Məhkəmə qərarları › İş №2(3-10)-250/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-250/2026

21.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-250/2026 21.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit öhdəliyi, iddia tələbindən kənara çıxma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 17312,48 manat əsas borc və 1855,08 manat faiz borcu olmaqla, cəmi 19167,56 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 147,50 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış ## ######## 2024 il tarixli, ******-******/* nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 23% dərəcəsi ilə 18000 (On səkkiz min (.00)) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. ## #### 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 17312.48 manat məbləğində əsas borc və 1855.08 manat faiz borcu olmaqla, cəmi 19167.56 (On doqquz min bir yüzaltmış yeddi (.56)) manat məbləğində kredit borcu yaranmışdır. Istehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Istehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 17518,89 (on yeddi min beş yüz on səkkiz manat səksən doqquz qəpik) manat əsas kredit borcu, 1335,15 (bir min üç yüz otuz beş manat on beş qəpik) manat faiz borcu, cəmi 18854,04 (on səkkiz min səkkiz yüz əlli dörd manat dörd qəpik) manat məbləğində pulun alınıb iddiaçı İddiaçı ASC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməsi, ödənilmiş dövlət rüsumunun 146,56 (bir yüz qırx altı manat əlli altı qəpik) manat məbləğində hissəsinin cavabdeh Cavabdeh alınıb iddiaçı İddiaçı ASC-yə verilməsi, cavabdeh Cavabdeh aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı bankla cavabdeh Cavabdeh arasında ## ######## 2024-ci il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 23 faiz ödənilməsi şərtilə 18000 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış cədvələ uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh Cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı tərəf ##.##.2025ci il tarixdə borc məbləğini tam həcmdə ödənilməsi barədə cavabdeh tərəfə bildiriş göndərmişdir. Həmin tarixdən iddiaçı tərəfin birtərəfli iradə ifadəsini cavabdehlərə bildirməsi, kredit (borc) müqaviləsinin məhkəmədən kənar qaydada ləğv edilməsini ehtiva edir. Məhkəmə öz təşəbbüsü ilə təyin etdiyi məhkəmə mühasibatlıq ekspertizasının ekspert rəyinə əsaslanaraq həmin tarixə əsas borc və hesablanmış faiz məbləğini müəyyən etmişdir. Bununla da iddiaçı bankın cavabdehə qarşı müqavilənin ləğvindən əvvəl gecikdirilmiş əsas məbləğin və hesablanmış faizlərin, ödənilməsini tələb etmək hüququ yaranmışdır. Bu hal iddiaçı bankın təqdim etdiyi hesabdan çıxarış, maliyyə arayışı, həmçinin ekspert rəyi ilə müəyyən olunur. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir.

9. Məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır.

10. Məhkəmə iddiaçının tələb etdiyi əsas borc və faiz məbləğinə münasibətdə qeyd edir ki, əsas borcun və faiz borcun məbləği iddia ərizəsində və həmçinin maliyyə arayışında əsas borc 17312,48 manat faiz borcu isə 1855,08 manat məbləğində göstərilmiş, yəni iddiaçı tərəf cavabdehlərdən həmin məbləği tələb etmişdir. Bununla belə ekspert rəyində əsas borc məbləği 17518,89 manat faiz məbləği isə 1335,15 manat məbləğində müəyyən edilmişdir. Ona görə də iddiaçı bankın cavabdehdən tələb etdiyi əsas borcun məbləği və faiz borcunun məbləği iddia ərizəsində göstərilən məbləğdə deyil, ekspert rəyində qeyd olunan məbləğdə, yəni 17518,89 manat əsas borc və 1335,15 manat faiz borcu məbləğində müəyyən edilməli, iddia tələbi qismən təmin edilməli, qalan hissədə rədd edilməlidir.

11. Məhkəmə iddiaçının tələb etdiyi əsas borc məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı bankın iddia ərizəsində tələb etdiyi əsas borc məbləği, iddiaçının tələb etdiyi məbləğdə deyil, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar əsasında, yəni ekspert rəyi ilə müəyyən edilmiş müəyyən edilmiş məbləğdə - 17518,89 manat əsas borc 1335,15 manat faiz hissəsində əsaslıdır.

12. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır.

13. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və cavabdehdən ödənilmiş dövlət rüsumunun 146,56 manat məbləğində hissəsi alınıb iddiaçı İddiaçı ASC–yə verilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 448.2, 739.1, 739.2, 741.1, 742.1, 743-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 117.1, 119.1, 206.1, 217.2, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyаsiyа şikаyəti vermişdir.

16. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə bildirişləri ona catmadığından məhkəmə iclasında iştirak edə bilməmişdir.

17. Onun bank borcu daha az olsada məhkəmə iddiacının təktərəfli təqdim etdiyi sübutları nəzərə almışdır.

18. Kreditin götürülməsinə səbəb körpə övladının səhhətində yararan narahatcılıq səbəb olmuşdur. Bu səbəb banka məlum olmuşdur. Yeni doğulmuş övladı xəstə olması səbəbindən kredit borcunu bütöv şəkildə ödəyə bilmir. Bu səbəbdən müqavilənin vaxtından əvvəl pozulmasna etiraz edir.

19. Məhkəmə qətnaməsini əsaslandırarkəm göstərmişdir ki, "Məhkəmə iddiaçının tələb etdiyi əsas borc və faiz məbləğinə münasibətdə qeyd edir ki, əsas borcun və faiz borcun məbləği iddia ərizəsində və həmçinin maliyyə arayışında əsas borc 17312,48 manat faiz borcu isə 1855,08 manat məbləğində göstərilmiş, yəni iddiaçı tərəf cavabdehlərdən həmin məbləği tələb etmişdir. Bununla belə ekspert rəyində əsas borc məbləği 17518,89 manat faiz məbləği isə 1335,15 manat məbləğində müəyyən edilmişdir. Ona görə də iddiaçı bankın cavabdehdən tələb etdiyi əsas borcun məbləği və faiz borcunun məbləği iddia ərizəsində göstərilən məbləğdə deyil, ekspert rəyində qeyd olunan məbləğdə, yəni 17518,89 manat əsas borc və 1335,15 manat faiz borcu məbləğində müəyyən edilməli, iddia tələbi qismən təmin edilməli, qalan hissədə rədd edilməlidir" Beləliklə məhkəmə qətnaməsi iddia tələbin uygun qəbul edilməmişdir.

20. ## ######## 2024-cü il tarixli kredit müqaviləsinə əsasən ona 18000 manat kredit verilmişdir. Həmin məbləğlə əlaqədar o, 3000 (üc min) manatdan artıq vəsaiti geri qaytarmışdır. Buna baxmayaraq iddiacı ona qarşı 17312,48 manat əsas borc, 1855,08 manat faiz tələbi irəli sürmüş və məhkəmə isə iddia həcmindən kənara cıxaraq ekspert rəyinə istinad etməklə əsas borcu 17518.89 manat təmin etmişdir.

21. Digər tərəfdən o, məhkəmə iclasında iştirak etdiyi təqdirdə ödəniş qəbzlərini təqdim etməklə müdafiə olunacaqdı. Qeyd edir ki, bank borclarını öz bank hesabı vasitəsilə ödəmişdir. Həmin vəsait 3000 manatdan artıq məbləğdir. Həmin ödəniş siyahısını bir qismini şikayətinə əlavə edir.

22. Iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunsa da ekspertə onun kredit müqaviləsi üzrə hesabdan cıxarış təqdim olunmadan rəy verilmişdir. Digər tərəfdən bank təsdiqlənməmiş hansısa bir siyahını məhkəməyə təqdim etməklə borcunu süni surətdə artırmışdır. Halbu ki, bankın təsdiq etdiyi həmin siyahı üzrə o, 1745 manat ödəmişdir.

23. Odur ki, Mingəcevir Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsini ləğv edib iddianın rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı İddiaçı ASC-nin nümayəndəsi və cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Iddiaçı İddiaçı ASC-nin nümayəndəsi məhkəmə kollegiyasına göndərdiyi müraciətində işə nümayəndələrinin iştiraklı olmadan baxılmasını, cavabdeh Cavabdeh isə hazırda övladının əməliyyat olunduğunu, Bakı şəhərində olduğuna görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Cavabdeh Cavabdeh məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə kollegiyasının iclasında üzrlü səbəbdən iştirak etməməsinə dair heç bir sənəd göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7 ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

31. Apellyator şikayətində Mingəcevir Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.

32. Ona görə də məhkəmə kollegiyası Mingəcevir Şəhər Məhkəməsinin e-*(***)- ****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməsini isə şikayətin dəlillərindən asılı olmayaraq yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi üçün əsas təşkil metmirlər.

36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında ## ######## 2024 il tarixdə istehlak krediti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı ASC cavabdeh Cavabdeh 48 ay müddətinə, illik 23% dərəcəsi ilə 18000 manat məbləğində kredit vermişdir. Cavabdehin kredit və ona hesablanmış faiz borcunun kredit müqaviləsinə və ona əlavə olan ödəniş cədvəlinə uyğun məbləğlərdə və müddətlərdə ödəməli olmasına dair öhdəliklərinə əməl etmədiyini əsas gətirən iddiaçı İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə bildirişləri ona catmadığından məhkəmə iclasında iştirak edə bilməməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan SMS bildirişlərdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh Cavabdeh məxsus 050-530-05-34 mobil telefon nömrəsinə əvvəlcədən SMS bildirişlər göndərilmişdir. Apellyasiya şikayətindən də 050-530-05-34 mobil telefon nömrəsinin cavabdeh Cavabdeh aid olması müəyyən edilmişldir. Həmçinin işdə olan poçt xəbərnaməsindən göründüyü kimi birinci instansiya məhkəməsində ## #### 2025-ci il tarixdə keçirilən ilk hazırlıq iclasının vaxtı və yeri barədə göndərilmiş bildiriş cavabdehə buna dair xəbərnaməyə imza etdirilməklə təqdim edilmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yeni doğulmuş övladının xəstə olması səbəbindən kredit borcunu bütöv şəkildə ödəyə bilməməsi, bu səbəbdən müqavilənin vaxtından əvvəl pozulmasna etiraz etməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli Qərarında göstərilmişdir.

39. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 3000 manatdan artıq bank borcunu öz bank hesabi vasitəsilə ödəməsi, bankın borcunu süni surətdə artırmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci istansiya məhkəməsi işin daha da obyektiv araşdırılması məqsədilə ekspertiza təyin edilməsi ilə bağlı qərardad qəbul etmiş, eksperizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

41. Iş materialına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan əsas borcu 17518,89 manat, faiz borcu isə 1335,15 manat təşkil edir. Həmin rəyin məzmunundan cavabdeh tərəfindən banka əsas borcdan cəmi 481.11 manat, faiz borcundan isə cəmi 1264.17 manat ödəniş aparılması müəyyən edilmişdir.

42. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən ## ######## 2024 il tarixli istehlak krediti müqaviləsi üzrə iddiaçı İddiaçı ASC-nə 481.11 manat əsas, 1264.17 manat faiz borcundan əlavə digər ödənişlərin aparılmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunsa da ekspertə onun kredit müqaviləsi üzrə hesabdan cıxarış təqdim olunmadan rəy verilməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2025-ci il tarixli */**** nömrəli rəyinin məzmunundan görünür ki, ekspert tərəfindən iş üzrə əlavə sənədlərin təqdim olunmasının zəruriliyi ilə bağlı məhkəməyə ##.##.2025-ci il tarixdə vəsatət göndərilmiş, həmin vəsatətə cavab olaraq ##.##.2025-ci il tarixdə 01 vərəqədə əlavə sənədlər daxil olmuşdur. Həmin 01 vərəqədən ibarət hesabdan çıxarış sənədi ekspertiza rəyinə əlavə edilmişdir.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin iddia həcmindən kənara cıxaraq ekspert rəyinə istinad etməklə əsas borcu 17518.89 manat təmin etməsi, məhkəmə qətnaməsinin iddia tələbinə uygun qəbul edilməməsinə dair dəlili ilə razılaşaraq qeyd edir ki, işdə olan məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyində Cavabdeh İddiaçı ASC-yə olan əsas borcunun 17518,89 manat təşkil etməsi müəyyən edilməsinə baxmayaraq, iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh əsas borcu 17312,48 manat həddində tələb etdiyi halda, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tələb ediləndən daha yüksək məbləğdə, yəni 17518,89 manat əsas borcun tutulması nəticəsinə gəlmişdir.

45. Halbuki, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı 17312,48 manatdan daha yüksək həddə əsas borc tələbi olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü mаddəsinin tələbindən də göründüyü kimi hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

46. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehdən 17312,48 manatdan əlavə 206,41 manat da əsas borcun, həmin məbləğə mütənasib olan dövlət rüsumunun tutulmalı olması nəticəsinə gələrkən iddia tələbindən kənara çıxmaqla səhvə yol vermişdir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli qərarına əsasən qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Iddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir.

48. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə iddia ərizəsində tələb ediləndən əlavə olaraq 206,41 manat əsas borcun, həmin məbləğə mütənasib dövlət rüsumunun tutulması nəticəsinə gələrkən iddia tələbindən kənara çıxmaqla prosessual hüquq normalarının tələbləri pozulsa da, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

49. Qeyd edilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni “cavabdeh Cavabdeh 206,41 manat əsas kredit borcu, cəmi 206,41 manat məbləğində pulun, həmin məbləğə mütənasib 0.62 manat dövlət rüsumunun alınıb iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verilməsi” hissələrində ləğv edilməli, həmin hisssələr qətnamədən xaric edilməli, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni “cavabdeh Cavabdeh 206,41 manat əsas kredit borcu, cəmi 206,41 manat məbləğində pulun, 0.62 manat dövlət rüsumunun alınıb iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verilməsi” hissələrində ləğv edilsin. Həmin hisssələr qətnamədən xaric edilsin. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar