Məhkəmə qərarları › İş №2(3-10)-179/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-179/2026

30.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-179/2026 30.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “dəymiş zərərin ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi, qüvvə) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia qaldıraraq, arasında bağlanmış ##.##.2024-cü il tarixli *M-*** nömrəli Borc müqaviləsi üzrə 95 000 (doxsan beş min) manat əsas borc, 115 (bir yüz on beş) manat borc müqaviləsinin, 46 (qırx altı) manat girov müqaviləsinin tərtib edilməsinə görə xidmət haqqı, 190 (bir yüz doxsan) manat notarius hesabına mədaxil üzrə xidmət haqqı, 120 (bir yüz iyirmi) manat DƏDRX tərəfindən göstərilən xidmət haqqı ,10 (on) manat DƏDRX tərəfindən yüklülüyə dair arayışın verilməsi haqqı, 135 (bir yüz otuz beş) manat ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu, 377 (üz yüz yetmiş yeddi) manat məhkəmə dövlət rüsumu, cəmi 95.993 (doxsan beş min doqquz yüz doxsan üç) manat tutularaq ona verilməsi, ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0648 ha olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 597.70 kv/m qeyri yaşayış binasınən açıq hərracdan satılaraq əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunacaq vəsait kifayət etmədikdə qalan məbləğin Cavabdehdan tutularaq ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ####### 2024-cü il tarixdə Cavabdeh Oğuz rayon notariat ofisində borc müqaviləsi bağlayaraq ondan 95.000,0 manat borc almış və ## ##### 2025-ci il tarixədək borcunu tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə alınmış borcun qaytarılması öhdəliyinin təmin olunması məqsədilə Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0648 ha olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 597.70 kv/m qeyri yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Cavabdeh öhdəliyi icra etməyərək borcunu indiyədək qaytarmamışdır. Ona görə də, ##.##.2024-cü il tarixli *M-*** nömrəli Borc müqaviləsi üzrə “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia qaldırmışdır.

3. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh 95.000 (doxsan beş min) manat əsas borc, 115 (bir yüz on beş) manat borc müqaviləsinin və 46 (qırx altı) manat girov müqaviləsinin tərtib edilməsi üçün xidmət haqqı, 190 (bir yüz doxsan) manat notarius hesabına mədaxil üzrə xidmət haqqı, 120 (bir yüz iyirmi) manat DƏDRX tərəfindən göstərilən xidmət haqqı, 10 (on) manat yüklülüyə dair arayışın verilməsi xərci, 135 (bir yüz otuz beş) manat ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu, 377 (üç yüz yetmiş yeddi) manat məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumu, cəmi 95.993 (doxsan beş min doqquz yüz doxsan üç) manatın tutulub iddiaçı İddiaçı xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipotekaya yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1ndə yerləşən, ümumi sahəsi 0.0648 ha olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 597.70 kv/m qeyri yaşayış binası açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi, ipoteka predmetinin hərracda satış qiyməti 178.500 (bir yüz yetmiş səkkiz min beş yüz) manat məbləğində təyin edilməsi, Cavabdeh 500 (beş yüz) manat xidmət haqqının tutulub “xxxx” MMCyə ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.2.1, 739.1 və 739.2-ci maddələrinə «Ipoteka Haqqında» Azərbaycan Respublikasının Qanununa istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işdə olan ## ####### 2024-cü il tarixli *M-*** saylı Borc müqaviləsinin surətinə əsasən Cavabdeh ##.##.2025-ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı 95.000,0 manat borc almışdır. Işdə olan ## ####### 2024-cü il tarixli, *M-*** saylı Girov müqaviləsinin surətinə əsasən ünvan 1ndə yerləşən 0.0648 ha olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 597.70 kv/m qeyri yaşayış binası (406013116203-***** reyestr nömrəli, ##.##.2024-cü il tarixli, 1924019543 Qeydiyyat nömrəli) ## ####### 2024-cü il tarixli *M-*** saylı Borc müqaviləsi üzrə borcalanın öhdəliyini təmin etməkdən ötrü İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Işdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən ## ####### 2024-cü il tarixli, *M-*** saylı Borc müqaviləsi və ## ####### 2024-cü il tarixli, *M-*** saylı Girov müqaviləsi üzrə Cavabdeh mülkiyyətində olan ünvan 1ndə yerləşən 0.0648 ha torpaq sahəsi və 597.7 kv/m qeyri yaşayış binasının (reyestr nömrəsi: 406013116203-*****) ipotekası ##.##.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Işdə olan “xxxx” MMC tərəfindən veilmiş ##.##.2025-ci il tarixli CVN/D 33- ***/** saylı Mütəxəssis rəyinə əsasən ünvan 1ndə yerləşən 0.0648 ha olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 597.70 kv/m qeyri yaşayış binasının ( reyestr nömrəsi:406013116203- *****) bazar dəyəri 210.000,0 manat, likvid dəyəri 178.500,0 manat məbləğində müəyyən edilmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qət edilməlidir; Ilk növbədə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, müqaviləyə əsasən daşınmaz əmlak üçün müəyyən edilmiş 178000 manatlıq ilkin satış qiymətinin real bazar dəyərini əks etdirmədiyini, əmlakın faktiki dəyərindən xeyli aşağı olduğunu əsas gətirərək ekspertiza təyin edilməsi barədə birinci instansiya məhkəməsinə vəsatət vermişdim. Məhkəmə tərəfindən vəsatət təmin edilmiş,müstəqil qiymətləndiri şirkətin rəyi alınmış, lakin mütəxəsis rəyində əmlakın dəyəri yenidən 178000 manat olaraq müəyyən edilmişdir. Birinci instansiyaməhkəməsi həmin rəyi tənqidi qiymətləndirmədən, əlavə araşdırma aparmadan qətnamə qəbul etmişdir. Hesab edirəm ki, daşınmaz əmlakın dəyəri real bazar qiymətindən əsassız olaraq aşağı müəyyən edilmişdir. Bildirmək istəyirəm ki,mütəxəsis rəyi obyektiv və hərtərəfli araşdırılmamışdır. Bu səbəbdənAzərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən, ekspert rəyisübutlardan biridir və məhkəmə onu digər sübutlarla birlikdə, tənqidi və hərtərəfli qiymətləndirməlidir. Mütəxəsis rəyi isə yalnız yazılı sübut və ya mütəxəsis rəyi hesab edilə bilər və ekspert rəyi kimi qəbul edilməsi prosessual qanun pozuntusudur. Hazırkı işdə isə mütəxəsis rəyi müqavilədəəvvəlcədən müəyyən edilmiş məbləğdə tam üst-üstə düşməsi və daşınmaz əmlak bazarında qiymət dəyişkənliyi, inflyasiya və ərazinin inkişaf səviyyəsi nəzərə alınmamışdır. Qeyd olunan hallar isə mütəxəsis rəyinin formal xarakter daşıdığını və real bazar dəyərini əks etdirmədiyini göstərir. Həmçinin onudaqeyd etmək zəruridir ki, birinci instansiya məhkəməsi mütəxəsis rəyinə formal yanaşaraq, mütəxəsisin etibarlılığına dair borclunun etirazlarını qiymətləndirməmiş, alternativ qiymətləndirmə ehtimalı araşdırmamış və əmlakın açıq bazarda satılacağı halda əldə edilə biləcək real dəyəri müəyyən etməmişdir. Bu yanaşma məhkəmənin araşdırma və əsaslandırma vəzifəsini pozur. Əlavə olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ qanunla qorunur və mülkiyyətdən ədalətli və proporsional əsaslarla məhrum edilə bilər. Lakinipoteka predmeti olan daşınmaz əmlakın real dəyərindən xeyli aşağı qiymətlə satışı çıxarılması ilə mənim əmlak maraqlarıma ciddi zərər vurula, borc məbləğini aşan dəyərin itirilməsinə səbəb ola və iddiaçının əsassız üstünlük əldə etməsi ilə nəticələnə bilər. Bu hal isə mülkiyyət hüququnun mahiyyətinə ziddir. Bildirmək istəyir ki, hər kəsin mülkiyyəthüququ qanunla qorunur və mülkiyyətdən ədalətli və mütanasiblik prinsiplər əsasında məhrum edilə bilər. Lakin, ipoteka predmeti olan daşınmaz əmlakın real dəyərindən xeyli aşağı qiymətlə satışı çıxarılması ilə mənim əmlak maraqlarıma ciddi zərər vurula, borc məbləğini aşan dəyərin itirilməsinə səbəb ola və kreditorun əsassız üstünlük əldə etməsi ilə nəticələnə bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir: hesab edirik ki, məhkəmə tərəflərin çəkişmə prinsipini gözləmədən iş materiallarında mövcud olan sübutların tam, hərtərəfli və obyektiv araşdırmadan yekun məhkəmə aktı çıxarmışdır. Bildirmək istəyir ki, tərəfindən xüsusi mülkiyyətində olan daşınmaz əmlakın ilkin satış qiymətinin real bazar dəyərinin müəyyən edilməsi ilə bağlı vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edilmişdir. Lakin məhkəmə tərəfindən ekspertiza keçirilməsi ilə bağlı deyil, daşınmaz əmlakın qiymətləndirilməsi üçün mütəxəsis rəyinin alınması ilə bağlı Qərardad qəbul edilmişdir. Birinci instansiya məhkəməsitərəfindən müstəqil qiymətləndirici şirkətin tərtib etdiyi sənəd ekspert rəyi kimi qiymətləndirilmişdir. Halbuki, həmin şəxs Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq ekspert qismində cəlb edilməmiş, ona ekspert hüquq və vəzifələri izah edilməmiş, cinayət məsuliyyəti barədə xəbərdarlıq edilməmişdir. Bu səbəbdən həmin mütəxəsis rəyi yalnız yazılı sübut və mütəxəsis rəyi hesab edilə bilər və ekspert rəyi kimi qəbul edilməsi prosessual qanun pozuntusudur.

8. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və işin qeyd edilən hallarını nəzərə almaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə etiraz verilməmişdir

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. «Ipoteka Haqqında» Azərbaycan Respublikasının Qanunu: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən şəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq puı və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Cavabdeh Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli borc müqaviləsi üzrə 95.000 (doxsan beş min) manat əsas borc, o cümlədən 115 (bir yüz on beş) manat borc müqaviləsinin və 46 (qırx altı) manat girov müqaviləsinin tərtibatına görə xidmət haqqı, 190 (bir yüz doxsan) manat notarius hesabına mədaxil üzrə xidmət haqqı, 120 (bir yüz iyirmi) manat DƏDRX tərəfindən göstərilən xidmət haqqı, 10 (on) manat yüklülüyə dair arayışın verilməsi haqqı, 135 (bir yüz otuz beş) manat ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu, 377 (üç yüz yetmiş yeddi) manat məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumu, cəmi 95.993 (doxsan beş min doqquz yüz doxsan üç) manat tutulub iddiaçı İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli *M-*** nömrəli Borc müqaviləsi üzrə tutma ipoteka predmetinə yönəldilərək Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1ndə yerləşən, ümumi sahəsi 0.0648 ha olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 597.70 kv/m qeyri yaşayış binası açıq hərracda satılmalı və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir; Ipoteka predmetinin hərracda satış qiyməti 178.500 (bir yüz yetmiş səkkiz min beş yüz) manat məbləğində təyin edilməlidir.

25. Işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

27. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar