Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-292/2026 10.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh İbrahimov Yaqub Elçin oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliyi, pul tələbi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh İbrahimov Yaqub Elçin oğlunun iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh İbrahimov Yaqub Elçin oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı ASC cavabdeh İbrahimov Yaqub Elçin oğluna qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2025-ci il # ### tarixli **/***** nömrəli operativ lizinq müqaviləsinə əsasən 2100,00 (iki min yüz) manat əsas borcun, 445,00 (dörd yüz qırx beş) manat cərimənin və 45,45 (qırx beş manat qırx beş qəpik) manat dövlət rüsumunun, cəmi 2590,45 (iki min beş yüz doxsan manat qırx beş qəpik) manat pul vəsaitinin İbrahimov Yaqub Elçin oğlundan tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh İbrahimov Yaqub Elçin oğlu arasında bağlanmış # ### 2025-ci il tarixli **/***** nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd “CLAAS Dominator-130” markalı taxılyığan kombayn cavabdehə istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh 5000,00 (beş min) manat məbləği ödəməli olduğu halda, həmin texnikanın istifadəsinə görə 2900,00 (iki min doqquz yüz) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 2100,00 (iki min yüz) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmamış, dəfələrlə yaranmış borcun ödənilməsi tələb edilsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, cavabdeh ödənişləri (istifadə) müddəti ərzində bu müqavilənin 1.3-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına və cavabdehin etiraz dəlillərinə cavab olaraq bildirmişdir ki, lizinq obyektini cavabdeh seçmiş, seçilmiş kombayn saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən texnikanın nasazlığı ilə bağlı cəmiyyətə hər hansı rəsmi müraciət edilməmişdir. Həmçinin müqavilə şərtlərinə əsasən texnika təhvil alındıqdan sonra onun saz vəziyyətdə saxlanılmasına və yarana biləcək qüsurlara cavabdeh məsuliyyət daşıyır. Hesab edir ki, cavabdehin etiraz dəlilləri əsassızdır. Bütün bunlar texnika təhvil alındıqdan sonra baş verdiyindən texnikadan düzgün istifadə edilməməsi nəticəsində də yarana bilər və bu hallar üçün lizinq verən məsuliyyət daşımır. Lizinq obyekti ##.##.2025-ci il tarixdə də saz vəziyyətdə təhvil verilmişdir. Müqavilə şərtinə əsasən texnikanın ümumi istifadə müddəti ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək, həmin müddət üçün isə ödəniş 5000 manat razılaşdırılmışdır. Cavabdeh tərəfindən 2900 manat ödənilsə də, 2100 manat ödənilməmiş qalmışdır. Halbuki müqavilə şərtlərinə əsasən bütün ödənişi etməlidir. Həmçinin cavabdeh iltizam imzalayaraq, boşdayanmalardan və tez geri təhvil verilməsindən asılı olmayaraq bütün ödənişi ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 2.2.17ci bəndinə əsasən, müqavilə üzrə yaranmış öhdəliyin icra edilməməsinə görə hər gecikdirilmiş gün üçün müqavilə məbləğinin 0.1 faizi həcmində cərimə ödənilməsi razılaşdırılmışdır.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh İbrahimov Yaqub Elçin oğlu izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır və bu səbəbdən iddia tələbini qəbul etmir. Belə ki, götürülmüş kombayn 1 gün belə normal işləməmişdir. Kombaynın barabanı yararlı olmamış, elə ilk dəfədən taxılı biçmək istədikdə qırılmışdır. Dəfələrlə təmir edilməsinə baxmayaraq, baraban yenə işləməmişdir. Bunu şahidləri də təsdiq edə bilər. Bu qüsur kombayn ona təhvil verilərkən müəyyən edilə bilməzdi, yalnız bilavasitə sahədə taxıl yığarkən müəyyən oluna bilərdi. Onun da marağı ona olmuşdur ki, kombayndan istifadə etməklə, əkib becərdiyi kənd təsərrüfatı məhsullarını yığıb gəlir əldə etsin və pulu tam ödəsin. Kombayn üçün 2900 manat avans ödəmişdir. Lakin kombaynı normal istifadə edə bilmədiyi və kombaynın dəfələrlə təmiri ilə bağlı 4000 manatdan çox xərc çəkdiyi üçün, qalan 2100 manat ödənişi edə bilməmişdir. Dəfələrlə kombaynda olan qüsurla bağlı iddiaçının səlahiyyətli vəzifəli şəxslərinə şifahi və telefon danışıqları zamanı məlumat vermişdir. Yazıl və rəsmi heç bir müraciəti olmamış, qüsur aktı tərtib edilməmişdir. Cəmiyyətin işçiləri isə heç bir tədbir görməmiş, sadəcə kombaynı təhvil verə biləcəyi, lakin bu zaman ödədiyi 2900 manat məbləğində avansın geri qaytarılmayacağını bildirilmişlər. Dəfələrlə təmirdən sonra axır ##.##.2025-ci il tarixdə kombaynı təhvil vermişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş İbrahimov Mütəllim Bağı oğlu çıxış edərək və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdeh onun qardaşı oğludur. Yaqubla birlikdə kənd təsərrüfatı ilə məşğul olur. Taxıl yığımı üçün lizinq müqaviləsi əsasında taxılyığan kombayn götürmək qərarına gəlmişlər. Kombayn müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olduğu üçün olduğu Yaqubun adına götürmüşlər. 2900 manat avans ödəmişlər, lakin işləyə bilmədikləri və xeyli miqdarda ziyana düşməklə gəlir əldə edə bilmədiklərindən 2100 manatı ödəyə bilməmişlər. Lakin kombayn işlək olmamış, elə ilk gündən barabanı taxıl yığımını edə bilməmiş və qırılmışdır. Özləri texnikanı işlək vəziyyətə gətirmək üçün əlavə 4000 xərc çəkmişlər. Dəfələrlə kombaynda olan qüsurla bağlı iddiaçının səlahiyyətli vəzifəli şəxslərinə şifahi və telefon danışıqları zamanı şəxsən o özü məlumat vermişdir. Yazıl və rəsmi heç bir müraciəti olmamış, qüsur aktı tərtib edilməmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 çıxış edərək və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, onun iş yeri kəndədir, cavabdehi və onun əmisinin texnika xarab olduğu üçün düzəltməyə çalışdıqlarını, texnikaya onların əlavə materiallar aldığını görmüşdür. Hətta bir dəfə texnikaya baxış keçirmək üçün Bakıdan nümayəndələrin gəldiyini də görmüşdür.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mustafayev İsbəndiyar Mehman oğlu çıxış edərək və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, o cavabdehin kəndçisidir, onlar taxıl biçmək istəyən zaman görmüşlər ki, kombaynın biçən yeri işləmir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş İskəndərov Arif Alşan oğlu çıxış edərək və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, o cavabdehin həmkəndçisidir. Texnikanın alınan gündən işləmədiyini görmüşdür. Bir neçə dəfə hətta texnika xarab olduğu üçün kombaynı sahədən çıxarmaq üçün onu köməyə də çağırmışlar.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mustafayev Mehman İsbəndiyar oğlu çıxış edərək və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, o cavabdehlə qonşudur. O bir neçə dəfə cavabdehdən kombayının neçə işlədiyini soruşduqda ona işləmədiyini demişdir. Hətta özü də kombıyını gəldiyi gündən işlək vəziyyət də görməmişdir.
10. Yevlax Rayon Məhkəməsinin (hakim A. Babayeva) ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddian qismən təmin edilmiş, cavabdeh İbrahimov Yaqub Elçin oğlundan # ### 2025-ci il tarixli **/***** nömrəli müqavilə üzrə 455.26 manat əsas borc, 20 manat cərimə bocru olmaqla, ümumilikdə 475.26 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 8.49 manat hissəsinin əvəzi alınaraq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
11. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC (lizinq verən qismində) ilə cavabdeh İbrahimov Yaqub Elçin oğlu (lizinq alan qismində) arasında bağlanmış ##.##.2025-ci il tarixli **/***** nömrəli kənd təsərrüfatı texnikasının ##.##.2025ci il tarixdən ##.##.2025-ci il tarixədək operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə ilə lizinq verən ümumi məbləği 1 ədəd 2014-cü il buraxılışlı, CLAAS Dominator- 130 markalı taxılyığan kombaynı müqavilə dəyərinin 50%-i ödənildikdən və müvafiq sənədləşmə işləri aparıldıqdan sonra lizinqə verməyi, lizinq alan (cavabdeh) isə kənd təsərrüfatı texnikalarının ümumi məbləğini istifadə müddəti ərzində ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin ümumi məbləğinin 5000 manat olması, həmin məbləğin 2900 manatının (müqavilə dəyərinin 50%i və ya 2 aylıq hissəsi) avans olaraq, qalan 2100 manat məbləğin isə müqavilə müddəti ərzində ödənilməsi razılaşdırılmışdır. Lizinq obyekti ##.##.2025-ci il tarixli akt əsasında saz vəziyyətdə cavabdeh tərəfindən təhvil alınmışdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
12. Mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir.
13. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməmiş və belə olan halda da iddiaçının lizinq alandan–cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. 14.Məhkəmə cavabdehin lizinq obyektinin işlək olmaması ilə bağlı arqumentləri ilə bağlı isə aşağıdakıları qeyd etmişdir.
15. Əvvəla göstərilməlidir ki, cavabdeh ##.##.2025-ci il tarixli müqaviləyə əsasən tərtib edilmiş “AKT-1” adlı akta imza etməklə lizinq obyektini saz vəziyyətdə təhvil alıdığını təsdiq etmişdir. Bu halda yalnız lizinq obyekti təhvil alındıqdan sonra meydana gələn hər hansı nasazlıqdan bəhs etmək olar.
16. Mülki Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Həmin maddənin tələbinə görə, lizinq alan lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir, lizinq verən lizinq obyekti olan əmlakın əsaslı təmirini isə o zaman həyata keçirir ki, lizinq müqaviləsində bununla bağlı ayrı qayda nəzərdə tutulmasın.
17. Hazırkı halda isə tərəflər arasında bağlanmış # ### 2025-ci il tarixli **/***** nömrəli müqavilənin şərtlərindən görünür ki, lizinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, sığorta ödənişlərini və təmirinin öz hesabına həyata keçirilməsini, GPS avadanlıq dəstinin işlək vəziyyətdə saxlanmasını və texnikanın üzərində icazəsiz konstruktiv dəyişiklik edilməməsini öhdəsinə götürür (2.2.5). 18.Göründüyü kimi, hazırkı işdə tərəflər lizinq müqaviləsində fərqli tənzimləmə həyata keçirmiş, cavabdeh lizinq müqaviləsini bağlayarkən texnika üzrə yarana biləcək bütün mümkün təmir xərclərini bilavasitə öz öhdəsinə götürmüşdür.
19. Digər tərəfdən, cavabdeh lizinq obyektinin təmir edilməli olması, təmirin cari və ya orta təmir olması, qüsurlar barədə müvafiq qaydada məlumat verməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin texnikanın istifadəsini mümkünsüz edən hər hansı qüsurların olmasını və bunda lizinq verənin məsuliyyət daşımalı olmasını hər hansı şahid ifadəsi təsdiq edə bilməz. Belə olan halda cavabdehin etirazı əsaslı sayıla bilməz. 20.Göründüyü kimi, İbrahimov Yaqub Elçin oğlu lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməmiş və belə olan halda da iddiaçının lizinq alandan – cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Lakin tələb edilən borcun məbləği ilə məhkəmə qismən razılaşmır. Belə ki, iddiaçı İddiaçı ASC cavabdehdən 2100,00 (iki min yüz) manat əsas borcun, 445,00 (dörd yüz qırx beş) manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
21. ##.##.2025-ci il tarixli müqavilənin adından da göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər operativ lizinq müqaviləsindən irəli gələn münasibətlərdir. Operativ lizinq (əməliyyat icarəsi), əmlakın (avtomobil, avadanlıq) qısamüddətli istifadə üçün icarəyə verildiyi, müqavilə sonunda mülkiyyətin lizinq şirkətində qaldığı icarə formasıdır. Maliyyə lizinqindən fərqli olaraq, ödənişlər əmlakın tam dəyərini əhatə etmir. Operativ lizinqdə lizinq alan lzinq obyektinin onun istifadəsində olduğu müddət üçün ödəniş etməyə məcburdur. Həmçinin tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilənin 2.1.7-ci və 2.2.16cı bəndlərinə əsasən müqavilə müddəti başa çatmamış geri qaytarılarsa, texnikanın lizinq alanda (istifadəçidə) olduğu müddət nəzərə alınmaqla, istifadə haqqının bhəmin Müqavilənin 1.2-ci bəndi ilə müəyyən edilmiş aylıq dəyərinə uyğun ödənilməsini təmin edir. 22.Müqavilədə lizinq obyektinin istifadə müddəti ##.##.2025-ci il tarixdən ##.##.2025ci il tarixədək, istifadə dəyəri 5000 manat müəyyən edilmişdir. Ümumilikdə 76 gün (iyun ayında 30 gün+ iyul ayında 31 gün+ avqust ayında 15 gün) istifadə müddəti nəzərə alındıqda, kombaynın bir günlük istifadə dəyəri 65.79 manat (5000 manat /76gün) təşkil edir. Texnikanın ## #### 2025-ci il tarixdə iddiaçıya təhvil verilməsi işin mübahisəsiz halıdır. Cavabdeh ümumilikdə texnikanın onda olduğu 51 gün üçün (iyun ayında 30 gün+ iyul ayında 21 gün) 3355.26 manat ödəməli olduğu halda, müqavilə üzrə cəmi 2900 manat ödəniş etmişdir.
23. İddiaçının nümayəndəsinin istinad etdiyi iltizamla bağlı isə məhkəmə qeyd edir ki, tərəflər arasında münasibətlər lizinq müqaviləsindən yarandığından hər iki tərəfin iradə ifadəsinin əks olunduğu ##.##.2025-ci il tarixli müqavilə mötəbər sübut kimi qəbul edilməlidir.
24. Məhkəmə yuxarıda qeyd edilənləri, ##.##.2025-ci il tarixli müqavilənin 2.1.7-ci və 2.2.16-cı bəndlərini, müqavilə müddəti başa çatmamış texnikanın geri təhvil verilməsini, müqavilə üzrə ödənilmiş 2900 manat avans məbləğini və texnikanın 51 gün lizinq alanda (isifadəçidə) olduğunu nəzərə alınmaqla, hesab etmişdir ki, iddia tələbi əsas borc hissəsində 455.26 manat (3355.26-2900 manat) hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir.
25. İddiaçı # ### 2025-ci il tarixli **/***** nömrəli lizinq müqaviləsi üzrə 445.0 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
26. # ### 2025-ci il tarixli **/***** nömrəli lizinq müqaviləsinin 2.2.17-ci bəndinə əsasən, lizinq alan müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyi halda, borc öhdəliyi ilə yanaşı gecikdirilmiş hər gün üçün ümumi müqavilə məbləğinin 0,1 faizi həcmində cərimə ödənilməsini təmin edir.
27. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, lizinq obyektinin istifadəsində olduğu müddət nəzərə alınmaqla, borc məbləğinin 90 faizə yaxın hissəsi ödənilmişdir.
28. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin # ### 2025-ci il tarixli **/***** nömrəli müqavilə üzrə 20 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
29. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, # ### 2025-ci il tarixli **/***** nömrəli müqavilə üzrə 455.26 manat əsas borc, 20 manat cərimə bocru olmaqla, ümumilikdə 475.26 manat məbləğində pul cavabdeh İbrahimov Yaqub Elçin oğlundan tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməli, qalan hissədə iddia rədd edilməlidir.
30. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 45.45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
31. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 45.45 manat məbləğində dövlət rüsumunun 8.49 manat hissəsinin əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.02, 385.1, 386.1, 427.3, 442, 445, 448.1, 462.1, 465.2, 467, 747.1, 747-2, 748.1.8, 748-1.7, 748-1.12.4, 748-10.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2020-ci il tarixli Qərarına, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
33. Qətnamədən narazı qalan iddiaçı İddiaçı ASC apellyasiya şikayəti vermişdir.
34. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən cavabdehin şifahi mülahizələrinə, onunla yaxın qonşuluq və qohumluq münasibətlərində olmuş şahid ifadələrinə və tərəflər arasında bağlanmış müqavilənin 2.1.7-ci və 2.2.16-cı bəndlərinə (müqavilə müddəti başa çatmamış geri qaytarılarsa, texnikanın lizinq alanda (istifadəçidə) olduğu müddət nəzərə alınmaqla, istifadə haqqının həmin Müqavilənin 1.2-ci bəndi ilə müəyyən edilmiş aylıq dəyərinə uyğun ödənilməsini təmin edir) istinad etmişdir. Lakin Məhkəmə sözügedən müqavilə şərtlərində “kombaynlar istisna olmaqla” hissəsini diqqətə almamışdır. Halbuki müqavilə predmetinin əsasını CLAAS Dominator-130 markalı taxılyığan kombaynı təşkil edir. Digər tərəfdən cavabdeh tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsi və təminat əsası kimi iltizam imzalamış, boşdayanmalardan və tez geri təhvil verilməsindən asılı olmayaraq bütün ödənişi ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə iltizamın lizinq müqaviləsi olmadığını və hüquqi əsas daşımadığı qənaətinə gəlməklə düzgün olmayan qərar qəbul etmişdir.
35. Eyni zamanda cavabdeh lizinq obyektinin təmir edilməli olması, təmirin cari və ya orta təmir olması, qüsurlar barədə müvafiq qaydada məlumat verməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin texnikanın istifadəsini mümkünsüz edən hər hansı qüsurların olmasını və bunda lizinq verənin məsuliyyət daşımalı olmasını hər hansı şahid ifadəsi təsdiq edə bilməz. Belə olan halda cavabdehin etirazı əsaslı sayıla bilməz.
36. Hesab edirlər ki, məhkəmə təqdim olunmuş arayışı, aktları və digər sənədləri sübut növü kimi qiymətləndirməmiş, cavabdehin əsas borcunu tam ödəməməsi halını onun şifahi mülahizələri əsasında qeyd etdiyi texnikada yaranmış nasazlıqları əsas götürtmüş və düzgün olmayan qənaətə gəlmişdir.
37. Lizinq alan (istifadəçi) texnikanın parka təhvil verilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliyi yerinə yetirmədikdə müqavilə məbləğinin 0.1 faizi həcmində cərimə tətbiq olunur. Həmin bəndə əsasən, cavabdehin gecikdirilmiş günlər üzrə hesablanmış cərimə borcu 445,00 (dörd yüz qırx beş) manat manat təşkil edir. Məhkəmə cərimə məbləğinin azaldılmasını əsaslandırmamışdır.
38. Birinci instansiya məhkəməsi İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş sübutları hər tərəfli araşdırmamış və düzgün qiymət verməmişdir. Həmçinin iş üçün əhəmiyyəti olan hallara dair iddiaçının təqdim etdiyi sənədləri “mötəbər” sübut saymamış qarşı tərəfin şifahi mülahizələrinə əsaslanmışdır.
39. Odur ki, Yevlax Rayon Məhkəməsinin Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
41. Məhkəmə kollegiyasının ## ### 2026-cı il tarixdə keçirilmiş iclasında iştirak edən iddiaçı İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin Məhkəməsinin 2026-cı il ## ###### tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunaraq iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin Məhkəməsinin 2026-cı il ## ###### tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin ləğv olunaraq iddia tələbinin tam təmin olunmasını xahiş etdi.
43. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İbrahimov Yaqub Elçin oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə görə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 427.3-cü maddəsinin tələbinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748.1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli Qərar:
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
47. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
50. Apellyator Yevlax Rayon Məhkəməsinin Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv olunması üçün əsas yoxdur.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
53. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflər arasından bağlanmış ##.##.2025-ci il tarixli **/***** nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən 1 ədəd 2014-cü il buraxılışlı, CLAAS Dominator-130 markalı taxılyığan kombaynı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək cavabdehə lizinqə vermişdir. Müqavilə şərtlərinə görə lizinq obyektinin ümumi dəyəri olan 5000 manatın 50%i və ya 2 aylıq hissəsi avans olaraq ödənilməli olduğu üçün cavabdeh 2900 manat pulu ödəmiş, qalan 2100 manat pulu isə müqavilə müddəti ərzində ödəməyi öhdəsinə götürmüşdür. sözügedən müqaviləyə əsasən texnikanın istifadəyə verilməsi barədə aktla qeyd olunan kombayn saz vəziyyətdə cavabdehə təhvil verilmişdir.Bundan sonra müqavilədə nəzərdə tutulmuş müddətdən əvvəl, yəni ##.##.2025ci il tarixdə lizinq obyekti İbrahimov Yaqub Elçin oğlu tərəfindən saz vəziyyətdə İddiaçı ASCyə təhvil verilmişdir. İddiaçı müqaviləyə əsasən cavabdehin öhədliyini yerinə yetirmədini əsas gətirərək ödənilməli olan 2100 manat əsas borcun, 445 manat isə cərimə pulunun cavabdehdən alınaraq ödənilməsini tələb etmiş, cavabdeh tərəfindən isə iddia tələbi qəbul edilməmişdir.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassızdır.
55. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinə uyğun araşdırmalar aparmış və işdə olan sübutlara hüquqi qiymət verməklə, iddiaçının iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
56. İddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsi tərəfindən təqdim olunmuş sübutlara düzgün qiymət verilməməsi ilə bağlıdır.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. 58.Belə ki, işdə olan ##.##.2025-ci il tarixli, **/***** №-li İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, İddiaçı ASC tərəfindən 1 ədəd 2014-cü il buraxılışlı, CLAAS Dominator-130 markalı taxılyığan kombayn ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək İbrahimov Yaqub Elçin oğlunun istifadəsinə verilmişdir.
59. ##.##.2025-ci il tarixli, **/***** №-liİddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin 2.1.7-ci maddəsində göstərilmişdir ki, texnika bu Müqavilənin 7.1-ci bəndində göstərilən müqavilə müddəti başa çatmamış geri qaytarılırsa, texnikanın Lizinq alanda (istifadəçidə) olduğu müddət nəzərə alınmaqla, istifadə haqqının bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən edilmiş aylıq dəyərinə uyğun ödənilməsini təmin edir.
60. Kollegiya qeyd edir ki, müqavilənin 1.2-ci bəndində aylıq dəyər göstərilməsədə, 1.3-cü bənddə texnikanın ##.##.2025-##.##.2025-ci il tarixli istifadə müddəti üçün 5000 manat məbləğ müəyyən olunmuşdur.
61. İşdə olan ##.##.2025-ci il tarixli * saylı aktdan görünür ki, 1 ədəd 2014-cü il buraxılışlı, CLAAS Dominator-130 markalı taxılyığan kombayn İbrahimov Yaqub Elçin oğlu tərəfindən ##.##.2025-ci il tarixdə saz vəziyyətdə İddiaçı ASC-yə təhvil verilmişdir.
62. Göründüyü kimi müqavilədə lizinq obyektinin istifadə müddəti ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək, istifadə dəyəri 5000 manat müəyyən edilmişdir.Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, texnikanın müqavilə üzrə lizinq alanda ümumilikdə 76 gün (iyun ayında 30 gün+ iyul ayında 31 gün+ avqust ayında 15 gün) istifadə müddətinin müəyyən olunması nəzərə alındıqda, kombaynın bir günlük istifadə dəyəri 65.79 manat (5000 manat /76gün) təşkil edir. Texnika isə ## #### 2025-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. Cavabdeh ümumilikdə texnikanın onda olduğu 51 gün üçün (iyun ayında 30 gün+ iyul ayında 21 gün) 3355.26 manat ödəməli olduğu halda, müqavilə üzrə cəmi 2900 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənilməyən məbləğ 455.26 manat təşkil etmişdir.
63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
64. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin iddiaçı İddiaçı ASC-nin apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi və dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı “xxxx" ASC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı ASC-nin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.