Məhkəmə qərarları › İş №2(3-10)-493/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-493/2026

12.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-493/2026 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Ismayıllı rayon Notariat ofisi və üçüncü şəxs "xxxx” ASC-yə qarşı icra qeydinin ləğvi tələbinə dair mülki iş üzrə (Açar sözlər: “icra qeydinin ləğvi” tələbi, qüvvə) Hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Ismayıllı rayon Notariat ofisi və üçüncü şəxs "xxxx” ASC-yə qarşı icra qeydinin ləğvi tələbinə dair mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Ismayıllı rayon Notariat ofisi və üçüncü şəxs "xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, Ismayıllı rayon Notariat Kontorunun apardığı 8I-**** və *İ-**** nömrəli icra hərəkətlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə bağlanmış *******-*********R saylı ##.##.2025-ci il tarixli kredit müqaviləsinin ödənişlərində gecikmələr olduğu üçün Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC Ismayıllı rayon Notariat Kontoruna borcalan iddiaçı2 və zamin iddiaçı1 qarşı icra qeydi ilə bağlı tələb göndərmiş və Notariat Kontoru icra qeydini Ismayıllı rayon Icra və probasiya şöbəsinə göndərmişdir. Icra və probasiya şöbəsində başladılan e******/****-**-** nömrəli icra hərəkətinin “Icra haqqında” Qanunun 63.1.3-cü maddəsinə, e******/****-**-** nömrəli icra işinin Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü maddəsinə ziddir. Belə ki, iddiaçı2 mülkiyyətində həmin bankın 45000 manat bazar qiyməti, 36000 manat likvid qiyməti ilə qiymətləndirdiyi və girov saxladığı “DAF 105 XF” markalı **-BF-*** nömrəli yük avtomobili var. Borcun öncəliklə borcalanın əmlakına yönəldilməsi və bunun üçün məhkəmə qərarı lazım idi. Ayrıca notariusun icra qeydi üçün borcun mübahisəsiz olması lazımdı. Amma notarius borcun mübahisəli və mübahisəsiz olub-olmadığını araşdırmadan icra qeydi aparmışdır.

3. Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ilqar Hüseynov) iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Ismayıllı rayon Notariat ofisi və üçüncü şəxs "xxxx” ASC-yə qarşı icra qeydinin ləğvi tələbinə dair iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.5, 325.1, 337.1, 337.2, 337.4, 389.1, 389.2, 405.1, 421.1, 421.2, 423.2, 442-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 161, 162-ci bəndinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ## ####### 2025-ci il tarixli nömrəli bildirişlərin surətlərindən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən iddiaçılardan borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. ## ###### 2025-ci il tarixli 8I-**** reyestr nömrəli icra qeydinin surətindən görünür ki, ipoteka saxlayan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin tələbi ilə ipoteka qoyan ünvan 1 ünvanında qeydiyyatda olan iddiaçı2 ipoteka predmeti olan “DAF FTXF 105.460T” yük markalı, 2011-ci il buraxılışlı, XLRTE47MS0E935165 ban nömrəli, ağ rəngli, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobil ünvanında yerləşən əmlaka tutma yönəldilməsi (Öhdəliyi müəyyən edən 6271021-128783401L/İ müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 18252,75 AZN əsas borc, 1335,82 AZN faiz borcu olmaqla, cəmi tutulmalı məbləğ 19588,57 AZN təşkil edir) qeyd edilmişdir. ## ###### 2025-ci il tarixli 8I-**** reyestr nömrəli icra qeydinin surətindən görünür ki, ipoteka saxlayan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin xeyrinə ünvan 1 ünvanında qeydiyyatda olan iddiaçı1, ünvan 1 ünvanında qeydiyyatda olan iddiaçı2 *FIZAM********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 19588 manat 57 qəpik tutulması, borclu iddiaçı1, iddiaçı2 tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 19613 manat 57 qəpik pul tutulması qeyd edilmişdir. ## ####### 2025-ci il tarixli **/***** nömrəli maliyyə arayışının surətindən görünür ki, iddiaçının ## ###### 2024-cü il tarixli BRCB*******C*** nömrəli kredit müqaviləsinə əsasən ## ####### 2025-ci il tarixə “xxxx” ASC-yə 15000 manat əsas, 2212,08 manat faiz, cəmi 17212,08 manat məbləğində borcu vardır. ## ###### 2025-ci il tarixli *********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı2 məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı iddiaçı2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı iddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ismayıllı Rayon Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən aparılan ##.##.2025 tarixli *İ-**** nömrəli və ##.##.2025 tarixli *İ-**** nömrəli icra qeydlərinin ləğvi tələbi ilə Ismayıllı Rayon məhkəməsinə verdiyi iddia ərizəsi təmin edilməmişdir. Hesab edir ki ,Ismayıllı Rayon Məhkəməsinin bu qətnaməsi ləğv olunmalıdır. Belə ki Notariat Haqqında Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcun mübahisəsiz olduğu hallarda notarius icra qeydi apara bilər. Icra qeydlərinin aparıldığı borc məsələsinin mübahisəli olduğunun dəlil və sübutlarını məhkəməyə təqdim etsə də, onun dəlillərinin heç biri qərar çıxarılırkən nəzərə alınmayıb. Belə ki, bankın ##.##.2025 tarixdə göndərdiyi birinci pretenziyada borc məbləği əsas borc,faiz və gecikmə cərimələriylə birlikdə 18943.7 manat göstərilmiş, müqavilənin ləğvi üçün 3 gün ərzində banka yaxınlaşmağı tələb olunur. Konstitusiya Məhkəməsinin ##.##.2023 tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında ikitərəfli müqavilələrdə bir tərəfin qarşı tərəfə müqaviləni ləğvetmə iradəsini ifadə etdikdə müqavilə ləğv olunmuş sayılır. Konstitusiya Məhkəməsinin bu qərarına görə, tələb olunan 3 gün ərzində banka cavab vermədiyi üçün müavilənin ləğv olunmuş sayılması lazımdır. Amma bank ##.##.2025 tarixdə eyni məzmunlu bir bildiriş daha göndərmiş və bu dəfə ümumi borc məbləği 19266.12 manat göstərilmişdir. Notariusa icra qeydi üçün müraciət etdiklərində borc məbləği bir daha artaraq əsas borc,faiz və gecikmə cəriməsi toplamda 19588.57 manat göstərilmişdir. Bundan əlavə etdiyi ödənişlərin çıxarışını bank notariusa və məhkəməyə də təqdim edərkən sadəcə onun hesabından çıxarış edilmiş, zamin X8 hesabından çəkilmiş 940 manat notariusdan gizlənmişdir. Ayrıca, notariusun icra qeydi məhkəmə qərarı kimi qüvvəyə malikdirsə, o zaman Mülki Prosessual Məcəllənin 261.0.2 maddəsinə görə “ eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi” olduqda ikinci icraata xitam verilir. Burada notariusun iki icraata göndərilmiş icra qeydi var. Bunlardan birincisi də təminatlı olaraq girov qoyulmuş DAF 105XF 460 markalı yük avtomobilinə yönləndirilib. Ikincisi isə gəlirdən tutulmaya yönəldilib. Birincisi, avtomobilin dəyəri borcdan artıqdır və borcu tamamən bağlamağa kifayət edir, ikincisi isə, həm avtomobili əlindən alaraq, ordan gələcək olan gəlirdən məhrum edir, həm də gəlirdən tutma edərək ikiqat çətinlik yaradır. Girov olan avtomobili icra qeydi olmadan əvvəl də banka verməyi və ya özünü satıb borcu bağlamağını təklif etmişdir. Bank isə sıxışdıraraq, tələsik olaraq qiymətindən çox ucuz satıb borcu bağlamağını istədiyi üçün notariusun icra qeydi ilə sıxışdırmağa çalışır və təəssüf ki, notarius da onların istədiyi şəkildə hərəkət edir. Buna görə də hazırda onun Ədliyyə Nazirliyinin sistemində banka 45.104 manat borcu olduğu və borclara görə icraat aparıldığını görmək olar. Bütün bunların sübut və dəlillərini Ismayıllı Rayon Məhkəməsinə təqdim etməyinə baxmayaraq, sanki heç bir sübut yoxmuş kimi, təktərəfli olaraq məsələyə baxılmışdır. Mülki Prosessual Məcəllənin 88 və 217.4 maddələrinə əsasən hakim qərar verərkən təqdim olunmuş sübutlara əsaslanmalıdır. Ayrıca Azərbaycan Respublikasının Konstitusiyasının 127.2 maddəsinə görə də hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxmalıdır. Borcun mübahisəli olduğu hər halı ilə aşkar olan bir işdə , hakimin belə bir qərar verməsi onu çox təəccübləndirdi.

8. Ona görə də, Ismayıllı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ##.##.2026 tarixli qətnaməsinin ləğv olunmasını, yenidən baxılması üçün geri göndərilməsini və ya tərəflərindən baxılaraq Ismayıllı Rayon Notariat ofisinin notariusu tərəfindən aparılmış 8I-**** və *İ-**** nömrəli icra qeydlərinin ləğv edilməsi və məhkəmə rüsum və xərclərinin cavabdeh tərəfin üzərinə qoyulmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin nümayəndəsi X3 tərəfindən etiraz daxil olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar iddiaçı2 və iddiaçı1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1-ci maddəsinə əsasən Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 405.1-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Iddiaçı iddiaçı2 tərəfindən verilmiş Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi icra qeydinin aparılması barədə bildirişin borcluya çatdırılması deyil, onun ünvanına göndərilməsi məcburi tələbdir. Hazırki halda isə Ismayıllı rayon notariat ofisində icra qeydi ##.##.2025-ci il tarixdə aparılmış, bu barədə iddiaçıya ##.##.2025-cü il tarixdə bildiriş göndərilmiş və həmin hal tərtib olunmuş poçt göndərişlərinin reyestri ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, qanunun mənasından da göründüyü kimi, tələbkarın borcluya icra qeydinin verilməsindən əvvəl bildiriş göndərməməsi icra qeydinin verilməsini istisna edən edən başlıca amildir. Yəni bu məlumatın göndərilmədiyi halda icra qeydinin aparılması mümkün deyildir. Tələbkar Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC bu məlumatın göndərilməsi ilə bağlı üzərinə düşən bütün vəzifələri icra etmiş, icra qeydinin verilməsi ilə bağlı müraciət etməzdən əvvəl borcalana, habelə zaminə müvafiq məlumatı göndərmişdir. Qeyd olunan səbəbdən həmin bildirişin ünvan 1ndə qeydiyyatda olan borcalana çatdırılıb-çatdırılmaması tələbkarın qanunun tələbinə riayət etmədiyini göstərmir, yaxud da bu hal icra qeydinin ləğv edilməsinə əsas ola bilməz. Digər tərəfdən, borcalan hazırkı məhkəmə iclaslarında sözügedən bildirişdən məlumatsız olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 388-ci maddəsinə görə öhdəlikdən bu və ya başqa məlumatı almaq hüququ irəli gələ bilər. Məlumat verilməsi onun öhdəliyin məzmununu müəyyənləşdirmək üçün əhəmiyyətli olduğu və kontragentin belə məlumatı öz hüquqlarına xələl gətirmədən verə biləcəyi halda da təmin edilməlidir. Məlumatı alan onun verilməsi xərclərinin əvəzini mükəlləfiyyətli şəxsə ödəməlidir. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, icra qeydinin verilməsi ilə əlaqədar Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən notariusa təqdim olunmuş sənədlər ##.##.2021- ci il tarixli *******-*********L nömrəli əsas kredit limiti razılaşması üzrə borcun mübahisəsiz olduğunu təsdiq edir. Həmçinin öhdəliyin icrasını tələb etmək hüququnun həmin müqaviləyə əsasən yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddəti keçməmişdir. Bundan başqa, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edildiyi gündən, yəni ##.##.2025-ci il tarixdən 35 gün əvvəl – ##.##.2025-ci il tarixdə sifarişli poçt vasitəsilə iddiaçıya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. Göründüyü kimi Ismayıllı rayon notariat ofisinin 8I-**** və *İ-**** nömrəli icra qeydlərinin verilməsi zamanı qanunun tələbi pozulmamışdır və həmin icra qeydinin ləğvinə əsaslar yoxdur.

23. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

24. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı iddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar