Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-350/2026 23.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Başqa şəxsin vurduğu ziyanın əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Işin halları
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 41300 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh1 onun qohumu, keçmiş qayını, digər cavabdeh cavabdeh2 isə sonuncunun atası, onun isə keçmiş qayınatasıdır. Cavabdeh cavabdeh1 uzun illər xarici ölkələrdə təhsil xidmətləri göstərmək adı altında onlarla vətəndaşa qarşı dələduzluq əməlləri törətmiş, dəfələrlə cinayət məsuliyyətinə cəlb olunmuş və barəsində araşdırmalar aparılmışdır. Sonuncu dəfə Bakı şəhəri Yasamal RPI-nin Istintaq şöbəsində başlanılmış cinayət işi üzrə cavabdeh1 ittiham irəli sürülmüş, barəsində qətimkan tədbiri kimi Yasamal Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə olduğu müddətdə cavabdeh1 və ailəsinin yeganə yaxın və etibarlı qohumu kimi o, bütün danışıqlarda, barışdırma proseslərində iştirak etmiş, bütün zərərçəkmiş şəxslərlə görüşərək məsələnin yoluna qoyulmasına çalışmışdır. Məhz bu niyyətlə, sonradan qaytarılacağı vədi ilə həmin dövrdə ona məxsus əmlakları satmış, eyni zamanda bir neçə tanışından yüksək faizlə sələmə borc götürərək zərərçəkmiş şəxslərə və şəxsən cavabdehə müxtəlif məbləğlərdə pul vəsaiti ödəmişdir. Cinayət işi materiallarından, ittiham aktından və digər sənədlərdən də göründüyü kimi, zərərçəkmiş şəxslərə ümumilikdə 30000 manatdan artıq ödəniş edilmişdir. Həmin ödənişlərin birbaşa onun tərəfindən edilməsi həm şahid ifadələri, həm də cavabdehlərin özləri tərəfindən təsdiq edilə bilər. Hətta xüsusi sübut kimi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnaməni də məhkəməyə təqdim etmişdir. Həmin qətnamədən də görünür ki, ən böyük zərərçəkmişlərdən biri olan Əlfəddin Kərimov ilə aralarında 25000 manat məbləğində formal notariat borc müqaviləsi bağlanmışdır. Bu, əlavə ödəniş tələb olunması səbəbindən və məhz onun zəmanət verməyi məqsədilə edilmişdir. Daha sonra isə həmin vəsaitin əvvəllər də verildiyini sübut etdiyi üçün sözügedən müqavilə etibarsız sayılmışdır. Cinayət işi gedişində cavabdeh cavabdeh1 vurduğu zərərə görə zərərçəkmiş şəxslərə ümumilikdə 31300 AZN məbləğində pul vəsaiti ödəmişdir (Əlfəddin Kərimova – 25000 manat, Tünzalə Mirzəyevaya – 3000 manat, Ilhama Əliyevaya – 3300 manat). Bundan əlavə, cavabdeh cavabdeh2 isə şəxsən sələmə borc götürərək 10000 manat pul vermişdir. Cavabdeh cavabdeh1 işi üzrə apellyasiya instansiyası məhkəməsinin son qərarı ilə sonuncu məhkum edilmiş, birinci instansiya məhkəməsində dövlət büdcəsinə ödənilmiş 49000 manat məbləğində vəsait isə cavabdeh cavabdeh2 hesabına geri qaytarılmışdır. Cavabdehlərə məxsus həmin dövrdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mənzil mövcud olmuş və bu mənzil satılmaqla ona olan borcun qaytarılacağı bildirilsə də, sonradan həyat yoldaşı Aidə Əliyeva ilə münasibətlərinin pozulması və uşağa dair məhkəmə mübahisəsinin başlanması nəticəsində cavabdehlərin ona qarşı münasibəti dəyişmiş, borcun qaytarılmasından imtina edilmiş və onu hədələməyə başlamışlar. Məhz bu səbəbdən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Odur ki, iddiaçı tərəfindən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçı İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 göstərmişdir ki, iddiaçı İddiaçı qızı X2 ilə 2019-cu ildə boşanmışdır. Həmin dövrədək iddiaçı onun kürəkəni olmuşdur. Doğrudur, oğlu cavabdeh1 dələduzluq cinayətində ittiham olunmuşdur, lakin hazırda onun barəsində Bakı Apellyasiya Məhkəməsində verilmiş apellyasiya şikayətinə baxılır və ittiham olunduğu cinayət qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə hələ təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi məqsədilə ailə olaraq çətin vəziyyətdə qalmış, evini və avtomobillərini sataraq əldə etdiyi vəsaiti ziyanın ödənilməsinə vermişlər. Belə ki, zərərçəkmiş şəxslərdən Əlfəddin Kərimova 25000 manat, Tünzalə Mirzəyevaya 3000 manat, Ilhamə Əliyevaya isə 3300 manat məbləğində pul vəsaitləri məhz iddiaçı İddiaçı tərəfindən verilmişdir. Lakin həmin vəsaitləri zərərçəkmiş şəxslərə verilməsi məqsədilə iddiaçıya o, şəxsən özü vermişdir. Həmin pullar onun ev və maşın satmasından əldə etdiyi vəsaitlər hesabına əmələ gəlmişdir. Bununla belə, həmin vəsaitlərin iddiaçıya verilməsini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilmir. Iddiaçı tərəfindən tələb edilən əlavə 10000 manat məbləğə gəldikdə isə iddiaçı bu vəsaiti onun və Sənan Əliyevin iştirakı ilə Bakı şəhəri, Dərnəgül metrostansiyasının yaxınlığında X4 götürmüşdür. Lakin həmin məbləği iddiaçı ona verməmişdir. Doğrudur, iddiaçı həmin pulu götürmüşdür, lakin həmin vəsaitin ona verilməsi və ya onun tərəfindən qəbul edilməsi sübuta yetirilməmişdir. Bu səbəbdən sözügedən 10000 manat məbləğin iddiaçı tərəfindən ona verilməsi təsdiq olunmur. Bundan əlavə onu da bildirmişdir ki, oğlunun həbsdən çıxaracağı vədi ilə qızı X2 da bankdan kredit götürərək həmin vəsaiti iddiaçıya vermişdir. Hal-hazırda qızı həmin kreditləri öz hesabına ödəməkdə davam edir. Hesab edir ki, iddiaçı tərəfindən qaldırılmış iddianın əsl məqsədi qızı üzərində və azyaşlı uşaqlarla bağlı gedən məhkəmə prosesində üstünlük əldə etmək, həmçinin cavabdehlərin onun barəsində polis orqanlarına etdikləri müraciətlərin qarşısını almaq üçün təzyiq vasitəsi kimi istifadə etməkdir. Bu səbəbdən iddianın təmin edilməsini əsassız hesab edirəm. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasına etiraz etmir (bununla bağlı yazılı etiraz ərizəsini də təqdim etmişdir).
5. Digər cavabdeh cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən əlahiddə müşayiət taboru vasitəsilə məhkəmə iclasına gətirilməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Ucar Rayon Məhkəməsinin (hakim Xəyal Bədəlov) ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada iddiaçı İddiaçı xeyrinə 31300 (otuz bir min üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 214 (iki yüz on dörd) manat dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəyən ziyanı ödəmək məqsədilə öz vəsaiti hesabına və digər tanışlarından yüksək faizlə borc götürərək ümumilikdə 31300 manat məbləğində pul vəsaiti ödəmişdir. Konkret olaraq, İddiaçı tərəfindən Əlfəddin Kərimova 25000 manat, Tünzalə Mirzəyevaya 3000 manat və Ilhamə Əliyevaya 3300 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bu ödənişlər iş materiallarında təqdim edilmiş qəbzlər, teleqramlar, zərərçəkmiş şəxslərin ifadələri, proses iştirakçılarının izahatları və digər yazılı sübutlar ilə təsdiqlənmişdir. Cavabdehlərin öz borclarını qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.
8. Məhkəmə həmçinin müəyyən etmişdir ki, tərəflər arasında mövcud olmuş münasibətlər etibarlılıq zəminində formalaşsa da, sonda mübahisə ilə nəticələnən məhkəmə müdafiəsindən istifadə edilmişdir. Belə ki, işin araşdırılan hallarından görünür ki, iddiaçı İddiaçı tərəfindən cavabdeh cavabdeh1 törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə 31300 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü, zərərçəkmiş şəxslər Əlfəddin Kərimov, Tünzalə Mirzəyeva, Ilhamə Əliyeva tərəfindən təqdim olunmuş teleqram və qəbzlər, eləcə də, tərəflərin izahatları ilə təsdiq olunmuşdur. Həmçinin cavabdeh cavabdeh2 izahatında iddiaçının göstərdiyi 31300 manat məbləğində pul vəsaitinin zərərçəkmiş şəxslərə ödənilməsini iddiaçı İddiaçı tərəfindən həyata keçirildiyini etiraf etmişdir. Lakin cavabdeh həmin vəsaitin onun şəxsi mülkiyyətinə aid olduğunu təsdiq edən heç bir yazılı və ya digər sübut təqdim edə bilməmişdir. Bu fakt məhkəmə tərəfindən diqqətlə qiymətləndirilmiş və müəyyən edilmişdir ki, ödənişlərin həyata keçirilməsi vəsaitlərin iddiaçı tərəfindən ödənilməsini təsdiqləyən sübutlarla tam şəkildə təsdiqlənmişdir. Bu isə 31300 manat məbləğinin cavabdehlərdən tutulub iddiaçıya ödənilməsini əsaslandırır. Beləliklə, 31300 manat məbləğin qaytarması işin mübahisələndirilməyən halıdır. Işin mübahisələndirilən halı isə yerdə qalan 10000 manat pul vəsaitidir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır.
10. Məhkəmə işin mübahisələndirilən hissəsini hüquq müstəvisində qiymətləndirərək qeyd qeyd etməyi zəruri hesab etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən, iddiaçı öz iddia tələbini sübuta yetirməlidir. Iddiaçı tərəfindən tələb olunan əlavə 10000 manat məbləğ üzrə təqdim olunmuş sübutlar isə məhkəmə araşdırması zamanı kifayət qədər etibarlı hesab edilməmişdir. Belə ki, iddiaçı İddiaçı həmin vəsaitin cavabdeh cavabdeh2 verildiyini təsdiq edən yazılı sənəd, qəbz, müqavilə və ya digər rəsmi sübut təqdim edə bilməmiş, yalnız iddiaçı özünün və bir neçə şəxsi şahidin ifadəsinə istinad etmişdir. Məhkəmə nəzərə almışdır ki, mülki prosesdə sübutetmə yükü iddiaçıya aid olduğundan və bu yük tam şəkildə yerinə yetirilmədiyindən, 10000 manat məbləğ üzrə təqdim olunmuş sübutlar kifayət qədər etibarlı hesab edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin iddiaçıya 31300 manat məbləğində pul vəsaitini qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduqlarına görə, iddiaçı cavabdehlərin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır
12. Məhkəmə həmçinin iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada iddiaçı İddiaçı xeyrinə 31300 manat məbləğində pul vəsaiti tutularaq ödənilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 152.1, 157.2, 135-ci maddəsinin İ və II hissəsinə, 386.1, 390.1, 739.1, 740, 529.1, 529.2, 529.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 76.2, 78.1, 88, 106.3, 107, 119.1, 191.3, 218.3, 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin heç bir vəsatətini təmin etməyib və səbəbini də qətnamədə qeyd etməyib. Iddiaçı iddia edib ki, o, əmlaklarını satıb və sələmə pul götürüb. Beləliklə də, guya cavabdeh cavabdeh1 borcunu ödəyib. Lakin məhkəmə araşdırmadı ki, iddiaçı konkret hansı əmlakını satıb. Baxmayaraq ki, cavabdeh məhkəmədən xahiş etdi ki, iddiaçı satdığını iddia etdiyi əmlakın sənədlərini təqdim etsin. Lakin məhkəmə cavabdehin xahişini təmin etmədi. Ikincisi, iddiaçı iddia etdi ki, sələmə pul götürüb və guya cavabdeh1 borcunu ödəyib. Lakin kimdən sələmə pul götürdüyünü, nə qədər götürdüyünü, hansı aralıqda götürdüyünü məhkəməyə bildirməyib. Bununla bağlı heç bir sənəd təqdim etməyib. Lakin məhkəmə sorğu-sualsız iddiaçının dediklərini həqiqət hesab edib.
16. Məhkəmə cavabdeh1 barədə çıxan Bakı Apellyasiya Məhkəməsinin qərarına istinad edib. Halbuki, sözü gedən qərar Ali Məhkəmə tərəfindən ləğv edilib. Hazırda sözügedən iş Bakı Apellyasiya Məhkəməsində araşdırılır və cavabdeh1 cinayətini təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdur. Baxmayaraq ki, məhkəmə cavabdeh1 iştirakını təmin etməyib, üstəlik də cavabdehin bu barədə məhkəməyə məlumat verməsini də nəzərə almayıb, yenə də Bakı Apellyasiya Məhkəməsinin qərarını sübut kimi qəbul edib. Məhkəmə məhkəməyə teleqram vuran şəxslərin teleqramını sübut kimi qəbul edib. Halbuki, bu şəxslərin heç biri onlara verilən pulun iddiaçıya məxsus olub-olmamasını təsdiq etmir. Həmin şəxslər sadəcə bildirir ki, pulu onlara iddiaçı verib. Lakin iddiaçı heç bir yerdə işləmədiyi halda, əmlakı olmadığı halda necə həmin şəxslərə pul qaytara bilərdi. Cavabdeh bildirir ki, pulu o tapıb iddiaçıya verirdi ki, borcları qaytarsın.
17. Cavabdeh cavabdeh2 ev və maşınını satması ilə bağlı alğı-satqı müqavilələrini və qızı Aidə Əliyevanın götürdüyü kreditlə bağlı müqavilələri məhkəməyə təqdim etməsinə baxmayaraq, məhkəmə onları qiymətləndirməyib. Məhkəmənin mövqeyindən hiss edilir ki, məhkəmə cavabdehə qarşı qərəzli davranıb. Həmçinin cavabdeh qeyd edir ki, iddiaçı və onun qızı evli olub. Boşandıqlarında uşaqlar ananın himayəsinə verilib. Daha sonra iddiaçı uşaqları zorla onların evinə daxil olaraq alıb. Hal-hazırda Binəqədi Rayon Məhkəməsində *(***)-****/**** saylı iş üzrə iddiaçının cavabdehin qızına qarşı uşaqların atanın himayəsinə verilməsi üzrə mülki işi var. Həmin iddia tələbinin əsl məqsədi cavabdehin qızı üzərində və azyaşlı uşaqlarla bağlı gedən məhkəmə prosesində üstünlük əldə etmək, həmçinin cavabdehlərin onun barəsində polis orqanlarına etdikləri müraciətlərin qarşısını almaq üçün təzyiq vasitəsi kimi istifadə etməkdir. Məhkəmə əlbəttə ki, bu faktı da görməzdən gəlib və iddianı əsassız olaraq təmin edib.
18. Məhkəmə onun bərabərlik hüququnu açıq şəkildə pozmuşdur. Məhkəmənin qətnaməsi tamamilə qanunsuz və qərəzlidir. Qətnamə ləğv edilməli və iddia rədd edilməlidir. Belə ki, məhkəmə onun vəsatətlərini və arqumentlərini qiymətləndirməmiş, onun gözü qarşısında iddiaçı ilə eyni qapıdan çıxaraq bir yerdə getmiş, məhkəmə məhz bu səbəbdən ona qarşı açıq şəkildə qərəzli olmuşdur. Məhkəmə ədalət mühakiməsini həyata keçirməmiş, bərabərlik hüququnu pozmaqla, faktlara əsaslanmadan onun əleyhinə qərar qəbul etmişdir.
19. Məhkəmə onun oğlu, cavabdeh1 iştirakını da təmin etməmiş, cavabdeh cavabdeh1 dinləmədən, onun iştirakını təmin etmədən və ona öz müdafiəsini həyata keçirməyə imkan vermədən çəkişmə prinsipini pozmaqla onun əleyhinə qətnamə qəbul etmişdir.
20. Məhkəmə ona öz mövqeyini əsaslandırmaq üçün kifayət qədər imkan verməmiş, onun əsaslandırılmış vəsatətlərini təmin etməmiş, onun təqdim etdiyi sübutlara ümumiyyətlə qiymət verməmişdir. Onun iddiaçı və keçmiş müstəntiq Hənifə Bayramzadə ilə ədavətli olmasını, digər cavabdeh cavabdeh1 barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmamasını nəzərə almamışdır.
21. Məhkəmə onun iddiaçı ilə qızı arasında ailə münaqişəsinin olmasını, iddiaçının onun qızından uşaqları almasını və hazırda Binəqədi rayon məhkəməsində mülki işin getdiyini nəzərə almamışdır. Halbuki o, bu barədə məhkəməyə məlumat vermiş və bildirmişdir ki, iddiaçının məqsədi ondan və ailəsindən qisas almaq, ondan edilən şikayətlərin qarşısını almaq və məhkəmədə üstünlük qazanmaqdır.
22. Məhkəmə onun təqdim etdiyi sübutları nəinki təmin etməmiş, heç baxıb araşdırmamış, nə üçün əsaslı vəsatətləri rədd etdiyini qətnamədə bildirməmişdir. Məhkəmə qətnamədə iddiaçının təqdim etdiyi şəxsləri şahid kimi qəbul edib və onların ifadələrini sübut hesab etmişdir. Lakin həmin şəxslərin ifadələrinin iş üzrə nə dərəcədə mötəbər olmasını izah etməmişdir. Xüsusilə də H.Bayramzadə ilə onun arasında ədavətin olmasını bilə-bilə onu şahid kimi qəbul etmişdir.
23. Məhkəmə qətnaməsində tədqiq edilmiş sübutlara əsaslanmayıb. Çünki cavabdehin sübutlarını tədqiq etməyib. Cavabdeh alqı-satqı müqavilələrini, kredit müqavilələrini məhkəməyə təqdim edib. Özünün iddiaçıya verdiyi pulun mənbəyini sübut edib. Lakin məhkəmə qərəzli olaraq, bu faktları görməzdən gəlib. Üstəlik, məhkəmə qətnamədə Mülki Məcəllənin 152.1-ci maddəsinə istinad edib. Lakin sözü gedən pulun həqiqətən də iddiaçıya məxsus olduğunu təsdiq edən heç bir sübut təqdim etməyib.
24. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh cavabdeh2, onun birinci instansiya məhkəməsindəki nümayəndəsi və vəkili Vəkil, cavabdeh cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh cavabdeh2 birinci instansiya məhkəməsindəki nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasına göndərdiyi müraciətində məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini xahiş etsə də, cavabdeh cavabdeh2 gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmiş, ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən cavabdeh cavabdeh1 isə məhkəmə kollegiyasının iclasında iştirak etməsi ilə bağlı heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 431.1-ci maddəsinin tələbinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1114.1-ci maddəsinin tələbinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyator şikayətində Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etsə də, iddianın rədd edilmiş və iddianın cavabdeh cavabdeh1 qarşı təmin edilmiş, cavabdeh1 özü tərəfindən mübahisələndirilməmiş hissələrində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.
34. Ona görə də məhkəmə kollegiyası Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin iddianın cavabdeh cavabdeh2 qarşı təmin edilmiş hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin cavabdeh cavabdeh2 qarşı təmin edilən hissəsində qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, iddianın cavabdeh cavabdeh2 qarşı təmin edilmiş hissəsində ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
36. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdeh cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonradan həmin hökm cavabdeh1 tərəfindən mübahisələndirilmişdir. Keçmiş qayını cavabdeh1 vurduğu zərərə görə cavabdeh1 əvəzindən zərərçəkmiş şəxslərdən Əlfəddin Kərimova 25000 manat, Tünzalə Mirzəyevaya 3000 manat, Ilhamə Əliyevaya 3300 manat pul vəsaitini ödədiyini əsas gətirən iddiaçı İddiaçı zərərçəkmiş şəxslərə ödədiyi cəmi 31300 manat pul vəsaitinin cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh2 tərəfindən iddia tələbi qəbul edilməmişdir.
38. Kollegiya qeyd edir ki, iş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarından onun adının İddiaçı olması müəyyən edildiyi halda birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçının ata adı Məhəmməd kimi qeyd edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının adının İddiaçı olmasını qəbul edir və birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçının ata adının Məhəmməd kimi qeyd edilməsini texniki yanlışlıq kimi qiymətləndirir.
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın cavabdeh cavabdeh2 qarşı təmin edilmiş hissəsində gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinin tələblərinə cavab vermir.
40. Belə ki, məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi məhkəmənin faktlara əsaslanmadan onun əleyhinə qərar qəbul etməsinə dair dəlili ilə razılaşaraq qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirməkdə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmiş şəxs cavabdeh2 deyil, onun oğlu cavabdeh1dur. Iddiaçı İddiaçı isə 31300 manat pul vəsaitinin onun tərəfindən qayını cavabdeh1 təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslərə ödənildiyini göstərmişdir.
41. Iddiaçı İddiaçı əvəzindən icra etdiyi öhdəlik üzrə pul vəsaitinin alınmasını tələb etsə də, cavabdehlərdən cavabdeh2 zərərçəkmiş şəxslər Əlfəddin Kərimov, Tünzalə Mirzəyeva və Ilhamə Əliyeva qarşısında zərər vurmadan, əsassız varlanmadan və yaxud müqavilədən irəli gələn hər hansı bir öhdəliyinin olması halı müəyyən edilməmişdir.
42. Kollegiya qeyd edir ki, iddia tələbinin mahiyyətindən mübahisənin cavabdeh cavabdeh1 digər şəxslər qarşısındakı öhdəliyinin icrası ilə bağlı olması müəyyən edildiyi halda birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı maddi hüquq normalarına istinad edilməmiş, beləliklə maddi, həmçinin prosessual hüquq normalarının tələbləri pozulmaqla yanaşı, iddianın cavabdeh cavabdeh2 qarşı təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır.
43. Halbuki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
44. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
45. Iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
46. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
47. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).
48. Məhkəmə kollegiyası qeyd edir ki, şərh edilənlər iddia tələbinin cavabdeh cavabdeh2 yönəlmiş hissəsinin əsassız olması qənaətini formalaşdırdığından apellyasiya şikayətinin məhkəmənin cavabdehin heç bir vəsatətini təmin etməməsi, səbəbini qətnamədə qeyd etməməsi, məhkəmənin iddiaçının konkret hansı əmlakını satmasını araşdırmaması, iddiaçının kimdən sələmə pul götürdüyünü, nə qədər götürdüyünü, hansı aralıqda götürdüyünü məhkəməyə bildirməməsi, cavabdeh cavabdeh2 ev və maşınını satması ilə bağlı alğı-satqı müqavilələrini və qızı Aidə Əliyevanın götürdüyü kreditlə bağlı müqavilələri məhkəməyə təqdim etməsinə baxmayaraq, məhkəmənin onları qiymətləndirməməsi, məhkəmənin onun təqdim etdiyi sübutları araşdırmaması, nə üçün əsaslı vəsatətlərini rədd etdiyini qətnamədə bildirməməsi, cavabdehin sübutlarını tədqiq etməməsi, cavabdehin alqı-satqı müqavilələrini, kredit müqavilələrini məhkəməyə təqdim etməsi, özünün iddiaçıya verdiyi pulun mənbəyini sübut etməsi, lakin məhkəmənin bu faktları görməzdən gəlməsi, sözü gedən pulun həqiqətən də iddiaçıya məxsus olduğunu təsdiq edən heç bir sübutun təqdim edilməməsinə dair dəlilləri üzrə əlavə dəyərləndirmə aparılması zərurəti müəyyən edilməmişdir.
49. Belə ki, kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin onun iddiaçı ilə qızı arasında ailə münaqişəsinin olmasını nəzərə almamasına dair dəlilinə münasibətdə qeyd edir ki, hazırkı icraatda cavabdeh cavabdeh2 qızı mübahisə tərəfi qismində çıxış etməmiş, cavabdeh cavabdeh2 qızının digər məhkəmənin icraatında hazırkı işlə bağlılığı olan iş üzrə mübahisə tərəfi qismində çıxış etməsi halı da müəyyən edilməmişdir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin onun oğlu cavabdeh1 iştirakını təmin etməməsi, cavabdeh cavabdeh1 dinləməməsi, ona öz müdafiəsini həyata keçirməyə imkan vermədən çəkişmə prinsipini pozmaqla onun əleyhinə qətnamə qəbul etməsi, cavabdeh cavabdeh1 barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmamasını nəzərə almamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
52. Kollegiya qeyd edir ki, şikayətin yuxarıda qeyd edilən dəlilində göstərilənlərin mübahisələndirilməsi cavabdeh cavabdeh1 aid olmaqla, iş materiallarından qeyd edilən halların onun əvəzindən mübahisələndirilməsi üçün cavabdeh cavabdeh1 tərəfindən digər cavabdeh cavabdeh2 səlahiyyət (etibarnamə) verməsi halı müəyyən edilməmişdir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
54. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdeh cavabdeh2 qarşı təmin edilmiş cavabdeh cavabdeh2 müştərək qaydada iddiaçı İddiaçı xeyrinə 31300 (otuz bir min üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, cavabdeh cavabdeh2 müştərək qaydada 31300 (otuz bir min üç yüz) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində iddia tələbi rədd edilməli, qətnamə cavabdeh cavabdeh2 apellyаsiyа şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdeh cavabdeh2 qarşı təmin edilmiş cavabdeh cavabdeh2 müştərək qaydada iddiaçı İddiaçı xeyrinə 31300 (otuz bir min üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh cavabdeh2 müştərək qaydada 31300 (otuz bir min üç yüz) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində iddia tələbi rədd edilsin. Qətnamə cavabdeh cavabdeh2 apellyаsiyа şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.