Məhkəmə qərarları › İş №2(3-10)-236/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-236/2026

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-236/2026 13.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borcun ödənilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 2000 (iki min) manat pulun və 41 (qırx bir) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun gəlini olmuşdur. Ona bankda olan problemlərini nizamlamaq üçün onun istəyi ilə 2000 manat borc vermişdir. Cavabdeh həmin pulu almış, bundan sonra ona olan borcunu ödəməmişdir. Dəfələrlə ondan pulunu tələb etsə də bugünədək qaytarmamışdır. Bu məbləği başqa cürə ala bilmədiyndən özünü xəbəri olmaqla çəkiliş apararaq pulunun ona verilməsi üçün ondan mövqeyini bildirmək istəmişdir. Cavabdeh pulunu qaytarmaq əvəzinə şantajlarla məşğul olaraq hər cürə yalan və şərdən istifadə edərək özbaşınalıq etməklə məşğul olmuşdur. O bütün halda cavabdehdən sona qədər pulunun verilməsini, ona aid pulun qaytarılmasını istəyir.

Birinci instansiya məhkəməsində icraat 3.Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı verdiyi izahatında göstərmişdir ki, cavabdeh Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh Cavabdeh özünə məxsus qızıl əşyalarının bankda girovda olduğunu bildirərək, həmin qızılların girovadan çıxarılması üçün ondan təxminən iki il altı ay əvvəl (iddaçıdan) 2000 (iki min) manat borc pul istəmişdir. O da, oğlu ilə gəlini arasında narazılıq yaranmaması üçün bankdan kredit götürərək, Cavabdeh vermişdir. Lakin Cavabdeh qızılları bankdan girovdan çıxarmamış, nə də ona (iddiçıya) olan borcunu qaytarmamışdır. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun keçmiş qaynanasıdır. İddiaçı tərəfindən ona borc məqsədi ilə 2000 (iki min) manat pul verilməmişdir. Aralarında olan narazılıqlara görə ayrıldıqlarına görə iddiaçı ondan 5000 (beş min) manat tələb etməyə başlamışdır. İddiaçı onun (cavabdehin) yaxın qohumuna da zəng edərək, onun (cavabdehin) 5000 (beş min) manat ödəməsini tələb etmişdir. İddiaçının ondan tələb etdiyi 2000 (iki min) manat pul iddiaçının oğlunun borclarının ödənilməsinə sərf edilmişdir. O (cavabdeh) özü üçün iddiaçıdan heç vaxt 2000 (iki min) manat borc almamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmn edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Yevlax Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 2000 (iki min) manat borc pulun və 41 (qırx bir) manat dövlət rüsumunun alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

7. birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı 2000 (iki min) manat borc almış, lakin aldığı borcunu qaytarmamışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh borcunu qaytarmaqdan yayınmışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə iclasında cavabdeh iddaçıdan 2000 (iki min) manat borc almadığını göstərsə də, iddiaçı tərəfindən təqdim edilmiş videogörüntüdən cavabdehin həmin məbləğdə pulu iddiaçıdan aldığı müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasında borc məqsədi ilə iddiaçıdan pul almadığını, həmçinin iddiaçı tərəfindən verilmiş məbləğlərin iddiaçının oğlunun borclarının ödənilməsinə sərf edildiyini göstərsə də, həmin halları təəsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

9. Cavabdeh tərəfindən sübut kimi təqdim edilmiş iddiaçı ilə cavabdehin qohumu arasında telefon danışıqlarını əks etdirən disk dinlənilən zaman da iş üzrə həmin xüsusatla bağlı əhəmiyyətlə halları olduğu müəyyən edilməmişdir.

10. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir.

11. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilərək, cavabdehdən 2000 (iki min) manat borc pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır.

12. birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 385.1, 390.1, 425.1, 445.2.1, 739.1, 739.2, 740.1 və 740.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbində qeyd olunanlarla razılaşmır. İddiaçı onun keçmiş qayınanasıdır. Lakin iddiaçı ona borc məqsədi ilə 2000 (ikimin) manat borc pul verməmişdir. Sadəcə aralarında olan narazılıqlara görə ayrıldığına görə ondan qisas almaq məqsədi ilə əvvəl guya onun iddiaçıya 5000 manat, sonradan isə 2000 manat borcu olduğunu iddia etmişdir. Qeyd olunanların əksinə olaraq onun yox, iddiaçının oğlunun, yəni onun keçmiş ərinin özünün borcları olmuşdur. İddiaçı özü də gözəl bilir ki, iddiaçının özünün iştirakı ilə həmin 2000 manat pul onun öz oğlunun borclarının ödənilməsinə sərf edilmişdir. Lakin məhkəmə heç bir əsas olmadan və onun yuxarıda qeyd etdiklərini nəzərə almadan iddiaçının mənafeyinə uyğun əsassız qətnamə qəbul edilmişdir. Nəticədə bu qətnamə ilə onun hüquqlarını çox ciddi şəkildə pozulmuşdur.

15. Məhkəmə iddia tələbini təmin edərkən işin faktiki hallarını nəzərə almamışdır. Hesab edir ki, bu hallar məhkəmə tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamış, işə birtərəfli yanaşılaraq ədalətsiz qətnamə qəbul edilmişdir.

16. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Apellyator Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, 2(039)- 1743/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqına” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

28. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 2000 manat pul borc vermiş, lakin cavabdeh borcunu geri qaytarmamışdır. İddiaçı pulun geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının ona borc məqsədi ilə 2000 (ikimin) manat borc pul verməməsi, sadəcə aralarında olan narazılıqlara görə ayrıldığına görə ondan qisas almaq məqsədi ilə əvvəl guya onun iddiaçıya 5000 manat, sonradan isə 2000 manat borcu olduğunu iddia etməsi, onun keçmiş ərinin özünün borclarının olması, iddiaçının özünün iştirakı ilə həmin 2000 manat pulu onun öz oğlunun borclarının ödənilməsinə sərf edilməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş CD diskdə olan videogörüntüdən görünür ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı 2000 manat borc aldığını etiraf etmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Cavabdeh tərəfindən isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas təşkil edə biləcək sübutlar təqdim edilməmişdir.

33. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. 35 Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar