Məhkəmə qərarları › İş №2(3-10)-453/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-453/2026

05.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-453/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçı İddiaçı, apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qəsdən törədilmiş yanğın nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları Iddiaçı İddiaçı ## ######## 2024-cü ildə cavabdeh Cavabdeh qarşı “qəsdən törədilmiş yanğın nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, qəsdən törədilmiş yanğın nəticəsində İddiaçı evinə vurulmuş 25000 (iyirmi beş min) manat məbləğində maddi zərərin və iddiaçı tərəfindən ödənilmiş 165 manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Ağdaş rayonunun Orta Qəsil kəndində yaşayır. ## ###### 2023-cü il tarixdə Bakı şəhərinə gəlinini müalicəyə aparmışdır. ## ###### 2023-cü il tarixdə gecə saatlarında oğlu Rəcəb zəng vuraraq, evinin yandığını bildirmişdir. Həmin ərəfələrdə onların kəndində və qonşu kənddə 8 yanğın hadisəsi baş vermişdir, yəni 8 nəfərin mal tövlələri, ot kipləri, hətta 1 nəfərin evi yandırılmışdır. Baş vermiş yanğının kiminsə tərəfindən qəsdən törədildiyini fikirləşdiyi üçün hadisə barədə Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonradan məlum olub ki, həmin yanğını törədən Cavabdehdur. Ev iki otaqdan ibarətdir, qabağı eyvandır. Oğlu Şahid Qədir oğlu onun evindən 70-80 metr məsafədə yaşayır. O, pəncərədən evin yandığını görmüşdür. Bu hadisə nəticəsində xəsarət alan olmasa da, ona xeyli ziyan dəymişdir. Lakin dəymiş ziyan ödənilməmişdir. Bundan sonra Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılmış və Cavabdeh barəsində ## ##### 2024-cü il tarixdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Belə ki, Cavabdeh əməlləri nəticəsində onun evinə 25000 manata yaxın ziyan dəymişdir. Həmin vurmuş olduğu 25000 manat ziyanı Cavabdeh tələb etsə də, həmin ziyanı ödəməkdən imtina edir. Hesab edir ki, Cavabdeh tərəfindən evinə vurmuş olduğu 25000 (iyirmi beş min) manat ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Ağdaş Rayon Məhkəməsinin (hakim Aygün Mürsəlova) ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qəsdən törədilmiş yanğın nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində “Cavabdeh 17800 (on yeddi min səkkiz yüz) manat məbləğində dəymiş ziyan və 143 (yüz qırx üç) manat 40 qəpik ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı İddiaçı verilməsi, iş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 500 (beş yüz) manatın cavabdeh Cavabdeh tutulub “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi” qət olunmuşdur. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə proses tərəflərinin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş RIHB-nın Qulbəndə kənd IƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, *-**-**/*-***/**** saylı arayışın surətindən görünür ki, ##.##.1963-cü il təvəllüdlü məcburi köçkün İddiaçı həqiqətən də hal-hazırda Ağdaş rayon Orta Qəsil kəndində məskunlaşmışdır. Onun aşağıdakı ailə tərkibi vardır: oğlu- X1 ##.##.1989, gəlini- X7 ##.##.1989, nəvəsi- X2 ##.##.2013, nəvəsi- X3 ##.##.2015, nəvəsi- X4 ##.##.2019. Işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 6604,50 (altı min altı yüz dörd manat 50 qəpik) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Işin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2024-cü il tarixli qərarın surətindən görünür ki, şikayət təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Işin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, **** saylı qiymətləndirmə rəyindən görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində, Ağdaş rayonu, Orta Qəsil kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş ziyanın məbləği və onun bərpası üçün tələb olunan vəsait təxminən 17800 manat hesablanmışdır. Qiymətləndirmə işi Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununun tələblərinə və Əmlakın Qiymətləndirilməsi üzrə Beynəlxalq Standartlar Komitəsinin müəyyən etdiyi prinsiplərə uyğun olaraq, təqdim olunmuş smeta sənədləri və məhkəmə orqanı tərəfindən təqdim edilmiş iş materialları əsasında, xərc yanaşması tətbiq edilməklə aparılmışdır. Işin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş qiymətləndirmə rəyindən görünür ki, aparılmış tədqiqatın dəyəri 500 (beş yüz) manat təşkil edir. Işin materiallarında olan ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 165 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ailəsi ilə birlikdə Ağdaş rayonu Orta Qəsil kəndində yaşamış, Bakı şəhərində olan zaman ## ###### 2023-cü il tarixdə gecə saatlarında evində yanğın baş vermişdir. Araşdırma nəticəsində həmin yanğını törədən şəxsin Cavabdeh olması məlum olmuşdur. Ağdaş Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Ağdaş Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Iddiaçı cavabdehdən 25000 manat ziyan tələb etsə də, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, **** saylı qiymətləndirmə rəyinə əsasən dəymiş ziyanın məbləği 17800 manat hesablanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qəsdən törədilmiş yanğın nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh Cavabdeh 17800 (on yeddi min səkkiz yüz) manat məbləğində dəymiş ziyan və 143,40 (yüz qırx üç manat 40 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı İddiaçı verilməli, iş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 500 (beş yüz) manat cavabdeh Cavabdeh tutulub “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1 və 1108.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 81, 89.3, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri Cavabdeh Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qəsdən törədilmiş yanğın nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qəsdən törədilmiş yanğın nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, qəsdən törədilmiş yanğın nəticəsində İddiaçı evinə vurulmuş 25000 (iyirmi beş min) manat ziyan və iddiaçı tərəfindən ödənilmiş 165 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qəsdən törədilmiş yanğın nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 17800 manat məbləğində dəymiş ziyan və 143 manat 40 qəpik ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı İddiaçı verilməsi, iş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 500 manatın cavabdeh Cavabdeh tutulub “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi və iddia tələbinin qalan hissədə isə təmin edilməməsi qərara alınmışdır. O, qətnaməni ##.##.2026-cı il tarixdə məhkəmənin inzibati binasında qol çəkərək almışdır. Hesab edir ki, işə baxılan zaman hakim tərəfindən onun hüquqları pozulmuşdur. Belə ki, o, ailə vəziyyəti ilə əlaqədar Rusiyaya getmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, ekspert onun iştirakı olmadan mübahisə predmeti olan evə baxış keçirmiş, əsassız olaraq, ##.##.2025-ci il tarixdə rəy verilərək, evə dəymiş ziyan 17800 manat məbləğində qeyd edilmişdir. Qeyd edir ki, ekspert rəyi tamamilə yalanlar üzərində qurulmuşdur. Çünki baxışda o, iştirak etməmişdir. Həmçinin, iddiaçı özü məhkəmə zalında bildirib ki, 600 manat pul verərək ekspert gətirib. Belə çıxır ki, rəy tamamilə saxtadır. Hakim də həmin saxta rəyə əsasən qətnamə qəbul edib. Halbuki, o, rəy ilə tanış deyildir. Məhkəməyə vəsatətlə müraciət edərək, rəyin surətinin ona təqdim edilməsini, rəylə tanış olmağı üçün şərait yaradılmasını xahiş etsə də, məhkəmə onu rəyi vermək adı ilə 3 saatdan artıq saxlayaraq, sonra zala çağırıb ərizəsinə münasibət bildirmədən qanunsuz olaraq əsassız və tələsik qətnamə qəbul etmişdir. Hakim sanki tələsirdi ki, işi qurtarsın. Halbuki, məhkəmə ədalətli qərar qəbul etməli idi. Hesab edir ki, iddiaçının iddiada istinad etdiyi qanunvericiliklə tələbi tam əsassızdır. Ilk öncə onu qeyd edir ki, iddiaçı yanğın baş vermiş evdə uzun illərdir ki, yaşamırdı. Ümumiyyətlə həmin evdə 1000 manatdan az dəyərdə, köhnə, yararsız əmlaklar qalmışdır. Hətta, həmin dövrlərdə iddiaçı uzun müddət idi ki, Bakı şəhərində yaşayırdı. Bundan başqa qeyd edilən evin iddiaçının mülkiyyətində olmasına dair hər hansı bir sübut mövcud deyildir. Ümumiyyətlə iddiaçının həmin evə dair hər hansı bir mülkiyyət hüququ yoxdur. Belə ki, konstitusiyada təsbit edilmiş vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hesab edir ki, məhkəmə qətnaməsi ilə onun hüquqları pozulmuşdur. Hakim qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Buna bariz nümunə, ekspert baxışında onun iştirak etməməyi, qanunsuz olaraq şişirdilmiş rəqəmlərlə bəzədilmiş, saxta rəy əsasında Hakimin qətnamə qəbul etməsidir. Halbuki, o, rəy ilə tanış olmamışdır. Məhkəməyə vəsatətlə müraciət edərək, rəyin surətinin ona təqdim edilməsini, rəylə tanış olmağı üçün şərait yaradılmasını xahiş etsə də, məhkəmə onu rəyi verəcək adı ilə 3 saatdan artıq saxlayaraq sonra zala çağırıb ərizəsinə münasibət bildirmədən qanunsuz olaraq əsassız və tələsik qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə tərəfindən əsassız araşdırma aparılmış və işə səthi, yalnız iddiaçının maraqlarından yanaşılmışdır. Mübahisə predmeti olan əmlaka dair 3 ekspert rəyi mövcuddur. 1-ci rəydə ziyanın məbləği 2180 manat, 2-ci rəydə ziyanın məbləği 4400 manat, 3-cü nəhayət saxta və qanunsuz alınmış rəydə isə ziyanın məbləği 17800 manat olmuşdur. Əvvəlki iki rəy dövlət qurumu olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş, saxta rəy isə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmişdir. Rəylər qarşılaşdırıldıqda açıq-aşkar görünür ki, sonuncu rəydə bütün qiymətlər qəsdən şişirdilib, hətta ilk rəylərdə olmayan əmlaklar həmin rəyə daxil edilərək saxta qiymətlərlə rəy tərtib edilib. Hakim də həmin saxta rəylə onu tanış etmədən qanunsuz qətnamə qəbul edib. Qeyd edir ki, qanunsuz rəy ilə ##.##.2026-cı il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə tanış olmuşdur. Məhkəmə tərəfindən sübutlara obyektiv və hərtərəfli qiymət verilməmişdir. Halbuki vurulmuş ziyan ilə bağlı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyi, məhkəmənin inzibati qərarı var. Lakin, hakim qanunsuz olaraq aldığı rəy ilə qanunsuz qətnamə qəbul etmişdir. Sübutlar düzgün alınsaydı, məhkəmə iş üzrə toplanmış digər sübutlarla yoxlayaraq və qiymətləndirərək onun xeyrinə qərar verərdi. Çünki, məhkəmə tərəfindən iş düzgün araşdırılmamış, iddiaçının sübutları saxta, eyni zamanda tam olmadığı halda, düzgün qətnamə qəbul edilməmişdir. Düşünür ki, məhkəmə sübutları qarşılıqlı yoxlayıb aydın qərar qəbul edə bilərdi. Belə ki, həmin evin iddiaçıya məxsus olması və həmin evdə sonuncu saxta rəydə olan əmlakların olması araşdırılsaydı, onun haqlı olduğu tam sübuta yetərdi.

- 3.2). Apellyasiya şikayətinə qarşı etiraz Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.

4. Iş üzrə apellyasiya icraatı:

- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə ## #### 2026-cı il və ## ###### 2026-cı il tarixlərində keçirilən məhkəmə iclaslarına iddiaçı İddiaçı və apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh gəlmişlər. Məhkəmə iclaslarında apellyasiya şikayətini vermiş cavabdeh Cavabdeh Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı tərəfindən ona qarşı verilmiş “qəsdən törədilmiş yanğın nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdi. Məhkəmə iclaslarında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini bildirib, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. Bundan əlavə, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə ## #### 2026-cı ildə tərəflərin iştirakı ilə keçirilən məhkəmə iclasında qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli *(*-**)-***/**** nömrəli qərаrdаdına əsasən apellyasiya şikayəti üzrə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədi ilə məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilmiş və həmin qərardad əsasında müstəqil qiymətləndirici “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## #### 2026-cı il tarixli, MB-**/**** nömrəli “Qiymətləndirmə Hesabatı” tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. X14 tədqiqatın nəticəsi olaraq göstərilmişdir ki, 1) ## ###### 2023-cü il tarixdə baş vermiş yanğın hadisəsi zamanı Ağdaş rayonu Orta Qəsil kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş zərər (əvəzetmə dəyərindən fiziki aşınma çıxılmaqla) 8900 (səkkiz min doqquz yüz) manat təşkil edir. 2) ## ###### 2023-cü il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində yanmış həmin evin bərpa edilməsi, yəni həmin evin yanğından əvvəl mövcud olmuş texniki vəziyyətinə uyğun yaşayış üçün yararlı vəziyyətə gətirilməsi üçün 13222 (on üç min iki yüz iyirmi iki) manat vəsait tələb olunur. Qeyd: Qərar üzrə təqdim edilmiş suala əlavə olaraq Ədliyyə Nazliyinin Məhkəmə Ekspertiza Mərkəzinin *-**-**/*-*/**-*/**-**/** nömrəli 21 ferval 2024-cü il tarixli Eskpert rəyinə əsasən yanğın nəticəsində evdə olan və zərər dəymiş əşyaların siyahısına əsasən yanğın nəticəsində əşyalara dəymiş ziyanın məbləği isə 1864 (bir min səkkiz yüz iyirmi dörd) manat təşkil edir. Həmçinin, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar yaranmış zərurətlə əlaqədar ## ###### 2023-cü il tarixdə baş vermiş yanğın hadisəsi üzrə cavabdeh Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Ağdaş Rayon Məhkəməsinin icraatında olmuş *(***)-***/**** nömrəli inzibati xəta haqqında işin materialları məhkəmə iclasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, Ağdaş Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarına əsasən ## ###### 2023-cü il tarixində, saat 23:00 radələrində Ağdaş rayonu Orta Qəsil kəndində İddiaçı məxsus evi qəsdən yandıraraq sonuncunun əmlakına 4403 manat maddi ziyan vurması ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 6604,50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və həmin qərar qanuni qüvvəsini aldıqdan sonra həmin cəzanın Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun icrası təmin edilmişdir. Eyni zamanda, *(***)-***/**** nömrəli inzibati xəta haqqında işin materiallarında olan Ağdaş rayon X6 Bölməsinin müstəntiqinin ## ##### 2024-cü il tarixli, HK-*/**** nömrəli qərarı və həmin işə əlavə edilmiş müvafiq ekspertiza rəyləri ilə müəyyən olunur ki, aparılan araşdırma nəticəsində ## ###### 2023-cü il tarixdə təxminən gecə saat 2300 radələrində Cavabdeh Ağdaş rayonu Orta Qəsil kəndində yerləşən İddiaçı evinin həyətinə, daha sonra isə yataq otağına pəncərədən daxil olaraq alışqandan istifadə etməklə otaqda olan xalça ilə döşəyi qəsdən alışdırmaqla, qəsdən yanğın törətməsi və bununla da, həmin fərdi yaşayış evinin bir hissəsini və içərisində olan bir sıra əşyaları yandıraraq, sonuncuya ümumilikdə 4403 manat məbləğində maddi ziyan vurması sübuta yetdiyindən, lakin zərərçəkmişə məxsus evə və əşyalara vurulmuş həmin məbləğdə zərər cinayət əməlinin tərkibini yaratmadığına görə, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Ağdaş RPŞ-nin X13 göndərilməsi qərara alınmışdır. Qeyd etmək lazımdır ki, məlum hadisə nəticəsində dəymiş zərərin cəmi 4403 manat məbləğində qiymətləndirilməsi - həmin iş üzrə Ağdaş rayon X6 Bölməsində aparılan araşdırma zamanı keçirilmiş üç ekspertiza (qiymətləndirmə) rəyi əsasında müəyyən edilmişdir. Belə ki, ibtidai araşdırma zamanı keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış “kompleks məhkəmə-yanğın və texnoloji partlayışların tədqiqi və məhkəmə-əmtəəşünaslıq” ekspertizalarının ## ###### 2024-cü il tarixli, *-**-**/*-*/**-*/**-**/** nömrəli rəyində qiymətləndirilməsi üçün ekspertizaya təqdim edilən yanğın zaman yanmış və yararsız vəziyyətə düşmüş 17 addan ibarət əşyalardan 8 adda əşyaların ümumi dəyərinin cəmi 2180 manat məbləğində olduğu müəyyən edilmiş, digər 9 adda əşyaların isə ekspertiza ilə dəyərinin müəyyən edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Bundan sonra, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının ## ##### 2024cü il tarixli, */**** nömrəli rəyində qiymətləndirilməsi üçün ekspertizaya təqdim edilən yanğın zaman yanmış və yararsız vəziyyətə düşmüş 8 addan ibarət taxta və digər tikinti materiallarının ümumi dəyərinin cəmi 1798 manat məbləğində olduğu müəyyən edilmişdir. Bundan sonra, ibtidai araşdırma orqanının qərarı əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılan qiymətləndirmə üzrə tərtib edilmiş ## ##### 2024-cü il tarixli qiymətləndirmə rəyində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yuxarıda qeyd olunan ## ###### 2024-cü il tarixli, *-**- **/*-*/**-*/**-**/** nömrəli rəyində dəyəri müəyyən edilməmiş əşyaların dəyərinin isə ümumilikdə 425 manat məbləğində olduğu müəyyən edilmişdir. Beləliklə də, *(***)-***/**** nömrəli inzibati xəta haqqında işin materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən aparılan araşdırma zamanı məlum yanğın nəticəsində İddiaçı yanan evinin və evdə olan əşyalarının dəyəri kimi hər üç Rəy əsasında cəmi 4403 manat məbləğində maddi ziyanın vurulduğu müəyyən olunmuşdur: - 2180 manat (məişət və ev əşyaları) + 1798 manat (taxta və digər tikinti materialları) + 425 manat (xalça, geyim və digər məişət əşyaları) = 4403 manat.

- 4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qəsdən törədilmiş yanğın nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: ... 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

- 4.4). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini araşdırıb, iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə, tərəflərin iddia tələbi üzrə mövqelərinə, işdə olan sübutlara və mübahisənin konkret hallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, aşağıda qeyd olunanlara əsasən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilb, cavabdeh Cavabdeh 11505 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun 124,52 manat hissəsi olmaqla, cəmi 11629,52 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı İddiaçı ödənilməlidir. Belə ki, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, Ağdaş Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarına əsasən ## ###### 2023-cü il tarixində, saat 2300 radələrində Ağdaş rayonu Orta Qəsil kəndində iddiaçı İddiaçı faktiki sahibliyində və istifadəsində olan evi qəsdən yandıraraq, sonuncunun əmlakına 4403 manat maddi ziyan vurması ilə əlaqədar cavabdeh Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 6604,50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və həmin qərar qanuni qüvvəsini aldıqdan sonra həmin inzibati tənbeh tədbirinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun icrası təmin edilmişdir. Həmin inzibati xəta haqqında işin materiallarına əsasən məlum yanğın hadisəsi zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-*/**-*/**-**/** nömrəli rəyinə əsasən 8 adda məişət və ev əşyaların yanması və yararsız hala düşməsi nəticəsində cəmi 2180 manat, həmin Rəylə qiymətləndirilməsi mümkün olmayan xalça, geyim və digər məişət əşyalarının yanması nəticəsində isə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılan qiymətləndirmə üzrə tərtib edilmiş ## ##### 2024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən 425 manat və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının ## ##### 2024-cü il tarixli, */**** nömrəli rəyinə əsasən yanmış və yararsız vəziyyətə düşmüş 8 addan ibarət taxta və digər tikinti materiallarının yanması nəticəsində isə 1798 manat olmaqla, ümumilikdə cəmi dəymiş zərərin miqdarı 4403 manat məbləğində müəyyən edilmişdir. Iddiaçı İddiaçı isə ## ######## 2024-cü ildə “qəsdən törədilmiş yanğın nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair hazırkı iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək qəsdən törədilmiş yanğın nəticəsində evinə vurulmuş 25000 (iyirmi beş min) manat məbləğində maddi zərərin, cavabdeh Cavabdeh tutulmasını xahiş etsə də, iddiaçı tərəfindən yanmış əşyaların dəyəri və yanğın zamanı evə dəymiş zərər barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar yaranmış zərurətlə əlaqədar ## ###### 2023-cü il tarixdə baş vermiş yanğın hadisəsi üzrə cavabdeh Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Ağdaş Rayon Məhkəməsinin icraatında olmuş *(***)-***/**** nömrəli inzibati xəta haqqında işin materialları məhkəmə iclasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı məlum yanğın hadisəsi ilə əlaqədar aidiyyəti üzrə müvafiq dövlət qurumuna ünvanladığı ## ###### 2023-cü il tarixli şikayət ərizəsində (inzibati işin 49-cu vərəqi) həmin yanğın nəticəsində ona 10000 (on min) manat maddi ziyan dəydiyini, Ağdaş rayon Polis Şöbəsində aparılan araşdırma zamanı yazmış olduğu izahatında (inzibati işin 52-53-cü vərəqləri) isə ona 15000 (on beş min) manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Həmin iddia ərizəsi üzrə birnci instansiya məhkəməsində aparılan araşdırma zamanı müstəqil qiymətləndirici “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli, **** nömrəli qiymətləndirmə rəyində isə göstərilmişdir ki, məlum yanğın nəticəsində iddiaçı İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş ziyanın məbləği və onun bərpası üçün tələb olunan vəsaitin təxminən 17800 manat miqdarında olduğu müəyyən edilmişdir. Lakin, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə ## #### 2026-cı ildə tərəflərin iştirakı ilə keçirilən məhkəmə iclasında qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli *(*-**)-***/**** nömrəli qərаrdаdına əsasən müstəqil qiymətləndirici “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MB-**/**** nömrəli Qiymətləndirmə Hesabatından görünür ki, 1) ## ###### 2023-cü il tarixdə baş vermiş yanğın hadisəsi zamanı Ağdaş rayonu Orta Qəsil kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş zərər (əvəzetmə dəyərindən fiziki aşınma çıxılmaqla) 8900 manat təşkil edir; 2) ## ###### 2023-cü il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində yanmış həmin evin bərpa edilməsi, yəni həmin evin yanğından əvvəl mövcud olmuş texniki vəziyyətinə uyğun yaşayış üçün yararlı vəziyyətə gətirilməsi üçün 13222 manat vəsait tələb olunur. Yuxarıda təsvir olunanlara əsasən, ilk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hazırkı iddia ərizəsi ilə tələb etdiyi maddi zərər iki hissədən ibarətdir: - Həmin zərərin birinci hissəsi evdə olan məişət, geyim və digər ev əşyalarının yanması nəticəsində dəymiş zərərdir ki, bu zərərin miqdarı hadisə üzrə aparlına ibtidai araşdırma zamanı alınmış ekspertiza rəyləri, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-*/**-*/**- **/** nömrəli rəyinə əsasən 2180 manat və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ##### 2024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən 425 manat olmaqla, ümumilikdə cəmi 2605 manat miqdarında müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, sonradan hazırkı iş üzrə məhkəmə araşdırmasında qeyd olunan əmlakların dəyəri barədə qiymətləndirici MMC-lər tərəfindən fərqli rəylər verilsə də, yuxarıda qeyd olunan rəylərin məlum yanğın hadisəsi üzrə ilkin araşdırma zamanı verilməsi, hadisə ilə əlaqədar qəbul edilmiş Ağdaş rayon X6 Bölməsinin müstəntiqinin ## ##### 2024-cü il tarixli, HK-*/**** nömrəli qərarı, Ağdaş Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı, həmin qərarın qüvvədə saxlanması barədə qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı və işin digər yuxarıda sadalanan digər konkret halları belə qənaətə gəlməyə əsas verir ki, həmin yanğın hadisəsi nəticəsində iddiaçı İddiaçı məxsus fərdi yaşayış evində yanaraq yararsız hala düşmüş məişət, geyim və digər ev əşyalarının dəyəri ümümuilikdə cəmi 2605 manat miqdarında olmuşdur. Çünki, məhkəmə araşdırmaları zamanı məişət, geyim və digər ev əşyalarının yanması nəticəsində iddiaçı İddiaçı cəmi 2605 manat miqdarında ziyan dəyməsi iş üzrə hər hansı bir mötəbər sübutla təkzib olunmamışdır. - Digər tərəfdən, iddiaçının hazırkı iddia ərizəsi ilə tələb etdiyi maddi zərərin ikinci hissəsi isə məlum yanğın nəticəsində fərdi yaşayış evinə dəymiş ziyanla bağlıdır. Həmin hissə ilə əlaqədar ibtidai araşdırma zamanı alınmış olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının ## ##### 2024-cü il tarixli, */**** nömrəli rəyində 8 addan ibarət taxta və digər tikinti materiallarının ümumi dəyərinin cəmi 1798 manat məbləğində olduğu müəyyən edilmişdir. Yəni, həmin Rəydə evə dəymiş zərərin miqdarı kimi müəyyən edilmiş “1798 manat” həmin yanğın zamanı evin özünə dəymiş ümumi məbləği deyil, evin tikintisində istifadə edilmiş ayrı-ayrı tikinti materiallarının qiymətini əks etdirir. Buna görə də, məlum yanğın nəticəsində evin özünə dəymiş real zərərin miqdarının müəyyən edilməsi üçün apellyasiya icraatında müstəqil qiymətləndirici “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MB-**/**** nömrəli Qiymətləndirmə Hesabatı alınmışdır. Həmin Hesabatda isə ## ###### 2023-cü il tarixdə baş vermiş yanğın hadisəsi zamanı Ağdaş rayonu Orta Qəsil kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş zərərin 8900 manat məbləğində olduğu və həmin evin yanğından əvvəl mövcud olmuş texniki vəziyyətinə uyğun yaşayış üçün yararlı vəziyyətə gətirilməsi üçünsə 13222 manat vəsaitin tələb olunduğu qeyd olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası işin hallarını nəzərə almaqla, qeyd etməyi lazım bilir ki, cavabdeh Cavabdeh məlum yanğın nəticəsində törətmiş olduğu mülki hüquq pozuntusu ilə əlaqədar vurduğu zərər həcmində mülki hüquq məsuliyyəti daşıdığından və eyni zamanda, yanmış evin bərpasında sərf olunan pul vəsaitinin miqdarının bir çox amillərdən asılı olduğu üçün qeyri-müəyyən xarakter daşıması - belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh yanğın nəticəsində evin özünə vurulmuş real zərər olan 8900 manat həddində mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi, hazırkı mülki iş üzrə verilmiş apellyasiya şikayəti ilə əlaqədar aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh Cavabdeh törətmiş olduğu məlum yanğın nəticəsində məişət, geyim və digər ev əşyalarına görə 2605 manat miqdarında və evin özünə görə 8900 manat miqdarında olmaqla, iddiaçı İddiaçı ümumilikdə cəmi 11505 manat məbləğində maddi zərər vurmuşdur (2605 manat + 8900 manat = 11505 manat). Qeyd etmək lazımdır ki, iddiaçı İddiaçı məlum yanğın hadisəsi ilə əlaqədar aidiyyəti üzrə müvafiq dövlət qurumuna ünvanladığı ## ###### 2023-cü il tarixli şikayət ərizəsində - həmin yanğın nəticəsində ona 10000 (on min) manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eyni zamanda, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilərək, cavabdeh Cavabdeh 11505 (on bir min beş yüz beş) manat məbləğində maddi ziyan tutularaq, iddiaçı İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Iddia tələbi qalan hissədə təmin edilməməli və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Həmçinin, işin halları nəzərə alınmaqla, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 124,52 (yüz iyirmi dörd manat 52 qəpik) manat hissəsi cavabdeh Cavabdeh tutularaq, iddiaçı İddiaçı ödənilməlidir. Bundan əlavə, iş üzrə apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının (qiymətləndirmənin) dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaiti apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh tutularaq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) hesabına ödənilməlidir. Eləcə də, iş üzrə birinci instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının (qiymətləndirmənin) dəyəri olan cəmi 500 (beş yüz) manat məbləğində pul vəsaiti də cavabdeh Cavabdeh tutularaq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 11505 (on bir min beş yüz beş) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun 124,52 (yüz iyirmi dörd manat 52 qəpik) manat hissəsi olmaqla, cəmi 11629,52 (on bir min altı yüz iyirmi doqquz manat 52 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı İddiaçı ödənilsin. Iddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Iş üzrə apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının (qiymətləndirmənin) dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaiti apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh tutularaq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) hesabına ödənilsin. Iş üzrə birinci instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının (qiymətləndirmənin) dəyəri olan cəmi 500 (beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar