Məhkəmə qərarları › İş №2(3-10)-472/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-472/2026

13.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-472/2026 13.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi, qüvvə) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Musatafa oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(039)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Ələddin oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona borclu olduğu 23000 manat pul vəsaitinin və onun tərəfindən ödənilmiş 159 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi Yevlax şəhər sakini kimi tanıyır və onunla səmimi münasibəti olmuşdur. Yevlax şəhərində yerləşən və valideynlərinə məxsus olan evi satdığından əlində pul var idi. Cavabdeh ondan borc pul istədiyindən ona borc vermək qərarına gəlmişdir. Çünki, cavabdehin də ona bəzi işlərlə bağlı hörməti keçmişdir. Cavabdehə borc məbləğini hissə-hissə vermişdir. Belə ki, Cavabdeh pula ehtiyacı olduqca ona müraciət etmiş, o da borc pul vermişdir. Hər dəfə pul aldıqca cavabdeh öz xətti ilə qəbz yazıb ona telefonla göndərmişdir. Cavabdehə ##.##.2024-cü il tarixdə 1000 manat, ##.##.2024-cü il tarixdə 1600 manat, ##.##.2024-cü il tarixdə 10000 manat, 9000 manat, 5000 manat və 7000 manat borc pul vermişdir. Ümumilikdə, cavabdehə 33600 manat borc pul vermiş, cavabdeh 10600 manatını qaytarmış, 23000 manatı qaytarmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur.

3. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Aybəniz Babayeva) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 1835 manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 12.68 manat hissəsinin əvəzi tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 445.2, 445.2.1, 448.1, 448.2, 739.1-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ##.##.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 159 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “xxxx” ASC, “xxxx” ASC və “xxxx” MMC tərəfindən 4127208134744381, 4127208132073932,4127208103558275, **************** nömrəli kart hesabları və *** ******* nömrəli M10 hesabı üzrə ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək aparılmış mədaxil və məxaric əməliyyatları barədə çıxarışlar məhkəməyə təqdim edilmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş üzrə qəbul edilmiş qətnamə qismən ( iddia tələbinin təmin edilməmiş hissəsində ) qanunsuz və əsassızdır. Məhkəmə işə birtərəfli və səthi yanaşmış , yalnız cavabdeh tərəfin etirafı həddində işə baxılmışdır. Iddiaçı tərəf olaraq məhkəməyə təqdim etdiyi sübutlar qanunsuz sübut hesab edilə bilməz. Məhkəmə təqdim etdiyi eyni sübutların birini qəbul edir , digərlərini isə qəbul etmir. Qəbul edilmiş sübut yalnız cavabdehin etiraf etdiyi sübutdur. Əslində isə məhkəməyə təqdim etdiyi bütün sübutlar eyni hüquqi qüvvəyə malikdir. Iddiaçının cavabdehə ümumilikdə 33600 (otuz üç min altı yüz ) manat pul vəsaiti verməsi , həmin məbləğin 10 600 (on min altı yüz ) manatı cavabdeh tərəfindən qaytarılması , 23000(iyirmi üç min ) manat pul vəsaitinin borc olaraq qalması isə işin mübahisə edilməyən halıdır, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən aydındır. Cavabdeh , məhkəmə iclasında irəli sürdüyü qarışıq – dolaşıq ifadələrlə , mülki məsuliyyətdən yaxa qurtarmaq üçün əslində, borc pul alması ilə bağlı tərəfindən yazılmış qəbzləri mübahisələndirərək ##.##.2024- cü il tarixdə yalnız 9000 (doqquz min ) manat pul aldığını bildirir və bəhanə edir ki, guya ki, o, həmin gün , müxtəlif məbləğlərdə ona borc pul verə biləcəyini dediyindən , sonda 9000 (oqquz min ) manatın üzərində dayanaraq , ona ##.##.2024- cü il tarixdə yalnız 9000(doqquz min ) manat pul vəsaiti vermişdir. Əslində , isə o, cavabdehə ##.##.2024- cü il tarixdə 10 000 (on min ) manat ,9000(doqquz min ) manat , 5000(beş min ) manat və 7000(yeddi min ) manat pul vəsaitləri vermişdir. Iddia ərizəsində qeyd etdiyi kimi , onun valideynlərinə məxsus yaşayış evi satıldığından və əlində kifayət qədər pul olduğundan , eyni zamanda cavabdeh aldığı pul məbləğləri barəsində qəbzlər yazması birinci instansiya məhkəməsində tam sübuta yetirilmişdir. Lakin , məhkəmə iddiaçı tərəfin sübutlarına qeyri mötəbər yanaşmış , yalnız cavabdeh tərəfin etirafı həddində yekun nəticəyə gəlmişdir. Cavabdeh tərəf iş adamıdır. Onu aldadaraq eyni gündə almadığı pullar barəsində müxtəlif qəbzlər yazdırmaq qeyri – mümkündür. Hərgah, cavabdeh yalnız ondan ##.##.2024- cü il tarixdə ondan 9000 manat pul almışdırsa , yəqin ki, digər qəbzlərin formal olmasına dair ən azından ondan səs yazısı alardı . Yəni səsini yazardı və ya o da ondan yazılı qəbz alardı ki, yalnız ona ##.##.2024- cü il tarixdə 9000 manat veribdir. Cavabdeh işini bilən bir adam olduğundan bu qədər məsuliyyətsizlik edərək , eyni gündən ondan 5000 manat, 7000 manat , 9000 manat , 10 000 manat pullar almasına dair qəbzlər yazmazdı. Hazırda isə həmin qəbzləri mübahisələndirir və bildirir ki, ondan yalnız ##.##.2024- cü il tarixdə 9000 manat almışdır. Onun cavabdehə verdiyi pul məbləğləri , məgər bostandan yığılmış məhsuldur ki, o, əvvəl desin ki, 5000 düzəltdi , daha sonra desin 7000 , daha sonra 9000 və sonda 10 000 manat düzəltdi. ##.##.2024- cü il tarixdə o, cavabdehə özünün yalvarışları və xahişi ilə 31000 ( otuz bir min ) manat pul vermişdir. Cavabdeh bildirirdi ki, ilin axırıdır və bütün ödənişlərini həyata keçirməlidir. Iddiaçının cavabdehə ümumilikdə 33600 (otuz üç min altı yüz ) manat pul vəsaiti verməsi , həmin məbləğin 10 600 (on min altı yüz ) manatı cavabdeh tərəfindən qaytarılması , 23000(iyirmi üç min ) manat pul vəsaitinin borc olaraq qalması isə işin mübahisə edilməyən halıdır, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən aydındır. Cavabdeh , məhkəmə iclasında irəli sürdüyü qarışıq – dolaşıq ifadələrlə , mülki məsuliyyətdən yaxa qurtarmaq üçün əslində , borc pul alması ilə bağlı tərəfindən yazılmış qəbzləri mübahisələndirərək ##.##.2024- cü il tarixdə yalnız 9000 (doqquz min ) manat pul aldığını bildirir və bəhanə edir ki, guya ki, o, həmin gün , müxtəlif məbləğlərdə ona borc pul verə biləcəyimi dediyindən , sonda 9000 (oqquz min ) manatın üzərində dayanaraq , ona ##.##.2024- cü il tarixdə yalnız 9000(doqquz min ) manat pul vəsaiti vermişdir. Əslində , isə o, cavabdehə ##.##.2024- cü il tarixdə 10 000 (on min ) manat ,9000(doqquz min ) manat , 5000(beş min ) manat və 7000(yeddi min ) manat pul vəsaitləri vermişdir. Iddia ərizəsində qeyd etdiyi kimi , onun valideynlərinə məxsus yaşayış evi satıldığından və əlində kifayət qədər pul olduğundan, eyni zamanda cavabdeh aldığı pul məbləğləri barəsində qəbzlər yazması birinci instansiya məhkəməsində tam sübuta yetirilmişdir. Lakin, məhkəmə iddiaçı tərəfin sübutlarına qeyri mötəbər yanaşmış , yalnız cavabdeh tərəfin etirafı həddində yekun nəticəyə gəlmişdir. Cavabdeh tərəf iş adamıdır. Onu aldadaraq eyni gündə almadığı pullar barəsində müxtəlif qəbzlər yazdırmaq qeyri – mümkündür. Hərgah, cavabdeh yalnız ondan ##.##.2024- cü il tarixdə ondan 9000 manat pul almışdırsa , yəqin ki, digər qəbzlərin formal olmasına dair ən azından ondan səs yazısı alardı . Yəni səsini yazardı və ya o da ondan yazılı qəbz alardı ki, yalnız ona ##.##.2024- cü il tarixdə 9000 manat veribdir. Cavabdeh işini bilən bir adam olduğundan bu qədər məsuliyyətsizlik edərək , eyni gündən ondan 5000 manat, 7000 manat, 9000 manat, 10 000 manat pullar almasına dair qəbzlər yazmazdı. Hazırda isə həmin qəbzləri mübahisələndirir və bildirir ki, ondan yalnız ##.##.2024- cü il tarixdə 9000 manat almışdır. Onun cavabdehə verdiyi pul məbləğləri , məgər bostandan yığılmış məhsuldur ki, o, əvvəl desin ki, 5000 düzəltdim , daha sonra desin 7000 , daha sonra 9000 və sonda 10 000 manat düzəltmişdir. ##.##.2024- cü il tarixdə o, cavabdehə özünün yalvarışları və xahişi ilə 31000 ( otuz bir min ) manat pul vermişdir. Cavabdeh bildirirdi ki, ilin axırıdır və bütün ödənişlərini həyata keçirməlidir. Cavabdeh özü tərəfindən ##.##.2024- cü il tarixdə yazmış olduğu bütün qəbzləri 5000 manat ,7000 manat 9000 manat , 10 000 manat pul alması ilə bağlı qəbzlərin özü tərəfindən yazılmasını etiraf etdiyi halda , məhkəmə cavabdehin etirafı həddində iddia tələbini qanunsuz və əsassız olaraq təmin etmişdir. Məhkəmə mülki qanunvericliyinin tələblərinə istinad etməklə ədalətli , qanuni və əsaslı məhkəmə aktı qəbul etməli idi. Əfsuslar olsun ki, iş üzrə qəbul edilmiş məhkəmə aktı səhti və birtərəfli qəbul edilmişdir, əsaslandırılmamışdır.Əsaslandırmaq vəzifəsi qanunla müəyyən olunmuş qayda olmaqla yanaşı , ədalət mühakiməsinin hüquqi dövlətə xas elementar prinsipidir . Bu , öncə mübahisənin tərəflərinə və xüsusilə uduzan tərəfə xidmət edir. Tərəflər əslində bilməlidirlər ki, nə üçün məhkəmə işi başqa cür deyil , məhz qətnamənin nəticə hissəsində göstərildiyi kimi həll edib. Yaxşı əsaslandırılmış qərar həm də ictimaiyyət arasında ədalət mühakiməsinin nüfuzunun artırılmasına xidmət etməlidir. Bu nüfuzun gücləndirilməklə dərk edilməlidir ki, qətnamə tərtib olunarkən Azərbaycan Respublikası Konsitusiyasının 129- cu maddəsinə əsasən Azərbaycan Respublikasının adından çıxarılır. Məhkəmə işə birtərəfli və səhti yanaşmışdır. Məhkəmə yalnız, cavabdeh tərəfin etirafı həddində iddia tələbini təmin etmişdir. Bu hal isə qəbuledilməzdir. Çünki, cavabdeh avam və savadsız adam deyildir ki, ondan eyni gündə 10 000 manat , 9000 manat , 5000 manat və 7000 manat pul alması ilə bağlı qəbzlər yazdırım və ona həmin məbləğləri verməyi, yalnız 9000 manat pul versin. Cavabdeh bildirir ki, guya ki, ondan 5000 manat istəmiş və onlar razılaşmışdırlar və daha sonra ona daha artıq 7000 manat verə biləcəyini demişdir. Daha sonra 5000 rəqəmində 5-i qaralayaraq 7 rəqəmini yazaraq qəbzin bir daha şəklini ona göndərmişdir. Daha sonra 10 000 manat , ən sonda isə 9000 manat verə biləcəyini demişdir. Cavabdeh , ümumiyyətlə ona nə qədər pul lazım olduğunu bilmirmi ?Cavabdeh ondan 5000 manat pul istəmişdirsə, o, ona ən yaxşı vəziyyətdə 5000 manat verməliydi. Cavabdehin ondan az istədiyi halda , ona nə üçün artıq məbləğ verməliysi? Əslində cavabdeh ondan əvvəl 5000 manat , daha sonra 7000 manat , daha sonra 9000 manat və nəhayət 10 000 manat istəmişdir. O, cavabdehə eyni gündə 31000 ( otuz bir min ) manat pul vəsaiti vermişdir. Cavabdehin ona 10 600 manat pul qaytarmasını o, iddia ərizəsində bildirmişdir. Birinci instansiya məhkəməsində cavabdeh ona sifariş göndərərək bildirmişdir ki, 10000 (on min ) manatı nəğd ödəmək istəyir.Lakin , iddia tələbindən imtina et.Həmin vaxt o, vacib olaraq ev almaq üçün ilkin ödəniş etməli olduğundan o, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək yalnız 10000 (on min ) manatı tələb etmişdir. Cavabdeh isə 10 000 manat nəğd vermədiyindən o, iddia tələbini tam olaraq müdafiə etmişdir. Məhkəmə cavabdehin ona qaytarmış olduğu məbləğlə bağlı məhkəməni gəldiyi nəticəyə yaxın olan məbləği , özü iddia ərizəsində qeyd etmişdir. Məhkəmə 9160 manat pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarıldığını qeyd etsə də , o, iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh ona olan borcundan 10600 manat qaytarmışdır.Məhkəmə mübahisəyə , yalnız cavabdehin etirafı həddində baxmışdır. Belə ki, cavabdeh ##.#.2024- cü il tarixdə ondan yalnız 9000 (doqquz min ) manat aldığını etiraf edir. Əslində isə , cavabdeh 25.12. 2024- cü il tarixdə ondan 10 000 manat , 9000 manat , 5000 manat və 7000 manat almışdır. Hansı dərəcədə inandırıcıdır ki, cavabdeh ondan 5000 manat pul istəyir, o, isə daha çox təklif edir.( qətnamənin ikinci səhifəsinin ikinci abzası) Məhkəmə qətnaməsinin 5-ci səhifəsinin 3-cü abzasında yazılmışdır: Həmçinin, “xxxx”ASC , “xxxx “xxxx“ MMC –dən məhkəməyə göndərilmiş mədaxil – məxaric əməliyyatlarından çıxarışların tədqiqi zamanı iddiaçının iddia etdiyi məbləğdə pulu Cavabdeh göndərməsi öz təsdiqini tapmır. O, qeyd edilənlərlə razı deyildir. Çünki, onun cavabdehə göndərdiyi , o cümlədən cavabdehin özünün etirafı həddində belə pulların göndərilməsi ilə bağlı məhkəmə tərəfindən göndərilmiş sorğularda cavab yoxdur. Bütün bunlar işin birtərəfli və səhti aparıldığını göstərir.

8. Ona görə də, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin qismən (iddia tələbinin təmin edilməmiş hissəsində) ləğv edilməklə iddia tələbinin tam olaraq təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(039)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

11. . Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(039)- ****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(039)- ****/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı 23000 manat pulun tutulmasını tələb etmiş, daha sonra məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək 10000 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin dəqiqləşdirilmiş iddia ərizəsi məhkəmə baxış iclasında təqdim edildiyindən icraata qəbul edilməmişdir. Odur ki, məhkəmə 23000 manat məbləğində iddia tələbinə baxıb hüquqi qiymət verəcəkdir. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd etmişdir ki, mübahisənin düzgün həll edilməsi baxımından hazırkı iddia tələbinin borc kimi verilmiş pulun geri qaytarılması ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən maddi hüquq normasının dispozisiya şərtlərinə istinadən qeyd edilməlidir ki, həmin maddə üzrə mülki hüququn xüsusi sübutetmə prinsipi müəyyən edilmişdir. Yəni ilk öncə borcverən tələb etdiyi məbləğdə borcun borcalana verdiyini sübut etməli, bu hal sübut edildikdən sonra borcalan borc aldığı məbləğdə pulun qaytarılmasının sübutetmə yükünü daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 23000 manat pul tələb etsə də, həmin məbləğdə pulun cavabdehə verilməsini sübut edə bilməmişdir. Iddiaçı bu barədə yalnız 6 ədəd ##.##.2024-cü il tarixli 1 ədəd, ##.##.2024-cü il tarixli 1 ədəd və ##.##.2024-cü il (iddia ərizəsində bu 4 qəbzin tarixi ##.##.2024-cü il tarixli yazılsa da, qəbzlərin surətindən görünür ki, tarix kimi qaralanmış formada “##.##.2024” yazılmışdır, bu səbəbdən məhkəmə tərəfindən bundan sonra bütün hallarda ##.##.2024-cü il tarixli qəbzlər kimi qeyd ediləcəkdir) tarixli 4 ədəd qəbzlərin surətini təqdim etmiş, cavabdeh isə ##.##.2025-ci il tarixli 4 qəbzi mübahisələndirmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli cəmi 1 ədəd qəbz yazdığını, iddiaçı ilə verilə biləcək borcun məbləği barədə yekun fikrə gələnədək məbləği qaralayaraq üzərində düzəliş edib bir daha qəbzin şəklini iddiaçıya atdığını, 4 şəkil olsa da, əslində həmin tarixdə cəmi 9000 manat borc aldığını bildirmişdir. Məhkəmə xüsusilə vurğulamışdır ki, qəbzlərin tarixinin eyni olması, eyni gündə verilmiş borcların müxtəlif qəbzlərlər verilməsinin inandırıcı olmaması, borc məbləğləri və tarixlə bağlı mətnin üzərində qaralamalar olması, ən əsası 4 qəbzin surətindən göründüyü kimi qəbzlərdəki yazının mətnin və yazılma formasının tamamilə eyni olmasını, 4 qəbzin hər birində 5 sətrdən ibarət olan mətnlərin hər sətir üzrə eyni ifadə ilə başlayıb eyni ifadə ilə bitməsi əsaslı şübhələr yaratmaqla, həmin qəbzlərlə bağlı cavabdehin etirazının ağlabatan olması qənaətinə gəlməyə imkan verir. Həmçinin, “xxxx” ASC, “xxxx” ASC və “xxxx” MMC-dən məhkəmə göndərilmiş mədaxilməxaric əməliyyatlarından çıxarışların tədqiqi zamanı da iddiaçının iddia etdiyi məbləğdə pulu Cavabdeh göndərilməsi öz təsdiqini tapmır. Göründüyü kimi, borcverən kimi iddiaçı tələb etdiyi məbləğdə borcun cavabdehə verilməsini təsdiqləyən əsaslı şübhələrin olmadığı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş qəbzlər tədqiq edilməklə surəti iş materiallarına əlavə edilmişdir. Həmin qəbzlərdən görünür ki, “xxxx” ASC-də olan 4127208134744381, 4127208132073932, **************** nömrəli kart hesablarından, “xxxx” ASCdə olan **************** nömrəli kart hesabından və *** *** ** ** nömrəli M10 hesabından ##.##.2024-ci il tarixdə 25 manat, ##.##.2024-cü il tarixdə 525 manat, ##.##.2024-cü il tarixdə 150 manat, ##.##.2024-cü il tarixdə 70 manat, ##.##.2024-cü il tarixdə 525 manat, 26.10.25-ci il tarixdə 255 manat, ##.##.2024-cü il tarixdə 650 manat, ##.##.2024-cü il tarixdə 240 manat, ##.##.2024cü il tarixdə 525 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 55 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 525 manat, ##.##.2024-cü il tarixdə 255 manat, ##.##.2025-ci il tarixdə 75 manat, ##.##.2025-ci il tarixdə 400 manat, ##.##.2025-ci il tarixdə 245 manat, ##.##.2025-ci il tarixdə 75 manat, ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 100 manat, ##.##.2025-ci il tarixdə 75 manat, ##.##.2025- ci il tarixdə 240 manat, ##.##.2025-ci il tarixdə 240 manat, ##.##.2025-ci il tarixdə 90 manat, ##.##.2025-ci il tarixdə 75 manat, ##.##.2025-ci il tarixdə 525 manat, ##.##.2025-cı il tarixdə 1455 manat, ##.##.2025-ci il tarixdə 315 manat, ##.##.2025-ci il tarixdə 90 manat, ##.##.2025-ci il tarixdə 75 manat, ##.##.2025-ci il tarixdə 240 manat, ##.##.2025-ci il tarixdə 255 manat, ##.##.2025-ci il tarixdə 165 manat,##.##.2025-ci il tarixdə 150 manat olmaqla, ümumilikdə 9160 manat məbləğində vəsait X2 məxsus olan 4127209308458097 və 416973********** nömrəli kart hesablarına köçürülmüşdür. Həmin qəbzlərdə vəsaitin köçürüldüyü kartın sahibi qismində “Tahir S.” qeyd edilmişdir. Bununla yanaşı, Həmin 4127209308458097 və 416973********** nömrəli kart hesablarının X2 məxsus olması “xxxx” ASC və “xxxx” ASC-nin məhkəmə təqdim etdiyi mədaxilməxaric əməliyyatları barədə çıxarışlarla da təsdiq olunur. Həmin çıxarışların cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərlə qarşılıqlı təhlili nəticəsində ##.##.2024-cü il tarixdə 525 manat, ##.##.2025-ci il tarixdə 80 manat vəsaitin cavabdeh Cavabdeh məxsus “xxxx” ASC-də olan 4169738839833518 kart hesabından X2 məxsus 416973******7179 kart hesabına köçürülmüşdür. Göstərilənlərə əsasən yekunda məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh ##.##.2024- cü il tarixdə 1000, ##.##.2024-cü il tarixdə 1600 və ##.##.2024-cü il tarixdə 9000 manat borc pul aldığını etiraf etdiyindən, ümumi 11600 manat borc məbləğindən 9160 manat (cavabdehin təqdim etdiyi və banklardan alınan məlumatlarla üst-üstə düşən məbləğ) və 605 manat (cavadehin təqdim etdiyi qəbzlərdə olmayan, lakin məhkəmə sorğusu ilə “xxxx” ASC-dən alınmış çıxarışa əsasən müəyyən edilən məbləğ) çıxılmaqla, qalan 1835 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia rədd edilməlidir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

24. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar