Məhkəmə qərarları › İş №2(3-10)-280/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-280/2026

17.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-280/2026 17.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, borc müqaviləsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1, Cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh, Cavabdeh 12.000 manat məbləğində pulun, ödənilmiş 127 manat məbləğindəki dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2024-cü ilin iyul ayında Qax Rayon Məhkəməsinə müraciət edərək qızı X2 əri Cavabdeh qarşı pul tələbinə dair iddia irəli sürmüşdür. ## ###### 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı zamanı hakim Taleh Kərimov tərəflərə iddiaçı İddiaçı X2 ilə əvəz olunması təklif etmiş İddiaçı da buna etiraz etməmiş və nəticədə həmin mülki iş üzrə iddiaçı kimi Qönçə Mahmudlu tanınmışdır. İddiaçı əvəz olunma hissəsinə etiraz etməməsinə səbəb, bu təklifi sədrlik edən öz təşəbbüsü ilə irəli sürməsi olmuşdur. ## ###### 2024-cü il tarixdə qətnamə qəbul olunmuş və iddia tələbi qismən təmin olunaraq cavabdeh Cavabdeh 10.000 manat pul alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Bundan sonra cavabdeh apellyasiya şikayəti vermiş və şikayəti iki istiqamətdə əsaslandırmışdır. Birincisi cavabdeh apellyasiya şikayətində iddiaçının əvəz olunması hissəsinə toxunmuş və hesab etmişdir ki, hakim Taleh Kərimov prosessual pozuntuya yol vermiş və məhkəmə baxışı zamanı iddiaçının əvəz olunması hərəkətini düzgün etməmiş, ikincisi isə ümumiyyətlə onun qarşı tərəfdən pul almadığını göstərmişdir. Şəki Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsi ilə cavabdehin şikayəti qismən təmin olunaraq Qax Rayon Məhkəməsinin ## ###### 2024cü il tarixli qətnaməsi ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsini belə əsaslandırmışdır ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tələb hüququ olmayan şəxs iddiaçı X2 tərəfindən verilmiş iddiaya mahiyyəti üzrə baxmışdır. Birinci instansiya məhkəməsi iddia qaldırmış iddiaçı İddiaçı iş üzrə əsl iddiaçı qismində çıxış edə biləcəyi təqdirdə, əksinə ## ###### 2024-cü il tarixli qərardad çıxardaraq sonuncunu əsl iddiaçı X2 ilə əvəz etmişdir. Bununla da hazırkı tələbi qaldırmağa subyektiv hüququ olmayan iddiaçı tərəfindən qaldırılmış hazırkı işə mahiyyəti üzrə baxmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı X2 hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Göründüyü kimi apellyasiya məhkəməsi qətnaməni ləğv edərkən ancaq subyektiv hüquq tərəfinə əsaslanmış və məhz ona görə Qax Rayon Məhkəməsinin qətnaməsini ləğv etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehin qarşı tərəfə borcunun olması hissəsində tam sübuta yetirilmiş və bu səbəbdən apellyasiya məhkəməsi şikayəti qismən təmin edərək ancaq subyektiv hüquq hissəsində qətnaməni ləğv etmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsindən belə nəticəyə gəlmək olur ki, cavabdehin borcu olması mülki işdə olan sübutlarla tam olaraq öz təsdiqini tapır. İddiaçı bildirdiyinə görə qızı ilə cavabdeh ailə qurmamışdan əvvəl cavabdeh Cavabdeh ona müraciət edərək pul lazım olduğunu bildirərək iddiaçıdan 12.000 manat borc pul tələb etmişdir. Iddiaçının bildirdiyinə görə həmin vaxt cavabdeh Cavabdeh onun qızı ilə adaxlı olduğundan və iddiaçının gələcəkdə kürəkəni olacağından ona etiraz etməmiş və 12.000 manat pulu borc olaraq Cavabdeh vermişdir. Keçən müddət ərzində istər iddiaçının özü, istərsə də, onun qızı Qönçə Mahmudlu cavabdehdən pullarını tələb etsələr də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Iddiaçının qızı tərəfindən bir neçə digər məsələ həmçinin də həmin xüsusatla bağlı Binəqədi RPI-nə müraciət edilmişdir. Binəqədi RPI-in 43-cü Polis Bölməsinin təhqiqatçısı, R X3 tərəfindən izahatı alınarkən Cavabdeh bildirmişdir ki, X2 ilə 6 ay bundan qabaq ailə həyatı qurmuşlar. Həmin nikahdan onun övladı yoxdur. Xasiyyətləri uyğun gəlmədikləri üçün Qönçə Mahmudlu ilə ayrılmaq üçün müraciət etmişdir. Hal-hazırda Nizami rayonu * saylı Mediasiya təşkilatında baxılır. ## ##### 2024- cü il tarixdə axırıncı dəfə mediasiyada baxılan da o, heç kimi döyməmişdir. Ümumiyyəti o, Qönçəyə əl qaldırmamışdır. Ola bilsin ki, nəyisə uzadan mübahisə etmişlər. Bundan sonra o, Qönçəyə zəng etməmiş, Qönçə isə ona vatsap tədbiqində söyüşlər yazaraq təhqir etmişdir. O, mebel almaq üçün Qönçə Mahmudlunun atası Kamaldan 10.000 manat pul almışdır. Həmin mebellər hal-hazırda yaşadıqları evdədir. O, Qönçədən işə düzəlmək adı ilə pul almamışdır. O, ümumiyyətlə heç kimi öldürməklə hədələməmişdir. Qönçənin dediklərin hamısı yalandır. O, Qönçədən 12.000 manat yox 10.000 manat atasından pul almışdır. Həmin izahatdan da göründüyü kimi, cavabdeh Cavabdeh iddiaçıdan borc aldığını etiraf etmişdir. Lakin o izahatında 12.000 manat deyil 10.000 manat pul aldığını, guya həmin pulu da mebel almaq üçün aldığını bildirmişdir. Bunu bildirsə də həmin xüsusatlarla bağlı hər-hansı bir sübut təqdim etməmişdir. Cavabdehin borc almasını iş materiallarında olan onun səs yazısı, şahid ifadələri və digər sübutlarla tam təsdiq olunur. Iddiaçının bildirdiyinə görə cavabdehverdiyi pulu qaytarmadığı üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

3. Cavabdeh Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Iddiaçı İddiaçı ona qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh, Cavabdeh 12.000 manat məbləğində pulun, ödənilmiş 127 manat məbləğindəki dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin hazırkı iddia tələbinə məhkəmədə baxıla bilməz. Belə ki, hazırkı tələbə daha öncə məhkəmədə baxılmışdır. Iddiaçı İddiaçı (nümayəndəsi vəkil nümayəndə1) cavabdeh Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh 12.000 manat pulun, ödənilmiş 127 manat dövlət rüsumunun, həmçinin onunla Şəki-Regional Vəkil Bürosunun vəkili nümayəndə1 və hüquqlarının müdafiəsi üçün bağladığı müqavilə üzrə 300 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (sədrlik edən T.Kərimov) iddiaçı X2 cavabdeh Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə ## ###### 2024-cü il tarixdə baxaraq iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 10.000 manat pul alınaraq iddiaçı X2 ödənilməsi, iddia tələbinin qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 127 manat pulun Cavabdeh alınaraq X2ma ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. O Qax Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-2(024)-525/2024 №li qətnaməsindən narazı qalaraq apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin (sədrlik edən E.Hüseynov) 2(107)332/2025 №li, ## ### 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Qax Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-2(024)-525/2024 №li qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X2 cavabdeh Cavabdeh qarşı «pul tələbinə dair» iddiasının rədd edilməsi qət edilmişdir. Bildirir ki, birinci instansiya məhkəməsində iddiaçı əvvəlcə İddiaçı olmuş, lakin baxış iclasında iddiaçı Mahmudlu Qöncə ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə, iddiaçı dəyişdirildikdə əvvəlki iddiaçı prosesdən kənarlaşdırılır. Bu səbəbdən İddiaçı artıq həmin predmet üzrə iddiaçı statusunu itirmişdir. O, prosessual qaydada kənarlaşdırıldığından, yenidən eyni predmet və eyni əsasla iddiaçı kimi çıxış edə bilməz. Bu cür təkrar iddia prosessual hüquqdan sui istifadə hesab olunmalıdır. Göründüyü kimi İddiaçı ona qarşı 12.000 manat məbləğində pulun, ödənilmiş 127 manat məbləğindəki dövlət rüsumunun ödənilməsinə dair iddiaya məhkəmədə baxılmış və Şəki Apelyasiya Məhkəməsinin 2(107)332/2025 №li, ## ### 2025-ci il tarixli qətnaməsi ilə həmin iddia tələbi rədd edilmişdir. Bu halda «res judicata» prinsipi tətbiq olunmalıdır. Hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində qəbul edildiyi kimi, eyni tərəflər, eyni predmet və eyni əsas üzrəmübahisəyə təkrar baxıla bilməz. Əks təqdirdə, məhkəmə qərarlarının sabitliyi və hüquqi müəyyənlik prinsipi pozular. Bu prinsip MPM-in 259.1.2 və 261,0.2-ci maddələrində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytanla bilər. Iddiaçı əsas sübut kimi polis orqanında zorakılıqla alınmış izahat və qərarı təqdim edir. Lakin həmin izahat uzrə şikayət mövcuddur və bu, onun qanuniliyini şübhə altına alır. Bundan əlavə, izahatda Kamalın qızı Qöncə göstərildiyi halda, qərarda Kamalın adı keçir. Bu uyğunsuzluq sübutların etibarlılığını aradan qaldırır. MPM-in 75-ci maddəsinə görə yalnız qanuni yolla əldə edilmiş sübutlar qəbul edilə bilər. 77-ci maddəyə görə isə sübutların etibarlılığı və iş üçün əhəmiyyəti məhkəmə tərəfindən qiymətləndirilməlidir Bu səbəbdən təqdim olunan izahat və qərar sübut kimi qəbul edilə bilməz. Iddiaçı İddiaçı mənə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilməsi ilə bağlı qərardad çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərmişdir ki, hazırkı işin mahiyyəti məhkəməyə bəllidir. Əvvəlki hakimin sədrliyi ilə oxşar mübahisəyə baxılmış və iddia tələbinin qismən təmin edilməsi qətnamə qəbul edilib. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Apellyasiya Məhkəməsi həmin qətnaməni sadəcə iddiaçının iddia qaldırmaq üçün prosessual hüququ olmaması əsası olmadan ləğv edərək iddianı rədd etmişdir. Məlumat üçün bildirir ki, onlar əvvəlki iddianı hazırkı iddiaçının adı ilə qaldırmışlar. Lakin hakimin təklifi əsasında, həmin təklif Mülki Prosessual Qanunvericiliyə uyğun idi, onlar iddiaçının əsl iddiaçı ilə əvəz olunmasını təklif etmişlər. Hesab edirlər ki, iddianın təmin edilməsi üçün kifayət qədər sübut da vardır, sübutlar toplanılmışdır, hansı ki əvvəlki iş materiallarında bunlar da mövcud idi. Istər cavabdehin mübahisələndirdiyi polisdə alınmış izahatlar olsun, istər səs yazıları olsun, hansı ki, cavabdehin iddiaçının qızı ilə olan telefon danışığı var, orada pul məsələsindən söhbət gedir. Eyni zamanda əvvəlki məhkəmədə şahidlər dindirilmişdir. Şahidlərin protokollarda ifadələri vardır, həmin ifadələr videogörüntü ilə əldə olunmuşdur. Həmin ifadələr kifayət qədər mötəbər sübutlardır. Cavabdeh cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan narazılığını bildirir, həmin qərar vasitəsilə əldə olunmuş sübutun mötəbərsizliyinə qiymət verir. Diqqətə çatdırır ki, həmin qərar ilk olaraq təmsil etdiyi şəxsin qızını verdiyi şkayətə əsasən ləğv edilmişdir. Hətta cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi belə orada alınmış izahatların mötəbərliyini aradan qaldırmır. Cavabdeh hətta əvvəlki Apellyasiya Məhkəməsində də oxşar sübutları təqdim etmişdir, hazırda keçirilən məhkəmə iclasında da analoji sübutları təqdim edir. Deyir ki, Binəqədi rayon Polis Idarəsində izahatı alınarkən təsir və təziq altında izahatı alınmışdır. Bununla bağlı səhv etmirsə Binəqədi rayon Prokurorluğunun və ya Baş Prokurorluğun müvafiqməktubunu təqdim etmişdir. Həmin məktubla tanış olduqda da aşkar şəkildə görünür ki, cavabdehin təziq və təsir altında izahat verməsi barədə xüsusatlar öz təsdiqini tapmadı. Cavabdehin verdiyi ifadə onun səmimi ifadəsi olmuşdur. Ona görə də, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya Məhkəməsi Qax Rayon Məhkəməsini əvvəlki qətnaməsini ləğv edərkn əsaslandırması bu olmuşdur ki, birinci instansiya məhkəməsi iddia qaldırmış iddiaçı İddiaçı iş üzrə əsl iddiaçı qismində çıxış edə biləcəyi təqdirdə, əksinə ## ###### 2024-cü il tarixli qərardad çıxardaraq sonuncunu əsl iddiaçı X2 ilə əvəz etmişdir. Bununla da hazırkı tələbi qaldırmağa subyektiv hüququ olmayan iddiaçı tərəfindən qaldırılmış hazırkı işə mahiyyəti üzrə baxmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. Burada Apellyasiya Məhkəməsi özü bildirir ki, bu subyektiv hüquq İddiaçı idi. Birinci Instansiya Məhkəməsi səhv olaraq İddiaçı Qönçə Bayramova ilə əvəz etmişdir. Onlar bütün instansiyalara, hətta polisdə belə bildirmişlər ki, pul İddiaçı puludur. Pulu kimin verməsindən asılı olmayaraq İddiaçı pulu cavabdehə verilbdir. Səs yazısını bir hissəsini cavabdeh, bir hissəsini isə iddiaçı tərəf təqdim edib. Tərəflər arasında gedən danışıq var, danışıqda ola bilər ki, haradasa səhv edir, Cavabdeh İddiaçı qızı ilə danışanda Turanə xanımın adından deyir ki, Turanə deyir ki, əgər Qönçənin boşanmaq fikri qətidirsə, pul məsələsi var, ay fərqində səhv edə bilər, mart, ya da ki, may ayına qədər onlara icazə versin ki, onlar kənddə nəyi isə satarlar, onların pulunu qaytararlar. Söhbət burada tək cinayət işinin başlanmasının rədd qərarından getmir, bu sübut da vardır. Eyni zamanda da hnası ki, «Whatsapp» yazışmaları vardır, fotoşəkillər vardır ki, iş materiallarına əlavə olunmuşdur. Şahidlərin ifadələri alınıb, məhkəmə tərəfindən. Yenə deyir ki, cinayət işinin başlanmasının ləğv qərarı rədd olunubdur. Bəs izahatların mötəbərliyi? Şəxs gedib polis şöbəsində izahat vermişdir. Etiraf edib ki, bəli onların arasında 10.000 manat pul söhbəti olubdur. Birinci instansiya Məhkəməsi ona görə bunu təmin etmişdir. Cavabdeh etiraz ərizəsində də bunu qeyd etmişdir ki, həmin izahat polis tərəfindən ona təsir və təziq altında verilmişdir, Qönçə Mahmudlu polisə verdiyi ərizədə göstərir ki, onu ölümlə hədələmişdir. Sual olunur ki, əgər polis bu günləri ona hər hansı bir pislik etmək istəyirsə, yəni cavabdehin dediyi kimi təsir və təziq göstərirdisə, onda ölümlə bağlı onun izahatını alardı və təsir göstərərdi ki, nəyə görə cavabdehə pulla bağlı hissədə təsir göstərərək izahat alırdı. Cavabdehə 12.000 manat pul verilib, sadəcə olaraq 2.000 manatı sübut edə bilmirlər. Sadəcə olaraq hansı bir formada, bilmir cavabdeh bunu bilərəkdən və ya bilməyərəkdən edib, istər polisdə verdiyi ərizəsində, istərsə də, səs yazısında hər yerdə 10.000 manat deyir. Həmin məhkəmədə şahid qismində dindiirlən şəxslər, hansı ki, Qönçə Mahmudlu şahid kimi dindirilmiş, lakin sonra iddiaçı olmuşdur, iddiaçını anası şahid qismində dindirilmiş, bir də başqa bir şahid vardır, onlar dindirilərkən bu pulun alınıb verilməsindən birbaşa məlumatı olan şəxslər idi. Qönçənin anası və atası, iddiaçı pulun alınıb verilməsində iddiaçının yanında olmuşlar. Ona verilnə məlumat əsasında deyə bilər ki, iddiaçının qızı ilə cavabdeh ailə qurmaq mərhələsində olanda ev almaq istəyirlər. Ev almaq üçün pulları çatmadığına görə iddiaçının atasından borc alırlar. Yəni evi alsınlar, sonra isə iddiaçının pulunu qaytarsınlar. Alınma məqsədi borc olmuşdur. Iddiaçının əsl iddiaçı tərəfindən əvəz olunması ilə bağlı məsələni cavabdehin vəkili qabartmışdır. Hakimin iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə təklifi əsasında onlar ərizə verimşlər ki, onlar israr edirdilər ki, pul İddiaçıdur, lakin nə qədər ki, məhkəmə hesab edir onların iddiaçısı düz seçilməyib, onlar iddiaçının dəyişdurlməsinə etiraz etmirlər. Çünki məhkəmə ona əsl iddiaçının əvəz edilməsi təklifi etməklə artıq iddianın rədd edilməsi ehtimalı olmuşdur. Çünki ona bəlli idi ki, məhkəmənin təklifi ilə razılaşmasa onun iddiaçı rədd olunacaqdı. Iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Cavabdeh Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etməyərək və iddia ilə bağlı göstərmişdir ki, polis onu zəng edib çağırmışdır ki, Qönçəni ölümlə hədələmişdir, gəlib izahat yazsın ki, Qönçəni ölümlə hədələməyib. O getmiş, onu dəmir barmaqlığa salmışlar. Dəmir barmaqlıqda ya boynuna almalıdır, ya da başına oyun açacaqlar. Ona su gətirmiş, demişdir ki, onu içirər və narkotiklə içəri basar. Dəmir barmaqlıqda mülki formalı şəxslər tərəfindən döyülmüş və daha sonra dəfələrlə böyrək əməliyyatı keçirtmişdir. Təqdim edilmiş səs yazıları hamısı kəsilmiş formadadır. Qönçə atası evinə getdikdən sonra evə qayıtmaq üçün şərt qoyurdu ki, ya bacısının evini onun adına keçirtməli, ya maşını onun adına keçirtməli, ya da 10.000 manat pulu qəbul etməsini istəyirdi. Bununla bağlı səs yazısı da var. O, Qönçədən sonuncu dəfə evə qayıtmasını istəyəndə, dedi ki, heç olmasa aralarında 10.000 manat olduğuna dair bir sənəd imzalasınlar. Hətta bildirdi ki, gələcəkdə onlar boşansalar o ortada qalacaq. O, onunla notarial qaydada həmin pul məbləğinə dair sənəd imzalamaq istəyirdi, lakin sonra gördü ki, Qönçənin evə qayıtmaq fikri yoxdur. O, Mediasiyaya müraciət etdi və orda nikahın pozulması, 10.000 manat pul borcunun olmasına dair məsələ müzakirə olundu. Məhkəmə iclasında iştirak edən şahidlərin ifadələri, irəli sürülən iddia ərizəsi ilə uyğunlaşmır. O, pul almamış, buna dair sübut da yoxdur. Irəli sürülən tələb tamamilə yalandır.

6. Qax Rayon Məhkəməsinin (hakim Mirheydər Zeynalov) ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 10.000 manat məbləğində pulun və ödənilmiş 127 manat dövlət rüsumunun 120 manatının tutulub iddiaçı İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan 7 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Cavabdeh iddiaçının qızı ilə ailə həyatı qurmuş və cavabdeh tərəfindən iddiaçı İddiaçı evin alınması üçün 10.000 manat pul alınmışdır. Lakin Cavabdeh tərəfindən həmin məbləği iddiaçıya geri qaytarılmamışdır.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə tərəfindən işin faktiki halları, iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim olunan işdə olan əsaslı və mötəbər sübut hesab edilən Cavabdeh iddiaçıya 10.000 manat borcunun olmasını əks etdirən Binəqədi RPIdə araşdırılması aparılan materiallara əlavə edilmiş Cavabdeh iddiaçıdan 10.000 (on min) manat pul almasına dair etirafedici izahatı, «USB» kart oxuyucuya yüklənmiş Cavabdeh iddiaçı İddiaçı qızı Qönçə Mahmudluya – «sən bacım Turanənin haqqına girirsən, bacısı Turanənin ona mən pul alacam, heç olmazsa Qönçənin xalasının faizini ver ki, onun yanında pis vəziyyətdə qalmasın, 10.000 manat məsələsini əgər həqiqətən də borc tapırsa Qönçənin atası və anası ilə danışaq və ən uzağı may ayına kənddə nəsə sataq və üstünü düzəldib verərik» deməsi ilə bağlı, «DVD» diskdə əks olunan X7 Mahmudluya sözsöhbətdən bezdiyini, onun adına ya evi, ya da avtomobili keçirtməsə gəlməyəcəyi barədə özünə söz verdiyini, 10.000 manat tapa bilmirsə onunla razılaşdığını, harada ucuz maşını adına keçirmək mümkün olmasını tapa bilirsə 200 manat pulu özü verəcəyini, ancaq ondan sonra 100 manatı da və o birisini də heç olmazsa Elşənin verməsini, pulu notarius vasitəsi ilə də istəmədiyini, ya maşının, ya da evin adına rəsmiləşdirməsini tələb etməsini, Cavabdeh özünün şərt irəli sürməli olduğunu, Elşənin ona heç bir şərtinin ola bilmədiyini göstərməsini əks etdirən səs yazıları, eləcə də Cavabdeh əlində olan mobil telefon vasitəsi ilə «055-591-90-93» №li ilə əlaqə saxlanılan və səsucaldıcı vasitəsi ilə Qönçə Mahmudlu ilə danışarkən X7 Mahmudluya daşı ətəyindən tökməsini, 10.000 manat borcu qəbullanmasını, ona 6 ay vaxt verəcəyini, 6 ay ərzində həmin məbləği ödəməsini, əvəzində ərizəsini geri çəkəcəyini, cavabdehə gedib bacısı ilə məsləhət etməsini və belə fikri olarsa ona deməsini əks etdirən və Cavabdeh isə 10.000 manatı ona verəcəyi təqdirdə ona qarşı əmlak tələbi barədə heç bir dava açmayacağını soruşduqda Qönçə Mahmudlunun təsdiq edərək «bu yazılı surətdə olur, o beş ay olur, ay sağol belə olacaq» deməsini əks etdirən videgörüntü, «Whatsapp Messenger» vasitəsi ilə yazışmaları əks etdirən smslərlə iddia tələbi qismən sübuta yetirilmişdir. Yuxarıda qeyd olunan sübutlar cavabdeh tərəfindən 10.000 manat pulun alınmasını, həmçinin E.M. Mahmudlunun polis idarəsində verdiyi izahatı həmin pulu Qönçənin atasından, yəni İddiaçı almasını birbaşa təsdiq edir.

9. Beləliklə məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan 10.000 manat pul alaraq geri qaytarmamaqla iddiaçının hesabına əsassız gəlir əldə etməklə əsassız varlanmışdır.

10. Belə ki, qanunvericiliyə görə əsassız varlanmadan irəli gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədən kənar öhdəlik hesab olunur. Iddiaçı və cavabdeh arasında borc münasibətlərini tənzimləyən hər hansı bir müqavilə bağlanmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hüquq normalarının təhlilindən də görünür ki, əsassız varlanmadan irəli gələn öhdəliklər qanundan əmələ gələn öhdəlik qrupuna şamil olunduğu üçün müqavilənin deyil, məhz qanunun birbaşa göstərişləri ilə əmələ gəlir. Əsassız varlanma zamanı həllini tapmalı olan bir digər məsələ isə varlanmış şəxsin əldə etdiyi əmlakın xərcləri üçün məhrum olana qarşı yaranan kompensasiya tələbidir

11. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Qönçə Mahmudlu iddiaçıya 12.000 (on iki min) manat pul verməsi barədə məhkəməyə əsaslı və mötəbər sübut növü təqdim etməmişdir.

12. Beləliklə iş materialları, işin faktiki halları, işdə olan əsaslı və mötəbər sübutlar hesab edilən Cavabdeh Binəqədi RPI-də verdiyi izahat, (hansı ki, həmin izahatda qeyd etmişdir ki, borc məbləğini Qönçənin atası İddiaçı almışdır) məhkəməyə təqdim edilmiş səs yazıları, smslər ilə iddia tələbi qismən, yəni 10.000 manata dair hissədə sübuta yetirilmişdir.

13. Işin faktiki hallarından görünür ki, cavabdeh Cavabdeh polis şöbəsində iddiaçıdan 10.000 manat borc aldığını etiraf etmişdir. Məhkəmə cavabdehin iddiaçıdan pul almaması barədə göstərdiklərini borc məbləğini ödəməkdən yayınmaq məqsədi kimi qiymətləndirir.

14. Məhkəmə yuxarıda qeyd olunan səs yazıları və videgörüntünü əks etdirən sübutların mötəbər hesab edilməsi ilə bağlı qeyd etmişdir ki, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, qeyd edilməlidir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il ## ###### tarixli Qərarı).

15. Lakin hazırkı iş üzrə məhkəmələr tərəfindən telefon danışıqlarını və yazışmaları əks etdirən diskin qanuni əsaslarla əldə edilməmiş sübut sayılmasına, habelə həmin məlumatların əsassız olmasına dair hər hansı hüquqi qiymətləndirmə aparılmamış və bununla bağlı gəlinən qənaət əsaslandırılmamışdır.

16. Göründüyü kimi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh verilmiş pul məbləğinin ona qaytarılması ilə bağlı, pozulmuş hüquqlarının müdafiə etmək məqsədi ilə həmin səs yazıları və görüntüləri məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir.

17. Şəki Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli 2(107)-332/2025 №li qətnaməsində məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki İddiaçı iddia ərizəsində cavabdehə pulun özü tərəfindən verildiyini bəyan etsə də, həmçinin X2 da polis şöbəsində vermiş olduğu izahatı və birinci instansiya məhkəməsində verdiyi izahatında da, eləcə də Cavabdeh polis şöbəsində əvvəl vermiş olduğu ifadəsində pulun Cavabdeh İddiaçı tərəfindən verildiyini göstərsələr də birinci instansiya məhkəməsi əsassız olaraq iddiaçı qismində çıxış edən sonuncunu X2 ilə əvəz etmişdir. Halbuki, hazırkı iş üzrə tərəflər arasında baş vermiş münaqişələr polis orqanlarında bir neçə dəfə araşdırılmış, sonrakı araşdırmalar zamanı Cavabdeh İddiaçı və iddiaçıdan (Qönçə Mahmudludan) borc pul almadığını göstərsə də, X8 Elşən Hacıvəli oğlunun İddiaçı borc pul aldığını göstərmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 (Qönçə Mahmudlunun anası) da cavabdehə pulun əri İddiaçı tərəfindən verildiyini göstərmişdir.

19. Işə mahiyyəti üzrə baxan Qax Rayon Məhkəməsi iddianın qismən təmin olunmasına dair qətnamə çıxarmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh Cavabdeh nümayəndəsi və vəkili X6 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tələb hüququ olmayan şəxs iddiaçı X2 tərəfindən verilmiş iddiaya mahiyyəti üzrə baxmışdır. Birinci instansiya məhkəməsi iddia qaldırmış iddiaçı İddiaçı iş üzrə əsl iddiaçı qismində çıxış edə biləcəyi təqdirdə, əksinə ## ###### 2024- cü il tarixli qərardad çıxardaraq sonuncunu əsl iddiaçı X2 ilə əvəz etmişdir. Bununla da hazırkı tələbi qaldırmağa subyektiv hüququ olmayan iddiaçı tərəfindən qaldırılmış hazırkı işə mahiyyəti üzrə baxmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. 20.Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 10.000 manat məbləğində pul və ödənilmiş 127 manat dövlət rüsumunun 120 manatı tutulub iddiaçı İddiaçı ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1, 427.2, 441.2, 739.1, 739.2, 1091.1, 1091.2-ci maddələrinə, Avropa Insan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» ## #### 2007-ci il tarixli qərarına, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il ## ###### tarixli Qərarına, «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi» haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 76.3, 77.1, 88, 119.1, 217.2, 217.3, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

24. Belə ki, işə baxan birinci instansiya məhkəməsi Binəqədi RPI-də ondan təyziq və təsir altında alınmış izahatı mötəbər sübut kimi qəbul edərək həmin izahata istinad etməsi tamamilə qanunsuz və əsassızdır. Binəqədi RPI-nin 43-cü PB-nin təhqiqatçısı, R Nahid Məmmədovun “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ## ######## 2024-cü il tarixli qərarına istinad etsə də belə bir qərar mülki prosesdə sübut kimi qəbul edilə bilməz. Belə ki, qeyd edilən izahat Mülki Prosessual qanunvericiliyin sübutlarla bağlı tələblərinə cavab vermir və buna görə də həmin izahatın sübut kimi qəbul edilməsi mülki prosessual qanunvericiliyə ziddir.

25. Hesab edir ki, birinci instansiya məhkəməsinin Binəqədi RPI-də ondan təyziq və təsir altında alınmış izahatı mötəbər sübut kimi qəbul edərək həmin izahata istinad etməsi tamamilə qanunsuz və əsassızdır.

26. Bundan başqa iddia ərizəsində qeyd edilmişdir ki, “İddiaçı bildirdiyinə görə qızı ilə cavabdeh ailə qurmamışdan əvvəl cavabdeh Cavabdeh ona müraciət edərək pul lazım olduğunu bildirərək iddiaçıdan 12000 manat borc pul tələb etmişdir. Iddiaçının bildirdiyinə görə həmin vaxt cavabdeh Cavabdeh onun qızı ilə adaxlı olduğundan və iddiaçının gələcəkdə kürəkəni olacağından ona etiraz etməmiş və 12000 manat pulu borc olaraq Cavabdeh vermişdir. Keçən müddət ərzində istər iddiaçının özü, istərsə də, onun qızı Qönçə Mahmudlu cavabdehdən pularını tələb etsələr də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir.” Göründüyü kimi iddia ərizəsində guya o, iddiaçının qızı ilə ailə qurmamışdan öncə İddiaçı ona 12000 manatborc pul verdiyini qeyd etmişdir. Lakin eyni tələbə daha öncə Qax Rayon Məhkəməsində baxılarkən İddiaçı qızı həmin mülki iş üzrə iddiaçı olmuş iddiaçı X2 izahatında qeyd etmişdir ki,“O, 2021-ci ilin iyun ayının 28-i evlənmiş, 2 aydan sonra pul Elşənə verilmişdir.” Göründüyü kimi iddiaçı İddiaçı ilə qızı X2 bildirdikləri arasında kəskin ziddiyyət mövcuddur. Belə ki, İddiaçı guya pulu toydan öncə qızı X2 isə toydan iki ay sonra verildiyini bildirir. Bundan əlavə göründüyü kimi X2 izahatında 2021-ci ildə pulun verilməsini və onların ## #### 2021-ci il tarixində evləndiyini qeyd etsə də həmin tarixlərdə X2 Federasiyasında tamamilə başqa şəxslə evli olub və həmin tarixdə mən nə Qönçəni nədə ki, atası Kamalı tanımamışdır. Bundan əlavə Qax Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinə nəzər saldıqda görünür ki, iddiaçı İddiaçı həmin mülki iş üzrə iddia ilə məhkəməyə müraciət edərkən həmin iddia ərizəsində də yalan yanlış və hazırkı iddia ərizəsi ilə istərsə də qızı X2 izahatları ilə ziddiyyətli məqamlar qeyd etmişdir. Beləki, həmin iddia ərizəsində qeyd edilmişdir ki, “İddiaçı qızı X2 hazırki iş üzrə cavabdeh Cavabdeh ilə nikahlarını ## ### 2013-cü il tarixində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. İddiaçı bildirdiyinə görə qızı ilə cavabdeh ailə qurmamışdan əvvəl cavabdeh Cavabdeh ona müraciət edərək pul lazım olduğunu bildirərək iddiaçıdan 12000 manat borc pul tələb etmişdir. Iddiaçının bildirdiyinə görə həmin vaxt cavabdeh Cavabdeh onun qızı ilə adaxlı olduğundan və iddiaçının gələcəkdə kürəkəni olacağından ona etiraz etməmiş və 12000 manat pulu borc olaraq Cavabdeh vermişdir.” Göründüyü kimi İddiaçı qızının ## ### 2013-cü il tarixində rəsmi nikah qeyd etdirdiyini qeyd etməklə pulun da nikahdan öncə verilməsini qeyd edir. Lakin eyni mülki işdə isə qızı nikahın ## #### 2021-ci ildə qeyd edildiyini pulun isə nikahdan iki ay sonra verildiyini qeyd edir. Qax Rayon Məhkəməsinin ## ###### 2024-cü iltarixli, e-*(***)-***/**** saylı qətnaməsindən görünür ki, həmin mülki iş üzrə şahid qismində dindirilmiş iddiaçı İddiaçı arvadı X9 da ifadəsində iddiaçının iddia etdiyi 12000 manat pulun qızının nikahından sonra verildiyini qeyd etmişdir. Belə ki, X9 ifadəsində qeyd edilmişdir ki, “Bir az keçmiş, toy olmuş, Novxanıda qızı, əri Kamal, yeznəsi Elşən evdə oturmuş, yeyibiçmiş, o da süfrəyə qulluq etmiş, əri də sayıb pulu vermişdir.” Bundan əlavə həmin mülki iş üzrə X2 ilə X9 izahat və ifadələri arasında da ziddiyyət mövcuddur. Belə ki, X2 öz izahatında 12000 manatın Cavabdeh tərəfindən istənildiyini qeyd etsə də, X9 ifadəsində həmin 12000 manat pulun Cavabdeh bacısı Turanə tərəfindən ondan istənildiyini bildirmişdir. Belə ki, X2 izahatında bildirmişdir ki, “Elşən onlara başqa yerdə ev almasını təklif etmiş, bir miqdar pulunun olduğunu, müəyyən məbləğin çatmadığını bildirmiş, çox miqdarda pul istəmişdir. O, atası və anası ilə məsləhət etmiş, valideyinləri hazırda pulu düzəldə bilməyəcəklərini, 2-3 aya toplayıb verə biləcəklərini demişlər. El adəti necədirsə onlarda da o cür olmuş, nişansa nişan, toysa toyları olmuşdur. O, evə köçərkən onları makler, Elşən isə onu narahat edirdi ki, bəs nə oldu, valideyinləri ona borc pul verəcəkdi. Yenidən valideyinlərinə müraciət etmiş, valideyinləri cəmi 12000 manat pul toplamışlar.” X9 isə ifadəsində bildirmişdir ki, “Toydan bir az əvvəl Elşənin bacısı Turanə xanım ona zəng etmiş, onunla görüşmək istədiyini, ancaq görüşdə heç kəsin olmamasını xahiş etmişdir. Onun evində gəlini olduğu üçün Turanə xanım onu Binəqədi rayonu ərazisində bir çay evinə dəvət etmişdir. Turanə xanım ona evlərinin kiçik olduğunu, toy olduqdan sonra qızı Qönçə ilə onun qardaşının həmin evə yerləşməyəcəyini, 33000 manata bir ev gördüklərini, həmin evi almaq istədiklərini bildirmişdir. O, da lap yaxşı “kim evinin olmasını istəməz ki” demişdir. Turanə ona pullarının çatmadığını və kömək edə biləcəklərini soruşmuşdur. O da kömək edə bilməyəcəklərini, lakin həyat yoldaşı ilə məsləhət edəcəyini, onun da oğlanları ilə danışacağını əgər gücləri çatarsa köməklik edəcəklərini demişdir. Turanə ona 15000 manat məbləğində borca pul lazım olduğunu bildirmişdir. Turanə 5000 manat pul düzəltdiyini və makler Rafiq adlı şəxsə verdiyini demişdir. O, isə özbaşına olmadığını, əri və oğlanlarına məsləhət etməli olduğunu demişdir. Turanə ona borca pul verməsini, sentyabr ayında fındıq mövsümündə məhsulu yığıb satdıqdan sonra, əgər məhsul olmazsa torpağı satıb qaytaracağını demişdir. O, evdə ərinə demiş, oğlanları ilə məsləhətləşmiş, yekunda razılaşmışlar.” Bundan əlavə X2 izahatında pulu almaq üçün Elşənlə birlikdə atasının iş yerinə getdiklərini həmin vaxtı anasının da orda olmasını, Elşənin 10000 manat pulu sayaraq götürdüyünü bildirsə də, anası X9 isə ifadəsində pulun onların evlərində toydan sonra qonaqlıq zamanı yeyib içərkən verildiyini qeyd etmiş, həmçinin pulun məbləği barədə heç nə bildirməmişdir. Belə ki, X2 izahatında bildirmişdir ki, “Pulu Elşənə atası vermiş, yanlarında da anası olmuşdur. Elşənlə birlikdə getmiş, həmin vaxt Elşənin avtomobili olmuşdur. Gedib atasının iş yerindən 10000 manat pulu Elşən özü sayaraq götürmüşdür.” X9 isə ifadəsində bildirmişdir ki, “Biraz keçmiş, toy olmuş, Novxanıda qızı, əri Kamal,yeznəsi Elşən evdə oturmuş, yeyib-içmiş, o da süfrəyə qulluq etmiş, əri də sayıb pulu vermişdir.” Göründüyü kimi İddiaçı iddiası daha öncə hazırkı tələblə bağlı Qax Rayon Məhkəməsinin icraatında olmuş e-*(***)-***/**** saylı mülki iş üzrə iddiaçı X2 izahatı və şahid X9 ifadəsi ilə ziddiyyətli olmaqla iddianın yalan olmasını bir daha təsdiq edir.

27. Bundan başqa işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş, videoçəkilişlərə və səs yazılarına istinad etmişdir ki, həmin videoçəkilişlərin və səs yazılarının iş üzrə mötəbər sübut kimi qəbul edilməsi üçün ilk öncə həmin səs yazıları və videogörüntülər ekspertizaya təqdim edilməli və həmin videoyazıların və səs yazılarının montaj olub olmaması, suni intelekt vasitəsi ilə hazırlanıb hazırlanmaması, səs yazılarının mənə və digər şəxslərə məxsus olması barədə fonoskopik ekspertiza təyin edilməli idi. 28.Həmçinin iddiaçı tərəfindən təqdim edilən səs yazılarının ona məxsus olubolmasının həmin səs yazılarının müxtəlif proqramlar və ya süni intelekt vasitəsi ilə düzəldilib düzəldilməməsinin müəyyən edilməsi üçün müvafiq kompyuter texniki və fonoskopik ekspertizatəyin edilməli idi. Belə ki, iddiaçı tərəfindən təqdim edilən səs yazılarında pulun alınıb verilməsi ilə bağlı heç bir məlumat mövcud deyil. Həmin səs yazıları kəsilmiş şəkildə -yəni montaj olunmuş şəkildə məhkəməyə təqdim edilmişdir və həmin danışıqlarda sadəcə Qönçə Mahmudlunun xalasına olan borcundan və Qönçənin evə qayıtmaq üçün istədiyi 10.000 manatan söhbət gedir. Belə montaj olunmuş saxta səs yazısının birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilməsində təəccüb doğurmadı. Çünki birinci instansiya məhkəməsinin iclaslarının tamamı belə saxta yolla yazılmış audio video yazıdan ibarətdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsinin iclaslarına sədrlik edən iclasların fasiləsiz audio video yazıya alınmasını bildirsə də məhkəmə iclaslarında dəfələrlə audio video yazıya qanunsuz olaraq fasilələr verilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iş materiallarında olan protokolları və həmin iclasların audio video yazıları etibarsızdır.

29. Iddiaçı guya ona 12.000 manat borc pul verildiyini iddia edir. Əgər iddiaçı tərəfindən ona o həddə pul verilsəydi həmin miqdarda pulun verilməsinə dair aralarında yazılı borc müqaviləsi olmalı idi. Buradan da aydın şəkildə görünür ki, tələb tamamilə əsassızdır və tamamilə şər və böhtandan ibarətdir. Iddiaçı ilə onun arasında yazılı borc müqaviləsi olmadığına görə işə baxan birinci instansiya məhkəməsinin MM-nin 739.1, 739.2, 427.1, 427.2 və 441-ci maddələrinə istinad etməsi tamamilə qanunsuz və əsassızdır.

30. Odur ki, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək iddianın tam təmin edilməməsi və tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 63.5 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının iddiaçı İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayətinin dəlilləri iddianın təmin edilmiş hissəsində qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası Zaqatala Rayon Məhkəməsinin Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2(024)- 664/2025 nömrəli qətnaməsinin əsaslılığını həmin hissələrdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqına” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

42. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçının qızı X2 ilə cavabdeh Cavabdeh ailə həyatı qurmuş və bir müddət bir yerdə yaşamışlar. Onlar ayrıldıqdan sonra X4 cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Qax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh Cavabdeh qarşı «pul tələbinə» dair iddiası qismən təmin edilmiş, cavabdeh Cavabdeh 10.000 manat pul alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)***/**** nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin e-2(024)-525/2024 №li, ## ###### 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı X2 cavabdeh Cavabdeh qarşı «pul tələbinə dair» iddiası iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ olmaması səbəbindən rədd edilməsi qət edilmişdir. Həmin Qətnamə ilə müəyyən olunmuşdur ki, cavabdeh Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis idarəsində aparılmış araşdırma zamanı vermiş olduğu izahatında Qönçə Mahmudludan deyil, atası Kamaldan 10000 (on min) manat pul aldığını etiraf etmişdir. Bundan sonra İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh polis idarəsində polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq olunduğunu, həmin vaxt vermiş olduğu izahatı təzyiq altında verməsini əsas gətirərək iddianı qəbul etməmişdir.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

44. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinə uyğun araşdırmalar aparmış və işdə olan sübutlara hüquqi qiymət verməklə, iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır. 45.Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi Binəqədi RPI-də ondan təyziq və təsir altında alınmış izahatı mötəbər sübut kimi qəbul edərək həmin izahata istinad etməsinin tamamilə qanunsuz və əsassız olması, qeyd edilən izahat Mülki Prosessual qanunvericiliyin sübutlarla bağlı tələblərinə cavab verməməsi, buna görə də həmin izahatın sübut kimi qəbul edilməsi mülki prosessual qanunvericiliyə zidd olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan Binəqədi RPI 43-cü PB-nin “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə ##.##.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh mebel almaq üçün Qönçə Mahmudlunun atası Kamaldan 10000 (on min) manat məbləğində pul almasını etiraf etmişdir.

46. Kollegiya qeyd edir ki, cavabdeh Cavabdeh polis şöbəsində izahat verərkən polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq törədilməsi, həmin izahatı verərkən təzyiq altında olmasını bildirsədə, həmin xüsusatla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

47. Belə ki, Cavabdeh şikayəti üzrə Binəqədi rayon prokurorluğu tərəfindən Binəqədi RPI-nin 43-cü PB-nin təhqiqatçısı, R Nahid Məmmədov tərəfindən qəbul edilmiş ## ##### 2024-cü il tarixli qərar ləğv edilmiş və material yenidən araşdırılması üçün 43cü PB-nə göndərilmişdir. Cavabdeh izahatında göstərdiyi xüsusatlarla əlaqədar aparılmış araşdırma zamanı sonuncunun polis əməkdaşları tərəfindən döyülərək fiziki və psixoloji təzyiqlərə məruz qalmaması, plois əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün toplanmış material üzrə ##.##.2025-ci il tarixli qərarla “cinayət işinin başlanılmasının rədd edilməsi” qərara alınmışdır.

48. Həmin araşdırma zamanı Cavabdeh yenidən izahatında o, mebel almaq üçün Qönçə Mahmudludan 10000 manat məbləğində pul almasını bildirmişdir.

49. Göründüyü kimi cavabdeh birinci araşdırma zamanı vermiş olduğu izahatında Qönçənin atası Kamaldan 10000 (on min) manat məbləğində pul almasını bildirmiş, ikinci araşdırma zamanı isə həmin pulu Qönçədən aldığını qeyd etmişdir.

50. Kollegiya hesab edir ki, nəzərə alınsa ki, Binəqədi RPI-nin 43-cü PB-nin ikinci araşdırması cavabdehin birinci araşdırma zamanı polis şöbəsində işgəncəyə məruz qalması faktı üzrə olmuşdur, onun sonrakı araşdırma zamanı təsir və təzyiq altında olması inandırıcı görünmür, həmçinin Cavabdeh hər dəfə müxtəlif məzmunlu izahatlar verməklə tələbdən yayınmağa çalışmışdır.

51. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)***/**** nömrəli qətnaməsi ilə Qax Rayon Məhkəməsinin e-2(024)-525/2024 №li, ## ###### 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı X2 cavabdeh Cavabdeh qarşı «pul tələbinə dair» iddiası iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ olmaması səbəbindən rədd edilmiş və apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis idarəsində aparılmış araşdırma zamanı vermiş olduğu izahatında o, mebel almaq üçün Qönçə Mahmudlunun atası Kamaldan 10000 (on min) manat pul aldığını etiraf etmiş, bu səbəbdən Qönçə Mahmudlunun qeyd olunan pul tələbi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ olmamışdır.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən videoçəkilişlərin və səs yazılarının iş üzrə mötəbər sübut kimi qəbul edilməsi üçün ilk öncə həmin səs yazıları və videogörüntülər ekspertizaya təqdim edilməli olması, həmin videoyazıların və səs yazılarının montaj olub-olmamasının müəyyən edilməsi, həmin səs yazılarının kəsilmiş şəkildə -yəni montaj olunmuş şəkildə məhkəməyə təqdim edilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan X2 ilə Cavabdeh «Whatsapp» proqramı vasitəsi ilə sms yazışmalarından çıxarışdan görünür ki, Cavabdeh Qönçə Mahmudluya 12.000 manat borclu olduğunu, ancaq geri qaytarmayacağını bildirmişdir.

53. Məhkəmə kollegiyasının iclasında həmin sms yazışmaları tədqiq edilərkən cavabdeh həmin yazılara münasibətdə Qönçə Mahmudlu ilə avtomobillə gedərkən onun telefonunu götürməsini və onun telefonu vasitəsilə özünün «Whatsapp» nömrəsinə qeyd olunan məzmunda sms göndərməsini qeyd etmiş, lakin həmin xüsusatla bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

54. Həmçinin məhkəmə kollegiyasını araşdırması zamanı məhkəməyə təqdim edilmiş USB kart oxuyucuya yüklənmiş səs yazıları tədqiq olunmuş, Cavabdeh Qönçə Mahmudluya sən bacım Turanənin haqqına girirsən, bacısı Turanənin ona mən pul alacam, heç olmazsa Qönçənin xalasının faizini ver ki, onun yanında pis vəziyyətdə qalmasın, 10.000 (on min) manat məsələsini əgər həqiqətən də borc tapırsa Qönçənin atası və anası ilə danışaq və ən uzağı may ayına kənddə nəsə sataq və üstünü düzəldib verərik demişdir.

55. Cavabdeh sualları cavablandırarkən həmin səs yazılarının ona aid olduğunu etiraf etmişdir.

56. 40. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin VII hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

57. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

59. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı ilə onun arasında yazılı borc müqaviləsi olmadığına görə işə baxan birinci instansiya məhkəməsinin MM-nin 739.1, 739.2, 427.1, 427.2-ci maddələrinə istinad etməsinin tamamilə qanunsuz və əsassız olmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Rerspublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 61.Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

62. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 63.Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

64. Həmin məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli qərarında göstərilmişdir ki, əqdlərin etibarlılıq şərti kimi yazılı forma tələbinin əsas məqsədi tərəflərin iradəsinin dəqiq müəyyən olunmasına, tərəflərin üzərinə götürdükləri öhdəliklərin düşünülmüş şəkildə qəbul edilməsinə xidmət edir. Mülki dövriyyədə ən çox müraciət edilən müqavilə növlərindən biri borc müqaviləsidir ki, bu müqaviləyə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Mülki Məcəllənin 739.2-ci maddəsi ilə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsinin yazılı formada bağlanılmalı olduğu təsbit edilmişdir. Nəzərə alınmalıdır ki, bərabər hüquqlu subyektlər arasında yaranan münasibətləri tənzimləyən və əsasən dispozitivlik prinsipinə əsaslanan Mülki Məcəllənin 6.3-cü maddəsinə müvafiq olaraq ictimai mənafenin və şəxsiyyətin qorunması zərurəti olduğu halda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır.Bu baxımdan əqdin (müqavilənin) forması ilə bağlı tələb yalnız qanunda imperativ qaydada, aşkar şəkildə müəyyən edildiyi təqdirdə müvafiq hüquqi nəticələrə səbəb ola bilər.

66. Daha sonra həmin Qərarda göstərilmişdir ki, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.

67. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yazılı borc müqaviləsi mövcud olmasada, cavabdeh Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis idarəsində aparılmış araşdırma zamanı vermiş olduğu izahatında Qönçə Mahmudlunun atası Kamaldan 10000 (on min) manat pul almasını etiraf etdiyindən, həmçinin cavabdehin iddiaçıdan borc pul alması iş materiallrına əlavə olunmuş telefon danışıqları ilə öz təsdiqini tapdığından tərəflər arasında olan münasibətlərə borc kimi hüquqi qiymət verilməlidir.

68. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas təşkil edə biləcək sübutlar təqdim edilməmişdir.

69. Məhkəmə kollegiyası ümumilkdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kollegiya apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur.Birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar