Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-415/2026 16.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdehlər “xxxx” X2, cavabdeh3 MMC, “xxxx” X2 və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı “səhhətə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan tələbi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və X5 ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Iddiaçı Iddiaçı nümayəndəsi və vəkili Vəkil Nemət qızının iştirakı ilə Iddiaçı Iddiaçı cavabdeh «xxxx» X2, cavabdeh3 MMC, «xxxx» X2 və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı “səhhətə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. Işin halları
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2021-ci ildə Kür çayında boyun fəqərə sınığı ilə əlaqədar travma almışdır. ##.##.2021-ci ildə müalicə olunmaq məqsədilə xxxxnə müraciət etmişdir. ##.##.2021-ci il tarixdə Travmatologiya və Ortopediya şöbəsində əməliyyat olunmuş və müalicə almışdır. ## ###### 2021-ci il tarixdə mərkəzin Fizioterapiya və Reabilitasiya xidmətlərindən istifadə etmişdir. ## ###### 2021-ci il tarixdə isə Rentgen xidmətlərindən keçmişdir. Təcili müayinə olunmağı və əməliyyat olunmağı, bundan əlavə müalicə olunmağı tələb olunduğundan və sığortalı olmasına baxmayaraq sığorta təşkilatı ödəməni gecikdirdiyindən 3000 (üç min), 3000 (üç min), 2000 (iki min), 9 (doqquz), 30 (otuz), 20 (iyirmi), 70,2 (yetmiş manat, iyirmi qəpik), 90 (doxsan) və 90 (doxsan) manat olmaqla və digər xərcləri ilə birlikdə cəmi 10.000 manat vəsait ödəmişdir. Sonradan mərkəzə müraciət edərək əməliyyat xərclərini mərkəzdən və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən tələb etsə də, müxtəlif cavablarla ona imtina verilmişdir. Halbuki, “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublikasının qanunun 15-13.1-ci maddəsinə əsasən icbari tibbi sığorta şəhadətnaməsi sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində yaradılan elektron sənəddir. Onun sığorta şəhadətnaməsi vardır.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən iddiaçı Iddiaçı nümayəndəsi və vəkili Vəkil Nemət qızı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi X1 məhkəməyə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, iddiaçının Agentliyə qarşı tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı M.A.Məmmədov ##.##.2021-ci il tarixində travma almış və Mingəçevir Şəhər Xəstəxanasına aparılmışdır. ##.##.2021-ci il tarixdə iddiaçının istəyinə əsasən onun istədiyi xəstəxanaya göndəriş verilmiş və həmin xəstəxanaya aparılmışdır. Lakin iddiaçı onlara məlum olmayan səbəblərdən özünün istəyərək göndəriş aldığı xəstəxanada müalicə almaqdan imtina etmiş və ##.##.2021-ci il tarixdə öz istəyi ilə xxxxnə gedib və orada müaliclər almışdır. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 15-28.2-ci maddəsinə görə sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulatorpoliklinika müəssisəsinin göndərişinə əsasən yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş Icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin 7.2-ci bəndinə əsasən ixtisaslaşdırılmış stasionar tibbi xidmət ixtisaslı həkimin göndərişi əsasında və ya təcili və təxirəsalınmaz tibbi yardımın müşayiət vərəqəsi əsasında həyata keçirilir. Hazırda mübahisə predmeti olan tibbi xidmətlər üzrə iddiaçının müalicə aldığı tibb müəssisənə göndəriş verilməli idi. Lakin iddiaçı göndəriş alınmadan tibb müəssəsində tibbi xidmətlərdən istifadə etmişdir. Bu səbəbdən də hesab edilir ki, iddia ərizəsində irəli sürülən tələblərin nə hüquqi, nə də faktiki əsası yoxdur. Iddiaçı ərizəsində heç bir hüquq normasına istinad etmədən, sadəcə şəxsi mülahizələrinə əsaslanaraq əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Odur ki, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” X2n nümayəndəsi Nümayəndə Firudin qızı məhkəməyə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, Iddiaçı ##.##.2021-ci il tarixdə xxxxnın Acil bölməsinə təcili tibbi yardım maşını ilə daxil olmuş, müəyyən müayinələr olunduqdan sonra “Boyun fəqərələrinin çoxsaylı sınıqları” diaqnozu qoyulmuş, reanimasiya, sonra da cərrahiyyə şöbəsinə yerləşdirilmişdir. Cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah X7 tərəfindən neyrocərrah tərəfindən müayinə olunması üçün ixtisaslı tibb müəssisələrindən birinə göndərilməsi məsləhət görülmüşdür. Direktorun köməkçisi Əliyeva Aynurənin məlumatına əsasən xəstə yaxınlarının istəyi ilə Bakı Neyrocərrahlıq Xəstəxanası ilə danışıqlar aparılmış, lakin xəstəni qəbul etməkdən imtina edilmişdir. Gəncə Müalicə- Diaqnostika Mərkəzinin həkim-neyrocərrahı Ramiz həkimlə telefon vasitəsilə əlaqə yaradılmış, KT müayinəsinin nəticəsi göndərilmiş, həkim xəstəni müayinə etmədən əməliyyata göstəriş olub-olmadığını deyə bilməyəcəyini bildirmişdir. Bundan sonra xəstəyə ixtisaslı həkim müayinəsi üçün Gəncə Müalicə-Diaqnostika Mərkəzinə göndəriş verilmişdir. Xəstənin təxliyyə edilməsi üçün xəstəxana tərəfindən “113” xidmətinə sifariş verilmiş, ambulansın gəlməsi üçün 1 saat vaxt aparacağı bildirilmişdir (adətən 1 saata gəldiyi üçün). Lakin xəstə yaxınları Gəncə Müalicə-Diaqnostika Mərkəzindən ambulans sifariş edərək xəstəni təxliyyə etmişlər. Xəstə Iddiaçı xəstəxanaya daxil olduğu andan, xəstəxananın fəaliyyət imkanları çərçivəsində xəstəyə tibbi yardımlar göstərilmiş, müəyyən sarğı və inyeksiyalar tətbiq edilmişdir. Neyrocərrah müayinəsi zəruri olduğu üçün həmin xidməti göstərən xəstəxanaya-Gəncə MüalicəDiaqnostika Mərkəzinə müəssisələri tərəfindən göndərişlə təmin olunmuşdur. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-7.2.7-ci bəndinə əsasən, tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə nəzərdə tutulmuş ixtisaslaşdırılmış tibbi yardım xidmətinin göstərilməsi mümkün olmadıqda, təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən öz maliyyə vəsaiti hesabına sığortaolunanı bu xidməti göstərən digər tibb müəssisəsinə göndərməlidir. Vətəndaş Iddiaçı xxxx tərəfindən qaydalara uyğun olaraq tibbi xidmət göstərilmişdir. Vətəndaşın iddiası əsassız hesab edilir. Vətəndaş ona icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətdən imtina edərək başqa müəssisəyə müraciət etmişdir. Rəsmi göndəriş vərəqi olmadan xxxxnə müraciət edildiyi üçün pullu xidmət almışdır. Iddiaçı bu məsələ ilə bağlı məhkəməyə müraciət etmiş məhkəmə tərəfindən ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnamə qəbul olunmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh3 MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ümumiyyətlə onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Vətəndaş özü onların klinikasına müraciət etmiş və ona pullu xidmət göstərilmişdir. Xəstənin müayinə olduğu xidmət xidmətlər paketinə daxil olmadığı üçün vətəndaşın ödədiyi 217 manat müayinə xərcləri üçün ödənilmişdir. Həmin vəsaitində 180 manatı təcili tibbi yardım maşını üçün tutulmuşdur, yerdə qalan digər məbləğ isə imalə xərci üçün tutulmuşdur. Xəstə klinikaya göndərişsiz gəlmişdir. Bu halda təbii olaraq müayinə xərcləri xəstənin özü tərəfindən ödənilir. Iddiaçının onları da cavabdeh kimi işə cəlb etməsi əslində əsassızdır və onlara heç bir əlaqəsi yoxdur. Bu səbəbdən iddia tələbinin onlara aid olan hissəsinin rədd edilməsini xahiş etmişdir.
7. Cavabdeh “xxxx” X2 məhkəməyə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, Azərbaycan Respuhlikasının Prezidentinin ## ####### 2017-ci il tarixli **** nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “xxxx” yaradılmışdır. Tibb müəssisəsi özünü maliyyələşdirmə sistemi ilə ödənişli tibbi xidmətlər göstərir. Iddiaçı Iddiaçı ## #### 2021-ci il tarixində həmin müəssisəyə ödənişli əsaslarla müraciət etmişdir. Xəstəyə tibbi xidmət göstərilmiş, ödəmələr, vəsaitin vergi və digər öhdəlikləri, mal-material xərcləri, həkim və əməkdaşların əmək haqqı əlavələri hesablanıb ödənilmişdir. Xidmət göstərilən dövrdən bir müddət sonra xəstə keçmiş tarixdə ödənilən xidmət haqqının geri ödənilməsi ilə bağlı iddia tələbi irəli sürmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçıya maddi tələbinin mümkünsüz olduğu bildirilmişdir. Iddiaçı tərəfindən dövlət orqanlarına bu məsələ ilə bağlı şikayətlər edilmişdir. Iddiaçı eyni iddia tələbi ilə bağlı daha əvvəl Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətanməsinə əsasən (hakim Elza Cəbrayılzadə) iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx”ndən 5237,98 manat məbləğində pulun alınaraq iddiaçı Iddiaçı geri qaytarılması, Iddiaçı cavabdehlər “xxxx” X2, cavabdeh3 MMC, “xxxx” X2 və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı pul tələbinə dair iddiası cavabdehlər “xxxx” X2, cavabdeh3 MMC və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə münasibətdə təmin edilməməsi, cavabdeh xxxxndən ödənilmiş dövlət rüsumunun 72,38 manat hissəsi alınıb iddiaçı Iddiaçı verilməsi, xxxxnə həmin məbləğin Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən tələb etmək hüququnun izah edilməsi qət edilmişdir. Daha sonra, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qəraradadına əsasən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Mingəçevir Şəhər Məhkəməsinin 5 senytabr 2023-cü il tarixli 2(051)- ****/**** saylı qətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qərardadı çıxarıldığı andan qüvvəyə mindiyi üçün qərardaddan kassasiya şikayəti verilməmişdir. Qeyd olunanlara əsasən hazırkı mübahisə ilə bağlı Şəki Apellyasiya Məhkəməsi tərəfindən qərardad qəbul edilmişdir. Həmin qərardadla iddiaçının eyni məzmunlu tələblərinə hüquqi qiymət verilmişdir. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin qərardadı qəti və məcburidir. Eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə yeni iddianın qaldırılması qanunla yolverilməzdir. Odur ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
8. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” X2ndən 5238,18 (beş min iki yüz otuz səkkiz manat on səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı Iddiaçı geri qaytarılması, iddianın cavabdehlər “xxxx” X2, cavabdeh3 MMC və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə münasibətdə təmin edilməməsi, cavabdeh “xxxx” X2ndən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72,38 (yetmiş iki manat otuz səkkiz) manat məbləğində pul alınıb iddiaçı Iddiaçı verilməsi, “xxxx”nə həmin məbləğin Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən tələb etmək hüququnun izah edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı aldığı xəsarətlə əlaqədar olaraq təcili tibbi yardım maşını ilə xxxx Publik Hüquqi Şəxsə aparılmışdır. Orada ilkin tibbi xidmətlər göstərildikdən sonra, müəyyən olunmuşdur ki, xəstənin əməliyyat edilməsi üçün adı çəkilən xəstəxanada müvafiq ixtisaslı həkimlər (neyrocərrah) fəaliyyət göstərmədiyindən göndəriş əsasında X9 Mərkəzi MMC-yə göndərilmişdir. Orada da müəyyən tibbi xidmətlər göstərildikdən sonra Iddiaçı öz istəyi əsasında Mingəçevir şəhərində yerləşən Regional Hospitaldan öz hesabına yəni 750 manat ödəməklə Gəncə şəhərindən Bakı şəhərində yerləşən xxxxnə aparılmışdır. xxxxndə Iddiaçı zəruri tibbi müayinələr göstərilmiş yəni, xəstə əməliyyat və müalicə olunmuş, Bakı Sağlamıq Mərkəzinə tibbi xidmətlər üçün müəyyən edilmiş məbləği yəni, ümumilikdə 5238,18 manat məbləğində pulu ödəmişdir. Xidmətlər zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısında xxxx göstərilmişdir. Iddiaçı qoyulan diaqnoz yəni, boyun fəqərələrinin sınığı - xidmətlər zərfinə daxil olan tibbi xidmətlərə daxildir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Iddiaçı aldığı xəsarətlə əlaqədar olaraq təcili tibbi yardım maşını ilə xxxx Publik Hüquqi Şəxsə aparılmışdır. Həmin xəstəxanadan göndəriş əsasında X9 Mərkəzi MMC-yə göndərilmişdir. Orada da müəyyən tibbi xidmətlər göstərildikdən sonra Iddiaçı öz istəyi əsasında Mingəçevir şəhərində yerləşən Regional Hospitaldan öz hesabına yəni 750 manat ödəməklə Gəncə şəhərindən Bakı şəhərində yerləşən xxxxnə aparılmışdır. xxxxndə Iddiaçı zəruri tibbi müayinələr göstərilmiş yəni, xəstə əməliyyat və müalicə olunmuş, Bakı Sağlamıq Mərkəzinə tibbi xidmətlər üçün müəyyən edilmiş məbləği yəni, ümumilikdə 5238,18 manat məbləğində pulu ödəmişdir. Qeyd edilən məbləğ ayrı-ayrılıqda ödəniş qəbzlərində öz əksini tapmışdır. Xidmətlər zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısında xxxx göstərilmişdir. Iddiaçı qoyulan diaqnoz yəni, boyun fəqərələrinin sınığı - xidmətlər zərfinə daxil olan tibbi xidmətlərə daxildir. Icbari tibbi sığorta üzrə sığortaolunan Iddiaçı qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək hüququnun olmasına əsasən onun öz vəsaiti hesabına səhhətinə çəkdiyi xərclərin ödənilməsini tələb etməsi qanuni və əsaslı olmuşdur.
11. Beləliklə məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədlərə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı Iddiaçı cavabdeh «xxxx» X2, cavabdeh3 MMC, «xxxx» X2 və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı səhhətə çəkilmiş xərcə görə pul tələbinə dair iddiası qismən təmin edilməli və cavabdeh “xxxx” X2ndən 5238,18 manat məbləğində pul tutularaq iddiaçı Iddiaçı ödənməli, iddia tələbi cavabdehlər Mərkəzi Xəstəxanası» X2, cavabdeh3 MMC və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı hissədə təmin edilməməli, cavabdeh “xxxx” X2nə qarşı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 72,38 manat cavabdeh “xxxx” X2ndən alınıb iddiaçı Iddiaçı verilməlidir. 12.Həmçinin, cavabdeh “xxxx” publik hüquqi şəxsə qeyd edilən məbləğin Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən tələb etmək hüququnun olması izah edilməlidir. 13.Məhkəmə öz mövqeyini “Tibbi Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-3.3, 15-4.1, 15-4.1.1, 15-4.1.2, 15-4.1.3, 15-4.1.6, 15-13.1, 15-13.1, 15-20.1, 15-28.1, 15-28.2, 15-28.3, 15-28.4-cü maddələri, Icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli * saylı qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1115-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.1 və 217.3 maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri 14.Qətnаmədən nаrаzı qаlаn cavabdeh cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı eyni cavabdehlərə qarşı eyni iddia tələbi ilə məhkəməyə 2023-cü ildə müraciət etmiş və Minqəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli 2(051)-1089/2023-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək xxxx PHŞ dən 5237.98 manat məbləğində pulun alınaraq iddiaçıya qaytarılması qət edilmişdir.Qətnamədən apellyasia şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının ##.##.2024- cü il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Minqəçevir Şəhər Məhkəməsinin ##.##.2023–cü il tarixli qətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanmışdır. Apellyasiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki iddiaçı tərəf Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələblərini pozaraq iddia ərizəsində iddianın bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb göstərməmişdir. Iddiaçı eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qəradadını nəzərə almadan, qərardadda qeyd olunan qüsurlar aradan qaldırılmadan yenədə iddianı təmin etmişdir. 16.Azərbaycan Respublikası Prezidentinin ##.##.2017-ci il tarixli **** nömrəli Fərmanına əsasən yaradılmış cavabdeh2 tam özünü maliyyələşmə prinsipi əsasında fəaliyyət göstərir. Icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin 1.2. bəndinə əsasən Sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) Qanuna uyğun olaraq Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və (və ya) həmin müəssisələrin göndərişi əsasında göstərilir. Iddiaçı məhkəməyə verdiyi izahatda bildirmişdir ki o, ilkin olaraq Icbari Tibbi Sığorta üzrə X16 şəhər Mərkəzi Xəstəxanası PHŞ aparılmış, orada aparılan müalicədən narazı olduğu üçün onun tələbi ilə göndəriş vərəqəsi ilə X9 Mərkəzinə göndərilmişdir. Lakin iddiaçının bildirdiyinə görə orada ondan 20000-25000 manat məbləğində pul istənilmiş və heç bir zəmanət verilmədiyindən, o göndəriş olmadan, xxxx PHŞ gəlməyi məqsədəuyğun hesab etmişdir. xxxx PHŞ-nə daxil olan xəstə Iddiaçı ilə ##.##.2021-ci il tarixdə ödənişli əsaslarla tibbi xidmət müqaviləsi bağlanılmış, iltizamnamə alınmışdır.
17. “Icabari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi ” xxxx PHŞ arasında bağlanmış ##.##.2020- ci il tarixli ***/TXM nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə Razılaşma №*-in 3-cü bəndinə əsasən: Göndəriş vərəqəsi olmadığı hallarda və ya nümunəvi formaya uyğun gəlməyən göndəriş vərəqəsi əsasında göstərilən tibbi xidmətlərə görə sığorta ödənişi həyata keçirilmir. 18.Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Minqəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh cavabdeh3 MMC və apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin olunmaması, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının ## #### 2026-cı il tarixldə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1in nümayəndəsi X1 izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi onlara qarşı rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi agentliyin maraqlarına uyğun olduğundan apellyasiya şikayəti verilməmişdir. Nümayəndə izahatında əlavə olaraq göstərmişdir ki, Iddiaçı xxxxna gətirilmiş və orada xəstənin əməliyyat olunması üçün şərait olmadığından qaydalara uyğun olaraq cavabdeh3 MMC-yə göndəriş verilmiş, bundan sonra xəstə öz istəyinə uyğun heç bir göndəriş olmadan “xxxxnə” aparılaraq orada əməliyyat olunmuşdur. Qaydalara görə “xxxx” xəstəyə xidmət göstərdikdən sonra 1 ay müddətində agentliyə müraciət etməli və agentlik tərəfindən ekspertiza təyin olunub müəyyən olunsaydı ki, təcili xidmətdi xərclər sığorta tərəfindən qarşılanacaqdı. Həmçinin “xxxx” özəl tibb müəssisəsi olduğu üçün xəstə ilə müqavilə bağlayıb özəl tibb xidməti göstərmişdir. Hazırkı vəziyyətdə “xxxxnin” Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən pul tələb etməsi istisna olunur. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Nemət qızı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək şikayətin təmin olunmaması, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Iddiaçı Iddiaçı, cavabdehlər “xxxx” X2, cavabdeh3 MMC, “xxxx” X2 və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. “Tibbi Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-3.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verən tibb müəssisəsi arasında tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılır. 15-4.1-ci maddəsinə əsasən Icbari tibbi sığorta üzrə sığortaolunanların aşağıdakı hüquqları vardır: 15-4.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinin baza və ya əlavə hissələrinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək; 15-4.1.2-ci maddəsinə əsasən bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək; 15-4.1.3-cü maddəsinə əsasən göstərilən tibbi xidmətin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri haqqında düzgün məlumatın verilməsini tibb müəssisəsidən tələb etmək; 15-4.1.6-cı maddəsinə əsasən icbari tibbi sığorta sahəsində hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya məhkəməyə müraciət etmək; 15-28.1-ci maddəsinə əsasən xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir.Ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndəriş vermək hüququ olan hallar xidmətlər zərfi ilə müəyyən edilir. 15-28.2-ci maddəsinbə əsasən sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişinə əsasən yol verilir. 15-28.3. Ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulatorpoliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
29. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
30. Cavabdeh “xxxx” X2 Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli 2(051)-1815 /**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsədə, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv olunması əsaslandırmamış, həmçinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyator qətnamənin iddianın “xxxx” X2nə qarşı təmin olunmuş hissəsində ləğv olunaraq iddianın rədd olunmasının tələb edir, buna görədə kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini iddianın cavabdeh “xxxx” X2nə qarşı təmin olunmuş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 05 fevral 2026- cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən ləğv edilməli, ləğv edilən hissə üzrə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə rədd edilməlidir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
33. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı aldığı xəsarətlə əlaqədar olaraq təcili tibbi yardım maşını ilə xxxx Publik Hüquqi Şəxsə aparılmışdır. Həmin xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra göndəriş əsasında X9 Mərkəzi MMC-yə göndərilmişdir. X9 Mərkəzində iddiaçıya müəyyən tibbi xidmətlər göstərilmiş və müayinə xərcləri icbari tibbi sığorta tərəfindən qarşılanmışdır. Daha sonra iddiaçı Iddiaçı öz istəyi əsasında Bakı şəhərində yerləşən xxxxnə aparılmışdır. xxxxndə Iddiaçı ilə tibbi xidmət müqaviləsi bağlanmış və ödənişli əsaslarla zəruri tibbi xidmətlər göstərilmiş yəni, xəstə əməliyyat olunmuş, müayinələrdən keçmiş, nəticədə iddiaçı tərəfindən xxxxnə tibbi xidmətlər üçün ümumilikdə 5238,18 manat məbləğində pul ödənilmişdir. Iddiaçı xxxxnə ödənilmiş pul vəsaitinin icbari tibbi sığorta tərəfindən ödənilməli olmasını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı eyni cavabdehlərə qarşı eyni iddia tələbi ilə məhkəməyə 2023-cü ildə müraciət etməsi, Minqəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli 2(051)-1089/2023-cu il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək xxxx PHŞ dən 5237.98 manat məbləğində pulun alınaraq iddiaçıya qaytarılmasının qət edilməsi, qətnamədən apellyasia şikayəti verilməsi və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının ##.##.2024- cü il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Minqəçevir Şəhər Məhkəməsinin ##.##.2023–cü il tarixli qətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılması, iddiaçı eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməsi və Mingəçevir Şəhər Məhkəməsinin Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qəradadını nəzərə almadan, qərardadda qeyd olunan qüsurlar aradan qaldırılmadan yenədə iddianı təmin etməsinə dair dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının həmin tələblə yenidən məhkəməyə müraciət etməsini istisna etmir.
36. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində göstərilmişdir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 37.Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası Prezidentinin ##.##.2017-ci il tarixli **** nömrəli Fərmanına əsasən yaradılmış cavabdeh2 tam özünü maliyyələşmə prinsipi əsasında fəaliyyət göstərməsi, icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin 1.2. bəndinə əsasən Sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) Qanuna uyğun olaraq Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və (və ya) həmin müəssisələrin göndərişi əsasında göstərilməsi, xxxx PHŞ-nə daxil olan xəstə Iddiaçı ilə ##.##.2021-ci il tarixdə ödənişli əsaslarla tibbi xidmət müqaviləsi bağlanılması və iltizamnamə alınmasına dair dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iş materiallarında olan sübutlar, eləcədə tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı aldığı xəsarətlə əlaqədar olaraq xxxxna aparılmış, həmin xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra göndəriş əsasında X9 Mərkəzi MMC-yə göndərilmişdir. X9 Mərkəzində iddiaçıya müəyyən tibbi xidmətlər göstərilmiş və müayinə xərcləri icbari tibbi sığorta tərəfindən qarşılanmışdır. Bundan sonra xəstə öz istəyi ilə göndəriş olmadan xxxxnə aparılmış və orada ödənişli əsaslarla əməliyyat olunmuş, daha sonra isə əlavə digər tibbi xidmətlər göstərilmişdir.
38. Kollegiya qeyd edir ki, iddiaçı aldığı xəsarətlə əlaqədar olaraq xxxxna aparıldıqdan sonra orada xəstəyə lazımi tibbi xidmət göstəilməsi üçün şərait olmadığına görə X9 Mərkəzi MMC-yə göndərilmişdir. X9 Mərkəzində isə xəstəyə göstərilmiş tibbi xidmətlər icbari tibbi sığorta tərəfindən qarşılanmışdır.
39. Kollegiya hesab edir ki, xəstənin X9 Mərkəzində müalicəsinin davam etdirilməsi üçün lazımi şərait olmadığı təqdirdə xəstəyə lazımi tibbi xidmətlərin göstərilməsi üçün başqa xəstəxanaya göndəriş verilə bilərdi. Göründüyü kimi iddiaçı göndəriş əsasında X9 Mərkəzinə göndərildikdən sonra heç bir göndəriş olmadan öz istəyi ilə “xxxxnə” aparılmasının zəruriliyinə dair məhkəməyə hər hansı əsaslı sübut təqdim olunmamışdır.
40. Kollegiya hesab edir ki, iddiaçı Iddiaçı qoyulan diaqnoz yəni, boyun fəqərələrinin sınığı-xidmətlər zərfinə daxil olan tibbi xidmətlərə daxil olsada, xəstə icbari tibbi sığortadan faydalanması üçün tibbi sığorta haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hərəkət etmədən öz istəyinə uyğun xxxxnə gətirilmiş və xxxx ilə tibbi xidmət müqaviləsi bağlanılaraq ödənişli əsaslarla tibbi xidmət göstərildiyindən qanunvericiliyin tələbinə əsasən iddiaçının xxxxnə qarşı hazırkı tələbi əsassız olmuşdur.
50. Belə ki, “Tibbi Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-28.1ci maddəsinə əsasən xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir.Ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndəriş vermək hüququ olan hallar xidmətlər zərfi ilə müəyyən edilir.
51. Həmin Qanunun 15-28.2-ci maddəsinə əsasən sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişinə əsasən yol verilir.
52. Həmin Qanunun 15-28.3-ü maddəsinə əsasən ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulatorpoliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.
54. Kollegiya şərh olunanlara əsasən hesab edir ki, iddiaçının xxxxnə xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququnun olması (təcili, təxirəsalınmaz olması) müəyyən olunmur. Iddiaçı “xxxx” X2 ilə Tibbi xidmət müqaviləsi bağlayaraq ödənilşli əsaslarla ona tibbi xidmət göstərilməsi ilə razılaşmış və bu barədə sonuncudan iltizam alınmışdır. Həmin müqavilədə tibbi xidmətlərin icbari tibbi sığorta hesabına ödənilməsi ilə bağlı hər hansı göstəriş olmamışdır.
55. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaya münasibətdə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh “xxxx” X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdeh “xxxx” X2nə qarşı təmin olunmuş 5238.18 manat məbləğində pul vəsaiti və ödənilmiş 72.38 manat dövlət rüsumuna dair hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd edilən hissələrdə rədd edilməli, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh “xxxx” X2 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdeh “xxxx” X2nə qarşı təmin olunmuş 5238.18 manat məbləğində pul vəsaiti və ödənilmiş 72.38 manat dövlət rüsumunun tutulmasına dair hissələrində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Iddia tələbi cavabdeh “xxxx” X2ndən 5238.18 manat məbləğində pul vəsaiti və 72.38 manat dövlət rüsumunun alınıb iddiaçı Iddiaçı qaytarılması” hissəsindədə rədd edilsin. Qətnamə cavabdeh “xxxx” X2nin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, cavabdeh, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.