Məhkəmə qərarları › İş №2(3-10)-229/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-229/2026

02.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-229/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əsassız varlanma, sübutetmə, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 49.500 (qırx doqquz min beş yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə gözəllik salonunda tanış olmuşdur. Tanış olduğu vaxtlarda aralarında olan münasibətlər çox yaxşı olmuş, aralarında heç bir problem yaşanmamışdır. Qeyd edir ki, Cavabdeh həyat yoldaşı Rusiya Federasiyasının Novosibirsk şəhərində ticarətlə məşğul olurdu. 2018-ci ilin may ayında Lalə ona zəng edərək, həyat yoldaşına təcili pul lazım olduğunu və pulu 10-15 günə qaytaracağını bildirmişdir. Cavabdehlə münasibəti yaxşı olduğundan o, Laləyə əvvəlcə 50.000 (əlli min) manat, daha sonra isə 29.000 (iyirmi doqquz min) manat, ümumilikdə 79.000 (yetmiş doqquz min) manat məbləğində pul vermişdir. Bundan sonra təxminən bir il ərzində Lalə ona, hissə-hissə həmin məbləğdən 25.000 (iyirmi beş min) manat pul qaytarmışdır, xeyli müddət keçdikdən sonra isə ona qalan 50.000 (əlli min) manat məbləğində borcdan cəmi 500 (beş yüz) manat məbləğində pul qaytarmışdır. Yerdə qalan 49.500 (qırx doqquz min beş yüz) manatı isə bu günədək ödəməmişdir. O, müxtəlif bəhanələr gətirərərək ona olan borc pulu qaytarmaqdan yayınmış, zənglərinə isə cavab verməmişdir. Bütün bu hadisələrdən sonra səhhəti pozularaq mənəvi əsəb və sarsıntı keçirmişdir. Özünü dərmanlarla güclə ayaqda saxlamağa çalışır. O, məsələ ilə bağlı Nəsimi rayon Polis Idarəsinin 19-cu Polis Şöbəsinə müraciət etmişdi. Araşdırılma zamanı cavabdeh Cavabdeh izahat üçün bölməyə dəvət ounmuş (izahat əlavə olunur) və öz izahatında əməlini etiraf edərək, borcu qaytaracağını bildirmişdir, lakin bu günə qədər cavabdeh heç bir ödəniş etməmişdir (Nəsimi RPI-si tərəfindən verilmiş arayış ərizəyə əlavə olunur). Polis Idarəsi tərəfindən məsələnin mülki xarakterli olduğu və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən də cavabdeh Cavabdeh 49.500 (qırx doqquz min beş yüz) manat pulun alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh Cavabdeh ərizə ilə müraciət edərək hüquqi əsaslar və faktiki hallar nəzərə alınaraq, iddia ərizəsinin əsassız və sübutsuz olmasına görə iddia müddətinin tədbiq edilməsini, iddia ərizəsinin verilmə müddətinin ötürülməsini və iddia ərizəsinin əsassız olmasını rəhbər tutaraq, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ona qarşı verilmiş iddia ərizəsini qəbul etmir. Iddia ərizəsində göstərilən borc tam şəkildə ödənilmişdir. Aşağıdakı hallara və hüquqi əsaslara istinad edir: Borcun ödənilməsi faktı: ##.##.2021-ci il tarixdə Nəsimi RPI-də verdiyim izahatı təsdiq edir. Lakin izahatdan sonra, 2021-ci ilin növbəti aylarında borcun ödənilməsini davam etdirmişdir. Bakı şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Safa Store” mağazasının yanında taksi fəaliyyəti ilə məşğul olduğu dövrdə qazancından hissə-hissə 3 000 AZN + 3 000 AZN nağd ödəmişdir. Həmin vaxt iddiaçının qızı Aysel yanlarında olub və ödənişin verilməsini görüb. “Safa Store” daxilində 5 000 AZN nağd pul ödəmişdir. Həmin həftə əlavə olaraq 2 500 AZN də ödəmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi, lakin hazırda nömrəsini xatırlamadığı bank kartına 2021–2022-ci illərdə müxtəlif aylarda köçürmələr etmişdir. Beləliklə, əsas borc tam ödənmiş, qarşı tərəfə heç bir öhdəliyi qalmamışdır. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz iddiasını sübut etməlidir. Iddiaçı iddia etdiyi qalıq məbləğin mövcudluğunu və ödənilmədiyini sübut etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, 3 000 manatdan artıq olan pul borcları yazılı müqavilə ilə sübut olunmalıdır. Iddiaçı tərəfindən təqdim edilmiş belə bir yazılı müqavilə yoxdur. Mülki Məcəllənin 390-cı maddəsinə görə, müqavilənin yaranması üçün tərəflərin qarşılıqlı razılığı və yazılı təsdiqi tələb olunur. Onunla iddiaçı arasında belə bir müqavilə bağlanmamışdır. Iddia müddəti: Iddiaçı məhkəməyə ##.##.2025-ci il tarixində müraciət etmişdir. Müqavilə tələbləri üzrə ümumi iddia müddəti 3 il, əsassız varlanma tələbləri üzrə isə xüsusi müddət 2 ildir. O, borcu 2022ci ilədək tam ödəmişdir. Buna görə də, hər iki halda iddia müddəti bitmişdir. Digər hallar: iddia yalnız sözə əsaslanır, hüquqi cəhətdən əsassızdır. Qarşı tərəfin təqdim etdiyi hər hansı sənəd notariat qaydasında təsdiqlənmədiyindən hüquqi qüvvəyə malik deyil. Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak ətməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

7. Zaqatala Rayon Məhkəməsinin (hakim Zərifə Məmmədova) ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 49500 (qırx doqquz min beş yüz) manat borc və 239 (iki yüz otuz doqquz) manat dövlət rüsumu, cəmi 49739 (qırx doqquz min yeddi yüz otuz doqquz) manat pul vəsaitinin alınaraq iddiaçı İddiaçı oğluna verilməsi qət edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh müxtəlif vaxtlarda cəmi 79000 manatı iddiaçıdan borc olaraq götürmüşdür. Iddiaçı İddiaçı oğlu 49500 manat borcun cavabdeh tərəfindən ödənilməməsini bildirmişdir. Cavabdeh iddia tələbini qəbul etməmiş və iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

9. Məhkəmə həmçinin müəyyən etmişdir ki, borclu Cavabdeh iddiaçı İddiaçı oğlu ilə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. Məhkəmə Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə iclasında şahid Aysel Cabbarlı 2022-ci ilin iyul ayında cavabdeh Cavabdeh 700 manat ödəniş etdiyini bildirməsi, Cavabdeh borcu etiraf etməsi kimi qəbul edilməlidir.

11. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş DVD diskdə qeyd edilən Whatsapp audio 16.59.07 (1) və 16.59.08 (1) səs yazılarından və ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli və ##.##.2022-ci il tarixli whatsapp yazışmalarından görünür ki, Cavabdeh tərəfindən borcunun olması etiraf edilmişdir.

12. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab etmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçı qarşısında aldığı borcun qaytarılması barədə öhdəlik götürmüş və bununla da onların arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. Iddiaçı 49500 manatı cavabdeh Cavabdeh vermiş, cavabdeh isə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən də iddiaçı müqavilə üzrə yaranmış 49500 manat borcu cavabdehdən tələb etməkdə haqlıdır.

13. Iddia təmin edildiyindən məhkəmə hesab etmişdir ki, 239 manat dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 373.2, 375.1, 375.2, 376, 377.2, 380.1, 380.2, 385.1, 390.1, 739.1, 739.2, 740-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.2, 217.4, 218.3-cü maddələrinə, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi əsasında ona qarşı olan iddia ərizəsi əsassız olaraq təmin edilmiş və bununla onun hüquqları kobud pozulmuşdur. Belə ki, o, Cavabdeh, iş üzrə birinci instansiya məhkəməsinin müəyyən etdiyi bəzi faktiki halları qismən qəbul edir, lakin həmin hallardan çıxarılan hüquqi nəticələrlə qətiyyən razı deyildir və hesab edir ki, iş üzrə bir sıra mühüm faktlar ya ümumiyyətlə araşdırılmamış, ya da natamam araşdırılmışdır. Iddiaçı İddiaçı iddia ərizəsində göstərmişdir ki, guya ona 2018- 2019-cu illərdə ümumilikdə 79.000 manat pul vermiş, o isə həmin məbləğin yalnız bir hissəsini qaytarmış və 49.500 manat borclu qalmışdır. O, qəbul edir ki, tərəflər arasında müəyyən maliyyə münasibətləri olmuşdur və müxtəlif vaxtlarda pul vəsaiti almışdır. Həmçinin qəbul edir ki, müəyyən məbləğlər qaytarılmışdır. Lakin aşağıdakı hallarla razı deyildir. 79.000 manat məbləğində hüquqi cəhətdən etibarlı və sübut edilmiş borc öhdəliyinin mövcudluğu sübuta yetirilməmişdir. Qalıq borcun 49.500 manat olması iş materialları ilə əsaslandırılmamışdır. Iddia müddətinin keçməsi barədə verdiyi etiraz düzgün hüquqi qiymətləndirilməmişdir. Onun ödənişləri və bank köçürmələri barədə konkret dəlilləri məhkəmə tərəfindən araşdırılmamışdır. Iddiaçı özü göstərir ki, borc 2018ci ilin may ayında verilmiş və 10-15 gün müddətinə qaytarılmalı idi. Bu halda iddia müddətinin başlanma tarixidə həmin dövrə təsadüf edir. ##.##.2021-ci il tarixdə Nəsimi RPInin 19-cu Polis Şöbəsində izahat vermişdir. Həmin izahatda göstərilən qalıq məbləğ 30.100 manat olmuşdur. Birinci instansiya məhkəməsi bu sənədi “mötəbər sübut” kimi qəbul etmişdir. Lakin sonradan heç bir əlavə maliyyə sənədi olmadan 49.500 manatın tutulmasına qərar vermişdir. Polis izahatındakı məbləğlə qətnamədə göstərilən məbləğ arasında yaranmış 19.400 manat fərqin hansı sübutla müəyyən edildiyi qərarda izah olunmamışdır. 2022-ci ildə 700 manat ödəniş etdiyi bildirilmişdir və bu hal şahid ifadəsi ilə təsdiqlənmişdir. Məhkəmə həmin ödənişi borcun etirafı və iddia müddətinin kəsilməsi kimi qiymətləndirmişdir. Halbuki iddia müddətinin bitib-bitməməsi məsələsi xronoloji baxımdan ayrıca və dəqiq araşdırılmalı idi. WhatsApp yazışmaları və audio fayllar sübut kimi qəbul edilmişdir. Lakin qərarda konkret hansı ifadənin hansı məbləğə aid olduğu, 49.500 manatlıq qalıq məbləğin hansı əsasla formalaşdığı dəqiq göstərilməmişdir. Hesab edir ki, aşağıdakı mühüm hallar tam araşdırılmamışdır: - Polis izahatında göstərilən 30.100 manatla qətnamədə qəbul edilən 49.500 manat arasında fərqin hüquqi və faktiki əsasları;- Bank köçürmələrinin mövcudluğu və onların məbləği;-Iddia müddətinin başlanma və bitmə tarixi;-Yazılı müqavilənin olmamasının hüquqi nəticələri.

17. O, hesab edir ki, iş üzrə faktiki hallar tam, obyektiv və hərtərəfli araşdırılmadan, sübutlar arasında mövcud ziddiyyətlər aradan qaldırılmadan nəticəyə gəlinmişdir

18. Iddiaçının öz izahatına görə borc 2018-ci ilin may ayında verilmiş və 10–15 gün müddətinə qaytarılmalı idi. Bu halda iddia müddəti ən gec 2018-ci ilin iyun ayından hesablanmalı və 2021-ci ilin iyun ayında bitməli idi. Iddia isə 2025-ci ildə qaldırılmışdır. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı verdiyi etirazı formal olaraq araşdırmış, lakin müddətin faktiki başlanma və bitmə tarixini hüquqi baxımdan düzgün müəyyən etməmişdir. MM 375.2-ci maddəsinə əsasən iddia müddətinin keçməsi barədə tərəfin ərizəsi olduqda məhkəmə iddianı rədd etməlidir. O, belə ərizə vermişdir. Buna baxmayaraq, məhkəmə müddətin keçməsi faktını hüquqi nəticə kimi tətbiq etməmişdir ki, bu da maddi hüquq normasının düzgün tətbiq edilməməsidir.

19. Iş üzrə iddia edilən məbləğ 79.000 manatdır. Lakin tərəflər arasında həmin məbləğdə borcun verilməsini təsdiq edən hər hansı yazılı müqavilə, qəbz, borc öhdəliyi və ya digər yazılı sənəd mövcud deyil. Birinci instansiya məhkəməsi yazılı forma tələbini hüquqi nəticə doğurmayan hal kimi qiymətləndirərək “şifahi borc müqaviləsi” anlayışına istinad etmişdir. Halbuki qanunun açıq tələbi pozulduqda, tərəflər sövdələşmənin mövcudluğunu və şərtlərini şahid ifadəsi ilə sübut etmək hüququndan məhrum olurlar. Məhkəmənin 79.000 manatlıq öhdəliyi şifahi razılaşma və qohum şahidin ifadəsi əsasında qəbul etməsi MM 740-cı maddəsinin düzgün tətbiq edilməməsidir. Bu halda məhkəmə ya yazılı sübut tələb etməli, ya da borc münasibətinin hüquqi təbiətini yenidən qiymətləndirməli idi.

20. Əgər tərəflər arasında yazılı borc müqaviləsi mövcud deyilsə və şifahi razılaşma hüquqi cəhətdən etibarlı hesab olunmursa, münasibətlər borc müqaviləsi deyil, ən çoxu əsassız varlanma münasibəti kimi qiymətləndirilə bilərdi. Bu halda isə tətbiq edilməli olan hüquqi mexanizm tamamilə fərqli olmalı idi və xüsusi iddia müddəti məsələsi ayrıca araşdırılmalı idi. Birinci instansiya məhkəməsi münasibətlərin hüquqi kvalifikasiyasını alternativ əsaslarla qiymətləndirməmiş və birbaşa borc müqaviləsi kimi qəbul etmişdir. Bu isə maddi hüququn natamam tətbiqinə səbəb olmuşdur.

21. Bu halda 79.000 manatlıq öhdəliyin hansı konkret müqavilə şərtləri ilə, hansı tarixdə, hansı qaytarılma mexanizmi ilə yarandığı aydınlaşdırılmamışdır. Qətnamədə borcun qaytarılma müddəti, faiz şərtləri, hissə-hissə qaytarılma mexanizmi və digər mühüm şərtlər göstərilməmişdir. Polis izahatında göstərilən 30.100 manatlıq qalıq məbləğ ilə qətnamədə qəbul edilən 49.500 manat arasında hüquqi əlaqə izah edilməmişdir. Bu isə öhdəliyin mahiyyətinin və həcminin düzgün müəyyən edilməməsi deməkdir və MM 385.1ci maddənin tətbiqində natamamlıq təşkil edir.

22. MM 380.1-ci maddəsinə əsasən iddia müddətinin axımı borclunun borcu etiraf etməsini göstərən hərəkətləri ilə kəsilir. Lakin bu norma yalnız axmaqda olan, yəni hələ bitməmiş müddətə tətbiq oluna bilər. Birinci instansiya məhkəməsi 2022-ci ildə baş vermiş 700 manatlıq ödənişi və WhatsApp yazışmalarını iddia müddətinin kəsilməsi kimi qiymətləndirmişdir. Halbuki iddia müddəti 2021-ci ilin iyununda artıq bitmişdir. Bitmiş müddət “kəsilə” bilməz. Qanun bitmiş müddətin bərpasını deyil, yalnız axımın kəsilməsini tənzimləyir. Məhkəmə 2022-ci il hadisələrini 2021-ci ildə bitmiş müddətin “kəsilməsi” kimi qəbul etməklə MM 380.1-ci maddəni yanlış şərh etmişdir. Bu isə maddi hüququn düzgün tətbiq edilməməsidir.

23. Məhkəmə iddiaçının qızı olan şahidin ifadəsini mötəbər sübut kimi qəbul etmiş, lakin həmin şəxsin maraqlı şəxs olması, qohumluq münasibəti və mümkün qərəz faktını qiymətləndirməmişdir. Eyni zamanda onun ödənişlərlə bağlı konkret müdafiə mövqeyi araşdırılmamışdır. Sübutların belə birtərəfli qiymətləndirilməsi obyektivlik prinsipinə uyğun deyil.

24. O, məhkəmə iclasında açıq şəkildə bildirmişdir ki, iddiaçıya 2021-2022-ci illərdə bank kartına müxtəlif köçürmələr etmişdir. Bu faktın yoxlanılması üçün məhkəmə tərəfindən müvafiq banklara sorğu göndərilməsi mümkün və zəruri idi. Lakin məhkəmə bu istiqamətdə heç bir araşdırma aparmamış, bank çıxarışlarını tələb etməmiş və sübutların toplanması ilə bağlı heç bir təşəbbüs göstərməmişdir. Bunun əvəzinə qətnamədə “cavabdeh əsaslı şübhə yaradan sübut təqdim etməmişdir” kimi ümumi ifadə ilə kifayətlənmişdir. Bu yanaşma çəkişmə və obyektiv araşdırma prinsiplərinin pozulmasıdır.

25. Bu işdə məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutları üstün mövqedə qiymətləndirmiş, lakin cavabdeh kimi onun təqdim etdiyi vəsatətləri və müdafiə arqumentlərini eyni həcmdə araşdırmamışdır. Nəticədə tərəflər arasında faktiki balans pozulmuş, müdafiə hüququ məhdudlaşdırılmışdır.

26. MPM 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz iddiasının və ya etirazının əsaslandığı halları sübut etməlidir. Bu işdə iddiaçı 49.500 manat məbləğində borcun mövcudluğunu sübut etməli idi. Lakin yazılı müqavilə təqdim edilməmiş, yalnız polis izahatı, WhatsApp yazışmaları və qohum şahidin ifadəsinə istinad olunmuşdur. Məhkəmə faktiki olaraq sübutetmə yükünü onun üzərinə qoymuş və “tam ödədiyini sübut etmədiyi üçün” iddianı təmin etmişdir. Halbuki qanuna görə ilkin sübutetmə yükü iddiaçının üzərinə düşürdü. Bu isə MPM 77.1-ci maddəsinin düzgün tətbiq edilməməsidir.

27. Onun iddia etdiyi bank köçürmələrinin faktiki mövcudluğu və məbləğləri aydınlaşdırılmamışdır. Borcun verilməsi və qaytarılması ilə bağlı real xronologiya, ayrı-ayrı ödənişlərin tam siyahısı və qalıq borcun hesablanma mexanizmi aydınlaşdırılmamışdır.

28. “Borcun etirafı” kimi qiymətləndirilmiş WhatsApp yazışmaları və audio yazıların konkret məzmunu, konteksti və məbləğlə əlaqəsi aydınlaşdırılmamışdır. Məhkəmə bu materialların borcu “birbaşa etiraf etdiyini” qeyd etsə də, həmin etirafın hansı ifadələrlə, hansı tarixdə, hansı borca və hansı qalıq məbləğə aid olduğu qərarda konkret göstərilməmişdir. Bu halın mühüm əhəmiyyəti: Rəqəmi böyük olan borc işlərində “etiraf”ın məzmunu və hansı məbləği əhatə etməsi müəyyən edilmədən yekun məbləğin çıxarılması düzgün nəticə hesab edilə bilməz.

29. 700 manat ödənişin tarixi, bank sənədi və hüquqi mahiyyəti aydınlaşdırılmamışdır. Məhkəmə 700 manat ödənişi şahid ifadəsi ilə qəbul edib iddia müddətinin kəsilməsinə əsas kimi götürmüşdür. Lakin bu ödənişin bank sənədi, poçt qəbzi, pulun hansı tarixdə və hansı üsulla verildiyi, kim tərəfindən qəbul edildiyi, məhz hansı borca aid edildiyi müəyyən edilməmişdir.

30. Məhkəmənin “o, borcun yalnız bir hissəsini (29.500 manat) qaytarmışdır və 49.500 manat qalıb” nəticəsi mötəbər hesablamaya və ilkin maliyyə sübutlarına söykənmir. Məhkəmə qalıq borcu çıxararkən konkret ödənişlərin siyahısını, tarixlərini, məbləğlərini, ödəniş vasitələrini və həmin ödənişlərin hansı borca aid edildiyini göstərməyib. Mövcud materiallarda yalnız ayrı-ayrı qəbzlər (məsələn, “Azərpoçt” qəbzləri) və bir ödəniş epizodu (700 manat) kimi parçalı məlumatlar var. Bunun nədə ifadə olunması: Qalıq borcun məbləği iş üçün həlledici haldır, amma həmin məbləğin hesablanması “qanunla göstərilən sübutlarla” (bank çıxarışları, ödəniş qəbzləri, rəsmi maliyyə sənədləri, ardıcıl hesablamalar) təsdiq edilməyib, nəticə fərziyyə xarakteri daşıyır.

31. Məhkəmənin “iddia müddəti keçməmişdir, çünki müddətin axımı 2022-ci ildə kəsilmişdir” nəticəsi hüquqi faktlarla və mötəbər sübutlarla tam əsaslandırılmamışdır. Məhkəmənin “şahid ifadəsi ilə borcun etirafı və ödəniş faktı sübut olunmuşdur” nəticəsi qeyri-mötəbər və maraqlı şəxsin ifadəsinə söykənmişdir.

32. Məhkəmənin “WhatsApp yazışmaları və audio yazılar borcun etirafını təsdiqləyir” nəticəsi faktların məzmununa uyğun əsaslandırılmayıb. Qətnamədə həmin yazışma və səsyazılarının konkret hansı ifadələri ilə borcun etiraf edildiyi, həmin etirafın məhz hansı məbləğə aid olduğu, borcun qalıq hissəsinin necə müəyyən edildiyi göstərilmir. Bu halda məhkəmə faktlardan “etiraf” nəticəsinə gəlir, amma etirafın məzmununu dəqiq təqdim etmədiyinə görə faktlarla nəticə arasındakı körpü yarımçıq qalır. Körpü yarımçıq olanda da nəticə faktlara uyğun görünmür.

33. Məhkəmənin sübutlara münasibətdə qurduğu “kimin nəyi sübut etməli olduğu” məntiqi işin hallarına uyğun qurulmayıb. Iddiaçı 49.500 manat tələb edir və bu rəqəmin necə formalaşdığını dəqiq sübut etməlidir. Məhkəmə isə praktik olaraq belə yanaşıb: “cavabdeh tam ödədiyini sübut etmədi, deməli tələb doğrudur”. Bu yanaşma işin faktiki vəziyyətinə uyğun deyil, çünki ilkin borc münasibətinin forması, verilmə tarixləri və qalıq məbləğin hesablanması məhz iddiaçının üzərində sübut yükü olan əsas faktlardır. Yəni faktların strukturunda sübut yükü iddiaçının tərəfində olmalı ikən, nəticə cavabdehin “sübut etməməsi” üzərində qurulub. Nəticə kimi: birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan çıxmalı olduğu hüquqi nəticəni deyil, daha çox ehtimallar və ümumiləşdirilmiş qənaətlər üzərində nəticə qurmuşdur. Bu səbəbdən də qətnamədə göstərilən nəticələr işin faktiki halları ilə tam uyğun gəlmir və bu uyğunsuzluq apellyasiya baxışı üçün ayrıca əsasdır.

34. Odur ki, Zaqatala Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh 49.500 (qırx doqquz min beş yüz) manat məbləğində borcun tutulmasına dair tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini (iddianın rədd edilməsini) və dövlət rüsumunun və apellyasiya mərhələsində çəkilmiş digər zəruri xərclərin (olduğu halda) iddiaçıdan tutulmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçı İddiaçı spellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. Işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh Cavabdeh məhkəmə kollegiyasına göndərdiyi müraciətində hazırda işlə əlaqədar Naxçıvan Muxtar Respublikasında olduğundan təyin edilmiş məhkəmə iclasında şəxsən iştirak etmək imkanının olmadığını göstərsə də, iddiaçı İddiaçı gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. 375.2-ci maddəsinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Qərarlar:

40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ## ###### 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli Qərarında məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

42. Insan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə ## #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

45. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

48. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

49. Cavabdeh apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin e-*(***)- ****/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə nəzərə almamışdır.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

52. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflər arasında tanışlıq münasibətləri olmuşdur. Iddiaçı cavabdehə 10-15 gün müddətində qaytarılması şərti ilə və aralarında buna dair yazılı borc müqaviləsi imzalanmadan 79000 manat pul vəsaitini vermiş, həmin pul vəsaitindən 29500 manatı qaytarılmış, digər pul vəsaitinin ödənilməsinə dair isə cavabdeh tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Iddiaçı həmin pul vəsaitinin cavabdehə 2018-ci ilin may ayında, cavabdeh isə Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin 19-cu Polis Bölməsində ## #### 2021-ci il tarixdə verdiyi izahatında 2019-cu ilin əvvəllərində verildiyini göstərmişdir. Verdiyi pul vəsaitindən 49500 manatının qaytarılmadığını əsas gətirən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə həm aldığı vəsaitin tam şəkildə qaytarıldğını, həm də iddia müddətinin ötürüldüyünü əsas gətirərək, iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

53. Birinci instansiya məhkəməsi iddanı təmin edərkən gəldiyi nəticəni Cavabdeh müxtəlif vaxtlarda cəmi 79000 manatı iddiaçıdan borc olaraq götürməsi, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımının kəsilməsi, fasilədən sonra iddia müddətinin yenidən başlanması, fasiləyə qədər keçmiş vaxtın yeni müddətə daxil edilməməsi, məhkəmə iclasında şahid Aysel Cabbarlının 2022-ci ilin iyul ayında cavabdeh Cavabdeh 700 manat ödəniş etdiyini bildirməsinin Cavabdeh borcu etiraf etməsi kimi qəbul edilməli olması, həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş DVD diskdə qeyd edilən Whatsapp audio 16.59.07 (1) və 16.59.08 (1) səs yazılarından və ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli və ##.##.2022-ci il tarixli whatsapp yazışmalarından Cavabdeh tərəfindən borcunun olmasının etiraf edilməsinin görünməsi, borclu Cavabdeh iddiaçı İddiaçı oğlu ilə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməməsinin öhdəliyin şərtlərinin pozulmasının müəyyən edilməsi ilə əsaslandırmışdır.

54. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddianı təmin etməkdə haqlı olmamış, eyni zamanda maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarının tələbləri pozulmuş, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

55. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin 79.000 manatlıq öhdəliyə dair şifahi razılaşma üzrə MM 740-cı maddəsini düzgün tətbiq etməməsi, tərəflər arasında yazılı borc müqaviləsi mövcud deyilsə və şifahi razılaşma hüquqi cəhətdən etibarlı hesab olunmursa, münasibətlərin borc müqaviləsi deyil, əsassız varlanma münasibəti kimi qiymətləndirilməli olmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə müvafiq olaraq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

56. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

57. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

58. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

59. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür.

60. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

61. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

62. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

63. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar).

64. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

65. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun şəkildə, yəni yazılı formada borc müqaviləsi bağlanmamışdır.

66. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış mübahisənin həllində Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən maddi hüquq normalarının tələbləri əsas götürülməli olduğu halda, birinci instansiya məhkəməsi tətbiq edilməli olan normanı tətbiq etməyərək, yanlış olaraq borcla bağlı maddi hüquq normalarına istinad etmişdir.

67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 79.000 manat məbləğində borc öhdəliyinin mövcudluğunun sübuta yetirilməməsi, qalıq borcun 49.500 manat olmasının iş materialları ilə əsaslandırılmaması, polis izahatındakı məbləğlə qətnamədə göstərilən məbləğ arasında yaranmış 19.400 manat fərqin hansı sübutla müəyyən edildiyinin qərarda izah olunmaması, 49.500 manatlıq qalıq məbləğin hansı əsasla formalaşdığının dəqiq göstərilməməsi, polis izahatında göstərilən 30.100 manatla qətnamədə qəbul edilən 49.500 manat arasında fərqin hüquqi və faktiki əsaslarının, bank köçürmələrinin mövcudluğu və onların məbləğinin tam araşdırılmaması, iddiaçıya 2021-2022-ci illərdə bank kartına müxtəlif köçürmələr etməsinə dair məhkəmə iclasında bildirdiyi faktın yoxlanılması üçün məhkəmə tərəfindən müvafiq banklara sorğu göndərilməsi istiqamətdə heç bir araşdırma aparılmaması, bank çıxarışlarının tələb edilməməsi, sübutların toplanması ilə bağlı heç bir təşəbbüs göstərməməsi, bu yanaşma ilə çəkişmə və obyektiv araşdırma prinsiplərinin pozulması, cavabdeh kimi onun təqdim etdiyi vəsatətləri və müdafiə arqumentlərinin eyni həcmdə araşdırılmaması, nəticədə tərəflər arasında faktiki balansın pozulması, müdafiə hüququnun məhdudlaşdırılmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan cavabdeh Cavabdeh ## #### 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin 19-cu Polis Bölməsində verdiyi izahatdan görünür ki, o, həmin izahatında həqiqətən də 2019-cu ilin əvvəllərində ona pul lazım olduğu üçün Kəmalə ilə tanış olduğunu, borc adıyla sələmə ümumilikdə 79000 manat pul götürdüyünü, ona 30100 manat borcunun qaldığını göstərmişdir. Iddiaçı isə iddia tələbində cavabdehin onun qarşısında ödənilməmiş pul öhdəliyinin 49500 manat təşkil etdiyini bildirmişdir.

68. Beləliklə iddiaçıdan götürdüyü 79000 manat pul vəsaitinin, yaxud onun bir hissəsinin ödənilməsini sübut etmək yükü cavabdehin üzərinə düşmüş, iddiaçı həmin məbləğdən 29500 manatının ödənildiyini etiraf etmiş, qalan 49500 manatın ödənilməsinə dair isə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Cavabdehin bank köçürmələrinin mövcudluğu və onların məbləğinin tam araşdırılmamasına dair göstərdiklərinə gəlincə cavabdeh məhkəməyə iddiaçıya pul vəsaitinin ödənilməsinə dair bank köçürmələrini təqdim eməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə yalnız 2019-cu ilin fevral ayının 28-də iki ayrı-ayrı qəbzlərlə 2000 manat və 1000 manat olmaqla cəmi 3000 manat pul vəsaitinin poçt vasitəsi ilə iddiaçıya ödənilməsinə dair sənədləri təqdim etmişdir. Məhkəmənin banklara sorğu göndərilməsi istiqamətində heç bir araşdırma aparılmamasına dair apellyasiya şikayətində göstərilənlərə gəlincə cavabdeh iddiaçı qarşısındakı pul öhdəliyi üzrə bank köçürmələri aparmışdırsa, buna dair sənədləri təqdim etmək vəzifəsi də cavabdehə aiddir. Cavabdeh buna dair sənədləri müstəqil şəkildə əldə edə bilmədiyi halda həmin sənədlərin əldə edilməsi ilə bağlı məhkəməyə əsaslandırılmış vəsatət təqdim edə bilərdi. Lakin iş materiallarından cavabdehin bununla bağlı hansısa bankdan müraciətindən imtina edilməsinə dair cavabı məhkəməyə təqdim etməsi halı müəyyən edilməmişdir.

69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir.

70. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin VII hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

71. Beləliklə cavabdehin iddiaçı qarşısında 49500 manat pul öhdəliyinin mövcudluğu sübuta yetirildiyi halda, cavabdeh tərəfindən həmin pul vəsaitinin iddiaçıya qaytarılmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

72. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

74. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin keçməsi barədə verdiyi etirazın düzgün hüquqi qiymətləndirilməməsi, iddiaçının özünün borcun 2018-ci ilin may ayında verilməsi və 10-15 gün müddətinə qaytarılmalı olmasını göstərməsi, bu halda iddia müddətinin başlanma tarixinin də həmin dövrə təsadüf etməsi, məhkəmənin iddia müddətinin başlanma və bitmə tarixini hüquqi baxımdan düzgün müəyyən etməməsi, bitmiş müddətin kəsilə bilməməsi, məhkəmənin MM 380.1-ci maddəsini yanlış şərh etməklə maddi hüququ düzgün tətbiq etməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun iddia müddəti ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” HYPERLINK "https://eqanun.az/framework/15897" \o "Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2001-ci il ## ###### qərarı"2001-ci il ## ######, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” HYPERLINK "https://e-qanun.az/framework/57648" \o "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il # #### tarixli qərarı"2013-cü il # #### tarixli və s. Qərarlar).

76. Kollegiya qeyd edir ki, iddiaçının özünün izahatından müəyyən edildiyi kimi o, hüququnun pozulduğunu 2018-ci ilin iyun ayından bilmiş və iddiaçının özünün təqdim etdiyi şahidin ifadəsindən cavabdeh tərəfindən sonuncu ödənişin 2022-ci ilin iyul ayında həyata keçirildiyi müəyyən edilmiş, cavabdeh tərəfindən 2022-ci ilin iyul ayından sonrakı tarixlərdə hər hansı bir ödənişin edilməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməməklə, izahatlarında buna dair hər hansı bir fikir də ifadə edilməmişdir. Cavabdeh də birinci instansiya məhkəməsinə ünvanladığı ## ###### 2025-ci il və ## ####### 2025-ci il tarixli ərizələrində iddiaçının təqdim etdiyi, lakin hazırda nömrəsini xatırlamadığı bank kartına 2021-2022-ci illərdə müxtəlif aylarda köçürmələr etdiyini göstərmişdir.

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.

78. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

79. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 700 manat ödənişin tarixi, bank sənədi və hüquqi mahiyyətinin aydınlaşdırılmaması, bu ödənişin bank sənədi, poçt qəbzi, pulun hansı tarixdə və hansı üsulla verildiyi, kim tərəfindən qəbul edildiyi, məhz hansı borca aid edildiyinin müəyyən edilməməsi, məhkəmənin “şahid ifadəsi ilə borcun etirafı və ödəniş faktı sübut olunmuşdur” nəticəsinin qeyri-mötəbər və maraqlı şəxsin ifadəsinə söykənməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş iddiaçının qızı X2 ifadəsində 2022-ci ilin 7-ci ayında 700 manat pulun Lalə tərəfindən verildiyinin və onun bunun şahidi olduğunu göstərmişdir. Həmin şahidin iddiaçının yaxın qohumu olmaqla onun ifadəsinə mötəbər sübut qismində istinad edilməsinin mümkünsüzlüyünə baxmayaraq, cavabdehin özü də birinci instansiya məhkəməsinə ünvanladığı ## ###### 2025-ci il və ## ####### 2025-ci il tarixli ərizələrində iddiaçının təqdim etdiyi, lakin hazırda nömrəsini xatırlamadığı bank kartına 2021-2022-ci illərdə müxtəlif aylarda köçürmələr etdiyini bildirmişdir. Lakin cavabdeh 2022-ci ilin hansı aylarında və hansı məbləğlər şəklində iddiaçıya aid bank kartına köçürmələr etməsinə aydınlıq gətirməmişdir. Iddiaçının özünün də 2022-ci ildən sonra cavabdeh tərəfindən ona pul vəsaitindən ödənişlər edilməsi barədə heç bir fikir ifadə etməməsi, sübut təqdim etməməsi, cavabdeh tərəfindən də iddiaçıya ayları, günləri bəlli olmasa da 2022-ci il ərzində ödənişlərin həyata keçirilməsinin etiraf edilməsi, 2022-ci ilin 365 gündən ibarət olması diqqətə alınaraq, 2022-ci ilin dekabr ayının sonuncu günündən sonrakı tarixdə cavabdeh tərəfindən iddiaçıya pul vəsaitinin qaytarılması halı müəyyən edilməmişdir.

80. Kollegiya qeyd edir ki, iddiaçı 2018-ci ilin iyun ayından hüquqlarının pozulmasını bilməsinə baxmayaraq, sonrakı dövrlərdə ödənişlərin həyata keçirilməsi, 2022-ci ilin dekabr ayının son günündən sonra cavabdeh tərəfindən heç bir ödənişin həyata keçirilməməsi diqqətə alınaraq, iddiaçının 2023-cü ilin dekabr ayının sonunadək cavabdehə qarşı məhkəməyə pul tələbinə dair iddia qaldırmaq imkanı olmuşdur. Lakin hazırkı iddia ərizəsi ## #### 2025-ci il tarixdə birinci instansiya məhkəməsinə ünvanlanmış, beləliklə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla iddianın verilməsi üçün nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür.

81. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir.

82. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına (nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhləri məcburi xarakterə malikdir) əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. Iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Iddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). Iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.

83. Mülki iş materiallarına əlavə edilən ## ###### 2025-ci il tarixdə məhkəməyə daxil olmuş iddia müddətinin tətbiq edilməsinə dair ərizəsindən görünür ki, cavabdeh məhkəmədən iddiaçının ona qarşı pul tələbinə dair iddiasının iddia müddətinin keçməsi səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

84. Qanunvericiliyin tələbindən göründüyü kimi, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı ilə bağlı əldə edilmişlərin geri qaytarılması tələblərindən irəli gələn iddia müddəti 1 il təşkil edir, iddiaçı həmin müddəti üzrsüz səbəbdən ötürmüş və qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti ərzində məhkəmə müdafiəsindən istifadə etməmişdir, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir.

85. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməli olmasına dair mövqeyi ilə razılaşmır.

86. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində dövlət rüsumunun və apellyasiya mərhələsində çəkilmiş digər zəruri xərclərin iddiaçıdan tutulmasını xahiş etsə də, iddia tələbi əsaslı olmadığı, əsassız iddia tələbləri üzrə dövlət rüsumu iddiaçının özünə aid edilməli olduğu halda, iddiaçıdan yenidən dövlət rüsumunun tutulması qanunvericiliyin tələbinə uyğun deyildir. Həmçinin iddianın qiyməti 49500 manat, həmin məbləğə görə ödənilməli olan dövlət rüsumunun məbləği 238,5 manat, apellyasiya şikayəti üçün ödənilməli olan dövlət rüsumunun məbləğinin isə 119.25 manat təşkil etməsinin müəyyən edildiyi halda, cavabdeh apellyasiya şikayəti üçün ödədiyi 120.6 manat dövlət rüsumunun hamısını iddiaçıdan tələb etmişdir.

87. Beləliklə qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiаçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdeh Cavabdeh 49.500 (qırx doqquz min beş yüz) manat pulun tutularaq ona ödənilməsi tələbinə dair iddiası rədd edilməli, iddia ərizəsi üçün ödənilmiş 239 manat dövlət rüsumunun 238.5 manatı iddiaçı İddiaçı özünə aid edilməli, cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti üçün ödənilmiş 120.6 manat dövlət rüsumunun 119.25 manatı iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh verilməlidir.

88. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiаçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdeh Cavabdeh 49.500 (qırx doqquz min beş yüz) manat pulun tutularaq ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Iddia ərizəsi üçün ödənilmiş 239 manat dövlət rüsumunun 238.5 manatı iddiaçı İddiaçı özünə aid edilsin. Cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti üçün ödənilmiş 120.6 manat dövlət rüsumunun 119.25 manatı iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar