Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-334/2026 17.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan, çəkilmiş xərcin ödənilməsi, sübutetmə yükü) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş maddi ziyanın əvəzi olaraq 3.300 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixində Ağsu rayonu, Qaraqaşlı kəndində cavabdeh Cavabdeh onun avtomobilinin qarşısını kəsmiş, oğlunun ünvanına söyüş söymüş, aqressiv hərəkət edərək daş və çınqıl atmaqla avtomobilinə qəsdən ziyan vurmuşdur. Hadisə nəticəsində avtomobilində müxtəlif xarici zədələnmələr yaranmışdır. Hadisə ilə bağlı Ağsu rayon Polis şöbəsinə müraciət olunmuş, fakt üzrə araşdırma aparılmış və ona cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar təqdim olunmuşdur. Avtomobilinə dəymiş maddi ziyanın məbləği 3.300 manat olaraq qeydə alınmışdır. Dəymiş ziyanın məbləği X1 tərəfindən verilmiş qiymətləndirmə sənədləri ilə təsdiq olunur.
3. Ağsu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı X4 əsl iddiaçı İddiaçı ilə əvəz edilmişdir
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ##.##.2025-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o, avtomobilə çınqıl daşı atmış, lakin avtomobilə zərər dəyməmişdir. Əgər zərər olsaydı sığorta şirkəti hadisə yerinə gələrdi. Lakin iddiaçı özü avtomobilin detalını dəyişib. Ola bilsin ki, avtomobilə zərər dəyib. Əgər həqiqətən də zərər hadisə zamanı olsaydı, bunu videoya çəkmək mümkün olardı. Lakin iddiaçı avtomobili təmir etdirdikdən sonra bildirir ki, ona zərər dəyib və əvvəldən mövcud olan zərəri onun üzərinə yükləməyə çalışır. İddia tələbinin təmin edilməməsini xahiş etdi.
6. Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2.850 manat məbləğində pulun cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh alınaraq “xxxx” MMC-nin (VÖEN: **********, Hesab № AZN: AZ77AIIB400600C9447929844218, Bank: “xxxx” ASC-nin Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ01350100000000001944, filialın kodu: 201296, SWIFT kod: AIIBAZ2XXXX) hesabına ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ##.##.2025-ci il tarixdə Cavabdeh iddiaçıya məxsus, lakin oğlu - X4 idarə etdiyi “Toyota Land-Cruiser-Prado” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq daşla maşına vurmuş, avtomobilə 2.850 manat məbləğində maddi zərər dəymişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından, mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə yarandığından mübahisənin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddəsinə əsasən həll edilməlidir.
9. İddia tələbinin qanuni əsaslarından biri olan mülki hüquq pozuntusunun (delikt) yaranması üçün aşağıdakı hallar mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik); əməlin hüquqa zidd olması; təqsir.
10. Məhkəmə qeyd etmişdir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
11. Məhkəmə hesab etmişdir ki, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər vurulduğundan, ziyan mövcud olduğundan və zərərlə qanunsuz hərərəkət arasında səbəbli əlaqə olduğudan, iddia tələbi qismən təmin edilməlidir.
12. Məhkəmə həmçinin hesab etmişdir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh alınaraq “xxxx” MMC-nin hesabına ödənilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki 21, 1096.1, 1097-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xxxx MMC və X2 in MMC nin Toyota Prado markalı avtomobilinin ehtiyyat hissələrinin və usta xidmətinin real bazar qiymətinin şişirdilmiş olduğu göstərilmişdir. Onun dəyərinin həqiqiliyini müəyyən edilməsi üçün əlavə tədbirlər göstərməməsi və onun 2850 manat zərərin ödənilməsinə məhkəmə aktı ilə məcbur edilməsini işin məhdud sərhəd çərçivəsində baxıldığı anlaşılır. Nəticədə zərərin dəyəri bazar qiyməti ilə kəskin şəkildə fərqlənir. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
16. Birinci instansiya məhkəməsi onun birbaşa Toyota Prado markalı 99-CH -980 dövlət nişanlı avtomobilə birbaşa ziyan vurmağı nə iddiaçının sübutu ilə nədə ki Ağsu rayon Polis Şöbəsinin qərarı ilə sübut olunmamışdır. O, avtomobilə zərər vurmamışsa onda mülki hüquq vəzəfəri yaranmamışdır.
17. İddiaçının Toyota prado markalı **-CH-*** dövlət nişanlı avtomobilinə onun tərəfindən zərərin yetirilməsi kimi fakt aydılaşdırılmamışdır.
18. Odur ki, Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-2(016)- 1630/2025 qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-2(016)-1630/2025 qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 21.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-2(016)-1630/2025 qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğuhallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
27. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
28. Apellyasiya şikayətindən göründüyü kimi cavabdeh Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini qismən, yəni iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir.
29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul edilən qətnamə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
32. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı ##.##.2025-ci il tarixdə Ağsu rayonu, Qaraqaşlı kəndində cavabdeh Cavabdeh onun avtomobilinin qarşısını kəsərək daş və çınqıl atmaqla avtomobilinə qəsdən ziyan vurmasını, nəticədə cavabdehin təqsirli hərəkətləri nəticəsində onun avtomobilinə 3.300 manat məbləğində ziyan dəyməsini əsas gətirərək cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etmiş, cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.
33. Birinci instansiya məhkəməsi isə iddanı rədd edərkən gəldiyi nəticəni cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər vurulması, ziyan mövcud olduğundan və zərərlə qanunsuz hərərəkət arasında səbəbli əlaqə olduğundan, iddia tələbi qismən təmin edilməsi qənaətinə gəlmişdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandlırılması və buna dair gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdə olan “X1” tərəfindən tərtib edilmiş qüsur aktından, eləcədə “xxxx” MMC tərəfindən verilən ##.##.2026-cı il tarixli rəydən görünür ki, Toyota Prado markalı 99-CH -980 dövlət nişanlı avtomobilin ön sağ farası, ön üzlük (radiator barmaqlığı), ön kapot, ban, ön sağ qanad və ön sol qanad hissələrinin zədələnməsi qeyd edilmiş və həmin ehtiyyat hissələrinin qiyməti və işçi haqqı hesablanaraq 2850 manat məbləğində ziyan müəyyən olunmuşdur.
35. İş materiallarına əlavə edilmiş iddiaçının iddia tələbini təsdiq edən əsas dəlillərdən olan CD diskə əlavə edilmiş avtomobilin videoreqistratorundan çəkilmiş video görüntülərə baxış keçirilərkən cavabdeh tərəfindən iddiaçının avtomobilinə daş-çınqıl ataraq zədələməsi, eləcədə avtomobilə hər hansı ziyan dəyməsi görünmür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən əlavə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
37. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir.
38. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.
39. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (Mülki Məcəllə 21).
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi mötəbər sübutlarla təsdiqini tapmadığı halda düzgün olmayaraq iddianın qismən təmin edilməsi qənatinə gəlmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
43. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
44. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş 2850 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir.
45. İddianın tam rədd edilməsi nəzərə alınaraq ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı tutulub “xxxx” MMC-nin (VÖEN: **********, Hesab № AZN: AZ77AIIB400600C9447929844218, Bank: “xxxx” ASC-nin Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ01350100000000001944, filialın kodu: 201296, SWIFT kod: AIIBAZ2XXXX) hesabına ödənilməlidir.
46. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş 2.850 manat məbləğində pulun cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi hisssəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı alınaraq “xxxx” MMC-nin (VÖEN: **********, Hesab № AZN: AZ77AIIB400600C9447929844218, Bank: “xxxx” ASC-nin Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ01350100000000001944, filialın kodu: 201296, SWIFT kod: AIIBAZ2XXXX) hesabına ödənilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.