Məhkəmə qərarları › İş №2(3-10)-408/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-408/2026

11.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-408/2026 11.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş ziyanın ödənilməsi tələbi, qüvvə) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh təqsiri üzündən təsərrüfatında olan bir baş erkək camış heyvanının tələf olması nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 4200 manat və 63 manat dövlət rüsumu olmaqla, cəmi 4263 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Iddia tələbi belə əsaslandırılmışdır ki, ## ###### 2025-ci il tarixdə Ismayıllı rayonu Talıstan kəndində ona məxsus 1 baş erkək camış heyvanı qonşusu Cavabdeh tərəfindən aralarında olan çəpərə qoşduğu elektrik cərəyanına toxunaraq tələf olmuşdur. Nəticədə ona maddi ziyan dəymişdir. Bununla bağlı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında rayon polis şöbəsində araşdırma aparılmışdır. Polis şöbəsinin əməkdaşları heyvanın tələf olduğu əraziyə baxış keçirmiş, hər ikisinin izahatı alınmış və müəyyən olunmuşdur ki, heyvanın tələf olması Cavabdeh çəpərə elektrik cərəyanı qoşması səbəbindən olmuşdur. X3 qərarı ilə Cavabdeh barəsində AR IXM-nin 274.4-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar qəbul edilmişdir. Inzibati xəta haqqında iş üzrə icraat araşdırması zamanı Cavabdeh heyvanın tələf olmasında təqsirli bilinərək, barəsində ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Ismayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə Cavabdeh təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Bir neçə gün öncə həmin erkək camış heyvanına alverçi gəlib baxmış və 5000 manat pul vermişdir. Lakin həmin məbləğlə razı olmadığı üçün heyvanı satmamışdır. Ismayıllı rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Idarəsi tərəfindən həmin camış heyvanının orta bazar qiymətinin 4000-4200 manat civarında olması ila bağlı arayış vermişdir. Göründüyü kimi cavabdehin təqsiri üzündən ona 4200 manat məbləğində ziyan dəymişdir. Həmin dəymiş ziyan məbləğini cavabdeh ona ödəməkdən imtina etmiş, tələb etməyinə baxmayaraq ziyanı ödəməkdən boyun qaçırmışdır. Cavabdeh ona dəymiş ziyanı ödəmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 63 manat dövlət rüsumu ödəmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir.

3. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/*** nömrəli qətnaməsi ilə (hakim Ilqar Hüseynov) iddia tələbi təmin olunmuş, cavabdeh Cavabdeh 4200 manat bir baş erkək camış heyvanının tələf olması nəticəsində dəymiş maddi ziyan və 63 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4263 manat pul alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir.

5. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin gəldiyi bu nəticə ilə qəti olaraq razılaşmır, hesab edir ki, qətnamə işin faktiki halları və iddiaçının özünün qanunsuz hərəkətlərinə hüquqi qiymət verilmədən birtərəfli qəbul edilmişdir. Belə ki, İddiaçı son dörd ildir iddiaçı həyətində bir neçə iri çoban iti saxlayır. Itlər açıq vəziyyətdə olmaqla iddiaçı ilə aralarında olan çəpərdən keçərək ona və digər ailə üzvülərinə öz həyətində hücum edir. Eyni zamanda həyətində olan açıq otlaq sahəni tapdalayaraq və bulaşdıraraq otu yararsız hala salır və biçə bilmir. Öz həyətinə əlinə ağac götürməklə qorxaqorxa düşür. Həmin itlər digər qonşulardan birini və başqa bir qonşunun uşağını dişləmişdir. Həmçinin iddiaçı saxladığı iri buynuzlu malları da gecələr açıq buraxmış, çəpərdən onun həyətinə adlayaraq otlaq sahəsini məhv etmiş, yerdə paraxa yığdığı xeyli alma məhsulunu əzib, yeyib dağıdaraq ona xeyli maddi zərər vurmuşdur. O, iddiaçıdan bu hərəkətlərinə son qoymasını, heyvanların, itlərin onun həyətinə keçməmisini, həyətinə keçməməsi üçün aralarındakı çəpərin ona aid olan hissəsini düzəldilməsini tələb etsə də o, buna əhəmiyyət verməmişdir. O, məcbur qalaraq bu haqda üç dəfə rayon polis şöbəsinə, yerli icra hakimiyyəti orqanlarına müraciət etmişdir. Əfsus ki, heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də itlərin ona hücumunun qarşısını almaq niyyəti ilə iddiaçı ilə aralarında olan çəpərin ona tərəf hissəsində öz həyətində açıq elektrik xətti çəkməyə məcbur qalmışdır ki, itlər keçib həyətində ona hücum etməsin. Lakin cavabdeh soyuq qış ayında özünün bir baş iri camış kəlçəsini qəsdən açıb sərbəst buraxmış, nəticədə həyətinə keçdikdə elektrik cərayanı vurub öldürmüşdür. Iddiaçı iddia edir ki, kəlçə ondan asılı olmadan çatıdan açılmışdır. Lakin sual olunur ki, həmin vaxtlar heyvanlar tövlə rejimində saxlanan vax idi. Kəlçə çatıdan açılmışdır, bəs tövlənin qapısını kim açmışdır. Göründüyü kimi, məsələnin bu nəticəyə gəlib çıxmasında iddiaçının özünün tam günahkardır. Məhkəmə isə bu hallara hüquqi qiymət verməmişdir. O, məhkəməyə iddiaçının qanunsuz hərəkətləri ilə bağlı üç dəfə Ismayıllı rayon polis şöbəsinə müraciət etdiyini, habelə yerli icra hakimiyyəti orqanlarına şikayətlər etdiyini bildirsə də məhkəmə onun müraciətləri ilə bağlı toplanmış materialların alınması üçün polis şöbəsinə sorğu göndərməmiş, yerli icra hakimiyyəti orqanlarınnın məhkəmədə dindirilməsini təmin etməmişdir.

7. Ona görə də, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Verilmiş apellyasiya şikayətinə etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

12. Qərarlar: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1ci maddələri).

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

16. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

17. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. Cavabdeh Cavabdeh Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən, təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

20. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.

21. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

22. Apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

23. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Ismayıllı Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Idarəsinin ## ###### 2025-ci il tarixli, № *-**-*-*-**/***/**** saylı sorğuya cavab məktubundan görünür ki, Ismayıllı rayon Talıstan kənd sakini İddiaçı məxsus olan 1 baş camışın naməlum səbəbdən xəsarət alaraq tələf olduğu barədə Rayon Polis Şöbəsinə müraciət edilmiş, ##.##.2025-ci il tarixdə heyvanın ölüm səbəbini araşdırmaq üçün Ismayıllı rayon HSBX idarəsinin əməkdaşı X1 həmin əraziyə getmiş, ölmüş heyvana baxış keçirən zaman və heyvanın sahibindən alınmış məlumatları topladıqdan sonra belə qənaətə gəlinmişdir ki, heyvan elektrik cərayanına toxunaraq ölmüşdür. ## ###### 2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Ismayıllı Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı Ilkin Məmmədov tərəfindən ##.##.2025-ci il tarixli, HK-*/**** nömrəli material əsasında araşdırılma aparılmış, araşdırma zamanı ##.##.2025-ci il tarixli, HK-*/**** nömrəli materiallar üzrə cinayət işi başlanması rədd edilmiş, Cavabdeh barəsində IXM-nin 274.4-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin ITB-nə verilməsi və İddiaçı dəymiş maddi ziyanlıqla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Ismayıllı Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Idarəsinin ## ###### 2025-ci il tarixli, № *-**-*-*-**/***/**** saylı sorğuya cavab məktubundan görünür ki, diri çəkisi 600 kq olan 3 yaşında 1 baş erkək camış heyvanının ##.##.2025-ci il tarixinə orta bazar qiyməti 4000- 4200 manat təşkil edir. Ismayıllı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qanuni qüvvəyə minmiş qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 274.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə olunmuş və İddiaçı dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılmışdır.

24. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh Ismayıllı rayonu, Talıstan kəndi ərazisində yerləşən yaşadığı evin qonşuluğunda olan iddiaçıya məxsus həyətin sərhəd hissəsində inşa olunmuş çəpərə iddiaçıya məxsus itlərin həyətinə keçməsinin qarşısını almaq üçün sözügedən çəpərə elektrik cərəyanı qoşmuş və nəticədə iddiaçının təsərrüfatında olan bir baş camış malı həmin cərəyana toxunaraq tələf olmuşdur. Iddiaçıya məxsus bir baş camış heyvanın cavabdehin təqsiri üzündən tələf olması, cavabdehin özünün izahatı və iş materialları ilə öz təsdiqini tapmışdır.

25. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218ci maddələrinin tələblərinə riayət edilmişdir.

27. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar