Məhkəmə qərarları › İş №2(3-10)-191/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-191/2026

19.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-191/2026 19.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh, Cavabdehin vəkili Vəkil Sirac oğlunun iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60335 manat məbləğində borc pulun alınaraq ona verilməsi, həmçinin cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 179-cu maddələrində nəzərdə tutulmuş dələduzluq və mənimsəmə cinayətlərinin tərkib əlamətlərinin olduğunu əsas gətirərək barəsində cinayət işinin başlanılması üçün müvafiq materialların aidiyyəti üzrə polis və prokurorluq orqanlarına göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsilə birlikdə Ismayıllı rayonu, Qalınçaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Kənd təsərrüfatı ilə məşğul olaraq ailəsini dolandırır. X5 Müharibəsi veteranıdır. Cavabdeh Cavabdeh 1992ci ildən tanıyır. Cavabdeh 2015-ci ildə yaşadığı kəndə köçərək orada özünə ev tikmiş və həmin vaxtdan etibarən Ismayıllı rayonu, Qalınçaq kəndində yaşamağa başlamışdır. Həmkəndli kimi aralarında yaxın münasibət yaranmış və birlikdə şərikli şəkildə buğda və digər kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi yolu ilə gəlir əldə etmək barədə razılığa gəlmişlər. Bu məqsədlə 2020-ci ilin payızında Ismayıllı rayonunun Topçu kəndində müxtəlif kənd sakinlərindən 40 hektar, Qalınçaq kəndində 4 hektar, Quşencə kəndində isə 3 hektar torpaq sahəsini icarəyə götürərək buğda əkmişlər. Bundan əlavə, Quşencə kəndində heyvan yemi üçün 8 hektar sahədə noxud (qarox) əkmişlər. Əvvəlcədən razılaşmalarına əsasən, torpaq sahələrinin icarə haqları da daxil olmaqla bütün əkin-biçin xərcləri şərikli çəkilməli, əldə edilən gəlir isə yarı bölünməli idi. 2021-ci ilin iyun ayında taxıl biçini aparılmış və bütün sahələr üzrə ümumilikdə 264 ton məhsul əldə edilmişdir. Həmin məhsulun 212 tonu bir kiloqramı 34 qəpik olmaqla Göyçay rayonunda yerləşən un zavoduna satılmışdır. Taxılın Göyçay un zavoduna daşınması üçün yük avtomobillərini şəxsən o, özü təşkil etmiş və bir neçə dəfəyə məhsulu zavoda aparmışdır. Satılmış buğdanın ümumi dəyəri 72080 manat təşkil etmişdir. Zavodun səlahiyyətli şəxsi dəfələrlə bu məbləği ona vermək istəsə də, pulu şəriki Cavabdehla birlikdə götürəcəyini bildirmişdir. Taxılın tam daşınmasından sonra Cavabdehla birlikdə Göyçaya gedərək zavodun səlahiyyətli şəxsi ilə görüşmüşlər. Həmin şəxs onlara 71000 manat pul verəcəyini, qalan məbləği isə qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. 71000 manat pul masanın üzərinə qoyulduğu zaman Cavabdeh həmin məbləğdən 4000 manatını ona vermiş, qalan 67000 manatı isə özü götürərək Bakı şəhərinə gedəcəyini və geri qayıtdıqdan sonra pulu böləcəyini bildirmişdir. Aralarında etibar, inam olduğundan və şərikli işə başladıqdan sonra gündəlik çörək kəsdiklərindən o, heç nə düşünməyərək buna razılıq vermişdir. Buğdanın qalan 52 tonu isə növbəti il üçün toxumluq məqsədilə saxlanılmış, kisələrə doldurularaq Cavabdeh məxsus quraqlıqda (navesdə) yerləşdirilmişdir. Həmin il Quşencə kəndində əkdikləri 8 hektar noxud sahəsindən 1750 ədəd bəlim məhsul əldə edilmişdir. Bunun 875 ədədi Cavabdeh tərəfindən Ucar rayonunda satılmış, ona məxsus 875 ədəd bəlim isə saxlama yeri olmadığından Cavabdeh təklifi ilə onun quraqlığında saxlanılmışdır. Cavabdeh Bakıdan qayıtdıqdan sonra Göyçay un zavodu tərəfindən ona 1000 manat pul verilmişdir. O, bu barədə Ehtibarı məlumatlandıraraq satılmış buğdadan ona çatası 31000 manatın verilməsini xahiş etmişdir. Lakin cavabdeh “pul yoxdur, pul uçub” deyərək əvvəlcə bunu zarafat kimi təqdim etsə də, sonradan pulu vermək niyyətində olmadığını bildirərək oradan uzaqlaşmışdır. Bir müddət onun pulu qaytaracağı ümidi ilə heç bir müraciət etməmişdir. Bu müddətdə isə Cavabdeh vəziyyətdən istifadə edərək toxumluq məqsədilə saxlanılan 52 ton buğdanı bir kiloqramı 96 qəpikdən Ucar rayonunda satmış, ümumilikdə 49920 manat pul əldə etmiş və həmin məbləğin ona düşən 24960 manat hissəsini verməmişdir. Bundan sonra o, bu buğdanın satıldığı yeri müəyyən etmiş və alan şəxsdən məlumatı dəqiqləşdirmişdir. Bundan əlavə, Cavabdeh onun quraqlığında saxlanılan ona məxsus 875 ədəd bəlimi də bir ədədini 5 manatdan sataraq ona çatası 4375 manatı da mənimsəmişdir. Cavabdehin bu əməlləri nəticəsində ciddi mənəvi sarsıntı keçirmiş və polisə müraciət etmişdir. Müraciəti əsasında Ismayıllı RPŞ-nin X9 Fərəcov tərəfindən araşdırma aparılmış, Cavabdeh əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 179-cu maddələrində nəzərdə tutulan dələduzluq və mənimsəmə cinayətlərinin əlamətləri olmasına baxmayaraq, ## #### 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh özünü sığortalamaq məqsədilə onun barəsində əsassız şikayət etmiş, həmin şikayət üzrə də ## ###### 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra o, ## #### 2024-cü il tarixdə Azərbaycan Respublikasının Daxili Işlər Naziri, generalR cənab Vilayət Eyvazovun qəbulunda olmuş və baş verənlər barədə ətraflı məlumat vermişdir. Nazir tərəfindən DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə məsələ ilə bağlı tapşırıq verilmişdir. ## ##### 2024-cü il tarixdə həm o, həm də Cavabdeh BMCMI-yə çağırılmışlar. Orada Cavabdeh ona ümumilikdə 60335 manat borcu olduğunu etiraf etmiş, lakin pulu olmadığını bildirərək əvəzində özünə məxsus Ismayıllı rayonunun Qalınçaq kəndində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin X2 Təsərrüfatı Mərkəzinin mülkiyyətində olan ərazidə, Əyriçayın qırağında yerləşən 140 kvadrat metrlik birmərtəbəli kafeni ona verəcəyini öhdəsinə götürmüşdür. Bu razılaşma əsasında araşdırma dayandırılmışdır. Cavabdeh qısa zaman ərzində həmin kafeni onun adına keçirəcəyini və bunun təminatı olaraq Ismayıllı rayon Notariat ofisində ona etibarnamə verəcəyini bildirmişdir. Bununla bağlı hətta cavabdeh ona həmin kafenin mülkiyyət sənədi olaraq ## #### 2018-ci il tarixdə X6 və Bərpası Müəssisəsinin direktoru və Cavabdeh arasında 3 illik müddətə bağlanmış müqavilənin əslini təqdim etmişdir. Ismayıllı rayonuna gəldikdən sonra isə ## #### 2024-cü il tarixdə Ismayıllı rayon Notariat ofisinə getmişlər və Cavabdeh orada ona həmin kafenin sənədləşdirilməsi işləri ilə bağlı etibarnamə vermişdir. Bir müddət sonra o, Cavabdeh kafeni adına keçirməyi xahiş etdikdə sonuncu qəti şəkildə imtina etmiş, ona veriləsi nə pulunun, nə də ki, kafesinin olmadığını bildirmiş və "get hara şikayət edirsənsə et" deyərək vədinə əməl etməmişdir. Bununla bağlı etibarnamənin olduğunu ona xatırlatdıqda isə cavabdeh çoxdan etibarnaməni ləğv etdiyini bildirmişdir. Ismayıllı rayon Notariat ofisindən məlumat istədikdə həmin etibarnamənin həqiqətən də ## #### 2024-cü il tarixdə Cavabdeh ərizəsi əsasında ləğv olunmasını bildirmişlər (Etibarnamənin əsli onda olmadığından məhkəməyə təqdim edə bilməmiş, Ismayıllı rayon Notariat ofisindən isə yalnız məhkəmə sorğusu əsasında etibarnamə üzrə məlumatları verə biləcəklərini bildirmişlər). Eyni zamanda o, Cavabdeh ona verdiyi X6 və Bərpası Müəssisəsinin direktoru və sonuncu arasında bağlanmış müqaviləyə baxdıqda müqavilənin ## #### 2018-ci il tarixdə 3 illik müddətə bağlandığını və ## #### 2021-ci il tarixdə artıq həmin müqavilənin qüvvədən düşdüyünü görmüşdür. Bu zaman həqiqətəndə əmin olmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası DIN-nin BMCMI-də olduğu zaman onu və həmin idarənin əməkdaşlarını ustalıqla aldatmış, qüvvədən düşmüş müqaviləni təqdim etməklə yalandan ona verməli olduğu pulu kafe ilə əvəzləşdirdiyi görüntüsünü yaratmışdır. Cavabdeh ona verilməli pulu vermək əvəzinə 2024-cü ilin sonlarında onun özünü əsassız iddia ilə məhkəməyə vermiş və Ismayıllı Rayon Məhkəməsinin (hakim X3) ## ####### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli gətnaməsi ilə Cavabdeh ona qarşı “şərəfin, ləyaqatin müdafiasi ilə əlaqədar yanlış məlumatların təkzib edilməsi, maddi və mənəvi zərərin ödənilmasi” tələbinə dair iddiası rədd olunmuşdur. Məhkəmənin bu qətnaməsindən Cavabdeh apellyasiya sikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin (sadrlik edən hakim X4) ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra o, tam olaraq əmin olmuşdur ki, Cavabdeh ümumiyyətlə ona pulu qaytarmaq fikri yoxdur. Əksinə, Cavabdeh ona məxsus vəsaiti qaytarmaq niyyəti yoxdur və o, müxtəlif əsassız iddialarla onu hüquqlarından imtina etdirməyə çalışır.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçı İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı İddiaçı ona qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 60335 manat məbləğində pulun alınmasını və əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 179-cu maddələrində nəzərdə tutulmuş dələduzluq və mənimsəmə cinayətlərinin tərkib əlamətlərinin olduğunu əsas gətirərək barəsində cinayət işinin başlanılması üçün müvafiq materialların aidiyyəti üzrə polis və prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “o, ailəsi ilə birlikdə Ismayıllı rayonu, Qalınçaq kəndində yaşayır, təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır və İ Qarabağ müharibəsi veteranıdır. Onu isə 1992-ci ildən tanıyır. Iddaçı ərizəsində onun, 2015-ci ildə iddiaçının yaşadığı kəndə gələrək orada özünə ev tikdiyini və həmin vaxtdan etibarən Ismayıllı rayonu, Qalınçaq kəndində yaşamağa başladığını göstərmişdir. Həmkəndli kimi aralarında yaxın münasibət yaranmış və birlikdə şərikli olaraq buğda və digər kənd təsərrüfatı məhsulları əkib-becərərək gəlir əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə 2020-ci ilin payızında Ismayıllı rayonu, Topçu kəndində müxtəlif kənd sakinlərindən 40 hektar, Qalınçaq kəndində 4 hektar, Quşencə kəndində 3 hektar torpaq sahəsini icarəyə götürərək buğda əkmişlər. Quşencə kəndində əlavə olaraq 8 hektar sahədə heyvan üçün noxud əkmişlər. Əvvəlcədən razılaşmaya görə bütün xərclər şərikli çəkilməli, sonda isə əldə edilmiş gəlir yarı bölünməli idi. 2021-ci ilin iyun ayında taxıl biçilmiş və ümumilikdə 264 ton məhsul əldə edilmişdir. Həmin məhsulun 212 tonun bir kiloqramı 34 qəpikdən Göyçay rayonunda yerləşən un zavoduna satmışlar. Iddiaçı taxılın Göyçay un zavoduna daşınması üçün yük avtomobillərini şəxsən özünün təşkil etməsini və bir neçə dəfəyə məhsulu zavoda apardığını qeyd etmişdir. Satılmış buğdanın ümumi dəyəri 72 080 manat təşkil etmişdir. Zavodun səlahiyyətli şəxsi dəfələrlə bu məbləği iddiaçıya vermək istəsə də, pulu şəriki onunla birlikdə götürəcəyini bildirmişdir. Taxılın tam daşınmasından sonra onunla birlikdə Göyçaya gedərək zavodun səlahiyyətli şəxsi ilə görüşmüşlər. Həmin şəxs onlara 71000 manat pul verəcəyini, qalan məbləği isə qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Bundan sonra, həmin şəxs 71000 manat pul masanın üzərinə qoyulduğu zaman o, həmin məbləğdən 4000 manatını iddiçıya vermiş, qalan 67000 manatı isə özü götürərək Bakı şəhərinə gedəcəyini və geri qayıtdıqdan sonra pulu böləcəyini bildirmişdir. Aralarında etibar, inam olduğundan və şərikli işə başladıqdan sonra gündəlik çörək kəsdiklərindən iddiaçı heç nə düşünməyərək buna razılıq vermişdir. Buğdanın qalan 52 tonu isə növbəti il üçün toxumluq məqsədilə saxlanılmış, kisələrə doldurularaq ona məxsus quraqlıqda (navesdə) yerləşdirilmişdir. Həmin il Quşencə kəndində əkdikləri 8 hektar noxud sahəsindən 1750 ədəd bəlim məhsul əldə edilmişdir. Bunun 875 ədədi onun tərəfindən Ucar rayonunda satılmış, iddiaçıya məxsus 875 ədəd bəlim isə iddiaçının saxlama yeri olmadığından onun təklifi ilə quraqlığında saxlanılmışdır. O, Bakıdan qayıtdıqdan sonra Göyçay un zavodu tərəfindən iddiaçıya 1000 manat pul verilmişdir. Iddiçı bu barədə onu məlumatlandıraraq satılmış buğdadan iddiaçıya çatası 31000 manatın verilməsini xahiş etmişdir. Lakin o, “pul yoxdur, pul uçub” deyərək əvvəlcə bunu zarafat kimi təqdim etsə də, sonradan pulu vermək niyyətində olmadığını bildirərək oradan uzaqlaşmışdır. Bir müddət onun pulu qaytaracağı ümidi ilə heç bir müraciət etməmişdir. Bu müddətdə isə o, vəziyyətdən istifadə edərək toxumluq məqsədilə saxlanılan 52 ton buğdanı bir kiloqramı 96 qəpikdən Ucar rayonunda satmış, ümumilikdə 49920 manat pul əldə etmiş və həmin məbləğin iddiaçıya düşən 24960 manat hissəsini verməmişdir. Bundan sonra iddiaçı bu buğdanın satıldığı yeri müəyyən etmiş və alan şəxsdən məlumatı dəqiqləşdirmişdir. Bundan əlavə, o, onun quraqlığında saxlanılan iddiaçıya məxsus 875 ədəd bəlimi də bir ədədini 5 manatdan sataraq sonuncuya çatası 4375 manatı da mənimsəmişdir. Onun bu əməlləri nəticəsində iddiaçı ciddi mənəvi sarsıntı keçirmiş və polisə müraciət etmişdir. Müraciəti əsasında Ismayıllı RPŞ-nin X9 Fərəcov tərəfindən araşdırma aparılmış, onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 179-cu maddələrində nəzərdə tutulan dələduzluq və mənimsəmə cinayətlərinin əlamətləri olmasına baxmayaraq, ## #### 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. O, özünü sığortalamaq məqsədilə onun barəsində əsassız şikayət etmiş, həmin şikayət üzrə də ## ###### 2023- cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra iddiaçı ## #### 2024-cü il tarixdə Azərbaycan Respublikasının Daxili Işlər Naziri, R cənab Vilayət Eyvazovun qəbulunda olmuş və baş verənlər barədə ətraflı məlumat vermişdir. Nazir tərəfindən DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə məsələ ilə bağlı tapşırıq verilmişdir. ## ##### 2024cü il tarixdə həm iddiaçı, həm də o, BMCMI-yə çağırılmışlar. Orada o, iddiaçıya ümumilikdə 60335 manat borcu olduğunu etiraf etmiş, lakin pulu olmadığını bildirərək əvəzində özünə məxsus Ismayıllı rayonunun Qalınçaq kəndində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin X2 Təsərrüfatı Mərkəzinin mülkiyyətində olan ərazidə, Əyriçayın qırağında yerləşən 140 kvadrat metrlik birmərtəbəli kafeni iddiaçıya verəcəyini öhdəsinə götürmüşdür. Bu razılaşma əsasında araşdırma dayandırılmışdır. O, qısa zaman ərzində həmin kafeni iddiaçının adına keçirəcəyini və bunun təminatı olaraq Ismayıllı rayon Notariat ofisində sonuncuya etibarnamə verəcəyini bildirmişdir. Bununla bağlı hətta o, iddiaçıya həmin kafenin mülkiyyət sənədi olaraq ## #### 2018-ci il tarixdə X6 və Bərpası Müəssisəsinin direktoru və onun arasında 3 illik müddətə bağlanmış müqavilənin əslini təqdim etmişdir. Ismayıllı rayonuna gəldikdən sonra isə ## #### 2024-cü il tarixdə Ismayıllı rayon Notariat ofisinə getmişlər və orada o, iddiaçıya həmin kafenin sənədləşdirilməsi işləri ilə bağlı etibarnamə vermişdir. Bir müddət sonra iddiaçı ondan kafeni adına keçirməyi xahiş etdikdə o, qəti şəkildə imtina etmiş, iddiaçıya veriləsi nə pulunun, nə də ki, kafesinin olmadığını bildirmiş və "get hara şikayət edirsənsə et" deyərək vədinə əməl etməmişdir. Bununla bağlı etibarnamənin olduğunu ona xatırlatdıqda isə o, çoxdan etibarnaməni ləğv etdiyini bildirmişdir. Ismayıllı rayon Notariat ofisindən məlumat istədikdə həmin etibarnamənin həqiqətən də ## #### 2024-cü il tarixdə onun ərizəsi əsasında ləğv olunmasını bildirmişlər (Etibarnamənin əsli onda olmadığından məhkəməyə təqdim edə bilməmiş, Ismayıllı rayon Notariat ofisindən isə yalnız məhkəmə sorğusu əsasında etibarnamə üzrə məlumatları verə biləcəklərini bildirmişlər). Eyni zamanda iddiaçı onun ona verdiyi X6 və Bərpası Müəssisəsinin direktoru və onun arasında bağlanmış müqaviləyə baxdıqda müqavilənin ## #### 2018-ci il tarixdə 3 illik müddətə bağlandığını və ## #### 2021-ci il tarixdə artıq həmin müqavilənin qüvvədən düşdüyünü görmüşdür. Bu zaman həqiqətəndə əmin olmuşdur ki, o, Azərbaycan Respublikası DIN-nin BMCMI-də olduğu zaman iddiaçını və həmin idarənin əməkdaşlarını ustalıqla aldatmış, qüvvədən düşmüş müqaviləni təqdim etməklə yalandan iddiaçıya verməli olduğu pulu kafe ilə əvəzləşdirdiyi görüntüsünü yaratmışdır. O, iddiaçıya verməli pulu vermək əvəzinə 2024-cü ilin sonlarında onun özünü əsassız iddia ilə məhkəməyə vermiş və Ismayıllı Rayon Məhkəməsinin (hakim X3) ## ####### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə onun iddiaçıya qarşı “şərəfin, ləyaqatin müdafiasi ilə əlaqədar yanlış məlumatların təkzib edilməsi, maddi və mənəvi zərərin ödənilmasi” tələbinə dair iddiası rədd olunmuşdur. Məhkəmənin bu qətnaməsindən o, apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin (sadrlik edən hakim X4) ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra iddiaçı tam olaraq əmin olmuşdur ki, onun ümumiyyətlə iddiaçıya pulu qaytarmaq fikri yoxdur. Əksinə, əsassız şikayətlərlə, iddialarla iddiaçıdan şikayətlər edərək tələbindən əl çəkməyinə nail olmaq istəyindədir. Bunu özü müxtəlif vaxtlarda demiş və iddiaçıya bir manat da pul verməyəcəyini bildirmişdir. Göründüyü kimi, iş üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Həmin qətnamədə, habelə Ismayıllı Rayon Polis X11 və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində aparılmış araşdırmalarda o, bütün qeyd etdiyi faktları etiraf və təsdiq etmişdir. Bunlara baxmayaraq, o, şərikli işlərinə görə iddiaçıya verməli olduğu 60335 manat pulu bu günədək verməmişdir”. Beləliklə, qeyd edir ki, o, Ucar rayonu, Şahlıq kəndində qeydiyyatda olmaqla 2016-cı ildən Ismayıllı rayonu, Qalınçaq kəndində yaşamağa başlamışdır. İddiaçı da təxminən həmin illərdə Qalınçaq kəndində olarkən tanımışdır. O, İ Qarabağ Müharibəsi veteranıdır və bədənində müharibədən qalmış qəlpələri daşıyır. İddiaçı barəsində etdiyi əsassız şikayətlər nəticəsində səhhəti pisləşmişdir. 2020-ci il tarixdə Ismayıllı rayonu, Topçu kəndində 40 hektar, Qalınçaq kəndində 4 hektar, Quşencə kəndində 3 hektar ərazini icarəyə götürərək orada buğda, Quşencə kəndində 8 hektar ərazidə isə heyvan üçün yem kimi qarox əkmişdir. 2021-ci ilin iyun ayında əkdiyi taxılı biçdirmiş və həmin 3 sahədən 96 ton taxıl əldə etmişdir. Bu işlərdə İddiaçı sadəcə ona kömək etmişdir. İddiaçıla aralarında nə rəsmi, nə də ki, qeyri-rəsmi olaraq şərikli taxıl əkməyə dair razılaşma əldə edilməmişdir. İddiaçı işçisi olub və işlədiyi işin müqabilində ondan əməkhaqqı almışdır. İddiaçı ona köməklik etməsi müqabilində sonuncuya ümumilikdə 9000 manat pul vermişdir. Həmin sahələri şifahi razılaşma əsasında icarəyə götürmüş və ot bağları da özünə aid olmuşdur. İddiaçı kömək etdiyi üçün ona əlavə olaraq 260 ədəd bağ da vermişdir. Iddiaçı bütün bunlara baxmayaraq, ona olan etibarından istifadə edərək “Qazel” markalı avtomobilini 11000 manata sataraq pulunu mənimsəmiş, eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğuna, Daxili Işlər Nazirliyinə, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə və başqa orqanlara şikayət ərizələri ilə müraciət edərək, yalan olduğunu biləbilə guya o, göstərilən işləri İddiaçıla ortaqlı gördüyünü, sonda isə əldə edilmiş gəliri yarı bölməli və ona 59015 manat pul verməli olduğu halda az pul verdiyini bildirmişdir. Iddiaçı İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı müraciəti üzrə Ismayıllı Rayon Polis Şöbəsinin dəftərxanasında ## ###### 2021-ci il tarixdə ***-********* nömrəli arayışla işə alınmış material rayon prokuroru tərəfindən tələb edilərək öyrənilmiş, həmin müraciətdə göstərilmiş məsələnin mülki xarakterli olduğu müəyyən edildiyindən material geri qaytarılmışdır. Bununla yanaşı, iddiaçı ərizəsində onun tərəfindən öldürülməklə və sağlamlığına zərər vurulmaqla hədələnməsi, həmçinin başqa şəxsləri aldadaraq pullarını ələ keçirməyinə dair hissələr üzrə də araşdırma aparılmışdır. Ismayıllı RPŞ-nin TB-nin təhqiqatçısı Şəhriyar Fərəcov tərəfindən ## #### 2023-cü il tarixli, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla MK-*/**** nömrəli material üzrə onun, arvadı Rəvanə Gözəlovanın və İddiaçı əməllərində cinayət tərkibi müəyyən edilmədiyinə görə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti qeyd olunan şəxslərin “münaqişəli” şəxslər kimi qeydiyyata alınması məqsədilə Ismayıllı RPŞnin ITB-nə verilmiş və nəzarət qaydasında Ismayıllı Rayon Prokuroruna göndərilmişdir. Buna baxmayaraq, İddiaçı böhtan xarakterli ərizə və şikayətlərini verməkdə davam edir. Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində barəsində yazılmış böhtan xarakterli ərizələrə baxılmış, lakin heç bir nəticə əldə edilməmişdir. Bu böhtan xarakterli şikayətlər nəticəsində dəfələrlə polis və prokurorluq orqanlarına çağırılaraq dindirilmiş, xeyli miqdarda maddi və mənəvi zərərə, həmçinin ağır xəstəliyə məruz qalmışdır. Iki ildir ki, bu qanunsuz əməllər nəticəsində səhhəti pisləşmiş, böyük sarsıntı keçirmişdir. Hazırda da səhhəti ağır olaraq qalmaqdadır və müalicə almağa imkanı qalmamışdır. İddiaçı yalan xəbərçiliyi və böhtanı ilə bağlı iki il ərzində Bakı və Ismayıllı şəhərlərinə gedib-gəlməyə məcbur olmuşdur. Həmin müddət ərzində normal işləyə bilmədiyimə görə 20000 manat məbləğində faydadan məhrum olmuşdur. İddiaçı iddiasına münasibət bildirərək qeyd edir ki, 2021-ci ilin iyun ayında öz vəsaiti hesabına əkdiyi taxılı biçdirmiş və həmin 3 sahədən 264 ton deyil, 96 ton taxıl əldə etmişdir. İddiaçı bu işlərdə sadəcə ona kömək etmişdir. Aralarında nə rəsmi, nə də qeyri-rəsmi şəkildə şərikli işə dair razılaşma olmamışdır. İddiaçı isə onun işçisi olub və işlədiyi işin müqabilində ona ümumilikdə 9000 manat pul vermişdir. Sahələr şifahi razılaşma əsasında icarəyə götürülmüş, ot bağları isə özünə aid olmuşdur. Kömək etdiyi üçün iddiaçıya əlavə olaraq 260 ədəd ot bağı vermişdir. Əgər aralarında şərikli münasibət olsaydı, biçilən taxıl və ot bağlarının hamısı onun deyil, İddiaçı həyətində toplanardı. İddiaçı iddia ərizəsində də məhsulun onun həyətində töküldüyünü təsdiq etmişdir. O, heç vaxt şərikli iş gördüyünü təsdiq etməmişdir. Iddiaçı İddiaçı ona məxsus 8 000 manat pulu qohumu Tuncay adlı şəxsə onun razılığı ilə borc vermişdir. Pulunu geri tələb etdiyi üçün İddiaçı ona qarşı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Sonuncu müraciəti üzrə aparılmış araşdırma zamanı BMCMI əməkdaşı Ayaz Bayramovun qanunsuz hərəkətləri ilə bağlı Baş Prokurorluğa müraciət etmiş və bununla bağlı hazırda araşdırma aparılır. Belə ki, onunla İddiaçı arasında heç bir şərikli iş görülməmişdir və onun iddiaçıya heç bir borcu yoxdur. Bu səbəbdən iddia tələbi əsassızdır və rədd edilməlidir.

5. Məhkəmə iclasında ifadə vermiş şahid şahid1 izahatında göstərmişdir ki, cavabdeh Ehtibar onun dayısının kürəkənidir. Iddiaçı ilə cavabdeh birlikdə torpaq sahəsi icarəyə götürmüşlər. Hər ikisi birlikdə əkin biçin işləri ilə məşğul olmuşlar. Lakin kimin nə qədər vəsait sərf etdiyindən məlumatı olmamışdır.

6. Məhkəmə iclasında ifadə vermiş şahid şahid5 izahatında göstərmişdir ki, o, Kamaz markalı, ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. Iddiaçı Hacı ona mobil telefon vasitəsilə zəng edərək cavabdeh ilə birgə əkdikləri taxılın Göyçay şəhərinə aparılmalı olduğunu bildirdi, o, xidmət haqqı barədə razılaşdıqdan sonra (ümumilikdə 480 manat pul müqabilində) sözügedən taxılı, yəni təxminən 300 ton taxılı danışılmış ünvana çatdırmışdır. 2 reysini isə Elnur adlı Kamaz şoferi daşımışdır. Onda olan məlumata əsasən iddiaçı ilə cavabdeh birgə əkin biçin işləri ilə məşğul olmuşlar.

7. Məhkəmə iclasında ifadə vermiş şahid şahid3 izahatında göstərmişdir ki, o, idarə etdiyi yük avtomobili ilə iddiaçı Hacının xahişi ilə Ismayıllı rayonu, Quşencə kəndindən Qalınçaq kəndinə ot daşımışdır. 3 dəfə ot aparmış, hər dəfəsini 80 manatdan olmaqla otu daşımışdır.

8. Məhkəmə iclasında ifadə vermiş şahid şahid8 izahatında göstərmişdir ki, o, təxminən 3 il əvvəl yay aylarında cavabdeh Ehtibarın maşını ilə iddiaçı Hacının yaşadığı ünvana taxıl aparmışlar, bu zaman Pərviz, Elvin və Inayət də orada olmuşlar. 3 ton taxılı Hacının yaşadığı ünvana aparmış, 10 ton taxıl isə Ehtibarın yaşadığı ünvanda qaldı. Daha sonra, Ismayıllı rayonu, Quşencə kəndində qarox əkilən yerə getmiş, həmin qaroxdan Hacının Ismayıllı rayonu, Qalınçaq kəndindəki həyətinə gətirmişlər. Onda olan məlumata əsasən iddiaçı ilə cavabdeh birgə əkin biçin işləri ilə məşğul olmuşlar.

9. Məhkəmə iclasında ifadə vermiş şahid şahid6 izahatında göstərmişdir ki, o, iddiaçı ilə cavabdehin birgə əkdikləri əkin sahəsində qarovulçu kimi çalışmışdır. Iddiaçı ilə cavabdehin həmin sahədə buğda və arpa əkdiklərini görmüşdür.

10. Məhkəmə iclasında ifadə vermiş şahid şahid7 izahatında göstərmişdir ki, iddiaçı ilə cavabdeh ikisi də onun dostlarıdır. O, bildiyinə görə əkin biçin işlərini cavabdeh Ehtibar aparmışdır.

11. Məhkəmə iclasında ifadə vermiş şahid şahid2 izahatında göstərmişdir ki, cavabdeh onun doğma dayısıdır. Bildiyinə və əldə etdiyi məlumata əsasən iddiaçı ilə cavabdeh birlikdə əkin biçin işləri ilə məşğul olmuşlar. Bir maşın, yəni təxminən 10 ton 200 kiloqram buğdanı dayısından 0.38 manata alaraq Ucar şəhərinə gətirmiş və 0.40 manata satdıqdan sonra pulunu (0.38 manatdan olmaqla) dayısı Ehtibara vermişdir. Daha sonra, ona yas mərasimi ilə bağlı 300 manat pul lazım olmuş, bununla əlaqədar dayısı Ehtibara müraciət etmiş, sonuncu imtina etməmiş və sözügedən məbləği iddiaçı Hacıdan göndərmişdir.

12. Məhkəmə iclasında ifadə vermiş şahid şahid4 izahatında göstərmişdir ki, 2021ci ilin yay aylarında iddiaçı Hacı ona 08 hektar ərazidə qarox olduğunu bildirmiş və həmin qaroxun sahədən gətirilməsini xahiş etmişdir. O, sözügedən sahədən qaroxu gətirmiş və xidmət haqqı müqabilində isə 60 manat pul almışdır.

13. Ucar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Xəyal Bədələov) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 60335 (altmış min üç yüz otuz beş) manat borc pul vəsaitinin tutularaq ödənilməsi qət etmişdir.

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında münasibətlər ilkin mərhələdə qarşılıqlı etibar və şifahi razılaşma əsasında formalaşmış, lakin cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində mübahisə yaranmış və iddiaçı məhkəmə müdafiəsinə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

15. Məhkəmə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədəgüvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

16. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında kənd təsərrüfatı məhsullarının birgə əkilməsi, becərilməsi və satışından əldə edilən gəlirin yarı bölünməsi barədə razılaşma olmuşdur. Həmin razılaşma əsasında tərəflər müxtəlif kəndlərdə torpaq sahələri icarəyə götürmüş, əkin-biçin işlərinə birgə vəsait qoymuş və nəticədə xeyli miqdarda məhsul əldə edilmişdir (bu hallar həm iddia tərəfinin, həm də cavabdeh tərəfin məhkəməyə təqdim etdikləri şahid ifadələri ilə də öz təsdiqini tapmışdır). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, əldə edilən 264 ton buğdanın 212 tonu satılmış, satışdan əldə edilən pul vəsaiti faktiki olaraq cavabdehin sərəncamına keçmiş, iddiaçıya isə yalnız cüzi məbləğ verilmişdir. Bununla yanaşı, növbəti il üçün saxlanıldığı bildirilən 52 ton buğdanın, eləcə də iddiaçıya məxsus noxud məhsulunun cavabdeh tərəfindən iddiaçının razılığı və xəbəri olmadan satılması və əldə edilən vəsaitin ona verilməməsi iş materialları ilə təsdiqini tapmışdır. Məhkəmə, həmçinin, cavabdehin DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində verdiyi izahatlarda iddiaçıya 60335 manat məbləğində borcu olduğunu etiraf etməsini, bu borcun əvəzində kafe verməyi öhdəsinə götürməsini, lakin sonradan bu öhdəlikdən də imtina etməsini mühüm hal kimi qiymətləndirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təqdim edilən kafe ilə bağlı müqavilə artıq qüvvədən düşmüşdür və cavabdeh bu sənədi təqdim etməklə iddiaçını və dövlət orqanlarını çaşdırmışdır. Cavabdeh üzərinə düşən pul öhdəliyini könüllü şəkildə yerinə yetirmədiyindən, iddiaçının hüquqlarının məhkəmə qaydasında müdafiəsi zəruri hesab edilir. Iş üzrə toplanmış sübutların məcmusu, tərəflər arasında mövcud olmuş faktiki münasibətlər, cavabdehin borc öhdəliyini etiraf etməsi və həmin öhdəliyi yerinə yetirməməsi nəzərə alınaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı və qanunidir, cavabdehdən 60335 manat məbləğində borc pulun tutulub iddiaçıya verilməsi üçün hüquqi əsaslar mövcuddur.

17. Cavabdeh şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. 18.Bununla da, məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıya 60335 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır.

19. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 60335 manat borc pul vəsaiti tutularaq ödənilməlidir.

20. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci bəndinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduğundan hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 135-ci maddəsinin İ və II hissəsi, 152.1, 157.2, 386.1, 390.1, 529.1, 529.2, 529.3, 739.1, 740-cı maddələrinə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 76.1, 76.2, 107, 115.0.9, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.

24. Belə ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra əsas maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bəzilərini isə ümumiyyətlə tətbiq etmədən faktiki nəticəyə gəlmişdir. Ilk növbədə məhkəmə Mülki Məcəllənin 385-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən mülki öhdəlik yalnız qanunda nəzərdə tutulmuş hüquqi əsaslardan– müqavilədən, qanundan, zərərin vurulmasından, əsassız varlanmadan və ya digər hüquqi faktlardan yarana bilər. Qətnamədə cavabdehin iddiaçıya pul borcu olduğu qəbul edilsədə, bu borcun hansı hüquqi əsasdan yarandığı göstərilməmiş, öhdəliyin mənbəyi konkretləşdirilməmişdir. Tərəflər arasında nə yazılı, nə də sübuta yetirilmiş şifahi müqavilə mövcud olduğu halda borc öhdəliyinin tanınması Mülki Məcəllənin 385-ci maddəsinin mahiyyətinə ziddir.

25. Bununla əlaqəli olaraq məhkəmə Mülki Məcəllənin 422-ci maddəsini də düzgün tətbiq etməmişdir. Həmin maddəyə görə müqavilə tərəflərin qarşılıqlı və üst-üstə düşən iradə ifadəsi ilə yaranır. Iş materiallarında tərəflər arasında gəlirin bölüşdürülməsi, xərclərin paylaşılması və ya şərikli fəaliyyətin hüquqi çərçivəsini müəyyən edən razılaşmanın mövcudluğu sübut olunmadığı halda, məhkəmə sadəcə iddiaçının izahatlarına əsaslanaraq razılaşmanın mövcudluğunu qəbul etmişdir. Bu isə müqavilənin yaranması üçün tələb olunan iradə uzlaşmasının mövcudluğunu sübutsuz şəkildə ehtimal etmək deməkdir.

26. Eyni zamanda məhkəmə Mülki Məcəllənin 439-cu maddəsinin tələblərini də nəzərə almamışdır. Pul öhdəliyi tanınarkən borcun məbləği, formalaşma mexanizmi, hansı əməliyyatlar nəticəsində yarandığı və hansı hissələrin ödənilib-ödənilmədiyi dəqiq müəyyən edilməlidir. Qətnamədə göstərilən məbləğ müxtəlif dövrlərə və fərqli iddialara aid hesablamaların hüquqi əsaslandırma aparılmadan birləşdirilməsi yolu ilə qəbul edilmiş, həmin məbləğin cavabdeh tərəfindən faktiki olaraq əldə edildiyi sübutlarla təsdiq olunmamışdır.

27. Məhkəmə, tərəflər arasında müqavilə münasibətlərinin sübut edilmədiyi şəraitdə alternativ olaraq Mülki Məcəllənin 1096 və 1097-ci maddələrində nəzərdə tutulmuş əsassız varlanma institutunun tətbiq imkanlarını da araşdırmamışdır. Əsassız varlanmanın mövcudluğu üçün cavabdehin iddiaçı hesabına əmlak əldə etməsi, bu əldəetmənin hüquqi əsasının olmaması və iddiaçının zərəri ilə birbaşa səbəb əlaqəsinin mövcudluğu sübuta yetirilməli olduğu halda, məhkəmə bu halları müəyyən etmədən faktiki olaraq əsassız varlanma məntiqi ilə qərar çıxarmış, lakin müvafiq maddi hüquq normalarını tətbiq etməmişdir.

28. Bundan başqa, məhkəmə Mülki Məcəllənin 8-ci maddəsində təsbit olunmuş vicdanlılıq prinsipini də nəzərə almamışdır. Iş materiallarından açıq görünür ki, iddiaçı müxtəlif mərhələlərdə bir-birinə zidd mövqelər tutmuş, polis araşdırmaları zamanı cavabdehin ona borcu olmadığını bildirmiş, sonradan isə bu mövqedən imtina edərək pul tələbi ilə çıxış etmişdir. Bu ziddiyyətli davranışlara hüquqi qiymət verilmədən iddia tələbinin təmin edilməsi vicdanlılıq prinsipinin pozulması deməkdir.

29. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında pul öhdəliyinin hansı maddi hüquq normasına əsaslandığını müəyyən etməmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik hüququna dair fundamental müddəalarını düzgün tətbiq etməmişdir. Qətnamədən görünür ki, məhkəmə cavabdehin iddiaçıya 60.335 manat məbləğində borcu olması qənaətinə gəlmiş, lakin bu borcun hansı hüquqi əsasdan yarandığını göstərməmişdir. Halbuki Mülki Məcəllənin tələblərinə görə pul öhdəliyi yalnız konkret hüquqi faktların mövcudluğu zamanı yarana bilər və belə faktlar məhkəmə tərəfindən aydın şəkildə müəyyən olunmalı və əsaslandırılmalıdır.

30. Iş materiallarında tərəflər arasında borc münasibətinin yarandığını təsdiq edən yazılı müqavilə mövcud deyil, şifahi müqavilənin bağlanmasını sübut edən etibarlı dəlillər təqdim edilməmişdir, tərəflərin gəlirin bölüşdürülməsi, xərclərin çəkilməsi, risklərin paylaşılması və konkret məbləğin formalaşması barədə qarşılıqlı və üst-üstə düşən iradə ifadəsi sübut olunmamışdır. Buna baxmayaraq, məhkəmə sadəcə iddiaçının subyektiv izahatlarına əsaslanaraq borc öhdəliyinin mövcudluğunu qəbul etmişdir ki, bu yanaşma Mülki Məcəllənin öhdəliyin yaranma əsasları ilə bağlı tələblərinə açıq şəkildə ziddir.

31. Birinci instansiya məhkəməsi eyni zamanda, iddiaçı tərəfindən tələb olunan məbləğin necə formalaşdığını, hansı konkret əməliyyatlardan, hansı dövrə aid ödənişlərdən ibarət olduğunu və həmin məbləğin cavabdeh tərəfindən əldə edildiyini təsdiq edən sübutların olub-olmadığını araşdırmamışdır. Qətnamədə göstərilən 60.335 manat məbləğ müxtəlif faktlara, fərqli dövrlərə və fərqli iddialara aid hesablamaların hüquqi əsaslandırma aparılmadan mexaniki şəkildə birləşdirilməsi nəticəsində formalaşdırılmışdır. Pul öhdəliyinin mövcudluğu yalnız iddiaçının hesablamaları ilə deyil, hüquqi və faktiki sübutlarla təsdiqlənməli olduğu halda, məhkəmə bu tələbi gözardı etmişdir.

32. Eyni zamanda məhkəmə iddiaçının davranışlarının vicdanlılıq prinsipinə uyğun olub-olmadığını da qiymətləndirməmişdir. Iş materiallarından açıq şəkildə görünür ki, iddiaçı müxtəlif mərhələlərdə bir-birinə zidd mövqe tutmuş, polis orqanlarında cavabdehin ona borcu olmadığını bildirmiş, sonradan isə bu mövqedən imtina edərək pul tələbi ilə çıxış etmişdir. Bu cür ziddiyyətli davranışlara hüquqi qiymət verilmədən iddia tələbinin təmin edilməsi vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipinə ziddir.

33. Həmçinin iş üzrə xüsusilə diqqət çəkən və birinci instansiya məhkəməsi tərəfindən nəzərdən qaçırılan fundamental ziddiyyət ondan ibarətdir ki, cavabdeh müxtəlif dövlət orqanlarında verdiyi izahatlarda diametral şəkildə fərqli mövqe nümayiş etdirmişdir. Belə ki, cavabdeh Ismayıllı Rayon Polis Şöbəsində aparılmış araşdırmalar zamanı verdiyi izahatlarda iddiaçıya hər hansı borcunun olmadığını açıq şəkildə bildirmiş, iddia tələblərini qəbul etməmiş və hər hansı maliyyə öhdəliyinin mövcudluğunu qəti şəkildə inkar etmişdir. Həmin izahatlar əsasında aparılmış araşdırmalar nəticəsində dəfələrlə cinayət işinin başlanmasından imtina edilmiş, iddiaçının iddialarının mülki xarakter daşıdığı və sübut olunmadığı rəsmi qərarlarla təsdiq edilmişdir. Buna baxmayaraq, sonradan Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində aparılmış araşdırma zamanı cavabdehin izahatlarının məzmunu kəskin şəkildə dəyişmiş və əvvəlki izahatlarla tam ziddiyyət təşkil edən ifadələr ortaya çıxmışdır. Bu izahatların məzmunu, cavabdehin əvvəlki mövqeyi, iş üzrə digər sübutlar və ümumi faktiki hallar ilə izah olunmur və obyektiv səbəblərlə əsaslandırıla bilmir. Məhz bu kəskin ziddiyyət özü-özlüyündə göstərir ki, cavabdehin BMCMI-də verdiyi izahatlar onun azad iradəsinin sərbəst ifadəsi nəticəsində deyil, xüsusi səlahiyyətli, güc strukturu olan bir orqanda yaranan psixoloji və institusional təzyiq şəraitində formalaşmışdır. Əks halda eyni şəxs, eyni faktlar və eyni hüquqi vəziyyət mövcud olduğu halda, qısa zaman kəsiyində tam əks mövqelər sərgiləməzdi. Bir orqanda borcu qəti şəkildə inkar edən cavabdehin, digər bir orqanda borcu etiraf etməsi yalnız izahat vermə şəraitinin və iradəyə təsir edən amillərin dəyişməsi ilə izah oluna bilər. Birinci instansiya məhkəməsi bu ziddiyyəti nə araşdırmış, nə də cavabdehdən və ya müvafiq orqanlardan bu fərqin səbəbləri barədə hər hansı izahat tələb etmişdir. Halbuki belə bir vəziyyətdə məhkəmənin üzərinə düşən vəzifə, hansı izahatın azad iradənin ifadəsi olduğunu, hansının isə təzyiq nəticəsində verildiyini araşdırmaq və yalnız bundan sonra hüquqi nəticə çıxarmaqdan ibarət idi. Bu edilmədiyi halda BMCMIdə verilmiş izahatın sübut kimi qəbul edilməsi prosessual baxımdan yolverilməzdir. Beləliklə, cavabdehin müxtəlif dövlət orqanlarında verdiyi bir-birinə zidd izahatlar nəzərə alınmadan, bu ziddiyyətin yaranma səbəbləri araşdırılmadan və təzyiq ehtimalı qiymətləndirilmədən qəbul edilmiş qətnamə etibarlı sübut bazasına söykənmir və ədalətli məhkəmə araşdırması standartlarına cavab vermir.

34. Beləliklə, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385-ci, 422-ci, 439-cu, 1096– 1097-ci və 8-ci maddələrinin tələblərini düzgün tətbiq etmədən, pul öhdəliyinin hüquqi əsasını müəyyən etmədən və sübutlarla təsdiqləmədən qətnamə qəbul etmişdir ki, bu da həmin qətnamənin ləğvi üçün müstəqil maddi hüquqi əsas təşkil edir.

35. Ilk növbədə qeyd edilməlidir ki, mübahisəli qətnamədə cavabdehin məhkəmə iclasında verdiyi izahatlar faktiki olaraq iddiaçının iddia ərizəsində göstərdiyi izahatların eyni ilə köçürülməsi yolu ilə tərtib edilmiş, cavabdehin mövqeyi təhrif edilmişdir. Qətnamənin “cavabdehin izahatı” hissəsində cavabdehə aid edilən ifadələr gerçəkdə cavabdeh tərəfindən verilməmiş, əksinə iddiaçının iddia ərizəsində öz xeyrinə təqdim etdiyi halların məhkəmə tərəfindən mexaniki surətdə cavabdehin adına yazılması ilə formalaşdırılmışdır. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin işin hərtərəfli, obyektiv və tam araşdırılması prinsipinə dair tələblərinin açıq pozuntusudur.

36. Məhkəmə tərəfindən cavabdehin iddia tələbinin guya qəbul edilməsi və borcu etiraf etməsi barədə nəticəyə gəlinməsi də iş materialları ilə tam ziddiyyət təşkil edir. Cavabdeh nə iddia ərizəsində, nə məhkəmə iclasında, nə də digər prosesual sənədlərdə iddiaçıya borclu olduğunu qəbul etməmiş, əksinə iddia tələbinin əsassız olduğunu ardıcıl şəkildə bildirmişdir. Qətnamədə cavabdehin borcu etiraf etməsi barədə nəticə yalnız mülahizəyə əsaslanır və heç bir sübutla təsdiq olunmur.

37. Bundan əlavə birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi zamanı Mülki Prosessual Məcəllənin 106, 154 və 217-ci maddələrinin tələblərini pozmuşdur. Iş materiallarında mövcud olan və cavabdehin mövqeyini təsdiq edən mühüm sübutlara – polis orqanlarında aparılmış araşdırmalar zamanı verilmiş izahatlara, cinayət işinin başlanmasının dəfələrlə rədd edilməsi barədə qərarlara, eləcə də tərəflər arasında borc münasibətlərinin mövcud olmamasını göstərən sənədlərə qətnamədə ümumiyyətlə hüquqi qiymət verilməmişdir.

38. Xüsusilə vurğulanmalıdır ki, iddiaçı və cavabdeh tərəfindən polis orqanlarında daha əvvəl verilmiş izahatlarda tərəflər arasında borc münasibətinin mövcud olmadığı açıq şəkildə göstərilmişdir. Həmin izahatlarda iddiaçı özü də cavabdehin ona borcu olmadığını bildirmiş, cavabdeh isə iddiaçıya qarşı hər hansı maliyyə öhdəliyinin mövcudluğunu qəti şəkildə inkar etmişdir. Bu hallar rəsmi araşdırma materiallarında əksini tapsa da, birinci instansiya məhkəməsi həmin sübutları nəzərə almamışdır.

39. Birinci instansiya məhkəməsi mübahisənin hüquqi mahiyyətini düzgün müəyyən etməmişdir. Tərəflər arasında mübahisəli münasibətlərin mülki-hüquqi xarakter daşıyıb-daşımaması, borc öhdəliyinin hansı əsasdan yarandığı, həmin borcun mövcudluğunu təsdiq edən yazılı və ya digər etibarlı sübutların olub-olmaması araşdırılmamışdır. Halbuki, iddia tələbinin təmin edilməsi üçün borc öhdəliyinin mövcudluğu və məbləği iddiaçı tərəfindən sübut edilməli idi. Bu yükün iddiaçı üzərində olmasına baxmayaraq, məhkəmə sübutetmə vəzifəsini faktiki olaraq cavabdehin üzərinə qoymuşdur ki, bu da prosessual hüququn əsas prinsiplərinə ziddir.

40. Qətnamədə həmçinin sübutların seçmə qaydada qiymətləndirilməsi yolu ilə birtərəfli mövqe tutulmuş, iddiaçının iddiaları tənqidi yanaşma olmadan qəbul edilmiş, cavabdehin etirazları isə formal şəkildə qeyd olunmaqla hüquqi nəticə çıxarılmamışdır. Bu isə tərəflərin bərabərliyi və çəkişmə prinsipinin pozulması deməkdir.

41. Göründüyü kimi hazırki işdə məhkəmə qətnaməni əsaslandırmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmiş, bununla da MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur.

42. Odur ki, Ucar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

44. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, Ucar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

45. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Cavabdeh vəkili Vəkil Sirac oğlu apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunması, Ucar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

46. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Ucar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e- *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

47.Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

49. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. Apellyator Ucar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2(063)- 1245/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamış, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. 53.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

54. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə aralarındakı şifahi razılaşma üzrə Ismayıllı rayonunda icarəyə torpaq sahələri götürərək şərikli buğda və noxud əkmələri, əldə olunmuş gəliri isə yarı bölməli olduqları halda onun payına düşən gəlirin 60335 manatının cavabdeh tərəfindən ona qaytarmamasını əsas gətirərək, həmin məbləğin cavabdehdən xeyrinə tutulmasını xahiş etmiş, cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmiş, iddiaçı ilə heç bir şərikli iş görülməməsini və onun iddiaçıya heç bir borcunun olmamasını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir.

55. Birinci instansiya məhkəməsi isə iddanı təmin edərkən gəldiyi nəticəni cavabdehin şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməməsi, bununla da, cavabdehin iddiaçıya 60335 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlı olması ilə əsaslandırmışdır.

56. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğun olmamış, mübahisəni yuxarıda qeyd edilən qaydada həll etməklə doğru nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

57. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması və düzgün tətbiq etməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması, tərəflər arasında müqavilə münasibətlərinin sübut edilmədiyi şəraitdə alternativ olaraq Mülki Məcəllənin 1096 və 1097-ci maddələrində nəzərdə tutulmuş əsassız varlanma institutunun tətbiq imkanlarını da araşdırmamasına dair dəlili ilə razılşaraq qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə istinad edərək ona dəymiş ziyanı tələb etmişdir. Tərəflər arasında yaranmış münasibətlərə nəzər saldıqda müəyyən olunur ki, iddiaçı cavabdehlə icarəyə torpaq sahələri götürərək şərikli əkin əkmələrini, cavabdehin onun payına düşən məhsuldan əldə olunmuş gəliri heç bir hüquqi əsas olmadan istifadə edərək sonuncuya qaytarmamasını əsas gətirərək ona dəymiş ziyanı tələb etmişdir.

59. Kollegiya hesab edir ki, tərəflər arasında borc münasibətləri mövcud olmadığı halda birinci instansiya məhkəməsi iddianın təmini əsası kimi yanlış olaraq cavabdehin şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməməsi kimi yanaşaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə istinad etmişdir.

60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının müxtəlif mərhələlərdə bir-birinə zidd mövqelər tutması, polis araşdırmaları zamanı cavabdehin ona borcu olmadığını bildirməsi, sonradan isə bu mövqedən imtina edərək pul tələbi ilə çıxış etməsi, birinci instansiya məhkəməsinin mübahisəni həll edərkən tərəflər arasında pul öhdəliyinin hansı maddi hüquq normasına əsaslandığını müəyyən etməməsi, iddiaçı tərəfindən tələb olunan məbləğin necə formalaşdığını, hansı konkret əməliyyatlardan, hansı dövrə aid ödənişlərdən ibarət olduğunu və həmin məbləğin cavabdeh tərəfindən əldə edildiyini təsdiq edən sübutların olub-olmadığını araşdırmaması, birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi zamanı Mülki Prosessual Məcəllənin 106, 154 və 217-ci maddələrinin tələblərini pozması, iş materiallarında mövcud olan və cavabdehin mövqeyini təsdiq edən mühüm sübutlara–polis orqanlarında aparılmış araşdırmalar zamanı verilmiş izahatlara, cinayət işinin başlanmasının dəfələrlə rədd edilməsi barədə qərarlara, eləcə də tərəflər arasında borc münasibətlərinin mövcud olmamasını göstərən sənədlərə qətnamədə ümumiyyətlə hüquqi qiymət verilməməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

62. Belə ki, nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

64. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

65. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehdən 60335 manat məbləğində pul tələb etsədə, məhkəmə kollegiyasının iclasında izahatı alınarkən cavabdehlə şərikli olaraq fəaliyyət göstərməsi, əkin üçün hər hansı məbləğdə vəsait sərf etməsi, həmçinin ona dəymiş ziyanın konkret olaraq nədə ifadə olunması, əkin sahələrindən əldə olunmuş məhsuldan nə qədər gəlir əldə olunmasını izah edə bilməmiş, həmçinin iddiaçının iddia tələbi ilə bağlı iş materiallarında hər hansı mötəbər sübuta rast gəlinməmişdir.

66. Belə ki, iş materiallarında olan iddiaçının müraciəti əsasında Ismayıllı Rayon Polis Şöbəsində toplanmış materialdan görünür ki, iddiaçı İddiaçı ##.##.2021-ci il tarixdə polis şöbəsinə ərizə ilə müraciət edərək Cavabdehla birlikdə 46 ha taxıl sahəsi əkdiklərini, lakin Cavabdeh taxılı sataraq oradan ona çatası 16000 (on altı min) manat pulu verməməsini bildirərək, həmin pulun qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir.

67. Işdə olan İddiaçı Ismayıllı Rayon Polis Şöbəsinə vermiş olduğu ##.##.2021-ci il tarixli izahatından görünür ki, o, Cavabdehla şərikli 46 ha taxıl sahəsi əkdiklərini, lakin Cavabdeh taxılı sataraq oradan ona çatası 16000 (on altı min) manat pulu verməməsini bildirərək, həmin pulun qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir.

68. Işdə olan Ismayılllı Rayon Polis Şöbəsinin ##.##.2022-ci il tarixli “Cinayət işinin rədd edilmsəi haqqında” Qərarından görünür ki, Cavabdeh əməlində cinayət ərkibi müəyyən edilmədiyinə görə barəsində cinayət işinin başlanması rədd edilmişdir.

69. Kollegiya qeyd edir ki, göründüyü kimi iddiaçı eyni xüsusat üzrə Ismayıllı Rayon Polis Şöbəsinə müraciət edərkən Cavabdeh ona 16000 manat məbləğində borcu olduğunu bildirmiş, hazırkı iddia tələbində isə cavabdehin ona 60335 manat məbləğində borcunun olmasını qeyd etmişdir.

70. Məhkəmə kollegiyasının iclasında qeyd olunan ziddiyətlər araşdırılarkən iddiaçı polis şöbəsinə eyni xüsusatla bağlı müraciət edərəkən nə üçün cavabdehin ona 16000 manat borcunun olmasını bildirməsini, hazırda isə 60335 manat tələb etməsinin izahını verə bilməmiş, ümumiyyətlə iddia tələbinin əsaslılığına dair əsaslı dəlil gətirə bilməmişdir.

71. Beləliklə kollegiyası hesab edir ki, iddiaçı tətləb etdiyi iddianı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

73. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin VII hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

74. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tərəflərin sübut kimi təqdim etdiyi şahidlərin ifadəsinə də qiymət verməyi zəruri hesab edir.

75. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilməmiş, yanakı izahatlar verməklə konkret olaraq cavabdehin iddiaçıya hər hansı məbləğdə pul borcunun olmasını təsdiq edə bilməmişlər.

76. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli, obyektiv araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş üzrə tam qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

77. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir.

78. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar