Məhkəmə qərarları › İş №2(3-10)-282/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-282/2026

19.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-282/2026 19.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, əsassız varlanma, məhkəmə xərci) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 40000 manat məbləğində pulun və 210 manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, tanışı olan cavabdehin təklifi ilə 2024-cü ilin sentyabr ayında 100 manatdan lotoreya oynuna qatılıb vaxtı çatanda pulunu götürürmüşdür. Daha sonra cavabdeh onunla birlikdə qrup halında lotoreya oyunu təşkil etmək təklifini verəndə o, bu təkliflə razılaşmışdır. Tərəfindən təşkil edilmiş qrupa cəlb edilən 40 nəfərin iştirakı ilə müxtəlif məbləğlərdən oyuna başlamışdır. Qrupda iştirak edən şəxslərdən topladığı 18530 manatı 2024-cü ilin dekabr ayının əvvəlinədək Bakı şəhərindən, sonuncu 100 manatı isə ## ###### 2024-cü il tarixdə, saat 21:30-da Ucar rayonu, Alpout kəndindən mobil telefon vasitəsi ilə istifadəsində olan “xxxx” ASC-yə məxsus 4169 7388 3047 0930, 4169 7388 9372 9602, 4169 7388 5916 0222, 4169 7388 8224 **** nömrəli kartlardan Fatimənin istifadəsində olan "xxxx” ASC-yə aid 523915********** nömrəli kart hesabına göndərmişdir. Lakin ödəniş edilməli olanda cavabdeh onun tərəfindən lotareyaya cəlb edilmiş şəxslərə pullarını ödəməmişdir. O, məcbur qalıb cavabdehin əvəzinə lotareyaya cəlb etdiyi şəxslərə pul ödəmişdir. Əlavə olaraq menecer işləyib ayda 1200 manat pul qazandığı halda Fatimənin hərəkətləri nəticəsində işdən çıxarılmışdır, ərinin və atasının avtomobilini, həyətdə olan mal-qaranı dəyərdəyməzinə satıb və qızıl-zinət əşyalarını lombarda qoyaraq pul götürüb oyunçulara ödəniş etməli olmuşdur. Buna görə də cavabdehin ona vurduğu ziyanın məbləği ümumilikdə 40000 manat olmuşdur. Buna baxmayaraq, cavabdeh ondan aldığı pulları ona qaytarmır və ona vurduğu maddi ziyanı ödəmək istəmir.

Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirmişdir.

4. Iddiaçının nümayəndəsi də məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirmişdir.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir.

6. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 18530 (on səkkiz min beş yüz otuz) manat və ödənilmiş dövlət rüsumuna görə 210 (iki yüz on) manat, cəmi 18740 (on səkkiz min yeddi yüz qırx) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı lotoreya oyunu üçün cavabdehə 18530 manatı pul göndərmişdir. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin ona vurduğu ziyanın məhz 40000 manat məbləğində olması barədə tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iş materialları ilə iddiaçının iddiasının qismən əsaslı olması müəyyən edilir.

9. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 210 manat məbləğində dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

10. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən 18530 manat və ödənilmiş dövlət rüsumuna görə 210 manat, cəmi 18740 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 445.2, 448.1, 448.2, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi əsassızdır və iddiaya düzgün, obyektiv hüquqi qiymət verilməmişdir. Qeyd edilən qətnamə iddiaçının iddiası və Ucar şəhəri Ucar RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarında vermiş olduğu izahata əsaslanmışdır.

13. Belə ki, onun Ucar şəhəri Ucar RPŞ-də vermiş olduğu izahatdan görünür ki, İddiaçı ilə 2024-cü ilin sentyabr ayında tanış olmu , 3 qrup və 120 nəfərdən ibarət oyunçulardan təşkil etdiyi müxtəlif məbləğlərdən lotoreya oyunu oynamağa başlamışlar. 2024-cü ilin noyabr və dekabr aylarında Təravət lotoreya oyunçularından topladığı 18530 manatı "xxxx" ASC-ye məxsus 5239 1517 7553 **** nömrəli birbank kartına göndərmişdir və digər oyunçulardan yığdığı 21470 manatı, 18530 manatın üzərinə qoyub 40000 manat düzəltmişdir. Təravətin vasitəsi ilə tanış olduğu lotoreya oynayan Ayna adlı şəxsin bildirdiyi müxtəlif kart hesablarına göndərmişdir. Sonra o, ##.##.2024-cü il tarixdə pulu Aynadan tələb edəndə Ayna gruplar dağıtdığını pulu isə xərclədiyini bildirmiş, əlavə olaraq izahatında Təravət və Aynanın tə kil etdiyi oyunlarda gecikmələr olduğundan qruplar dağılmış pulu toplaya bilmədiyindən eləcə də oyunlar qarışdığı üçün Təravətə çatası 18530 manatı qaytara bilməmi dir. Ona görə də Təravət ondan ikayət etmişdir. Hazırda Aynadan 18530 manatı tələb etdiyini qalan məbləği isə öz aralarında həll edəcəklərini, Təravatin 25530 manat yox 18530 manat göndərdiyini, 22000 manat 2024-cü ilin noyabr ayında yarımçıq qalan oyunun pulu olduğunu, həmin məbləği göndərməli olduğunu, lakin oyunlarda gecikmələr olduğuna görə oyunçular oyundan imtina etdiyini, oyunçular da götürdükləri pulu qaytarmadıqlarına görə Təravətə pul verə bilmədiyini, Təravətə qarşı dələduzluq etmədiyini göstərmişdir.

14. Istintaq zamanı İddiaçı və Ayna Mikayılovanın vermiş olduğu izahatlardan da görünür ki, Təranə Əliyeva onun kart hesabına daha öncə, 2024-cü ilin noyabr ayında 15020 manat, Ayna Mikayılova isə 2024-cü ilin oktyabr ayında 9691 manat pul göndərmişdir. Ucar PŞ-də aparılan istintaq zamanı təqdim etdiyi qəbzlərin surətindən görünür ki, müxtəlif kart hesablarına 2024-cü ilin oktyabr, əsasən noyabr eləcə də dekabr aylarında 34889 manat göndərmişdir.

15. Hesab edir ki, Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi çıxarılarkən sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Məhkəmə iddiaçının izahatlarının mötəbərliyini, daxili ziddiyyətlərini və iş materialları ilə uyğunluğunu ətraflı araşdırmamış, cavabdehin etirazlarını və təqdim etdiyi arqumentləri isə lazımi qaydada qiymətləndirməmişdir. Nəticədə sübutlar obyektiv və hərtərəfli təhlil edilmədən qətnamə qəbul edilmişdir ki, bu da mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı imperativ tələblərinin pozulması deməkdir.

16. Odur ki, Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Iddiaçı İddiaçı apellyasiya şikayətinə qarşı göndərdiyi yazılı etirazında cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

25. Apellyasiya şikayətindən görünür ki, apellyator Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Ona görə də məhkəmə kollegiyası Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə 18530 manat məbləğində pulun, 145.59 manat dövlət rüsumunun tutulması hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən iddiaçının xeyrinə 18530 manat məbləğində pulun, 145.59 manat dövlət rüsumunun tutulması hissələrində ləğv olunması üçün əsas yoxdur.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə 18530 manat məbləğində pulun, 145.59 manat dövlət rüsumunun tutulması hissələrində gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 64.41 manat məbləğində dövlət rüsumunun da tutulması nəticəsinə gəlməkdə səhvə yol vermişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

30. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı 2024-cü ilin noyabr ayında lotareya oyunu adı altında cavabdeh Cavabdeh kart hesabına 18530 manat pul göndərmiş, lakin cavabdeh həmin pul vəsaitinin iddiaçıya qaytarılmasını təmin etməmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.

32. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin Təravətin lotareya oyunçularından topladığı 18530 manatı "xxxx" ASC-ye məxsus 5239 1517 7553 **** nömrəli birbank kartına göndərməsi, digər oyunçulardan yığdığı 21470 manatı, 18530 manatın üzərinə qoyub 40000 manat düzəldib Ayna adlı şəxsin bildirdiyi müxtəlif kart hesablarına göndərməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

34. Cavabdeh Cavabdeh qeyd edilən pul vəsaitlərini iddiaçıdan və digər şəxslərdən aldıqdan sonra Ayna adlı şəxsə vermişdirsə, verdiyi pul vəsaitlərinin qaytarılması tələbi ilə həmin şəxsə qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməməsi, iddiaçının izahatlarının mötəbərliyini, daxili ziddiyyətlərini, iş materialları ilə uyğunluğunu ətraflı araşdırmaması, cavabdehin etirazlarını və təqdim etdiyi arqumentləri isə lazımi qaydada qiymətləndirməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir.

36. Birinci instansiya məhkəməsinin istinad etdiyi, cavabdeh Cavabdeh Ucar Rayon Polis Şöbəsinin Istintaq bölməsinin müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarında əksini tapmış izahatının tam öyrənilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən tərəflərin, həmçinin Ayna Mikayılovanın həmin rədd materialında olan izahatları Ucar Rayon Polis Şöbəsindən əldə edilərək iş materiallarına əlavə edilmişdir.

37. Cavabdeh Cavabdeh Ucar Rayon Polis Şöbəsinə verdiyi iş materialına əlavə edilmiş ##.##.2024-cü il tarixli izahatında göstərmişdir ki, 2024-cü ilin noyabr ayında İddiaçı ona 18530 manat pulu kart hesabına göndərmişdir. O isə digər təşkil etdiyi qruplardan yığdığı 21470 manat pulu da həmin 18500 manat pulun üzərinə qoyaraq 40000 manat pulu 2024-cü ilin noyabr ayında Ayna Mikayılovanın verdiyi kart hesab nömrəsinə göndərmişdir.

38. Göründüyü kimi cavabdeh Cavabdeh verdiyi izahatında belə iddiaçıdan aldığı pul vəsaitinin qaytarılmasına dair heç bir fikir ifadə etməmişdir.

39. Kollegiya qeyd edir ki, tərəflər pul məbləğinin lotareya məqsədi ilə verildiyini göstərsələr belə iş materiallarından tərəflər arasında Azərbaycan Respublikası Mülki Məcəlləsində, Lotareyalar Haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tələblərə uyğun lotareya münasibətlərinin mövcudluğu müəyyən edilməmişdir.

40. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1086-cı maddəsinə əsasən lotereyanın qanunvericiliklə nəzərdə tutulmuş hallarda dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibinin lotereya təşkilatçısına qarşı uduşların verilməsi (ödənilməsi) tələbini istisna etmir.

41. Lotareyalar Haqqında Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən lotereya - lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin yayılması, lotereya iştirakçıları arasında uduş fondunun (virtual lotereya istisna olmaqla) oynanılması və uduşlu lotereya biletlərinin sahiblərinə uduşların verilməsi (ödənilməsi) yolu ilə keçirilən kütləvi oyundur.

42. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən stimullaşdırıcı lotereya - malın (işin, xidmətin) satışını stimullaşdırmaq məqsədilə həmin malı (işi, xidməti) almış şəxslər arasında keçirilən lotereyadır.

43. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən lotereya təşkilatçısı - öz adından və ya digər şəxsin tapşırığı ilə lotereyanı təşkil edən və keçirən hüquqi şəxsdir.

44. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən lotereya iştirakçılarının hüquqlarının müdafiəsi, lotereyaların təşkilinə və keçirilməsinə nəzarətin, habelə məqsədli lotereyanın keçirilməsindən əldə olunmuş vəsaitin məqsədyönlü istifadəsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə səlahiyyətli orqan Azərbaycan Respublikasında keçirilən lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) qeydiyyatını həyata keçirir.

45. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) qeydiyyata alınması üçün lotereya təşkilatçısı lotereyanın ilk oyununun keçirilməsinə azı 10 (on) iş günü qalmış səlahiyyətli orqana aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada təqdim etməlidir: 8.2.1. lotereyanın qeydiyyata alınması üçün ərizə. Ərizədə lotereya təşkilatçısının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, olduğu yer, lotereyanın adi və keçirilməsi forması göstərilməlidir; 8.2.2. lotereyanın şərtləri; 8.2.3. lotereyada istifadə olunacaq lotereya biletinin (elektron kod formasında olan biletlər istisna olmaqla) nümunəsi; 8.2.4. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla hüquqi şəxslərin dövlət reyestrindən çıxarış; 8.2.5. lotereya təşkilatçısının vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti; 8.2.6. lotereya təşkilatçısının təsisçiləri haqqında məlumat: 8.2.6.1. təsisçi fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti və imzası notariat qaydasında və ya “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilməklə vətəndaş qüsursuzluğuna dair ərizəsi; 8.2.6.2. təsisçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış; 8.2.7. son maliyyə ili üzrə, bir ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə təsdiq edilmiş maliyyə hesabatları (lotereyanın ilk dəfə qeydiyyata alınması halı istisna olmaqla).

46. Göründüyü kimi tərəflər lotareya oynadıqlarını göstərsələr belə onlar arasındakı pul alış verişi qanunvericilikdə lotareya oyunu üçün nəzərdə tutulmuş tələblərə cavab verməmişdir.

47. Beləliklə cavabdeh Cavabdeh iddiaçı İddiaçı 18530 manat pul vəsaitini qəbul etməsi üçün hər hansı bir müqavilə əsasının olması, bununla bağlı tərəflər arasında hər hansı bir etibarlı müqavilənin bağlanılması halı müəyyən edilməmişdir.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

50. Kollegiya qeyd edir ki, tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş lotareya münasibətlərinin mövcudluğu halı müəyyən edilməmişdir. Hansı ki, iddiaçı İddiaçı etibarlılığı müəyyən edilməmiş razılaşma əsasında cavabdeh Cavabdeh ödədiyi pul vəsaitinin qaytarılmasını tələb etmişdir.

51. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.Ibrahimovun şikayəti üzrə 2004cü il ## ##### tarixli Qərar).

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.

53. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllində Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş əsassız varlanma ilə bağlı münasibətləri nizama salan maddi hüquq normalarına istinad etməkdə doğru mövqedən çıxış etmişdir.

54. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı 18530 manat pul vəsaitinin və həmin məbləğə mütənasib olan 145.59 manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq ona ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

55. Lakin işə baxan birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə təmin edilməli əsas tələbə mütənasib olmayan dövlət rüsumunun tutulması nəticəsinə gəlməklə prosessual hüquq normasının tələblərini pozmuşdur.

56. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Tələbin təmin edildiyi məbləğ 18530 manat, həmin məbləğə mütənasib olan dövlət rüsumunun məbləği isə 145.59 manat təşkil etdiyi halda, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən bundan daha yüksək məbləğdə, iddia ərizəsində cavabdehdən tutulması xahiş edilmiş dövlət rüsumunun bütün məbləği, yəni 210 manat dövlət rüsumu tutulmuşdur.

58. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş cavabdeh Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 64.41 manat və cəmi 18740 manat məbləğində puldan 64.41 manatın tutularaq iddiaçı İddiaçı ödənilməsi hissələrində ləğv edilməli, ləğv edilmiş cavabdeh Cavabdeh dövlət rüsumuna görə 64.41 manatın tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində yeni qətnamə qəbul edilməli, cavabdeh Cavabdeh dövlət rüsumuna görə 64.41 manatın tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində iddia tələbi rədd edilməli, ödənilmiş 64.41 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş cavabdeh Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 64.41 manat və cəmi 18740 manat məbləğində puldan 64.41 manatın tutularaq iddiaçı İddiaçı ödənilməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş cavabdeh Cavabdeh dövlət rüsumuna görə 64.41 manatın tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində yeni qətnamə qəbul edilsin. Cavabdeh Cavabdeh dövlət rüsumuna görə 64.41 manatın tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində iddia tələbi rədd edilsin. Ödənilmiş 64.41 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar