Məhkəmə qərarları › İş №2(3-10)-446/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-446/2026

16.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-446/2026 16.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlak) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə olunmuş Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin satışından əldə olunmuş pul məbləğinin yarısının, yəni 25000 manat məbləğində pulun və məhkəməyə iddia ərizəsi vermək üçün ödədiyi 165 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır. Belə ki, o, cavadeh ilə 2005-ci ildə faktiki, ## #### 2006-cı ildə isə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan ## #### 2006-cı il təvəllüdlü X2 və ## #### 2009-cu il təvəllüdlü X3 adlı iki övladları olmuşdur. O, cavabdeh ilə boşanmaq qərarına gəldiyi üçün, qanuna müvafiq olaraq ilkin mediasiya sessiyasının keçirilməsindən ötrü Mediasiya Şurasına müraciət etmişdir. ## ###### 2023-cü il tarixdə mediasiya prosesi zamanı nikahın pozulması, birgə nikahdan əldə edilmiş əmlakın bölünməsi, uşaqların ananın himayəsində qalması və aliment tələbi üzrə tam mediasiya sessiyası keçirilmişdir. Mediasiya prosesi zamanı cavabdeh ilə aralarında ## ###### 2023-cü il tarixdə “barışıq sazişi” bağlanmışdır. Belə ki, həmin barışıq sazişinə əsasən ## #### 2006-cı il təvəllüdlü X2 və ## #### 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər yanvar ayın 1dən 10-dək 470 manat sabit pul məbləğində aliment ödəməyi, Cavabdeh ## #### 2006- cı il təvəllüdlü X2 və ## #### 2009-cu il təvəllüdlü X3 ilə hər həftənin bazar günü günorta saat 13:00-dan axşam 18:00-dək ünsiyyətdə olmasına dair, eləcə də, Cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin 1 ay ərzində satışını həyata keçirərək bu satışdan əldə olunacaq pul vəsaitinin 50 faizini ona ödəməyi öhdəsinə götürmüşdür. Mediasiya təşkilatında cavabdeh ilə barışıq sazişi bağlasa da, cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırtdığı üçün məhkəməyə müraciət etmişdir. Ucar Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə ərizəsi qismən təmin edilərək, ## ###### 2023-cü il tarixdən başlayaraq, ## #### 2006-cı il təvəllüdlü X2 və ## #### 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün maraqlı şəxs Cavabdeh onun xeyrinə hər ay, hər uşaq üçün 235 manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasına, eləcə də, maraqlı şəxs Cavabdeh ## #### 2006-cı il təvəllüdlü X2 və ## #### 2009-cu il təvəllüdlü X3 ilə hər həftənin bazar günü günorta saat 13:00-dan axşam 18:00-dək ünsiyyətdə olmasına dair onun ilə maraqlı şəxs Cavabdeh arasında ## ###### 2023-cü il tarixdə bağlanmış, mediasiya reyestrində MŞB/8/2023-02625 nömrə ilə qeydiyyata alınmış barışıq sazişinin təsdiq edilməsi, ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, maraqlı şəxs tərəfindən sazişin münahisələndirilən 5-ci bəndinə münasibətdə, yəni Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin (tərəflərin birgə nikahı dövründə əldə edilməsi müəyyən olunmaqla açıq hərracdan satışa çıxarılaraq əldə ediləcək pul vəsaitinin tərəflər arasında yarı bölünməsi barədə sazişi tərtib etsə də) satılaraq tərəflər arasında bölgüsünə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, mediasiya təşkilatı tərəfindən sözügedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmaması müəyyən edilmədən, yəni əmlakın hüquqi rejimi aşkar edilmədən saziş tərtib edilərək imzalanmışdır. Sözügedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə məlumatlar olmadığından həmin hissədə bəndin təsdiq edilməsi istisna edilir. Hakimin verdiyi qərardan narazı qalsa da, vəkilinin məsuliyyətsizliyindən zamanında qətnamədən şikayət verə bilməmişdir. Lakin Ucar Rayon Məhkəməsinin qətnaməsindən də görünür ki, həmin bəndin təsdiq edilməməsinin yeganə səbəbi evin özbaşına tikili olmasıdır. Lakin həmin evin birgə nikah dövrü əldə edilmiş və onların orada yaşamaqları mübahisənin predmeti deyildir. Həmçinin, həmin evin cavabdeh tərəfindən satışa çıxarılmasına dair video material növündə sübutları var. Hal-hazırda həmin ev satılmışdır və cavabdeh ona və övladlarına pul verməkdən konkret olaraq imtina etmişdir. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evini birgə nikah dövründə almışlar. Onda olan dəqiq məlumata görə cavabdeh sözügedən evi 50000 manata satmış və bu satışdan əldə olunan puldan ona bir manat belə olsun verməmişdir. Nəticədə onlar yaşadıqları evdən məhrum olunmaqla yanaşı kirayədə yaşamaq məcburiyyətində qalmışıdır, ona görə də məhkəməyə müraciət etməli olmuşdur.

3. Cavabdeh məhkəməyə mülki iş üzrə iddia ərizəsinə etiraz göndərmiş və etirazda göstərmişdir ki, o, iddiaçı ilə Bakı şəhərində yaşamışdır. Həmin vaxt o, tanışına məxsus evi, yəni Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 kv.m olan 4 otaqlı evi pulunu hissə-hissə verməklə almaq istəmişdir. Həmin ev yaşayış üçün elə də normal deyildir. Həmin evə aid heç bir sənəd olmamışdır. Onların birgə nikahları pozularkən o, hüquqi cəhətdən savadı olmadığından və mediator ona arayışda qeyd etdiklərini başa salmadığından o, həmin mediasiya arayışını imzalamışdır. Əslində isə həmin ev ona yox, tanışına məxsusdur. Heç tanışının da adına heç bir sənəd yoxdur. Onların birgə nikahları pozulduqdan sonra o, evi 13000 manata tanımadığı şəxsə satmışdır. Evin sənədi olmadığından satmaq deyil, elə-belə pulu alıb evdən çıxmışdır. Iddiaçı isə iddia ərizəsində həmin evi onun guya 50000 manata satmağını bildirmişdir. Həmin yerdə heç sənədli evlər o, qiymətə deyil. Ucar Rayon Məhkəməsinin qətnaməsində də həmin evin özbaşına tikili olması qeyd edilmişdir. Bundan əlavə, həmin ev birgə nikah dövründə əldə edilsə də həmin torpaq sahəsinin heç bir sənədi yoxdur. Ancaq həmin evin mülkiyyətçisi kim olması belə heç kimə bəlli deyildir. Əgər evin hüquqi sənədi olsaydı, onda mülkiyyətçidən söz gedə bilərdi. Odur ki, iddiaçının ona qarşı pul tələbi barədə iddiasının rədd edilməsini xahiş edir.

Birinci instansiya məhkəməsində icraat:

4. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini bildirmiş və izahatında iddia ərizəsinə etirazda göstərilənləri təsdiq etdiyini bildirmişdir.

5. Ucar Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi (hakim Hilal Xəlilov) ilə iddianın qismən təmin edilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsində, 0,03 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin hazırkı likvid qiymətinin-35000 (otuz beş min) manatın ikidə bir hissəsi 17500 (on yeddi min beş yüz) manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumuna görə 115 (bir yüz on beş) manat 50 (əlli) qəpik məbləğində pul cavabdeh Cavabdeh alınıb iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 300 (üç yüz) manat “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və 350 (üç yüz əlli) manat “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

6. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iş materialları ilə müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində, 0,03 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə qazandıqları əmlakdır, qeyd olunan daşınmaz əmlak dövlət reyestrində qeydə alınmasa da iş materiallarından görünür ki, tərəflər arasında mediasiya prosesində həmin əmlakla bağlı barışıq sazişi bağlanmışdır. Iddiaçı, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin satışından əldə olunmuş pul məbləğinin yarısının, yəni 25000 manat məbləğində pulun və məhkəməyə iddia ərizəsi vermək üçün ödədiyi 165 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər azad surətdə və şərtlərini müəyyənləşdirməklə mediasiya prosesində barışıq sazişi bağlamışlar, odur ki, sonuncu hesabatda (rəydə) daşınmaz əmlakın likvid qiyməti nəzərə alınmaqla iddia qismən təmin edilməli, Abşeron rayonu, Hökməli qəsəbəsində, 0,03 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin hazırkı likvid qiymətinin- 35000 (otuz beş min) manatın ikidə bir hissəsi 17500 (on yeddi min beş yüz) manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumuna görə 115 (bir yüz on beş) manat 50 (əlli) qəpik məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə, cavabdehin etirazı və izahatı ilə bağlı qeyd edir ki, mülki prosessual qanunvericiliyinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

7. Mülki prosessual qanunvericiliyin qeyd olunan tələbi nəzərə alınmaqla iddiaçıdan və cavabdehdən iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 300 manat “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və 350 manat “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 34.1, 36.1. 36.2. 36.3, 36.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 390.1, 225.1 və 225.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

11. Işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qətnaməsində “xxxx” MMC-nin ## ###### 2025-cil tarixli hesabatını əsas götürərək iddianı təmin etsə də, nəyə görə sonuncu hesabata(rəyə) istinad etdiyini əsaslandıra bilməmişdir.

12. Işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almadan saxta qiymətləndirmə rəyi əsasında cavabdehə qarşı olan iddianın təmin edilməsini qət etmişdir. Belə ki, birinci instansiya məhkəməsi sonuncu hesabatla ilkin hesabatda eyni evin hazırkı bazar qiymətində kəskin fərqin olmasını aydınlaşdırmamış, sadəcə olaraq formal mülahizələr əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir

13. Odur ki, Ucar Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Ucar Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

19. Qərar: Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli Qərarının: 4.11-ci bəndinə əsasən Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ərarvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Apellyator Ucar Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin Iddiaçı X9 apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

26. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh 2005-ci ildə faktiki nikah münasibətlərinə daxil olaraq, ##.##.2006-cı il tarixdə rəsmi nikahlarını qeyd etdirmişlər. Birgə nikahdan ##.##.2006-cı il tarixdə Röyal, ##.##.2009-cu il tarixdə Tunar adlı iki uşaqları dünyaya gəlmişdir. Tərəflər boşanmaq qərarına gəldiyi üçün mediasiyaya müraciət etmişdir. Mediasiya prosesi zamanı tərəflər nikahın pozulması, birgə nikahdan əldə edilmiş əmlakın bölünməsi, uşaqların ananın himayəsində qalması və aliment tələbi üzrə razılığa gələrək ## ###### 2023-cü il tarixdə “barışıq sazişi” bağlamışlar. Barışıq sazişinin şərtlərinə əsasən ## #### 2006-cı il təvəllüdlü X2 və ## #### 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər yanvar ayın 1-dən 10-dək 470 manat sabit pul məbləğində aliment ödəməyi, Cavabdeh ## #### 2006- cı il təvəllüdlü X2 və ## #### 2009-cu il təvəllüdlü X3 ilə hər həftənin bazar günü günorta saat 13:00-dan axşam 18:00-dək ünsiyyətdə olması, eləcə də, Cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin 1 ay ərzində satışını həyata keçirərək bu satışdan əldə olunacaq pul vəsaitinin 50 faizini ona ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh barışıq sazişinin şərtlərini yerinə yetirmədiyi üçün iddiaçı İddiaçı barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və Ucar Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilərək, ## ###### 2023-cü il tarixdən başlayaraq, ## #### 2006-cı il təvəllüdlü X2 və ## #### 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün maraqlı şəxs Cavabdeh onun xeyrinə hər ay, hər uşaq üçün 235 manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasına, eləcə də, maraqlı şəxs Cavabdeh ## #### 2006-cı il təvəllüdlü X2 və ## #### 2009-cu il təvəllüdlü X3 ilə hər həftənin bazar günü günorta saat 13:00-dan axşam 18:00-dək ünsiyyətdə olmasına dair ## ###### 2023-cü il tarixdə bağlanmış, mediasiya reyestrində MŞB/8/2023-02625 nömrə ilə qeydiyyata alınmış barışıq sazişinin təsdiq edilməsi, ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə barışıq sazişinin şərtlərini müzakirə edərkən belə qənaətə gəlmişdir ki, maraqlı şəxs tərəfindən sazişin münahisələndirilən 5-ci bəndinə münasibətdə, yəni Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin (tərəflərin birgə nikahı dövründə əldə edilməsi müəyyən olunmaqla açıq hərracdan satışa çıxarılaraq əldə ediləcək pul vəsaitinin tərəflər arasında yarı bölünməsi barədə sazişi tərtib etsə də) satılaraq tərəflər arasında bölgüsünə münasibətdə qeyd etmişdir ki, mediasiya təşkilatı tərəfindən sözügedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıbalınmaması müəyyən edilmədən, yəni əmlakın hüquqi rejimi aşkar edilmədən saziş tərtib edilərək imzalanmışdır. Sözügedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə məlumatlar olmadığından həmin hissədə bəndin təsdiq edilməsi istisna edilir. Iddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evini birgə nikah dövründə alınmasını, cavabdeh tərəfindən sözügedən evin 50000 manata satılmasını və bu satışdan əldə olunan puldan onun payının verilməməsini əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmiş, cavabdeh isə mübahisəli evin tanışının evi olduğunu, həmin evdə müvəqqəti olaraq yaşadıqlarını, mediasiya prosesində barışıq sazişi bağlanarkən hüquqi cəhətdən savadı olmadığından və mediator ona arayışda qeyd etdiklərini başa salmadığından sazişi oxumadan imzalanmasını bildirərək iddianı qəbul etməmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassızdır.

28. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinə uyğun araşdırmalar aparmış və işdə olan sübutlara hüquqi qiymət verməklə hesab etmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində, 0,03 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə qazandıqları əmlakdır.

29. Cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsi tərəfindən mübahisəli fərdi yaşayış evinin dəyərinin düzgün müəyyən olunmaması, yəni “xxxx” MMCnin ## ###### 2025-cil tarixli hesabatını əsas götürərək iddianı təmin etməsi ilə bağlı olmuşdur.

30. Kollegiya cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edərək qeyd edir ki, Iş materiallarında olan “xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında istifadədə olan 0.03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin hazırki bazar qiyməti 13200 manat təşkil edir. 31.Iş materiallarında olan “xxxx” MMC-nin ## ####### 2024-cü il tarixli hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin ## ####### 2024- cü il tarixinə bazar dəyəri 41100 manat kimi müəyyən edilmişdir.

32. Iş materiallarında olan “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli hesabatından görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində, 0,03 ha torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 99,0 kv.metr olan, 4 otaqlı fərdi yaşayış evinin hazırkı bazar qiyməti 42000 manat və likvid qiyməti 35000 manat təşkil edir.

33. Kollegiya qeyd edir ki, daşınmaz əmlakla bağlı mövcud bazar qiymətlərinə nəzər saldıqda Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində 0,03 ha torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 99,0 kv.metr olan, 4 otaqlı fərdi yaşayış evinin dəyərinin 13200 manat olması ağlabatan deyildir.

34. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq “xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli qiymətləndirmə rəyi ilə razılaşmayaraq təkrar qiymətləndirici dəvət etmişdir.

35. “xxxx” MMC-nin ## ####### 2024-cü il tarixli və “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli mütəxəssis rəylərinə nəzər saldıqda isə müəyyən olunur ki, mübahisəli evin dəyəri hər iki MMC-nin mütəxəssisləri tərəfindən təxminən eyni qiymətləndirilmişdir.

36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli mütəxəssis rəyini mübahisənin həllində iş üzrə mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur.

37. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli mütəxəssis rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, həmçinin cavabdeh bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

39. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

41. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

42. Kollegiya qeyd edir ki, apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsi və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilməmişdir.

43. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ucar Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ucar Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar