Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-434/2026 16.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə yükü) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən vurulmuş 1571,00 AZN ziyana görə pulun və ödədiyi dövlət rüsumunun həmin şəxsdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ## ######## 2026-ci il tarixdə ona məxsus olan it cinsi Lagotta Romanyola olan itini maşın vurmuş və iti üç dəfə əməliyyat etdirmişdir. Cavabdeh Cavabdeh 1571, 00 AZN vurulmuş ziyana görə pulun və ödədiyi rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərmişdir ki, onların Nic qəsəbəsində torpaq sahələri var, hadisə zamanı oğlu kilsənin yanında olmuş, itlər də onunla olmuşdur. Həmin günü yəni ## ######## 2026-ci il tarixində saat 4-5 arası öz obyektində olmuşdur. Kilsə ilə üzbəüz ona məxsus obyekt var və iki aydır ki, orda imiş. İt isə oğlu ilə birlikdə kilsənin qabağında gəzmişdir. Həmin itlər trufel adlı göbələyi axtaran itlərdir. Onları xaricdən gətirtmişdir. Onlar heç zaman itə xalta taxaraq gəzdirmirlər, it də xalta olmadan daim gəzmiş və yolu keçmişdir. Sözügedən hadisə olan yer böyük yolların olduğu yer deyil, dar yolları var. Həmin yolda sürət həddi 50 km/saat olar. İt kilsənin qabağından keçmək istəyəndə cavabdeh Cavabdeh idarə etdiyi avtomobil 75-80 km/saat sürət ilə gələrək iti vurmuş, sonra maşını bir az qabaqda saxlamış və maşından düşərək ətrafa baxmışdır. Həmin vaxt əlində digər iti olmuşdur. Sürücünün baxdığını görəndə “gəl mənə kömək et” demişdir. Cavabdehin yanında başqa adam olmuşdur. Həmin adam cavabdehə heç nə olmaz get demişdir. Cavabdeh bundan sonra çıxıb getmişdir. O tez bir zamanda iti Qəbələ Rayon Peşə Təhsil mərkəzində olan baytarın yanına aparmış, ilk müdaxiləni etsələr də heç bir fayda verməmişdir. Ayın 14-ü o, itini Bakıya aparmışdır. Buzovnada yerləşən “CaspianVet” veterinar klinikasında baytar-həkim onu müayyinə etmiş və cərrahi müdaxilənin zəruriliyini ona bildirmişdir. Həmin gün iti ilk əməliyyat olmuş, əməliyyat zamanı itin zədələnmiş nahiyəsinə metal lövhə və metal mil qoymuşdurlar. Sözügedən əməliyyata 1000 manat pul vermiş və həmin qəbzləri iddia ərizəsinə əlavə etmişdir. Əməliyyatdan sonra yaranan hallara görə itini təkrar fərqli günlərdə 3 əməliyyata salmışdırlar. 4-cü əməliyyatdan sonra “CaspianVet” veterinar klinikasında baytar-həkimi ona zəng edərək bildirmişdir ki, onun rəyinə əsasən, itin ayağının amputasiya edilməsi zərurəti yaranmışdır. O bunu qəbul etməmiş və iti oradan çıxarıb həmin gün başqa bir klinikaya aparmışdır, orda təkrar əməliyyat olunmuşdur. Halhazırda it evdədir, özü ona baxır. O özü ginekoloq həkimdir, sosial ictimai birliyinin üzvüdür. Bu hadisəyə görə işinə düzgün gedə bilmir. İtin dərman və antibiotikləri dəqiq ardıcılıqla edilməlidir. Məhkəmə iclaslarına gələrkən onu kiməsə tapşırmalı olur. Bunun üçün də hər dəfə 50 manat əlavə xərci çıxır, lakin o xərclərin heç birini cavabdehdən tələb etmir. Sadəcə iddia ərizəsində dediyi məbləği ona geri qaytarsın.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 10 sentyabr günü o işdə olmuşdur. Həmin vaxt o siqaret firmasında işləmiş, halhazırda həmin firmada işləmir. Hadisə zamanı sürdüyü maşın şəxsi maşını olmuşdur. İşdən çıxıb yavaş sürətlə getmişdir. Yol boyu da qəsəbənin itləri qarşısına çıxmış, lakin maşını görüb yanı ilə keçib getmişlər. Həmin yerdə də bir topa it olmuşdur. O getdiyi yerdə iddiaçının iti kolluqdan ani şəkildə qaçaraq çıxmışdır. O bir az işə tələsmişdir. Düşüb baxmış, görmüşdür ki, iddiaçının iti hürə-hürə qaçıb getdi. Daha sonra iddiaçının iti alıb getdiyini görmüşdür. Qəza olan yerdən bir az uzaqda maşını saxlamış, 10-15 dəqiqə gözlədikdən sonra getmişdir. Hadisə yerində daynanan başqa adam da olmuş, o da elə bilmişdir ki, o, iddiaçının tanışıdır. Həmin adam ona demişdir ki, heç nə olmayıb, o da ona görə getmişdir. Sözügedən hadisə olan yer dar yollardır, o orda iddiaçının dediyi kimi 75 km/saat sürətlə getməmişdir. İddiaçıyla köməklik göstərmək üçün danışmamışıdr. İddiaçı ona zəng edib itin əməliyyat olmalı olduğunu demişdir. O da ona maddi imkanının olmadığını bildirmişdir. İlk məhkəmə iclasından sonra iddiaçı tərəf ilə məhkəmənin inzibati binasında danışmağa və razılaşmağa çalışmış, lakin iddiaçı onunla danışmamış və iddiaçı ona məbləği prinsipə ödətdirəcəyini bildirmişdir.
5. ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında Ağayev Hacıağa İmran oğlu şahid qismində verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun anasıdır. Hadisə baş verən vaxt it yolun kənarında oynamışdır. O, yüksək səs eşitmiş, həmin vaxt maşın iti vurmuşdur. O kilsənin yanında imiş.
6. ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında Şahid şahid qismində verdiyi izahatında göstərmişdir ki, onun evi hadisə baş verən ərazinin yaxınlığında yerləşir. Hadisə baş verən vaxt iddiaçı ilə bərabər iddiaçıya məxsus kafedə oturub çay içmişdir. Kafe hadisə baş verən yolun yanındadır. Səsə getmiş, görmüşdür ki, maşın iti vurub, it hürəhürə qaçdı. Səsə itin sahibi də çıxmışdır. Lakin itin vurulması anını görməmiş, səsə getmişdir. Həmin vaxt maşın dəyəndə bərk səs çıxsa da, maşında hər hansı zədə olmamışdır. İt əks istiqamətə qaçmış, iddiaçı da itin arxasıyca getmişdir. Həmin vaxt avtomobilin sürücüsü təxminən 5-6 dəqiqə orda olmuş, maşınına baxış keçirmiş, o da sürücünün yanında dayanmış, sürücü ilə öz aralarında sadəcə hadisəni müzakirə etmiş, maşına baxmışlar, aralarında hər hansı başqa söhbət olmamışdır. Həmin vaxt itin sahibi ilə avtomobilin sürücüsü arasında hər hansı söhbət olmayıb. İddiaçının bir neçə iti var, lakin həmin vaxt hansı itin vurulması tam yadında deyil. O, sonra iş dalıyca başqa yerə getmiş, qayıdanda isə itin ayağının sarğılı olduğunu görmüşdür.
7. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 1562,4 (bir min beş yüz altmış iki manat qırx qəpik) manat və 35,63 (otuz beş manat altmış üç qəpik) manat dövlət rüsumu alınıb iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Göründüyü kimi iddiaçı İddiaçı ev heyvanları (itlər) saxlayır, onlara qulluq edir. ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh həmin vaxt idarə etdiyi Opel Astra markalı **- RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu Nic qəsəbəsində hərəkətdə olarkən “Çotari” kilsəsinin qarşısında iddiaçı İddiaçı məxsus Lagotto Romangolo cinsli iti vuraraq yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə zamanı it qabaq sağ ayağından xəsarət almış, ayağındakı humerus sümüyü sınmışdır. Bu faktı cavabdeh həm keçirilən məhkəmə iclaslarında, həm də Qəbələ RPŞ-də verdiyi izahatında etiraf etmişdir. Ona görə də də bu işin mübahisəsiz halıdır.
9. Hadisə zamanı itin qabaq sağ ayağı sınmışdır. Daha sonra iddiaçı tərəfindən itə tibbi yardım göstərilməsi, üzərində cərrahi əməliyyat icra olunması, eləcə də dərman və digər tibbi vasitələrinin alınması üçün pul vəsaiti xərclənmişdir.
10. İddiaçı “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması” Qaydalarına uyğun olaraq, itini baytar həkiminin müayinəsinə aparmış və it üzərində bir neçə dəfə cərrahi əməliyyat icra olunmuşdur.
11. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, ##.##.2025-ci il tarixdə 505 manat, ##.##.2025-ci il tarixdə 500 manat, ##.##.2025-cil tarixdə 133 manat, ##.##.2025-ci il tarixdə 183 manat və ##.##.2025-ci il tarixdə 100 manat olmaqla, ümumilikdə 1421 manat məbləğində “Caspianvet” klinikasına ödəniş edilmişdir.
12. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, ##.##.2025-ci il tarixdə 33,21 manat, məbğləğində “xxxx” MMC-yə məxsus “Aptek Buzovnaya, ##.##.2025-ci il tarixdə 12,60 manat “xxxx” MMC-yə məxsus “Aptek Buzovnaya, ##.##.2025-ci il tarixdə 10,95 manat “xxxx” MMC-yə məxsus “Aptek Buzovnaya, ##.##.2025-ci il tarixdə 12,30 manat “xxxx” MMC-yə məxsus Aptek 385-ə, ##.##.2025-ci il tarixdə 22,73 manat “xxxx” MMC-yə məxsus Aptekə və ##.##.2025-ci il tarixdə 49,61 manat “xxxx” MMC-yə məxsus “Aptek Buzovnaya olmaqla, ümumilikdə 141,40 manat məbləğində ödəniş edilmişdir.
13. Həmin ödənişlər iddia ərizəsinə əlavə olunmuş ödəniş qəbzləri və digər sənədlərlə də müəyyən olunur.
14. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 1571 manat məbləğində maddi ziyan tutulmasını tələb etmişdir.
15. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən müəyyən edilir ki, iddiaçı tərəfindən itin müalicəsinə ümumilikdə 1562,40 manat məbləğində xərc çəkilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə 1562,40 manat maddi zərərin tutulmasını əsaslı hesab edir.
16. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 1562,40 manat məbləğində pul cavabdeh Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.
17. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh 1562,40 manat məbləğində maddi ziyan alınıb iddiaçı İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1108.1-ci maddələri, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.43-cü mddəsi, “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasının 1.1-ci maddəsi, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması” Qaydalarının 1.6-cı maddəsi, “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən narazı qalan cavabdeh X3 apellyasiya şikayəti vermişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur.
21. Belə ki, birinci instansiya məhkəməsi qətnamədə ümumiyyətlə mülki hüquq pozuntusunun nədə ifadə olunmasını əsaslandırmamış, bu səbəbdən əsassız olaraq tərəfimdən mülki hüquq pozuntusu olunması qənatinə gəlinmişdir.
22. İddiaçıya məxsus heyvana, yəni itin sağlamlığına ziyan dəyməsi iddiaçıının şəxsi və ailə həyatına hüquqazidd müdaxilə olsa da, bu hadisə onun tərəfindən birbaşa qəsdlə törədilməsi sübuta yetirilmir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinin tələbindən göründüyü kimi həmin maddə ilə məsuliyyətin yaranması üçün onun əməlimdə təqsir olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı da bildirmişdir ki, o, iddiaçıya məxsus iti bilərəkdən vurmamışdır. Ümumiyyətlə həmin it onun qabağına qəflətən çıxmış və hadisənin qarşınını almağa real imkanları olmamışdır. Məhkəmə isə hadisə zamanı təqsirli olub-olmadığını müəyyən etməmiş, iddiaçı isə təqsirliliyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Nəticədə əməlində təqsirlilik müəyyən edilmədən əsassız olaraq qətnamə çıxarılmışdır.
24. O, iddiaçıya məxsus iti qarşısı alınmaz qüvvənin təsiri nəticəsində vurmuşdur. Bu hal isə məhkəmə tərəfindən ekspertiza keçirilməklə müəyyən edilə bilərdi. Belə ki, məhkəmə tərəfindən ekspertiza keçirilərək həmin anda onun iti vurmamaq üçün imkanı olub-olmaması araşdırılmalı idi. Əgər qanunla nəzərdə tutulmuş surət həddində getdiyi yerdə qəflətən qarşısına it çıxıbsa və həmin itin sağlamlığına ziyan dəyibsə buna məsuliyyəti o, daşımamalıdır.
25. Məhkəmə tərəfindən əməlində təqsir olması müəyyən edilməmişdir. Təqsir inzibati xəta haqqında qərarlarla, məhkəmə qərarları və hökmləri ilə və s. formada müəyyən oluna bilər. Lakin qeyd etdiyi hallara dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə isə öz təşəbbüsü ilə bu istiqamətdə hər hansı araşdırma aparmamışdır. Əgər o, iddiaçının iddia etdiyi kimi avtomobillə yüksək surətlə hərəkət etmişsə, bu zaman it zərər görməz, əksinə hadisədən dərhal sonra ölərdi. İtin ölməməsi isə onun avtomobili həmin ərazidə nəzərdə tutulmuş surət həddi ilə idarə etməyini göstərməkdədir. Yəni hadisədə onun hər hansı təqsiri olmamışdır.
26. Odur ki, apellyasiya şikayətinin təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülkhüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyator Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul edilən qətnamə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh idarə etdiyi Opel Astra markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu Nic qəsəbəsində hərəkətdə olarkən “Çotari” kilsəsinin qarşısında iddiaçı İddiaçı məxsus olan Lagotto Romangolo cinsli nəzarətsiz qalmış it qəfildən avtomobilin qarşısına çıxmış, Cavabdeh isə idarə etdiyi Opel Astra markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə iti vurmuş və həmin hadisə zamanı it qabaq sağ ayağından xəsarət almış, ayağındakı humerus sümüyü sınmışdır. Daha sonra iddiaçı tərəfindən itə tibbi yardım göstərilməsi, üzərində cərrahi əməliyyat icra olunması, eləcə də dərman və digər tibbi vasitələrinin alınması üçün pul vəsaiti xərclənmişdir. İddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona maddi ziyan dəyməsini əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddia qəbul edilməmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi qətnamədə ümumiyyətlə mülki hüquq pozuntusunun nədə ifadə olunmasını əsaslandırmaması, hadisə zamanı təqsirli olub-olmadığını müəyyən etməməsi, iddiaçının onun təqsirliliyinə dair məhkəməyə hər hansı sübut təqdim etməməsi, nəticədə əməlində təqsirlilik müəyyyən edilmədən əsassız olaraq qətnamə çıxarılmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də məhkəmə iddiaçının əmlakına zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyət yarandığı qənaətinə gəlmişdir.
39. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
41. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir.
42. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi mötəbər sübutlarla təsdiqini tapmadığı halda düzgün olmayaraq iddianın təmin edilməsi qənatinə gəlmişdir. 44.Belə ki, iş materiallarında olan sübutlarla iddiaçının itinin ayğının sınması nəticəsində həmin itin müalicəsi üçün iddiaçı tərəfindən vəsait xərclənməsi təsdiq olunsada, iddiaçının itinin ayağının sınması məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim olunmamışdır.
45. Kollegiya qeyd edir ki, işin müəyyən olunmuş halı ondan ibarətdir ki, iddiaçının iti nəzarətsiz qalmış və qəfildən cavabdehin idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Belə olan təqdirdə cavabdehin hadisənin qarşısını almağa real imkanının olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır, həmçinin hadisədən uzun müddət keçməsini nəzərə alsaq və polis orqanında məhz həmin hadisə ilə bağlı hər hansı araşdırma aparılmadığından hazırkı vəziyyətdə hadisənin sürücünün təqsirli hərəkətləri nəticəsində baş verməsini müəyyən etmək mümkün deyildir. Yəni hazırkı vəziyyətdə iş materialarında olan sübutlarla cavabdeh tərəfindən hüquq qaydasının pozulmasını (hərəkət və ya hərəkətsizlik) müəyyən etmək mümkün deyil, iddiaçı tərəfindən isə qeyd olunan halları təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır.
46. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş maddi ziyanın məhz cavabdehin təqsirli hərəkətləri (hərəkət və ya hərəkətsizlik) nəticəsində baş verməsi öz təsdiqini tapmadığı halda birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddianın təmin olunaraq dəymiş ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması əsassız olmuşdur.
47. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
49. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
50. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.