Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-341/2026 21.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər Ismayılova (Rzayeva) Təranə Habil qızı və cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellyasiya şikayətinin qeyri-mümkünlüyü) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər Ismayılova (Rzayeva) Təranə Habil qızı və cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər Ismayılova (Rzayeva) Təranə Habil qızı və cavabdeh1 qarşı “pul tələbi”nə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlər Ismayılova (Rzayeva) Təranə Habil qızı və cavabdeh1 onların, yəni iddiaçılar iddiaçı1 və iddiaçı2 xeyrinə 17.000 (on yeddi min) manat pulun və həmçinin ödəniImiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumunun əvəzinin, cəmi 17141 (on yeddi min yüz qırx bir) manat məbIəğində pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar Ruslan və Rövşən iki qardaşdırlar. Cavabdeh Təranə Ruslanın keçmiş həyat yoIdaşı, Zövqiyyə isə Təranənin rəfiqəsidir. Iddia ərizəsinə əlavə olunan Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən görünür ki, iddiaçi X1 iddiasının rədd edilməsi, iddiaçı Təranə Rzayevanın cavabdehlər Aynurə Ismayılovaya, Məfturə Ismayılovaya, Mübariz Ismayılova və Jalə Ismayılovaya qarşı onların ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının əsassız oIduğu üçün təmin edilməməsi qət edilmişdir. Həmin iş üzrə 4 nəfər cavabdeh olan şəxslər hazırki iş üzrə iddiaçı olan 2 nəfərin ailə üzvləridir. Iddia ərizəsinə əlavə edilən Şəki Apellyasiya Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, Təranə Rzayeva tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması qət edilmişdir. Beləliklə, Təranə Rzayevanın onların ailə üzvlərinin mübahisəli evdən çıxarılması barədə iddiası təmin edilməmişdir. Bununla belə, Təranə Rzayeva başqa üsullara əl atmış, hər gün söz-söhbət, dava-dalaş olmuşdur. Iddiaçılar da bütün bu mübahisələrə son qoymaq, sülh yaratmaq, ortalığı sakitləşdirmək üçün qərara gəlmişlər ki, Təranəyə müəyyən miqdarda pul versinlər, onun iddiaçılara məxsus olan evə dair mübahisələri sonlandırılsın. Iddiaçılar iki qardaş, yəni iddiaçılar Təranə və Zövqiyyə ilə, yəni cavabdehlərlə danışaraq razılaşmışlar ki, onlara 17.000 manat məbləğində pul verəcəklər, bununla da mübahisəyə son qoyulacaq. Onların rəsmi mübahisələri Təranə ilə olsa da, Təranəyə dəstək olan, onun işlərini aparan, onun adından hərəkətlər edən Zövqiyyə olmuşdur. Belə də olmuş, iddiaçılar, yəni Ruslan və Rövşən Təranə və Zövqiyyəyə birlikdə 17.000 manat pul vermişlər. Bundan sonra Təranə söz vermişdir ki, bir daha mübahisəli evlə bağlı (Mingəçevir şəhəri GünəşIi küçəsi, ev 11) hər hansısa bir tələbi, iddiasi və s. olmayacaqdır (iddiaçılar da 17.0000 manat pulu məhz buna görə vermişlər). Iddia ərizəsinə əlavə etdiyi diskdə olan video-görüntüdən də görünür ki, cavabdehlər Təranə və Zövqiyyə pul aldıqlarını, həmin pulla da ev aldıqlarını bildirirlər. Iddiaçılara görə artıq bu məsələ bitmişdi, çünki iddiaçılar pul vermişlər, o da evdən əl çəkmişdi. Lakin bundan 2 il sonra Təranə yenə də evə dair iddialar etməyə başladı. Məhz onun müraciəti əsasında Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, 8(051)- ***/**** saylı qərardadı ilə, təqdimat təmin ediImiş, tələbkar X1 şikayəti təmin ediImiş, Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında ## #### 2024-cü il tarixli qərarı ləğv ediImiş, ünvan 2 ünvanında yerləşən evi üzərində Təranə Rzayevanın hüquqlarını həyata keçirməsinə borclu iddiaçı2 yaratdığı maneənin aradan qaldırılması hissəsində təzələnməsi qərara alınmışdır. (Iddia ərizəsinə əlavə edilir). Göründüyü kimi, Təranə və Zövqiyyə iddiaçıdan 17.000 manat məbləğində pul alaraq evə dair heç bir iddia etməyəcəklərini bildirsələr də, yenidən sözlərindən dönərək evə dair iddialar edirlər. Belə olan halda onlar iddiaçılardan aldıqları 17.000 manatı geri qaytarmalıdırlar. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(051)-1903/2025 nömrəli qətnaməsi ilə iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər Ismayılova (Rzayeva) Təranə Habil qızı və cavabdeh1 qarşı “pul tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək Mingəşevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsini ləğv edərək yeni qətnamə çıxarılmaqla Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- ****/**** saylı mülki iş üzrə ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmiş və icraata qəbul edilmişdir. Işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar iddiaçı1 və iddiaçı2, cavabdehlər Ismayılova (Rzayeva) Təranə Habil qızı və cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, təqdim olunmuş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilərkən müəyyən оlunmuşdur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(051)-1903/2025 nömrəli qətnaməsi ilə iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər Ismayılova (Rzayeva) Təranə Habil qızı və cavabdeh1 qarşı pul tələbinə dair iddia tələbi təmin edilməmiş, buna baxmayaraq cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə əsasən: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Göründüyü kimi cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələbləri pozulmaqla verilmişdir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçıların iddia tələbi təmin olunmadığı halda, cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Sözü gedən qətnamə üzrə cavabdehin apellyasiya araşdırmasının predmetini təşkil edəcək hər hansı dəlili mövcud deyil. Bu vəziyyət birinci instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh cavabdeh1 münasibətdə tələbinin olmadığını ehtiva edir və onun həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası bildirir ki, MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Həmin Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin II hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə münasibətdə MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilməməli, cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261- 262, 263-264, 384-385, 387, 400, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər Ismayılova (Rzayeva) Təranə Habil qızı və cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin. Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər Ismayılova (Rzayeva) Təranə Habil qızı və cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ləğv edilsin. Iş apellyasiya baxışından çıxarılsın və apellyasiya qeyri-mümkün hesab edilməklə Mingəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına “Elektron məhkəmə” informasiya sistemi qaydasında kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-10)-341/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-341/2026
21.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver