Məhkəmə qərarları › İş №2(3-10)-402/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-402/2026

02.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-402/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Iddiaçı – İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit borcunun tutulması tələbinə dair” mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. Işin halları

1. Iş materiallarında olan ## ###### 2015-ci il tarixli, № *** nömrəli birgə borclularla kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 arasında 24 ay müddətinə illik 27% ödəmək şərti ilə 4500 manat məbləğində kredit verilmiş, cavabdehlər kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdələrinə götürmüşlər.

2. Iş materiallarında olan ## ###### 2015-ci il tarixli, № *** nömrəli birgə borclularla kredit müqaviləsi üzrə verilmiş maliyyə arayışına görə cavabdehlərin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ## ###### 2015-ci il tarixli, № *** nömrəli birgə borclularla kredit müqaviləsi üzrə 3959.86 manat əsas, 1234.58 manat faiz olmaqla, cəmi 5194.44 manat borcu olduğu müəyyən edilmişdir.

3. Iş materiallarında olan ## ###### 2015-ci il tarixli xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən ## ###### 2015-ci il tarixdə cavabdehlərin ünvanına rəsmi xəbərdarlıq məktubu göndərilmiş, ## ###### 2015-ci il tarixli, № *** nömrəli birgə borclularla kredit müqaviləsinə əsasən üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri üçün xəbərdarlıq məktubunu aldıqları tarixdən etibarən 5 gün müddətində borclu qaldıqları 1454 manat vəsaitin ödənilməsini təmin edilməsi, əks təqdirdə ödənilməmiş qalan 3960 manat əsas borcun vaxtından qabaq geri çağrılmaqla, 3960 manat əsas borcun və ona hesablanmış faiz borcunun məcburi qaydada qaytarılması tələbi ilə, tələbin bütün əmlaklarına yönəldilməsi üçün müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

4. Iş materiallarında olan ## ###### 2016-cı il tarixli bildirişdən müəyyən olunur ki, iddiaçı tərəfindən ## ###### 2016-cı il tarixdə cavabdehlərin ünvanına rəsmi bildiriş göndərilmiş, ## ###### 2015-ci il tarixli, № *** nömrəli birgə borclularla kredit müqaviləsinə əsasən üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri üçün bildiriş məktubunu aldıqları tarixdən etibarən 5 gün müddətində borclu qaldıqları 4721.02 manat vəsaitin ödənilməsini təmin edilməsi, əks təqdirdə ödənilməmiş qalan 3959.86 manat əsas borcun vaxtından qabaq geri çağrılmaqla, 3959.86 manat əsas borcun və ona hesablanmış faiz borcunun məcburi qaydada qaytarılması tələbi ilə, tələbin bütün əmlaklarına yönəldilməsi üçün müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

5. Iş materiallarında olan ## ######## 2020-ci il tarixli, №*** nömrəli bildirişdən müəyyən olunur ki, İddiaçı Səhmdar Kredit Təşkilatı Şamaxı Filialı tərəfindən ## ######## 2020-ci il tarixdə borclu X4 ünvanına əsas kredit borcunun restrukturizasiyası ilə bağlı rəsmi bildiriş göndərilmiş, ## ######## 2020-ci il tarixinə olan 3959.86 manat əsas borcun restrukturizasiyası məqsədi ilə şəxsiyyəti təsdiq edən sənədlərlə birlikdə ## ###### 2020-ci il tarixdən gec olmayaraq İddiaçı QSC-nin Şamaxı filialına yaxınlaşması ilə bağlı bildiriş göndərilmişdir.

6. ## ####### 2025-ci il tarixli maliyyə arayışına görə cavabdehlərin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ##.##.2015-ci il tarixli, №***-BBQ nömrəli kredit müqaviləsi üzrə ## ####### 2025-ci il tarixə 1398.86 manat əsas, 1234.58 manat faiz olmaqla, cəmi 2633.44 manat borcu olduğu müəyyən edilmişdir.

7. ## ###### 2026-cı il tarixli maliyyə arayışına görə X4 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ##.##.2015-ci il tarixli, № ***-BBQ nömrəli kredit müqaviləsi üzrə ## ###### 2026-cı il tarixə 1398.86 manat əsas,1234.58 manat faiz olmaqla, cəmi 2633.44 manat borcu olduğu müəyyən edilmişdir.

8. Iş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatının Şamaxı Filialı tərəfindən verilmiş, ##.##.2015-##.##.2025-ci il tarixləri əhatə edən hesabdan çıxarış məlumatından görünür ki, ##.##.2015-ci il tarixli, № ***-BBQ nömrəli kredit müqaviləsi üzrə birgə borclu cavabdeh3 təqaüdündən ##.##.2022-ci il tarixdə 60 manat, ##.##.2023-cü il tarixdə 60 manat, ##.##.2023-cü il tarixdə 75 manat, ##.##.2023-cü il tarixdə 75 manat, ##.##.2023cü il tarixdə 75 manat, ##.##.2023-cü il tarixdə 75 manat, ##.##.2023-cü il tarixdə 75 manat, ##.##.2023cü il tarixdə 75 manat, ##.##.2023-cü il tarixdə 75 manat, ##.##.2023cü il tarixdə 75 manat, ##.##.2023-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2025-ci il tarixdə 75 manat, ##.##.2025-ci il tarixdə 75 manat, ##.##.2025-ci il tarixdə 75 manat, ##.##.2025-ci il tarixdə 75 manat, ##.##.2025-ci il tarixdə 75 manat, ##.##.2025-ci il tarixdə 75 manat məbləğində və ##.##.2024-cü il tarixdə isə digər birgə borclu cavabdeh1 əməkhaqqı kartından 282 manat məbləğində tutulmalar olmuşdur.

II. Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

9. Tələbkar İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı məhkəməyə müraciət edərək borclular cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada 3959.86 manat əsas, 1234.58 manat faiz və 20 manat dövlət rüsumu olmaqla, cəmi 5214.44 manat borc məbləğinin tutularaq tələbkar İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialına məcburi ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmənin ## ###### 2017-ci il tarixli, *(***)-***/**** saylı məhkəmə əmri ilə borclular cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada 3959.86 manat əsas, 1234.58 manat faiz və 20 manat dövlət rüsumu olmaqla, cəmi 5214.44 manat borc məbləğinin tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialının hesabına ödənilməsi əmr verilmişdir.

11. Borclu cavabdeh3 ## ###### 2025-ci il tarixdə məhkəmə əmrinə etirazla birlikdə buraxılmış prosesual müddətin bərpa edilməsi barədə ərizə verərək Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-***/**** saylı məhkəmə əmrinin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Sözügedən məhkəmə əmrinə aid iş materiallarında iş üzrə borclu olan cavabdeh3 məhkəmə əmrinin rəsmi qaydada təqdim edilməsini və borclu tərəfindən qəbul edilməsini təsdiq edən sənəd olmadığından, həmin əmri 2025-ci ilin iyul ayında Ismayıllı Rayon Icra və Probasiya Şöbəsindən aldıqdan sonra ## ###### 2025-ci il tarixdə məhkəmə əmrindən etiraz verdiyindən, məhkəmə verilmiş etirazın qanunla müəyyən edilmiş müddət ərzində verilməsi kimi qəbul edərək buraxılmış prosesual müddətin bərpasına baxılmasına lüzum görməmişdir.

13. Məhkəmənin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-***/**** saylı məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

14. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı tərəfindən ## ###### 2015-ci il tarixli *** saylı kredit müqaviləsinə əsasən, “Mikrokreditləşmə” layihəsi çərçivəsində 24 ay müddətinə illik 27% olmaqla X2 1500 manat, cavabdeh2 1500 manat, cavabdeh1 1500 manat olmaqla, cəmi 4500 manat məbləğində kredit verilmişdir. Borcalanlarla bağlanmış kredit müqaviləsinin 4.2.8-ci bəndinə əsasən, borcalanlar alınmış kreditin və ona hesablanmış faizlərin həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini həyata keçirməyi öhdələrinə götürmüşlər. Lakin borclular X2, cavabdeh2 və cavabdeh1 tərəfindən bu öhdəliklərə əməl edilməmişdir. Kredit müqaviləsinin şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Bu səbəbdən də ## ###### 2017-ci il tarixə kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənilməli olan 4500 manat əvəzinə 540.14 manat kredit borcu ödənilmişdir ki, nəticədə 3959.86 manat vaxtı keçmiş kredit borcu yaranmışdır. Vaxtı keçmiş borcun ödənilməsi tələbi ilə borclulara dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Bu da göstərir ki, X2, cavabdeh2 və cavabdeh1 kredit borcunu xoşluqla qaytarmaq niyyətləri yoxdur. Bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən birgə borclular qrupunun hər biri alınmış vəsaitin və ona hesablanmış faiz məzənnəsinin birgə öhdəliyin tam icrasında iştirak etməyə borclu şəkildə ödənilməsini öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən birgə borclulardan biri (bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə bu halda onun (onların öhdəliyi) avtomatik olaraq qalan digər birgə borcluların üzərinə keçir. Ona görə də ödənilməmiş qalan 3959.86 manat əsas borc və 1234.58 manat fazi borcu, cəmi 5194.44 manat kredit borcunun cavabdeh3, cavabdeh2 və cavabdeh1 tələb olunması zərurəti yaranmışdır. Hesab edirlər ki, borclular onlarla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduqları üçün ödənilməmiş qalan 5194.44 manat məbləğində kredit borcu borclular tərəfindən ödənilməlidir.

15. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Rəfail Allahverdiyev hazırkı iddia ərizəsi ilə eyni məzmunda izahat vermiş və əlavə olaraq göstərmişdir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı tərəfindən birgə borclular cavabdeh3, cavabdeh2 və cavabdeh1 hər birinə 1500 manat olmaqla, ümumilikdə 4500 manat məbləğində kredit verilmişdir. Birgə borclular kreditin şərtləri ilə razılşaraq birgə borclu kimi müqaviləni imza etmişlər. Borclu cavabdeh3 kredit müqaviləsi üzrə qrup rəhbəri olmuşdur və krediti şəxsən özü götürmüşdür. Hazırkı iş üzrə 2017-ci ildə məhkəmə əmri olmuş və məhkəmə əmri qanuni qüvvəsini alaraq icra olunması üçün Ismayıllı rayon Icra və Probasiya Şöbəsinə göndərilmişdir. Ismayıllı rayon Icra və Probasiya Şöbəsi tərəfindən borc məbləğinin ödənilməsi bir müddət birgə borclu cavabdeh1 əməkhaqqı məbləğinə yönəldilmişdir. Sonradan cavabdeh1 işdən çıxdığından Ismayıllı rayon Icra və Probasiya Şöbəsi tərəfindən onun əməkhaqqı məbləğinə yönəlmə olmamış, digər birgə borclu cavabdeh3 pensiyasına 50% yönəlmə edilmişdir. İddiaçı Səhmdar Kredit Təşkilatının Şamaxı Filialı tərəfindən ## ######## 2020-ci il tarixdə borclu X4 ünvanına əsas kredit borcunun restrukturizasiyası ilə bağlı rəsmi bildiriş göndərilmiş, ## ######## 2020-ci il tarixinə olan 3959.86 manat əsas borcun restrukturizasiyası məqsədi ilə şəxsiyyəti təsdiq edən sənədlərlə birlikdə ## ###### 2020-ci il tarixdən gec olmayaraq İddiaçı QSC-nin Şamaxı filialına yaxınlaşması ilə bağlı bildiriş göndərilmişdir. Lakin borclu X4 bildirişi qəbul etsə də, həmin müddət ərzində banka yaxınlaşmamışdır. Hazırda cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına 1398.86 manat əsas və 1234.58 manat faiz olmaqla, cəmi 2633.44 manat məbləğində borcları qalmışdır və həmin məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh cavabdeh3 izahat verərək göstərmişdir ki, Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-***/**** saylı məhkəmə əmri ilə borclular cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada 3959.86 manat əsas, 1234.58 manat faiz və 20 manat dövlət rüsumu olmaqla, cəmi 5214.44 manat borc məbləğinin tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialının hesabına ödənilməsi barədə əmr verilmişdir. O, ## ###### 2025-ci il tarixdə məhkəmə əmrinə etiraz verərək Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-***/**** saylı məhkəmə əmrinin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, məhkəmə əmri üzrə payına düşən məbləği banka ödəmişdir. Hazırda onun banka borcu qalmamışdır. Belə ki, ona məxsus təqaüd kartından kredit borcuna görə hər ay hissə-hissə olmaqla, ümumilikdə 3427 manat məbləğində pul tutulmuşdur. Məhkəmənin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-***/**** saylı məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. O, ## ####### 2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək məhkəmə-mühasibatlıq eskpertizası təyin edilməsini xahiş etmişdir. Məhkəmənin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq eskpertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin */**** nömrəli ## ###### 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatlarına və ## ###### 2015-ci il tarixli *** nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla ##.##.2015ci il tarixə cavabdehlərin "xxxx” QSC BOKT-na olan borcu 4397.5 (əsas kredit borcu-4089.17 manat və faiz borcu-328.38) manat məbləğində müəyyən edilmişdir. Hazırkı ekspertiza tədqiqatı zamanı borc məbləği ## ###### 2015-ci il tarixə hesablandığından təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan ##.##.2015-ci il tarixdən ##.##.2025-ci il tarixədək aparılmış 2561 manat məbləğində ödəniş hazırkı ekspertiza tədqiqatı zamanı nəzərə alınmamışdır. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ##.##.2019-cu il tarixli Fərmanının 3.1 və 7.3-cü bəndlərinin icrası məqsədilə ##.##.2019-cu il tarixində Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası təsdiq edilmişdir. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin ######ın ##-dək nəzərdə tutulmuşdur. Bununla yanaşı Fərmanın 6.1-ci bəndinə əsasən banklara vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsini bağlanması tövsiyə edilmişdir. Belə ki, "xxxx” QSC BOKT-ı birgə borcluların arasında bağlanmış ##.##.2015-ci il tarixli *** nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətində, illik 27 faizlə cəmi 4500 manat məbləğində pul vəsaiti Fərmanın əhatə dairəsinə düşmüşdür. "xxxx” QSC BOKT-ı Fərmanın tələblərin kobud formada pozaraq vaxtı keçmiş kredit borcuna görə ona və digər borclulara yeni güzəştlə kredit müqaviləsinin bağlanmasını təklif etməmişdir. 17000 manatadək ekvivalentlə milli valyutada olan əsas kredit borclarının devoIvasiya ilə bağlı artmış hissəsi üzrə ödənişin ümumi məbləği, ödəniş ediləcək və digər borcluların siyahısını müəyyən etməmişdir. Onun və birgə borcluların adları həmin siyahıya daxil etməmişdir. Restrukturizasiya ila bağlı ona və birgə borclulara məlumat verilməmişdir. Restrukturizasiya olunacaq məbləğ müəyyən edilməmişdir, ümumiyyətlə Fərmana dair əməliyyat hərəkətləri həyata keçirilməmişdir. Hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin */**** nömrəli ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı zamanı borc məbləği ## ###### 2015-ci il tarixə hesablandığından təqdim edilmiş çıxarış məlumatlarında qeyd olunan ##.##.2015-ci il tarixdən ##.##.2025-ci il tarixədək aparılmış 2561 manat məbləğində ödəniş hazırkı ekspertiza tədqiqatı zamanı nəzərə alınmadığına görə "xxxx” QSC BOKT-ı ilə birgə borcluların arasında bağlanmış ##.##.2025-ci il tarixli *** nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 27 faizlə cəmi 4500 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ##.##.2019-cu il tarixli Fərmanın əhatə dairəsinə düşdüyünə görə tərəfindən pensiya kartından ## #### 2025-ci il tarixədək tutularaq ödənilmiş 3427 manatı nəzərə alınmaqla "xxxx” QSC BOKT-dan birgə borclular tərəfindən alınan kredit 4500 manat məbləğində pul vəsaitinə dair restruktruzasiya aparılmasını "xxxx” QSC BOKT-a həvalə edilməsinə və aparılan restruktruzasiyanın nəticəsi barədə məlumatı məhkəməyə təqdim edilməsinə dair məhkəmə qərar qəbul etməlidir. Qeyd etdikləri nəzərə alınmaqla ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

17. Ismayıllı Rayon Məhkəməsinin (hakim Nərmin Qoşqarova) ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada 1398.86 manat əsas borc və 1234.58 manat faiz borcu olmaqla, cəmi 2633.44 manat borc və 20 manat dövlət rüsumu məbləği alınıb iddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 269.7, 385.1, 389.1, 390.1, 421.1, 421.2, 442, 448.1, 462.1, 467, 739.1, 739.2-ci, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.1, 39.3.3, 41.1, 47.4, 59.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 177.1, 119, 216-220ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Qətnamədən narazı qalan cavabdeh cavabdeh3 apellyasiya şikаyəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ... “xxxx”QSC Bank Olmayan Kredit təşkilatına birgə borcluların arasında bağlanmış ##.##.2015-ci il tarixli *** nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 27 faizlə cəmi 4500 manat məbləğində pul vəsaiti Fərmanın əhatə dairəsinə düşməmişdir. “xxxx”QSC Bank Olmayan Kredit təşkilatı Fərmanın tələblərini kobud formada pozaraq vaxtı keçmişkredit borcuna görə onlara yeni güzəştli kreditmüqaviləsinin bağlanmasını təklif etməmişdir. 1700 manat ekvivalentlə milli valyuta olanəsas kredit borclarının devalvasiya ilə bağlıartmış hissəsi üzrə ödənişin ümumi məbləği, ödəniş ediləcək və digər borcların siyahısını müəyyən etməmişdir.Biz borcluları həmin siyahıya daxil etməmişdir.Restrukturizasiya ilə bağlı biz borclulara məlumat verilməmişdir. Restrukturizasiya olunacaq məbləğ müəyyən edilməmişdir. Ümumiyyətlə Fərmana dair əməliyyat hərəkətləri həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsiqeyd olunan maddi hüquq normasını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan hormativ hüquqi akt sayılan Prezident Fərmanını tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli Fərmanında işə aid olan bütün halları aydınlaşdırmamışdır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli Fərmanında ödənişlərlə bağlı hesabat aparmadan düzgün olmayan Ədliyyə Nazirliyi MEM-in ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyi qəbul edilmişdir. Göstərilənlərə əsasən Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

22. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

27. Iş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

33. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

34. Maddə 500. Birgə borclular və birgə öhdəliklər 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

35. Maddə 501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.

36. Maddə 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.

37. Maddə 739.1. (köhnə redaksiyada). Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür

38. Maddə 740.1. (köhnə redaksiyada). Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

39. Maddə 743.1. (köhnə redaksiyada). Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

46. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, Iş materiallarında olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

51. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

54. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

55. Müəyyən edilmişdir ki, ## ###### 2015-ci il tarixli, № *** nömrəli birgə borclularla kredit müqaviləsinə əsasən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı tərəfindən cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 24 ay müddətinə illik 27% ödəmək şərti ilə 4500 manat məbləğində məbləğində kredit verilmiş, cavabdehlər kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı Səhmdar Kredit Təşkilatının Şamaxı Filialı tərəfindən ## ######## 2020-ci il tarixdə borclu X4 ünvanına əsas kredit borcunun restrukturizasiyası ilə bağlı rəsmi bildiriş göndərilmiş, ## ######## 2020-ci il tarixinə olan 3959.86 manat əsas borcun restrukturizasiyası məqsədi ilə şəxsiyyəti təsdiq edən sənədlərlə birlikdə ## ###### 2020ci il tarixdən gec olmayaraq İddiaçı QSC-nin Şamaxı filialına yaxınlaşması ilə bağlı bildiriş göndərilmişdir. ## ###### 2026-cı il tarixli maliyyə arayışında X4 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ##.##.2015-ci il tarixli, № ***-BBQ nömrəli kredit müqaviləsi üzrə ## ###### 2026-cı il tarixə 1398.86 manat əsas,1234.58 manat faiz olmaqla, cəmi 2633.44 manat borcu olduğu qeyd edilmişdir. İddiaçı Səhmdar Kredit Təşkilatının Şamaxı Filialı tərəfindən verilmiş, ##.##.2015##.##.2025-ci il tarixləri əhatə edən hesabdan çıxarış məlumatında ##.##.2015-ci il tarixli, № ***-BBQ nömrəli kredit müqaviləsi üzrə birgə borclu cavabdeh3 təqaüdündən ##.##.2022-ci il tarixdə 60 manat, ##.##.2023-cü il tarixdə 60 manat, ##.##.2023-cü il tarixdə 75 manat, ##.##.2023-cü il tarixdə 75 manat, ##.##.2023-cü il tarixdə 75 manat, ##.##.2023-cü il tarixdə 75 manat, ##.##.2023-cü il tarixdə 75 manat, ##.##.2023cü il tarixdə 75 manat, ##.##.2023-cü il tarixdə 75 manat, ##.##.2023-cü il tarixdə 75 manat, ##.##.2023-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2025-ci il tarixdə 75 manat, ##.##.2025-ci il tarixdə 75 manat, ##.##.2025-ci il tarixdə 75 manat, ##.##.2025-ci il tarixdə 75 manat, ##.##.2025-ci il tarixdə 75 manat, ##.##.2025-ci il tarixdə 75 manat məbləğində və ##.##.2024-cü il tarixdə isə digər birgə borclu cavabdeh1 əməkhaqqı kartından 282 manat məbləğində tutulmalar olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli, №*-1616/2-9/5201/2025 nömrəli ekspert rəyində rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, ## ###### 2015-ci il tarixli *** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, ##.##.2015-ci il tarixə X4, cavabdeh2 və cavabdeh1 İddiaçı QSC BOKT-a olan borcu 4397.55 manat məbləğində olduğu müəyyən edilmişdir. Cavabdehlər kreditor qarşısındakı öhdəliklərini bu günə kimi ödəmə cədvəlinə müvafiq olaraq lazımınca yerinə yetirməmişlər. Belə ki, ##.##.2015-ci il tarixli, № ***-BBQ nömrəli kredit müqaviləsi üzrə cavabdehlərin iddiaçıya olan borcu ## ###### 2026-cı il tarixə 1398.86 manat əsas və 1234.58 manat faiz olmaqla, cəmi 2633.44 manat təşkil edir. Iddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdehlər isə öhdəliklərin icrasını həyata keçirməmişlər. Iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Ismayıllı Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Iş üzrə cavabdeh qətnamədən narazı qalaraq apellyasiya vermişdir.

56. Apellyasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli Fərmanında ödənişlərlə bağlı hesabat aparmadan düzgün olmayan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyi qəbul edilmişdir.

57. Bununla bağlı kollegiya bildirir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən (məhkəmə mühasibatlıq) görünür ki, - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, ## ###### 2015-ci il tarixli *** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, ##.##.2015-ci il tarixə X4, cavabdeh2 və cavabdeh1 İddiaçı QSC BOKT-a olan borcu 4397.55 manat məbləğində müəyyən edilir, o cümlədən:

- əsas kredit borcu ------------------------ 4069.17 manat - faiz borcu ---------------------------------- 328.38 manat.

- Hazırkı ekspertiza tədqiqatı zamanı borc məbləği ## ###### 2015-ci il tarixə hesablandığından təqdim edilmiş çıxarış məlumatlarında qeyd olunan ##.##.2015-ci il tarixdən ##.##.2025-ci il tarixədək aparılmış 2561 manat məbləğində ödəniş nəzərə alınmadı.

58. Bundan sonra iddiaçı işə baxan birinci instansiya məhkəməsinə ərizə təqdim edərək cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına 1398.86 manat əsas və 1234.58 manat faiz olmaqla, cəmi 2633.44 manat məbləğində borcları qaldığını bildirmişdir.

59. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 1398.86 manat əsas borc və 1234.58 manat faiz borcu olmaqla, cəmi 2633.44 manat borc məbləği tutulmalıdır.

60. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə verilmiş ekspert rəyinə düzgün hüquqi qiymət verilmiş və həmin rəyin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas müəyyən olunmamışdır.

61. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırkı mübahisəyə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ##.##.2019-cu il tarixli Fərmanının (bundan sonra –Fərman) tətbiq edilməli olması dəlili ilə bağlı ilk növbədə onu qeyd edir ki, həmin Fərmanda fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiyasından söhbət gedir. Hazırkı iş də isə cavadehlər (birgə borclular) krediti mill valyutada götürmüşlər.

63. Ikincisi, hazırkı iş üzrə məhkəmə əmri həmin Fərmanın verilməsindən çox əvvəl çıxarılmışdır.

64. Fərmanın 6.2-ci bəndində banklara fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməsi tövsiyyə olunmuşdur.

65. Fərmanın 8.4-ci bəndinə əsasən bank dedikdə, banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla), 8.10-ci bəndinə əsasən isə, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “Icra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.

66. Göründüyü kimi, hazırkı mübahisəyə Fərmanın müddəalarının tətbiq edilməsi mümkün olmamışdır.

67. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin qismən ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

68. Insаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

69. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə ## #### 2007-ci il tаrixli qərаrındа Insаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

70. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

71. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

72. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

73. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ beş min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar