Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-468/2026 06.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi, qüvvə) Hakimlər X1 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Eyvazov Akif Məhərrəm oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülk iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh (bundan sonra - cavabdeh) iddiaçının xeyrinə ## ###### 2025-ci il tarixli kredit müqaviləsi üzrə 4865.33 manat əsas, 1305.02 manat faiz və 6.24 manat cərimə olmaqla, ümumilikdə cəmi 6176.59 manat borcun və 81.77 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vüsal Həsənli məhkəməyə elektron qaydada tələbin dəqiqləşdirilməsinə dair ərizə göndərərək cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə ## ###### 2025-ci il tarixli kredit müqaviləsi üzrə 4865.33 manat əsas, 1392.52 manat faiz və 6.24 manat cərimə olmaqla, cəmi 6264.09 manat borcun və ödənilmiş 81.77 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ## ###### 2025-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” IKB ASC-dən illik 25 faizlə 48 ay müddətinə 5000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. ## #### 2025-ci il tarixədək Cavabdeh banka ## ###### 2025-ci il tarixli kredit müqaviləsi üzrə 4865.33 manat əsas borc, 1305.02 manat faiz borcu və 12.47 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6182.82 manat borcu vardır. Cavabdeh ## ###### 2025- ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 12.47 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 6.235 manat məbləğində tələb olunur.Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının ##.##.2026-cı il tarixli rəyi məhkəməyə daxil olmuş və rəydən göründüyü kimi ## ###### 2023-cü il tarixli kredit müqaviləsi üzrə Elkşən Ağayevin ##.##.2025- ci il tarixə faiz borcu 1392.52 manat təşkil etmişdir. Hazırda Cavabdeh İddiaçı ASCyə ## ###### 2023-cü il tarixli kredit müqqaviləsi üzrə 4865.33 manat əsas, 1392.52 manat faiz və 6.24 manat cərimə olmaqla, cəmi 6264.09 manat məbləğində borcu vardır. Ona görə də cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə ## ###### 2025-ci il tarixli kredit müqaviləsi üzrə 4865.33 manat əsas, 1392.52 manat faiz və 6.24 manat cərimə olmaqla, cəmi 6264.09 manat borcun və ödənilmiş 81.77 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nərmin Qoşqarova) iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh ## ###### 2025-ci il tarixli kredit müqaviləsi üzrə 4865.33 manat əsas, 1305.02 manat faiz və 6.24 manat cərimə olmaqla, cəmi 6176.59 manat borc və 81.77 manat ödənilmiş dövlət rüsumu məbləğin tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 200 manat məbləğində pulun cavabdeh Cavabdeh tutulması, Az.MEM, VÖEN **********, hesab nömrəsi AZ34CTRE00000000000002088501, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 448.2, 449.1, 739.1, 740.1, 746.1-ci, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8, 8.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» ## ###### 2014-cü il tarixli qərarına, istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ##.##.2023-cü il tarixli, ***-TK-*-*-****-** nömrəli kart vasitəsilə kredit xəttinin ayrılmasına dair müqavilənin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***-TK-*-*-****-** nömrəli kart vasitəsilə kredit xəttinin ayrılmasına dair müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 25% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmiş, Cavabdeh 5000 manat məbləğində krediti illik 25 faiz hesablanması şərti ilə 48 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. ##.##.2025-ci il tarixli maliyyə arayışına görə cavabdehin həmin tarixə İddiaçı ASCyə ##.##.2023-cü il tarixli, ***-TK-*-*-****-** nömrəli kredit müqaviləsi üzrə 4865.33 manat əsas, 1305.02 manat faiz olmaqla, cəmi 6182.82 manat borcu olduğu müəyyən edilmişdir. ##.##.2025-ci il tarixli, KBD-**** nömrəli xəbərdarlıq məktubundan müəyyən olunur ki, iddiaçı tərəfindən ## #### 2025-ci il tarixdə cavabdehin ünvanına rəsmi bildiriş göndərilmiş, ##.##.2023cü il tarixli, ***-TK-*-*-****-** nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş qalmış kredit borcu məbləğinin 5 gün müddətində İddiaçı ASC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. ## #### 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 81.77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, №*-16- **/*- */****/**** saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, 808- TK-*-*- ****-** saylı kredit müqaviləsinə əsasən cavabdeh Cavabdeh kreditin təyin edildiyi tarixdən maliyyə artayışının verildiyi tarixədək iddiaçı “xxxx” ASC-yə olan borcu ##.##.2025-ci il (xəbərdarlıq bildirişi) tarixə əsas borcu üzrə 4793.61 manat və faiz borcu üzrə 1392.52 manat məbləğində müəyyən edilmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, qəbul olunmuş həmin qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, nəzərə almaq lazımdır ki, normativ-hüquqi aktlar hüquqa və haqq-ədalətə əsaslanmalıdır,bərabər mənafelərə və bərabər münasibətlərə söykənməlidir. Hamıya məlumdur ki, kreditlərin əksəriyyəti bank tərəfi üçün fayda götürmək məqsədini güdür,digər tərəf isə özü də hiss etmədən aldanaraq əqdi bağlamış olur. Bu halın özü, bir tərəfin nümayəndəsinin digər tərəflə (özünə bəlli olan) pis niyyətlə razılığa gəlməsi və yaxud ağır maddi durumda olan şəxs kimi, onlara qarşı son dərəcə əlverişsiz şərtlərlə müqavilənin bağlanmasına məcbur olunmuşdur. Bağlanmış müqavilələrin ağır şərtlərlə bağlanılması kimi dəyərləndirir. Bütün hallarda bank tərəfi digər tərəfdən əsl həqiqəti gizlətməklə,onu hiyləgərcəsinə,həqiqətdən uzaq müəyyən hərəkətləri ilə həvəsləndirərək təhrik edir. Onsuz da maddi durumumu ağır olduğundan iddiaçı bizi belə hərəkətləri ilə daha da ağır duruma salmağa çalışır. Belə ki,”xxxx”ASC ilə aralarında ##.##.2025-cü il tarixli kredit müqaviləsinə əsasən illik 25% dərəcəsi ilə 48 ay müddətinə 5000 (beş min iki) manat kredit almışdır. Alınmış kreditin 48 ay müddətinə İddiaçıASC -nə qaytarmağını öhdəsinə götürmüşdür. Lakin həmin ödənişlərə nəzər salsaq açıq aydın görə bilərik ki, iddiaçını iddia ərizəsində göstərilən rəqəmlər şişirdilmişdir. Kredit müqaviləsi ilə hesablanmış faiz və cərimə hansı qaydada hesablandığı ona məlum deyil. Belə olan halda kredit məbləği, həmin kredit üzrə qaytarılmayan əsas borcun məbləği və bu məbləğə hesablanmalı olan faiz və cərimə məbləği müəyyən edilməlidir. Ona görə də məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. Göstərilən pozuntular məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Коnsututiyasının 60ci maddəsinə əsasən ”Hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir” 71ci maddəsinə əsasən“Коnsututiyasının təsbit olunmuş insan hüquq və azadlıqlarının gözlənməsi və qorunması qanunvericilik,icra və məhkəmə orqanlarının borcudur”. Beləliklə, birinci instansiya məhkəməsi müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir işin qeyd edilən hallarına qanunvericiliyin tələblərinə düzgün hüquqi qiymət verməməklə və mübahisənin maddi-hüquqi əsasını ümumiyyətlə düzgün müəyyən etməyərək düzgün olmadığı nəticəyə gəlmişdir.
8. Ona görə də, Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 746.1. Istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» ## ###### 2014-cü il tarixli qərarı: Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər
14.Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh Cavabdeh Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 48 ay müddətinə illik 25% ödəmək şərti ilə 5000 manat məbləğində kreditin verilməsi ilə bağlı ##.##.2023-cü il tarixli, ***-TK-*-*-****-** nömrəli kart vasitəsilə kredit xəttinin ayrılmasına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Iddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdeh isə öhdəliklərin icrasını həyata keçirməmişdir. Cavabdeh bu davranışı ilə MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” ## ### 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia faiz borcuna görə 1305.02 manat faiz borcunun tutulması hissəsində cavabdehə göndərilmiş bildirişdə əsas, faiz və cərimə məbləğləri barədə qeyd olmadığından, məhkəmə iddia ərizəsi ilə bildirişdə qeyd edilən faiz borcu məbləğlərinin eyni olması kimi qiymətləndirərək iddia ərizəsində qeyd edilən faiz borcu məbləği hissəsində təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 1305.02 manat faiz borcu məbləği tutulmalıdır. Məhkəmə onu da qeyd etmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, AR MM-nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, AR MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Qeyd olunan əsaslara görə məhkəmə hesab etmişdir ki, cavabdeh Cavabdeh ## ###### 2025-ci il tarixli kredit müqaviləsi üzrə 4865.33 manat əsas, 1305.02 manat faiz və 6.24 manat cərimə olmaqla, cəmi 6176.59 manat borc məbləği tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin ## ###### 2026-cı il tarixli, №*-**-**/*-*/****/**** saylı ekspert rəyinə münasibət bildirərək qeyd etmişdir ki, ekspert rəyində ##.##.2023-cü il tarixli, 808-TK-1-0- ****-** saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il (xəbərdarlıq bildirişi) tarixə əsas borc azaldılaraq 4793.61 manat və faiz borcu isə artırılaraq 1392.52 manat məbləğində müəyyən edilsə də, həmin məbləğlərin necə və hansı formada hesablanması və nəyə istinad edilərək hesablanması aydın olmadığından sözügedən rəy mötəbər sübut kimi qəbul edilməməli və başqa sözlə desək ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və iş üzrə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmələr tərəfindən qiymətləndirilir.
24. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
25. Belə ki, cavabdeh Cavabdeh şikayətində iddia ərizəsində göstərilən rəqəmlər şişirdildiyini qeyd etsə də qeyd etdiyi halları əsaslandırmamış, formal olaraq narazı olduğunu bildirmişdir.
26. Bundan başqa, cavabdeh Cavabdeh şikayətində məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməli olduğunu qeyd etsə də iş materialından görünür ki, Ismayıllı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
27. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, №*-16- **/*-*/****/**** saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, 808- TK-*-*- ****-** saylı kredit müqaviləsinə əsasən cavabdeh Cavabdeh kreditin təyin edildiyi tarixdən maliyyə artayışının verildiyi tarixədək iddiaçı “xxxx” ASC-yə olan borcu ##.##.2025-ci il (xəbərdarlıq bildirişi) tarixə əsas borcu üzrə 4793.61 manat və faiz borcu üzrə 1392.52 manat məbləğində müəyyən edilmiş, lakin həmin məbləğlərin necə və hansı formada hesablanması və nəyə istinad edilərək hesablanması aydın olmadığından sözügedən rəy birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir.
28. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
29. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.