Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-251/2026 03.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vurulmuş maddi ziyana görə pul” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ona məxsus 2.5 ha torpaq sahəsində əkmiş olduğu yonca bitkisinə vurulmuş maddi zərərə görə 2427 manat, qiymətləndirmə xidmətinə görə ödədiyi 300 manat və ödənilmiş dövlət rüsumuna görə ödədiyi 48.75 manat olmaqla, cəmi 2775.75 pulun cavabdehdən məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Zərdab rayonu Dəli Quşçu kəndi ərazisində yerləşən 3,16 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,5 hektarına yonca bitkisi əkmişdir. Cavabdeh ##.##.2025-ci il tarixdə onun yonca sahəsini suya verərək tamamilə məhv etmişdir. O, hər il 2,5 hektar torpaq sahəsindən 200 kip yonca götürmüşdür. Bir kip yoncanın bazar qiyməti 5 manat olmaqla təkcə yonca kipinin qiyməti 1000 manat təşkil edir. X2 İnkişaf Mərkəzi tərəfindən ona verilmiş ## ######## 2025-ci il tarixli və ## ######## 2025-ci il tarixli məktublardada torpaq sahəsinə ziyan dəyməsi faktı təsdiqini tapmışdır. Dəymiş ziyanla əlaqədar cavabdehə və digər aidiyyati qurumlara müraciət etsədə ona dəymiş maddi ziyanlıq ödənilməmişdir.
3. Cavabdeh Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı İddiaçı ona qarşı vurulmuş maddi ziyana görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı iddia edir ki, guya ona məxsus torpaq sahəsindən su buraxdığı üçün iddiaçının yonca sahəsi qurumuş və nəticədə maddi zərər çəkmişdir. Lakin iddiaçı bununla bağlı heç bir sübut təqdim edə bilmir. Bu məsələ ilə bağlı Zərdab Rayon Polis şöbəsindədə araşdırılma aparılmış və fakt təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli ** saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Dəli Quşçu kəndi ərazisində 3.16 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN- 186 Kod 90506018 olan Dövlət Aktı verilmişdir. Cavabdeh ona məxsus torpaq sahəsinə maddi ziyan vurmuşdur. Belə ki, onun və ailə üzvülərinin mülkiyyətində olan 3,16 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,5 hektarına yonca bitkisi əkmişdir. Cavabdeh ##.##.2025-ci il tarixdə bütün yonca sahəsini suya verərək tamamilə məhv etmişdir. O, hər il 2,5 hektar torpaq sahəsindən 200 kip yonca götürmüşdür. Bugünə bir kip yoncanın bazar qiyməti 5 manat olmaqla təkcə yonca kipinin qiyməti 1000 manat hesablanmışdır. Dəymiş ziyanla bağlı iş üzrə ekspertiza keçirilməsi üçün müstəqil qiymətləndirmə palatası olan “xxxx” MMC-yə müraciət edilmiş və ##.##.2025-ci il tarixli, QXM/*** saylı müvafiq rəy alınmışdır ki, aparılmış tədqiqatlar nəticəsində Zərdab rayonu, Dəli Quşçu kəndi ərazisində yerləşən 3.16 ha torpaq sahəsinin 2.5 ha hissəsi su basması nəticəsində ziyan dəymişdir. Dəymiş ziyanla bağlı hesablama nəticəsində məlum olmuşdur ki, əldə olunması nəzərdə tutulan 250 ədəd yonca presi itmişdir ki, hər presin qiyməti 5 manat olmaqla, ümumi maddi zərər 1250 manat təşkil etmişdir. Həmçinin su basması nəticəsində yararsız vəziyyətə düşmüş sahənin yenidən yararlı vəziyyətə gətirilməsi üçün 1177 manat tələb olunduğu müəyyən edilmişdir. Torpaq sahəsi tamamilə məhv olduğuna görə, o, yenidən həmin sahəni şumlamalı, malalamalı, toxum almalı və yenidən yonca əkməlidir ki, bunlarda hamısı əlavə xərc tələb edir. Cavabdehin keçən müddət ərzində ona dəymiş ziyanı ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq ona dəymiş ziyanı ödəmək fikrində deyildir. Onun tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Dəli Quşçu kəndi ərazisində çöl pay torpaq sahəsi verilmişdir. Lakin, o, iddiaçı ilə qonşu deyildir. İddiaçı ilə onlara məxsus torpaq sahəsinin ara məsafəsi 500 metr təşkil edir. İddiaçının torpaq sahəsinə onun su buraxmasına dair heç bir sübutu yoxdur. İddiaçının müraciəti əsasında dəymiş ziyanla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılmış və onun tərəfindən iddiaçıya ziyanın vurulması təstiqini tapmamışdır. Eyni zamanda qeyd edir ki, həmin ərazidə digər şəxslərədə məxsus torpaq sahəsi var. Onlarda mütəmadi olaraq torpaq sahələrini sulayırlar. Yəni onlarda iddiaçıya maddi ziyanlıq vura bilər. Odur ki, iddia əsassız olduğundan iddianın rədd edilməməsini xahiş etmişdir.
6. Zərdab Rayon Məhkəməsinin (hakim İlqam Həsənquliyev) ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vurulmuş maddi ziyana görə pul tələbi”nə dair iddia ərizəsinin təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olunmuşdur ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli ** saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Dəli Quşçu kəndi ərazisində 3.16 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-186 Kod 90506018 olan Dövlət Aktı verilmişdir. Onların mülkiyyətində olan 3,16 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,5 hektarına yonca bitkisi əkmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya maddi ziyanlığın dəyməsi işin mübahisəsiz hissəsidir. Lakin məhkəmə qeyd etmişdir ki, iddiaçıya maddi ziyanlıq dəysədə lakin ziyanlığın konkret hansı şəxs və ya şəxslər tərəfindən törədilməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Ümumilikdə məhkəmə mübahisəyə hüquqi qiymət vermək üçün tərəflərin iştirakı ilə yerli baxış keçirmişdir. Baxış zamanı sözü gedən ərazidə digər şəxslərində pay torpaq sahəsinin olması faktı müəyyən olunduğundan dəymiş maddi ziyanlığın konkret olaraq cavabdehin deyil digər şəxslərin hərəkət və ya hərəkətsizliyindən törəmiş olması istisna olunmur.
8. Məhkəmə tərəflərin izahatlarını, yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı öz iddiasını məhkəmə iclasında hüquqi cəhətdən əsaslandıra bilməmiş, nə də ki, iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və ona görə də iddia təmin edilməməlidir.
9. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.
10. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 2-ci hissəsinə, 60-cı maddəsinin 1-ci hissəsinə, 71-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4, 68, 84cü maddələrinə, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının * saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianın rədd olunmasına əsas kimi maddi ziyanlığın kimin tərəfindən vurulmasının müəyyən olunmadığını qeyd etmişdir. Lakin hesab edir ki, bu hal əsassızdır. Belə ki, ona maddi ziyanın Cavabdeh tərəfindən vurulması mübahisəsizdir. Belə ki, ## ###### 2025-ci il tarixdə cavabdeh öz sahəsini sulamaq məqsədilə suyu açıq qoymuş və bununlada ona məxsus sahənidə suyun altında qoymuşdur. Həmin dövrdə su yalnız cavabdehə məxsus torpaq sahəsinin sulanılması üçün açılmışdır. Yəni həmin vaxtı qonşuluqda olan heç bir torpaq sahibi öz torpağına su buraxmamışdır. Bundan əlavə qeyd edir ki, cavabdeh özüdə ona müraciət edərək mənə dəymiş maddi ziyanlığa köməklik göstərmək niyyətinin olmasını bildirmişdir. Lakin ziyanlığın qarşısında çox az kompensasiya təklif etdiyindən bununla razılaşmamışdır. Hesab edir ki, cavabdeh ona dəymiş ziyanlığı qismən kompensasiya etməyi təklif etməklə bir növ dəymiş maddi ziyanlığın onun hərəkət və ya hərəkətsizliyindən dəyməsini etiraf etmişdir.
14. Birinci instansiya məhkəməsi ziyanlığın kimin tərəfindən törədilməsi hissəsini araşdırmaqda maraqlı olmamış yalnız ondan sübutları tələb etmişdir.
15. Odur ki, Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsi, Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə görə Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Apellyator Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul edilən qətnamə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
26. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli ** saylı qərarına əsasən iddiaçı İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Dəli Quşçu kəndi ərazisində 3.16 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-186 Kod 90506018 olan Dövlət Aktı verilmişdir. İddiaçı mülkiyyətində olan 3.16 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,5 hektarına yonca bitkisi əkmişdir. Cavabdeh Cavabdeh öz torpaq sahəsini sulayarkən onun torpaq sahəsi ilə qonşuluqda yerləşən iddiaçının torpaq sahəsini su basmış və nəticədə iddiaçının əkdiyi yonca sahəsi məhv olaraq ona maddi ziyan dəymişdir. Zərdab Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı cavabdeh Cavabdeh izahatında öz torpaq sahəsini sulayan zaman xəbəri olmadan Mütəllimin yonca sahəsini su basmasını bildirmişdir. 27.Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
28. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
29. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
30. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
31. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi də təsbit olunmuşdur.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
33. İş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən mübahisə ilə bağlı İddiaçı müraciəti əsasında Zərdab Rayon Polis Şöbəsində aparılmış araşdırma materialı əldə edilərək iş materiallarına əlavə edilmişdir.
34. Məhkəmə kollegiyasına təqdim olunmuş Zərdab Rayon Polis Şöbəsində aparılmış araşdırma materiallarında olan cavabdeh Cavabdeh izahatından görünür ki, sonuncu izahatında öz torpaq sahəsini sulayan zaman Mütəllimin yonca sahəsinə suyun onun xəbəri olmadan ziyanlıq vurmasını, Mütəllimin torpaq sahəsinə qəsdlə ziyan vurmamasını, məhkəməyə müraciət edərək ziyanlığın müəyyən olunmasını bildirmişdir.
35. Kollegiya qeyd edir ki, cavabdeh polis şöbəsində araşdırma zamanı vermiş olduğu izahatda iddiaçıya məxsus torpaq sahəsinə qəsdlə su buraxmadığını qeyd etsədə, cavabdehin ehtiyyatsız davranışı, yəni onun zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti nəticəsində iddiyaçıya ziyan dəyməsini etiraf etmişdir.
36. Həmçinin işdə olan Kənd Təsərrüfatı Nazirliyi X2 İnkişaf Mərkəzi tərəfindən verilmiş # ######## 2025-ci il tarixli *-**-*-**/*-Ə-**-**-**/**** saylı məktubdan müəyyən olunur ki, İddiaçı məxsus 2.50 ha yonca sahəsi su dolması nəticəsində yonca bitkisi quruyaraq məhv olmuşdur.
37. Məhkəmə kollegiyası dəymiş ziyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, işdə olan Azərbaycan Respublikası “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, İddiaçı tərəfindən verilən məlumatlara əsasən, ona məxsus Zərdab rayonu, Dəliquşçu kəndində yerləşən 3,16 hektar torpaq sahəsinin 2,5 hektar hissəsi su basması nəticəsində ziyan görmüşdür. Nəticədə həmin torpaq sahəsindən istifadə imkanları tamamilə yararsız vəziyyətə düşmüş və biçim üçün nəzərdə tutulan yonca sahəsi əkin üçün yararsız hala gəlmişdir. Qeyd olunan əraziyə dəymiş zərər əvvəlcədən müəyyən edilmiş ardıcıllığa əsasən hesablanmışdır. Hesablamalar göstərir ki, bu sahədən əldə olunması nəzərdə tutulan 250 ədəd yonca presi bitmişdir və hər bir presin qiyməti 5 manat olmaqla, ümumi maddi zərər 1250 manat təşkil etmişdir. Həmçinin, su basması nəticəsində yararsız vəziyyətə düşmüş sahənin yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün 1177 manat vəsaitin tələb olunduğu müəyyən edilmişdir.
38. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, QXM/*** nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, mütəxəssisin rəyi yazılı sübutlardan biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, iddiaçının müraciəti əsasında aparılmış mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də hazırkı məqamda ziyanın məbləğinin müəyyən edilməsində mötəbər sübut qismində məhz “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyində müəyyən edilmiş ziyan məbləğinə istinad edilməlidir.
39. Sadalananlar diqqətə alınaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində əkilən yonca bitkisinin məhv olması hadisəsinin məhz cavabdehin təqsirindən baş verməsi təsdiqini tapdığı halda, birinci instansiya məhkəməsinin iddia tələbi üzrə apardığı əsaslandırma və gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyekti araşdırılması prinsiplərinin tələblərinə cavab verməmişdir.
40. Halbuki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
41. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
42. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
43. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
44. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).
45. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı 2427 manat maddi ziyanın vurulmasının təsdiqini tapması nəzərə alınaraq, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 2427 manat maddi ziyanla yanaşı, həmin məbləğə mütənasib olan 48.75 manat dövlət rüsumunun, həmçinin, qiymətləndirmə xidmətinə görə ödənilən 300 manatın alınmasını da tələb etməkdə haqlıdır.
46. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vurulmuş maddi ziyana görə pul tələbinə dair iddiаsı təmin edilməli, cаvаbdеh Cavabdeh 2427 manat maddi ziyan, 48.75 manat dövlət rüsumu və “xxxx” MMC tərəfindən aparılmış tədqiqat üzrə 300 manat xidmət haqqı alınaraq iddiaçı İddiaçı ödənilməlidir.
47. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vurulmuş maddi ziyana görə pul tələbinə dair iddiаsı təmin edilsin. Cаvаbdеh Cavabdeh 2427 manat məbləğində maddi ziyan, 48.75 manat dövlət rüsumu və “xxxx” MMC tərəfindən aparılmış tədqiqat üzrə 300 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 2775,75 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.