Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-390/2026 10.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma, iddia müddəti) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, Iddiaçının nümayəndəsi və vəkili X5; Cavabdeh Cavabdeh iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları Cavabdeh tərəfindən verilmiş qəbzdən görünür ki, o, ##.##.2021-ci il tarixdə İddiaçı 25000 manat pul götürmüşdür. Həmin məbləği ayda 1000 manat vermək şərti ilə götürmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş ##.##.2021-ci il tarixli qəbzdə “Mən Yeganə...” sözləri ilə başlayıb, “2021.05.17 götürdüm” sözləri ilə bitən əlyazmalar və “vermək şərti ilə” yazılarının qarşısındakı birinci imzanın Cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən ərizəçi X6 ərizəsi təmin edilmiş, ##.##.1967-ci ildə Şəmkir rayonu, Seyfəli kəndinə anadan olmuş, Mingəçevir şəhəri, H.Əliyev prospekti ** saylı evin * saylı mənzilində qeydiyyatda olan İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Mingəçevir Şəhər Icra Hakimiyyətinin iddiası təmin edilmiş, ##.##.1967-ci ildə Şəmkir rayonu, Seyfəli kəndinə anadan olmuş, Mingəçevir şəhəri, H.Əliyev prospekti ** saylı evin * saylı mənzilində qeydiyyatda olan İddiaçı fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməsi qət edilmişdir. Mingəçevir Şəhər Icra Hakimiyyəti başçısının ## #### 2022-ci il tarixli, ** nömrəli Sərəncamı ilə İddiaçı üzərində onun əri X4 qəyyum təyin edilmiş, ## ###### 2024-cü ildə isə həmin Sərəncam ləğv edilmişdir. Iddiaçı İddiaçı iddiasına görə cavabdeh Cavabdeh ona 25000 manat ödənilməmiş borcu vardır. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 25000 manat məbləğində pulun və ödədiyi 165 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2021-ci il tarixli Borc müqaviləsi əsasında cavabdeh Cavabdeh aylıq 1000 manat olmaqla hissə-hissə qaytarması şərtilə 25000 (iyirmi beş min) manat borc vermişdir. Sonradan səhhətində problemlər yaranmışdır. Belə ki, X13 və Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə almışdır. Sonradan isə xəstə olarkən həmin qəbzi hara qoyduğunu unutduğundan tapa bilmirdi. Bu səbəbdən iddia qaldıra bilmirdi. Əvvəllər cavabdeh tərəf pulu qaytaracağını vəd etsə də, hazırda telefonlarına cavab vermir. Buna görə də mübahisəsinə məhkəmədə baxılmasını istəmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır, iddiaçının təqdim etdiyi qəbzdəki yazı və imza ona məxsus deyil. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 izahat verərək, ##.##.2021-ci il tarixli qəbzlə əsaslandırılmış iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Həmçinin ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələbinə əsasən cavabdeh ilə mütləq qaydada yazılı şəkildə müqavilə bağlamalı idi. Lakin, iddiaçı ilə cavabdeh arasında belə bir müqavilə mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələbləri nəzərə alınaraq rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim: G.Quliyeva) ilə, iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh 25000 (iyirmi beş min manat) manat məbləğində pul alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 2021-ci ilin ###ın ##-də ayda 1000 manat qaytarmaq şərti ilə 25000 manat pul verilmişdir. Bunun üçün tərəflər arasında qanunla müəyyən edilən qaydada müqavilə bağlanmamışdır. Tərəflər arasında pulun cavabdehə verilməsinə dair sonuncunun yazıb-imzaladığı borc sənədi mövcuddur. Cavabdehin borc sənədinin onun tərəfindən verilməməsinə dair etirazına əsasən məhkəmə tərəfindən xətşünaslıq ekspertizası təyin edilmişdir. Yazılmış və imzalanmış borc sənədinin cavabdehə məxsus olması barədə ekspert rəyi təqdim edilmişdir. Digər tərəfdən cavabdeh iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Borc sənədindən göründüyü kimi, verilən 25000 manat pulun qaytarılması 2021-ci ilin ####un ##-dən başlayaraq ayda 1000 manat olmaqla vaxtaşırı icra edilməli idi. Nəticə olaraq son ödəniş tarixi 2023-cü ilin ####un ##nə təsadüf edir. Iddiaçı pulun qaytarılması tələbi barədə 2025-ci ilin ## ######unda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı iddiaçının ##.##.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs, ##.##.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməsi qət edilmişdir. Beləliklə qeyd olunan ##.##.2022- ##.##.2024-ci il tarixləri arasında iddiaçının fəaliyyət qabiliyyəti olmamışdır. Yəni iddiaçı icra müddəti müəyyənləşdirilmiş öhdəlik üzrə iddianı qanunla müəyyənləşdirilmiş üç il ərzində məhkəməyə vermişdir. Cavabdeh borcundan iddiaçıya qaytarmamışdır. Nəticədə cavabdeh əsassız varlanmış, onun iddiaçıya 25000 manat məbləğində borcu yaranmışdır. Ona görə də iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməli və cavabdeh Cavabdeh 25000 manat məbləğində pul alınaraq iddiaçı İddiaçı verilməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 385, 386, 1091, 1092, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıdan ## ### 2021-ci ildə 25000 manat məbləğdə borc pul almamışdır. Belə ki, iddiaçı məhkəməyə ##.##.2021-ci il tarixli qəbz təqdim etmişdir. Həmin qəbzdə guya ki, onun iddiaçıya 25000 manat məbləğdə borcunun olduğu qeyd olunur. Iddiaçı tərəf iddia ərizəsində təqdim olunmuş qəbzi borc müqaviləsi kimi qeyd etmişdir. Lakin, iddiaçı ##.##.2021-ci il tarixdə ona 25000 manat məbləğdə pulu verməsini təsdiq edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bununla bağlı bildirir ki, əgər iddiaçı ona 25000 (iyirmi beş min) manat məbləğdə borca pul vermişdirsə, onda iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2ci maddəsinin tələbinə əsasən onun mütləq qaydada yazılı şəkildə müqavilə bağlamalı idi. Lakin, iddiaçı ilə onun arasında belə bir müqavilə mövcud deyildir. Bundan başqa iddiaçının ##.##.2021-ci il tarixdə həqiqətən də 25000 manat məbləğdə pulunun olub-olmaması dəqiqləşdirilməlidir. Qeyd edir ki, eyni zamanda da iddiaçının ##.##.2021-ci ildə həqiqətən də ona 25000 manat məbləğdə pulu verməsi sübutlarla öz təsdiqini tapmalıdır. Iddiaçı ##.##.2021ci il və ya başqa tarixlərdə ona 25000 manat məbləğdə pul verməmiş və mən də həmin məbləğdə pulu ondan almamışam. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamış, iddiaçı ilə onun arasında borc müqaviləsinin olmadığına hüquqi qiymət verməmişdir. Halbu ki, iddiaçı ilə onun arasında heç bir borc müqaviləsi mövcud deyildir. Bundan başqa işə baxan məhkəmə iddia tələbinə iddia müddətini tətbiq edərək, iddia tələbini rədd etməli olduğu halda, bunu etməmişdir. Halbuki, iddia müddətinin tətbiqi ilə bağlı da məhkəməyə ərizə verilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilmədən birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər tərfələrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.1. maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 379.1. Iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda. 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. 379.6. Əgər tələbi qanuni təmsilçisi olmayan məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxs irəli sürürsə, iddia müddəti həmin şəxs tam fəaliyyət qabiliyyətli olanadək və ya onun üçün təmsilçi təyin edilənədək dayandırılmış sayılır.
382. Iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “...hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə pul tələbi və öhdəliklərin icra edilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 25000 manat məbləğində pulun və ödədiyi 165 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsininiş iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütünlükdə yəni, iddianın təmin edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddia tələbinin rədd edilməsini tələb edir. Məhkəmə kollegiyası ilkin olaraq apellyasiya şikayətinin cavabdehin iddiaçıdan 25000 manat pul almaması və ona heç bir pul verilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, hazırki iş üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş qəbzdən görünür ki, o, ##.##.2021-ci il tarixdə İddiaçı 25000 manat pul götürmüşdür. Həmin məbləği ayda 1000 manat vermək şərti ilə götürmüşdür. Cavabdeh Cavabdeh borc sənədinin onun tərəfindən verilməməsinə dair etirazına əsasən birinci instansiya məhkəməsi tərəfindən xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş ##.##.2021-ci il tarixli qəbzdə “Mən Yeganə...” sözləri ilə başlayıb, “2021.05.17 götürdüm” sözləri ilə bitən əlyazmalar və “vermək şərti ilə” yazılarının qarşısındakı birinci imzanın Cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir. Həmin rəydən müəyyən edilmişdir ki, yazılmış və imzalanmış borc sənədi cavabdeh tərəfindən təqdim edilmişdir. Belə olan halda haqlı olaraq sual yaranır ki, əgər cavabdeh Cavabdeh doğrudanda iddiaçıdan qeyd edilən məbləğdə pul götürməmişdirsə, onda nəüçün həmin pulu götürməsinə dair iddiaçıya qəbz vermişdir. Göründüyü kimi, cavabdeh tərəf həmin halı izah edə bilməmiş, sadəcə qəbzi vermədiyini bildirmişdir. Lakin, yuxarıda da qeyd edildiyi kimi, ekspertiza rəyi ilə həmin qəbzin cavabdeh tərəfindən imzalanması öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası cavabdeh Cavabdeh iddiaçıdan qeyd edilən məbləğdə pulu almaması ilə bağlı bildirdiklərini inandırıcı hesab etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında borc müqaviləsinin bağlanmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, doğrudanda tərəflər arasında qanunla müəyyən edilən qaydada borc müqaviləsi bağlanmamışdır. Belə ki, Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən (həmin vaxt qüvvədə olan), borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Kollegiya yazılı müqavilənin əhəmiyyəti ilə bağlı bildirir ki, yazılı müqavilə tərəflərin iradəsinin aydın ifadə olunmasına imkan verir. Bu isə gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına kömək edir, eyni zamanda tərəfləri gələcəkdə yarana biləcək mübahisələr zamanı ağır sübutetmə yükündən də qoruyur. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, gündəlik həyatda insanlar tez-tez bir-birinə borc pul verir. Bu münasibətlər çox vaxt qarşılıqlı etibar əsasında qurulur və əksər hallarda yazılı şəkildə rəsmiləşdirilmir. Lakin sonradan tərəflər arasında mübahisə yarandıqda borc münasibətlərinin düzgün sənədləşdirilməməsi tərəflərin hüquqlarının qorunmasını xeyli çətinləşdirir. Praktikada borc münasibətləri ilə bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsi məhz müqavilənin yazılı şəkildə bağlanmaması və ya borcun verilməsi və qaytarılması ilə bağlı yazılı sübutların olmaması səbəbindən yaranır. Hazırki işdən isə görünür ki, iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh 25000 manat məbləğində pul verilsədə, həmin müqavilə qanunla müəyyən edilmiş qaydada bağlanmamışdır. Kollegiya hesab edir ki, əgər qanunda tələb olunduğu halda müqavilə yazılı formada bağlanmazsa, tərəflər arasındakı münasibət borc münasibəti kimi deyil, əsassız varlanma qaydaları çərçivəsində qiymətləndirilə bilər. Bu isə tərəflər üçün hüquqi baxımdan daha əlverişsiz nəticələrə səbəb ola bilər. Lakin, hər bir halda iddiaçı İddiaçı cavabdeh Cavabdeh 25000 manat pul verməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı idi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir. Kollegiya onu da qeyd edir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənibsöykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır. Yuxarıda da qeyd edildiyi kimi, əgər qanunda tələb olunduğu halda müqavilə yazılı formada bağlanmazsa, tərəflər arasındakı münasibət borc münasibəti kimi deyil, əsassız varlanma qaydaları çərçivəsində qiymətləndirilə bilər. Hazırki işdən də görünür ki, birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarını Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarının şərtlərinə uyğun olmasını lazımi şəkildə yoxlamış, bu istiqamətdə əsaslandırılmış bir qiymətləndirmə aparmışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər. Kollegiya bildirir ki, bir şəxsin başqasının hesabına əsassız varlanması nəticəsinə gəlmək üçün kifayət deyil. Bunun üçün hüquqi dəyərləndirmə yuxarıda qeyd olunduğu kimi, normanın şərtlərinə uyğun şəkildə aparılmalıdır. Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yəni, əsassız varlanma müəyyən bir şəxsə məxsus olan əmlakın və ya pulun başqa şəxs tərəfindən lazımi əsas (hüquqi əsas) olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Əsassız varlanma qanundan əmələ gələn öhdəlikdir və onun əsas funksiyası öz əmlakından əsassız olaraq məhrum edilən şəxsin mülkiyyət hüququnu qorumaqdır. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Baxılan işdə cavabdehin əldə etdiyi pulun iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir. Həmin şərt özündə onu ehtiva edir ki, pul (əmlak) qanunda nəzərdə tutulan hər hansı bir əsasla (məsələn, vərəsəliklə, vurulmuş zərərin təzminatı olaraq və s.), yaxud tərəflər arasında bağlanmış müqavilə (borc, bağışlama, üçüncü şəxsin xeyrinə müqavilə və s.) ilə əldə edilirsə, bu cür qazanılma (varlanma) əsassız sayılmır, əsaslı hesab edilir. Əsası olan bir varlanma isə mülki hüquq sisteminin yol verdiyi - qanuni əmlak artımıdır və bu qaydada varlanmış şəxs əmlakı ona verən qarşısında əldə etdiyi predmetləri və ya onun dəyərini geri qaytarmaq öhdəliyi daşımır. Beləliklə yuxarıda sadalananlar konteksində məhkəmə kollegiyası qeyd edir ki, hər üç hal eyni zamanda mövcud olmuşdur. Belə ki, tərəflər arasında qanunla müəyyən edilən qaydada müqavilə bağlanmasada iddiaçı İddiaçı cavabdeh Cavabdeh 25000 manat məbləğində ayda 1000 manat qaytarmaq şərti ilə ## ### 2021-ci il tarixində pul verməsi müəyyən edilmişdir. Cavabdeh Cavabdeh iddiaçıdan pul alması elə cavabdehin özü tərəfindən yazılmış və imzalanmış qəbzlə təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdeh müəyyən pul vəsaiti əldə etmiş, həmin vəsaiti məhz iddiaçının hesabına əldə etmiş və əldə etmənin heç bir əsası (müqavilə və s.) olmamışdır. Məhkəmə təkibi daha sonra bildirir ki, əsassız varlanmada iki tərəf iştirak edir. Onlardan biri heç bir hüquqi əsas olmadan (və ya sonralar aradan qalxmış əsasa söykənirsə) başqasının hesabına əmlak (pul və s.) əldə etməklə varlanmış şəxs, digəri isə bunun nəticəsində əmlak (pul və s.) itkisinə məruz qalmış şəxs sayılır. Əsassız varlanma nəticəsində şəxsin pozulmuş hüququ isə ancaq o, halda bərpa edilə bilər ki, o həqiqətən əmlak itkisinə məruz qalmış olsun. Hazırki işdən isə görünür ki, iddiaçı İddiaçı beləbir itkiyə məruz qalmışdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri həmin hissədə də əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Belə ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində işə baxılan zaman iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsin iddia müddətinin tətbiqi barədə ərizəni rədd edən zaman əsaslandırması ondan ibarət olmuşdur ki, “.... nəticə olaraq son ödəniş tarixi 2023-cü ilin ####un ##-nə təsadüf edir. Iddiaçı pulun qaytarılması tələbi barədə 2025-ci ilin ## ######unda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı iddiaçının ##.##.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs, ##.##.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməsi qət edilmişdir. Beləliklə qeyd olunan ##.##.2022-##.##.2024-ci il tarixləri arasında iddiaçının fəaliyyət qabiliyyəti olmamışdır. Yəni iddiaçı icra müddəti müəyyənləşdirilmiş öhdəlik üzrə iddianı qanunla müəyyənləşdirilmiş üç il ərzində məhkəməyə vermişdir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, qanunda tələb olunduğu halda müqavilə yazılı formada bağlanmadığından, tərəflər arasındakı münasibət borc münasibəti kimi deyil, əsassız varlanma qaydaları çərçivəsində qiymətləndirilmişdir. Bu səbəbdən tərəflər arasındakı münasibətlərə borc müqaviləsindən irəli gələn tələblər üzrə üç illik iddia müddəti deyil, əsassız varlanma ilə bağlı tələblər üzrə iki illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi, qanunvericilikdə əsassız varlanma ilə bağlı tələblər üzrə iddia müddəti iki il təşkil edir. Kollegiya əlavə olaraq qeyd edir ki, hazırki mübahisəyə əsassız varlanma ilə bağlı tələblər üzrə iki illik iddia müddətinin tətbiqi iddiaçıya münasibətdə hüquqi baxımdan daha əlverişsiz nəticələrə səbəb olsada, bu qanunvericiliyin tələbi baxımından məcburi olmuşdur. Məhkəmə kollegiyası daha sonra iddiaçının ##.##.2022-##.##.2024-ci il tarixləri arasında fəaliyyət qabiliyyəti olmaması ilə bağlı dəlillərinə münasinbət bildirərək qeyd edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinə əsasən ərizəçi X6 ərizəsi təmin edilmiş, ##.##.1967-ci ildə Şəmkir rayonu, Seyfəli kəndinə anadan olmuş, Mingəçevir şəhəri, H.Əliyev prospekti ** saylı evin * saylı mənzilində qeydiyyatda olan İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən iddiaçı Mingəçevir Şəhər Icra Hakimiyyətinin iddiası təmin edilmiş, ##.##.1967-ci ildə Şəmkir rayonu, Seyfəli kəndinə anadan olmuş, Mingəçevir şəhəri, H.Əliyev prospekti ** saylı evin * saylı mənzilində qeydiyyatda olan İddiaçı fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçının ##.##.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs, ##.##.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməsi qət edilmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 379.1-ci maddəsində iddia müddəti axımının dayandırılması halları müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 379.1.4-cü maddəsinə görə, fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda iddia müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 379.6-cı maddəsində isə qeyd edilmişdir ki, əgər tələbi qanuni təmsilçisi olmayan məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxs irəli sürürsə, iddia müddəti həmin şəxs tam fəaliyyət qabiliyyətli olanadək və ya onun üçün təmsilçi təyin edilənədək dayandırılmış sayılır. Iş materiallarına əlavə edilmiş sənədlərdən isə görünür ki, Mingəçevir Şəhər Icra Hakimiyyəti başçısının ## #### 2022-ci il tarixli, ** nömrəli Sərəncamı ilə İddiaçı üzərində onun əri X4 qəyyum təyin edilmiş, ## ###### 2024-cü ildə isə həmin Sərəncam ləğv edilmişdir. Göründüyü kimi, qeyd edilən tarixlər arasında iddiaçı İddiaçı özü fəaliyyət qabiliyyətsiz hesab edilsədə, ona faktiki olaraq qəyyum (təmsilçi) təyin edilmişdir. Qanunvericiliyin tələbinə görə isə, fəaliyyət qabiliyyəti olmayan şəxsin təmsilçisi (qəyyumu) olduqda iddia müddətinin axımı dayandırılmır. Kollegiya xüsusilə bir məqamıda qeyd edir ki, həmin dövlərdə iddiaçı İddiaçı barəsində cinayət araşdırması aparılmışdır. Həmin araşdırma zamanı iddiaçı İddiaçı barəsində stasionar məhkəmə-psixiatrik ekspertizası keçirilmişdir. Iş materiallarına əlavə edilmiş “xxxx” X3 ## #### 2023-cü il tarixli, ** saylı rəyindən görünür ki, iddiaçı İddiaçı hər hansı bir psixi xəstəlik əlaməti müəyyən olunmur. Ən vacib məqam isə ondan ibarətdir ki, qeyd edilən rəydə İddiaçı hərəkətlərində “Simulyativ Davranış” olduğu müəyyən edilmişdir. Belə ki, rəydə İddiaçı qəsdən özünü ağır psixi xəstə kimi təqdim etməyə çalışması (və s.) qeyd edilmişdir. Həmin rəydə eyni zamanda qeyd edilmişdir ki, İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilən zaman ambulator qaydada ekspertizadan keçirilmiş, hazırki ekspertiza isə stasionar qaydada aparılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh ayda 1000 manat qaytarmaq şərti ilə ## ### 2021-ci il tarixində 25000 manat məbləğində pul verilmişdir. Göründüyü kimi, son ödəniş tarixi 2023-cü ilin ####un ##-nə təsadüf edir. Mingəçevir Şəhər Icra Hakimiyyəti başçısının ## #### 2022-ci il tarixli, ** nömrəli Sərəncamından isə görünür ki, İddiaçı üzərində onun əri X4 qəyyum təyin edilmiş Iddiaçı İddiaçı isə pulun qaytarılması tələbi barədə ## ###### 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericilikdə əsassız varlanma ilə bağlı tələblər üzrə iddia müddəti iki il təşkil edir. Bundan başqa, qanunvericiliyin tələbinə görə iddiaçı İddiaçı özü fəaliyyət qabiliyyətsiz olsada, ona faktiki olaraq təmsilçi (qəyyum) təyin edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iki illik müddət ötürüldüyündən və cavabdeh tərəfdə müddət tətbiqinə dair ərizə verdiyindən iddia tələbi təmin edilə bilməzdi. Kollegiya iddia müddəti ilə bağlıda qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Iddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il ## ####### tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Konstitusiya Məhkəməsinin Plenumuda bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə ## #### 2005-ci il, R.Salamovun şikayəti üzrə ## ####### 2007-ci il, X.Xəlilovun şikayəti üzrə ## ###### 2009-cu il tarixli Qərarları və s.). Bununla yanaşı “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2020-ci il tarixli qərarında həmçinin göstərilmişdir ki, iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı nəzərə alınmalıdır ki, - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir). Müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir. Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Iddia müddətinin məqsədi ilə bağlı Avropa Insan Hüquqları Məhkəməsi “Stanyo Belçikaya qarşı iş” üzrə ## #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Insan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərlərinin Ispaniyaya qarşı iş” üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il # ### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Iddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. Iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “xxxx” X3 ## #### 2023-cü il tarixli, ** saylı rəyi ilə, iddiaçı İddiaçı hər hansı bir psixi xəstəlik əlaməti olmadığı müəyyən edilmiş, hətta iddiaçının hərəkətlərinin simulyativ xarakder daşıdığı da qeyd edilmişdir. Iddiaçı İddiaçı isə pulun qaytarılması tələbi barədə ## ###### 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni, hətta ## #### 2023-cü il tarixdən götürülsə belə (həmin tarixdə artıq iddiaçının xəstə olmaması müəyyən edilmişdir) yenədə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iki illik müddət ötürülmüş olur. Məhkəmə kollegiyası iddiaçı tərəfin qəbzi uzun müddət tapmaması ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edir ki, həmin hal iddia müddətinin ötürülməməsinə və ya üzürlü hesab edilməsinə əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iki illik müddət ötürüldüyündən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəy verilmiş və rəyə “ekspertiza xərclərinə dair bildiriş” əlavə edilmişdir. Həmin bildirişdən görünür ki, Mərkəz tərəfindən ekspertizanın aparılması ilə əlaqədar tədqiqatın dəyəri cəmi 127 manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan cəmi 127 (yüz iyirmi yeddi) manat pul iddiaçı İddiaçı tutularaq Mərkəzin hesabına ödənilməlidir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT E T D İ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 127 (yüz iyirmi yeddi) manat pul iddiaçı İddiaçı tutulаrаq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.