismində dindirilmiş və Zaqatala rayon Məhkəməsinin icraatında olan Cavabdeh cinayət işi üzrə zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, hər iki şəxsi tanıyır. Sabina onu aldatmış, şərikli mağaza açmaq adı ilə 17000 manat pulunu mənimsəmişdir. Sabina ona demişdir ki, Günaya qızılları verdiyini gözünlə gördüyünü de, qızılları Günaydan alandan sonra sənin pulundan 6000 (altı min) manat pul verəcəyəm. Əgər qızılları Günaydan almasa onun pulundan verməyəcəkdir. O əvvəlcə Sabina ilə razılaşmış, daha sonra yalandan şahidlik etmək istəmədiyini bildirmişdir. Qeyd etdiklərini Sabina və Naira arasında olan vatsap yazışmasında olan yazışmalar ilə təsdqini tapır. Həmin yazışmalarda Naira Sabinaya “mənə dedin gəl şahidlik elə 6000 verəcəyəm sənin pulundan, Mən gedib yalandan şahidlik elədim. Yalandan şahidlik elədiyim üçün Günay məndən yapışıb”. Sabina onun pulundan 6000 manatı verəcəyini bildirdiyi üçün yalandan şahidlik etdiyini bildirmişdir. Bundan əlavə Cavabdeh Günaya olan borcunu Tural və Nadir adlı şəxslə göndərdiyini bildirmişdir. ##.##.2025-ci il tarixdə cinayət işində şahid qismində adı keçən X5 ümumiyyətlə Cavabdeh tanımadığını, Cavabdeh ona ümumiyyətlə pul vermədiyini, eyni zamanda İddiaçı çatdırılması üçün pul vermədiyi bildirmişdir. Məhkəmə iclasında araşdırılan sübutlar, qeyd etdiklərindən aydın olur ki, iddia tələbləri əsaslıdır və təmin olunmalıdır. Lakin Birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, əsassız qətnamə qəbul etmişdir.
33. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehə iddiaçıya olan borcun qaytarılması barədə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
34. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin tamamilə ləğv olunması, iddiaçının iddiasının təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
38. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.
Apellyasiya baxışının hədləri
42. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
44. Iddiaçı şikayətində Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
45. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə nəzərə almamışdır.
47. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
48. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 2023-cü ilin sonlarından cavabdeh iddiaçıdan sonradan qaytarılması şərti ilə ayrı-ayrı məbləğlərdə pul vəsaitlərini almağa başlamışdır. Belə ki, tərəflərin Zaqatala rayon Polis Şöbəsində verdikləri izahat və ifadələrindən, təqdim edilmiş ödəniş qəbzlərindən müəyyən edildiyi kimi cavabdeh Cavabdeh 2023-cü ilin noyabr ayından iddiaçı İddiaçı buna dair aralarında hər hansı bir yazılı müqavilə bağlanmadan sonradan qaytarılması şərti ilə müxtəlif məbləğlərdə pul vəsaitlərini almış, aldığı pul vəsaitlərindən 2023-cü ilin noyabr ayından 2024-cü ilin may ayınadək ödənişlər aparmışdır. Iddiaçı İddiaçı cavabdehin məhkəməyə təqdim etdiyi ödənişlərdən əlavə olaraq ondan sonradan qaytarılması şərti ilə aldığı 7500 və 15500 manat olmaqla cəmi 23000 manat pul vəsaitinin qaytarılmadığını əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.
49. Birinci instansiya məhkəməsi iddanı rədd edərkən gəldiyi nəticəni iddiaçı İddiaçı tərəfindən mülki qanunvericilikdə üç min manatdan yuxarı məbləğlərin borc verilməsi zamanı mütləq şərt kimi nəzərdə tutulmuş yazılı formada tərtib edilmiş müqavilənin təqdim edilməməsi, tərəflər arasında etibarlı borc müqaviləsindən irəli gələn münasibətlərin mövcudluğunun sübuta yetirilməməsi, iddiaçı tərəfindən təqdim edilmiş Whatsapp sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların cavabdeh tərəfindən aparılmasının eyniləşdirilməsini mümkün edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsi, həmin yazışmalarda müəyyən məbləğlər barədə məlumatlar yer alsa da, həmin məbləğin hansı şərtlərdə, kim tərəfindən, hansı məqsədlə vərilməsi və ya alınmasını müəyyən etməyin mümkün olmaması, iddiaçı tərəfin sübutetmə yükünün həyata keçirilə bilməməsi ilə əsaslandırmışdır.
50. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddianı tam rədd etməkdə haqlı olmamış, eyni zamanda maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarının tələbləri pozulmuş, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
51. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin mülki iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda cavabdeh tərəfindən verilmiş izahatlara düzgün hüquqi qiymət verilməməsi, ümumiyyətlə izahatların nəzərə alınmaması, ##.##.2025-ci il tarixli qərarda cavabdehin pulları Günaya Nadir və Tural adlı şəxslə göndərdiyini, 2024-ci il iyun ayının ortalarında tanışı Həsənova Vəfa adlı şəxsdən 12000 manat pulu Günaya dayısı arvadının evində verdiyini, bu bəs etmədikdə 2024-cü ilin iyun ayının ortalarında tanışı Elşaddan 15000 manat borc pul alıb aparıb X1 kəndində bibisinin evində verib borcunu bağladığını bildirməsi, məhkəmənin pulun qaytarılıb qaytarılmamasını müəyyən etməli olduğu təqdirdə tərəflər arasında olan münasibətləri düzgün qiymətləndirməməsi, iş materiallarına əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, mülki iş materiallarına tərəflərin izahat və ifadələrinin əksini tapdığı Zaqatala rayon X7 Bölməsinin müstəntiqinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata hissəvi xitam verilməsi barədə ## ### 2025-ci il tarixli, həmçinin Zaqatala rayon X8 Bölməsinin təhqiqatçısının ## #### 2024-cü il tarixli cinayət işin başlanılmasının rədd edilməsinə dair qərarları əlavə edilsə də, həmin materialda olan tərəflərin izahat və ifadələri əldə edilib öyrənilmədiyindən, mülki iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən Zaqatala rayon Polis Şöbəsindəki araşdırma üzrə rədd materialı əldə edilərək, həmin materiallardakı tərəflərin izahat və ifadələri öyrənilərək iş materiallarına əlavə edilmişdir.
52. Belə ki, cavabdeh Cavabdeh iş materialına əlavə edilmiş Zaqatala rayon Polis Şöbəsinə verdiyi ##.##.2025-ci il tarixli izahatında və ## ###### 2025-ci il tarixli ifadəsində göstərmişdir ki, “mən 2023-cü ilin oktyabr ayından 2024-cü ilin may ayına kimi Günaydan sələmə pullar götürdüm və artıqlaması ilə ödədim. Günaya ödədiyim pulların qəbzlərini ilkin araşdıma zamanı Zaqatala rayon prokurorluğuna təqdim etmişəm. Həmin qəbzlərin surətlərini bir ədəd diskə köçürüb indiki izahatıma əlavə edirəm. Günaydan aldığım pulların sələmi ilə birlikdə təxminən 100000 (yüz min) manatdan çox Günaya sələmi ilə pul qaytarmışam. Günaya təqdim etdiyim qəbzlərdən əlavə pulları taksi sürücüsü işləyən Nadir adlı taksi sürücüsü, Günayın özünün sürücüsü Tural adlı şəxs vasitəsi ilə göndərmişəm və bəzilərini də özüm Günayın yaşadığı evə, dayısı arvadının evində, bibisinin evində aparıb əlbəəl özünə vermişəm. Günaydan aldığım sələm pulları ödəyə bilməyəndə 2024-cü ilin iyun ayının ortalarında dəqiq tarixi yadımda olmayan vaxtı atasının adını bilmədiyim tanışım Həsənova Vəfa adlı şəxsdən 12000 (on iki min) manat borc alıb aparıb Günaya dayısının arvadının evində vermişəm. Lakin bu pul bəs etmədiyinə görə bundan bir neçə gün sonra 2024-cü ilin iyun ayının ortalarında tanışım Elşaddan 15000 (on beş min) manat borc pul alıb aparıb X1 kəndində bibisinin evində verib ona olan sələm və borc pulumu tamamilə bağladım”.
53. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə iddiaçıya pul vəsaitlərinin qaytarılmasına dair qəbzlərin əksini tapdığı CD disk təqdim edilsə də, həmin ödənişlərin 2024-cü ilin fevral-may aylarında həyata keçirilməsi müəyyən edilmişdir.
54. Həmçinin cinayət işinin materiallarından əldə edilərək iş materiallarına əlavə edilmiş ## ###### 2025-ci il tarixli baxış protokolundan da müəyyən edildiyi kimi cavabdeh Cavabdeh tərəfindən ibtidai araşdırmanı aparan orqana təqdim etdiyi CD diskdə əksini tapmış qəbzlərdən sonuncu tərəfindən həmin ödənişlərin 2023-cü ilin noyabr-2024-cü ilin may aylarında həyata keçirilməsi müəyyən edilmişdir.
55. Cavabdeh Cavabdeh Zaqatala rayon Polis Şöbəsinə verdiyi ##.##.2025-ci il, ## ###### 2025-ci il tarixli izahat və ifadələrində isə 2024-cü ilin iyun ayının ortaları üçün də Günaydan aldığı pulları ödəyə bilməməsi səbəbli 2024-cü ilin iyun ayının ortalarında 12000 manat və 15000 manat pul vəsaitlərini digər şəxslərdən borc alıb aparıb iddiaçıya verməklə iddiaçıya olan borcunu tamamilə bağladığını göstərmişdir. Lakin iddiaçı İddiaçı cavabdehin 2024-cü ilin iyun ayında ona hər hansı bir məbləği geri qaytarmadığını, pulu sələmə verməsi barədə cavabdeh Cavabdeh göstərdiklərinin doğru olmadığını bildirmişdir.
56. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh həqiqətən iddiaçıya borcun ödənilməsini bildirirsə bu zaman ## #### 2024-cü il tarixdən sonra olan ödəniş qəbzlərini məhkəməyə təqdim etməli olmaslı, cavabdehin iddiaçıdan götürmüş olduğu pulun iddiaçıya qaytarılmasını, bununla da hazırda borcunun olmamasını sübut etməli olması, məhkəmənin sübutetmə yükünü düzgün bölüşdürməməsinə dair dəlilləri ilə də razılaşaraq qeyd edir ki, cavabdeh Cavabdeh ##.##.2025-ci il, ## ###### 2025-ci il tarixli izahat və ifadələrindən onun 2024-cü ilin iyun ayının ortalarına aid olan dövr üçün iddiaçı qarşısında 12000 manat və 15000 manat pul öhdəliklərinin olması təsdiqini tapmasına baxmayaraq, sonuncu tərəfindən həmin pul vəsaitlərinin iddiaçıya ödənilməsinə dair heç bir sübut təqdim edilməmişdir.
57. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
59. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin vatsap yazışmalarına düzgün hüquqi qiymət verməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında dəqiqləşdirmə aparıldıqda iddiaçı cavabdehlə ## #### 2024-cü il tarixdə aralarındakı Whatsapp yazışmasındakı “7500 manat həftəlikdən qalıb və 15500 aylığa verilib, aylıq, atın zəhmət olmasa, atmışamda, 15500, aylıq, aylıq indi gəldi internet getmişdi” fikirlərinin cavabdehin onun qarşısındakı həmin məbləğlərdəki borc öhdəliyi ilə bağlı yazışmalarını əks etdirdiyini, qeyd edilən pul məbləğlərinin aralarındakı yazışma zamanı deyil, cavabdehə daha əvvəldən verildiyini göstərmişdir.
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin maddi hüquq normalarının tələblərinin pozulmasına dair dəlili ilə də razılaşaraq, birinci instansiya məhkəməsinin mübahisənin həllində borcla bağlı münasibətləri tənzimləyən maddi hüquq normalarına istinadını əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir.
62. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
63. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
64. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
65. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
66. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
67. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
68. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar).
69. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
70. Kollegiya qeyd edir ki, tərəflər arasında Azərbaycan Respublikası Mülki Məcəlləsində bunun üçün nəzərdə tutulmuş formada tərtib edilmiş yazılı borc müqaviləsi bağlanmamışdır.
71. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həllində Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş əsassız varlanma ilə bağlı münasibətləri nizama salan maddi hüquq normalarının tələbləri əsas götürülməlidir. Hansı ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən həmin normalara deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş borcla bağlı maddi hüquq normalarına istinad edilmişdir.
72. Kollegiya iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehə vediyi 7500 və 15500 manat məbləğlərinin cəmi olaraq 23000 manat pul vəsaitini tələb etsə də, cavabdehin izahat və ifadələrindən onun 2024-cü ilin iyun ayı üçün iki ayrı-ayrı məbləğlər üzrə iddiaçı qarşısında 12000 manat və 15000 manat öhdəliyinin olması müəyyən edilmişdir. Yəni cavabdehin ayrıca bir münasibət üzrə iddiaçıya 15500 manat deyil, məhz 15000 manat pul öhdəliyinin olması müəyyən edildiyi halda, iddiaçı tərəfindən tələb etdiyi 15500 manatın 500 manatına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
73. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbinin bütünlükdə təmin edilməli olmasına dair mövqeyi ilə razılaşmır.
74. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı hesabına cəmi 22500 manat həddində əsassız varlanması müəyyən edildiyi halda iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 23000 manat pul tələbinə dair iddiasının 500 manata dair hissəsi əsassızdır.
75. Kollegiya hesab edir ki, 23000 manat pul tələbinə dair iddianın qismən əsaslı olması diqqətə alınaraq, məhkəmə xərclərinə dair hissədə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
76. Beləliklə qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh Cavabdeh 22500 manat pul, 300 manat vəkilə ödənilmiş xidmət haqqı, 157,5 manat dövlət rüsumu, cəmi 22957,5 manat pul vəsaiti alınaraq iddiaçı İddiaçı ödənilməli, iddianın qalan hissəsi isə təmin edilməməlidir.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Cavabdeh 22500 manat pul, 300 manat vəkilə ödənilmiş xidmət haqqı, 157,5 manat dövlət rüsumu, cəmi 22957,5 manat pul vəsaiti alınaraq iddiaçı İddiaçı ödənilsin. Iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.