Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-364/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər X1 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, rədd, qüvvə) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdehlər X1 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 onun xeyrinə 10350 manat pul və ödənilmiş 122 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10472 manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onun oğlu X2 təxminən 2022-ci ildə narkotik ilə bağlı cinayət törətdiyi üçün həbs edilmişdi. Bu zaman hazırkı iş üzrə cavabdeh cavabdeh2 onlara bildirdi ki, 17500 manat pul olsa oğlunu həbsdən azad edər. Ona cəmi 17500 manat pul verdik. Həmin pulun 7850 manatını kartla, qalanını isə əllə vermişlər. Pulun kartla göndərilməsinə dair 3 ədəd çekin surətini ərizəyə əlavə etmişdir: 1. 2850 manat; 2. 1000 manat;
3. 4000 manat. Həmin pulları cavabdeh2 arvadı, hazırkı iş üzrə digər cavabdeh cavabdeh1 məxsus olan «Kapitalbank»a aid olan karta (416973*****4345) göndərmişlər. Bundan başqa cavabdeh2 ona məxsus olan pensiya kartından onların evdə online şəkildə kredit götürmüş və həmin pulu da bankdan çıxardaraq ona vermişlər. Həmçinin onun qızı Rəqsanənin Mercedes markalı avtomobili var idi. Həmin avtomobili də sataraq 6000 manat pulu Izzətə vermişlər. Beləliklə, o, Izzət və Dilsuza cəmi 14850 manat pul vermiş (7850 manat kartla göndərilən 1000 manat online kreditlə götürülən 6000 manat satılan avtomobilin pulu). Bundan sonra cavabdeh2 həmin ona verdiyi puldan 2000 manat və 2500 manat olmaqla, cəmi 4500 manat pulu ona qaytarmışdır. Beləliklə, cavabdehin 10350 manat (14850-4500=10350) borcu qalmışdır. Bu hallarla bağlı kifayət qədər şahidləri də vardır və məhkəmə iclasında dindirilə bilərlər.
3. Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Aybəniz Babayeva) iddiaçı İddiaçı cavabdehlər X1 və cavabdeh1 qarşı 10350 manat pulun geri qaytarılması tələbinə dair iddiasının rədd edilməsi, Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 186.1-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ##.##.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 122 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin sorğusuna “xxxx” ASC-nin məhkəməyə təqdim etdiyi məktubda göstərilmişdir ki; cavabdeh1 adına 38810944010657024180 (PAN 523915 **********) saylı, 38817944001592403100 (PAN 416973******4345)saylı və 38810944007710180 (PAN 416974**********) saylı kart hesabları aşkarlanmışdır. Qeyd olunan kartların rekvizitləri və ##.##.2022-ci ildən ##.##.2024-cü il tarixədək olan çıxarışlar məktuba əlavə edilmişdir. Yevlax Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X3 10000 manat pul və 120 manat ödənilmiş dövlət rüsumu alınaraq cavabdeh2 verilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli əqrardadının surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsindən imtina edilmişdir, cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamədə qeyd edilir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdeh cavabdeh2 bu və ya digər səbəbdən hər hansı məbləğdə pul vəsaiti verməsini təsdiq edən sübutları, eyni zamanda digər cavabdeh cavabdeh1 ilə aralarında hər hansı səbəblə razılaşma olmasını məhkəməyə təqdim etməmişdir. Qeyd edilən bu xüsusat doğru deyildir. Belə ki, ən azı məhkəməyə təqdim etdiyi çeklər onun cavabdehlərə köçürmə ilə pul verdiyini təsdiq edir. Çeklər də tam qaydasında olan çeklərdir. Çeklərə inanılmırdısa məhkəmə sorğu verib aydınlaşdıra bilərdi. Banklar məhkəmə qərarı olmadan onun sorğusuna əsasən heç bir məlumat və sənəd vermir.
8. Ona görə də, Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
17. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
18. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Iddiaçı İddiaçı Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı cavabdehlər cavabdeh2 və cavabdeh1 onun xeyrinə 10350 manat pul və ödənilmiş 122 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10472 manat məbləğində pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdeh cavabdeh2 bu və digər səbəbdən (oğlunun cinayət işinə köməklik məqsədi ilə) hər hansı məbləğdə pul vəsaiti verməsini təsdiq edən sübutları, eyni zamanda digər cavabdeh cavabdeh1 ilə aralarında hər hansı səbəblə razılaşma olmasını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iş materiallarına ikisi oxunaqlı, biri ümumiyyətlə oxunmayan vəziyyətdə qəbzlər təqdim etsə də, digər cavabdeh cavabdeh1 ilə arasında hər hansı razılaşma olması və həmin razılaşmaya əsasən cavabdeh1 onun qarşısında öhdəlik götürməsini təsdiq edən sübutları həmçinin cavabdeh1 göndərilmiş pulların hansı məqsədlə və təyinatla göndərilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün ilk öncə tərəflər arasında öhdəliklərin yaranma əsaslarını və daha sonra cavabdehin öz öhdəliklərini icra etməməsini, eləcə də ona zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab etmişdir ki, iddiaçı İddiaçı cavabdehlər X1 və cavabdeh1 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin oluna bilməz.
22. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
23. Belə ki, iddiaçı apellyasiya şikayətində təqdim etdiyi çeklərin onun cavabdehlərə köçürmə ilə pul verdiyini təsdiq etdiyini qeyd etsə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
24. Belə ki, iş materiallarında həqiqətən də pul köçürmələrini təsdiq edən çeklər mövcud olsa da həmin köçürmələrin hansı məqsədlə edildiyini və ödənişlərin təyinatını müəyyənləşdirmək mümkün deyildir.
25. Məhkəmə kollegiyası hesab edir ki, təyinatı məlum olmayan ödəniş çeklərinin təqdim edilməsi iddianın təmin olunması üçün əsas deyildir.
26. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.