Məhkəmə qərarları › İş №2(3-10)-259/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-259/2026

31.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-259/2026 31.03.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Qərardad Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edildi, qüvvə, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025 -ci il tаrixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-*(***)-***/**** nömrəli qərаrdаdındаn iddiaçı İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 8675 manat məbləğində sığorta ödənişinin və 106,75 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tаrixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh Cavabdeh 8675 (səkkiz min altı yüz yetmiş beş) manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 106,75 (bir yüz altı manat yetmiş beş qəpik) manat dövlət rüsumunun iddiaçı İddiaçı xeyrinə tutulması, cavabdeh Cavabdeh ekspertiza xərci olan 200 (iki yüz) manatın alınaraq “xxxx” MMC-nin VÖEN 1604059991, AZ90AIIB40060019440817272114 hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-**)-**/**** nömrəli ##.##.2026cı il tarixli qərardadına əsasən Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tаrixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Cavabdeh Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tаrixli, *(***)-***/**** nömrəli qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-*(***)-***/**** nömrəli qərаrdаdı ilə ərizə təmin edilmiş, cavabdeh Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tаrixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti bərpa edilmişdir. İddiaçı İddiaçı ASC həmin qərardaddan şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e- *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apellyasiya şikayəti tərtib edilən zaman cavabdeh Cavabdeh apellyasiya məhkəməsindən xahişi texniki səhv olaraq Mingəçevir Şəhər Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi kimi qeyd edilmişdir. Texniki səhv nəticəsində tələb düzgün qeyd edilməmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti tərtib edilən zaman şikayətin "ərizənin mətni" (işin halları) hissəsində qəbul edilmiş qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini qeyd etmişdir. Cavabdeh qətnamədən narazı olduğunu işin halları hissəsində ifadə etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh ilkin apellyasiya şikayəti verən zaman müddəti ötürmədiyi üçün Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilməli, cavabdehin qətnamədən apellyasiya şikayəti vermək hüququ məhdudlaşdırılmamalı və apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tаrixli, *(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh elektron kabinetində ## ###### 2025-ci il tarixdə yerləşdirilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh ilkin olaraq qanunla müəyyən edilmiş müddətdə, ## ###### 2025-ci il tarixində apellyasiya şikayəti vermişdir. ## ###### 2025-ci il tarixli məktubla həmin apellyasiya şikayəti *(***)-***/**** saylı mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadına əsasən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-*(***)-***/**** nömrəli qərardad qəbul etmiş, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab vermədiyindən geri qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, “Apellyasiya şikayəti verən şəxsin tələbi” adlanan 12-ci bəndində şikayətçinin apellyasiya instansiyasından tələbi “Mingəçevir Şəhər Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunması” kimi ifadə olunmuşdur. Yəni, iddianın təmin olunması barədə qəbul edilmiş qətnamədən cavabdeh tərəfindən verilən apellyasiya şikayətində “... iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunması” xahiş edilmişdir ki, belə bir apellyasiya tələbi cavabdeh tərəfin vermiş olduğu hazırkı apellyasiya şikayətinin, o cümlədən də mövcud mübahisənin xarakterinə və mahiyyətinə uyğun deyildir. Çünki, şikayət olunan qətnamə ilə iddiaçının iddia tələbi tam təmin olunduğu halda, cavabdehin hazırkı apellyasiya şikayətində həmin “qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunmasının” tələb edilməsinin səbəbləri aydın deyildir və eyni zamanda, belə bir tələbin verilməsinin səbəbləri apellyasiya şikayətinin məzmunu ilə də müəyyən olunmur. Halbuki, həmin bənddə (hissədə) apellyasiya şikayəti verən şəxs (hazırkı halda cavabdeh) özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Bundan sonra cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilərək işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. O, şikayətində apellyasiya məhkəməsindən texniki səhv olaraq Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tаrixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026cı il tаrixli, e-*(***)-***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: İddiaçı İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-*(***)-***/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tаrixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar