Məhkəmə qərarları › İş №2(3-10)-50/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-50/2026

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-50/2026 18.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, e-2(075)-451/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 6690.80 (altı min altı yüz doxsan manat səksən qəpik) manat əsas borc, 1453.95 (min dörd yüz əlli üç manat doxsan beş qəpik) manat faiz borcu və 79.90 (yetmiş doqquz manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 8224.65 (səkkiz min iki yüz iyirmi dörd manat altmış beş qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 102.65 (yüz iki manat altmış beş qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində xx.xx.2028-ci il tarixinədək illik 27,50% ödəmək şərtilə 6800 manat məbləğində kredit xətti açmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixində ərizə-anket və imza nümunəsini (aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Şəki Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, e-2(075)-451/2025 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddianın təmin edilməsi, Cavabdeh 6690.80 (altı min altı yüz doxsan manat səksən qəpik) manat əsas borc, 1453.95 (min dörd yüz əlli üç manat doxsan beş qəpik) manat faiz borcu və 79.90 (yetmiş doqquz manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 8224.65 (səkkiz min iki yüz iyirmi dörd manat altmış beş qəpik) manat borc və 102.65 (yüz iki manat altmış beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-451/2025 saylı, qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-451/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin aidiyyatı üzrə məhkəmədə yenidən araşdıraraq yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçının tələbindən göründüyü kimi, tələbkar bankdan kredit götürmüşdür. Özü İİ Qarabağ müharibəsi iştirakçısıdır. Müharibə veteranıdır. İİ qrup əlildir. Döyüşlərdən sonra səhhəti ilə bağlı olaraq mütəmadi müalicələrdədir. Ona görə də ödənişlərini edə bilməmişdir Nəticədə borc məbləği yığılaraq qalmışdır. Birinci instansiya məhkəməsində iştirak edə bilməmişdir.Sadəcə ərizə ilə müraciət edərək iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etsədə vəsatəti təmin edilməmişdir. Buna görə hesab edir ki, iş üzrə ödənişləri nəzərə alınmaqla mühasibatlıq ekspertizası keçirilməli və dəqiq borc məbləği müəyyənləşməlidir. Hesab edir ki, iş üzrə ərazi aidiyyəti pozulmuşdur. Belə ki, İstifadə etdiyi elektron məhkəmə sistemindən göründüyü kimi onun qeydiyat ünvanı ünvan 1ulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. O, savadsız şəxsdir. Ona qarşı qaldırılmış iddia tələbi üzrə bir dəfə bildiriş valideyinlərinin yaşadığı yerə kəndə gəlib. Ondan sonra nə qətnamədən, nə icra sənədlərindən xəbəri olub. Sonda pensiya məbləğindən tutulma başlayıb. Ondan sonra bu işlə maraqlanmağa başlamışdır. Ona maraqlıdır nə üçün bu işə Şəki Rayon Məhkəməsi icraata götürərək baxıb. Maraqlısı odur ki, icrasıda bu gün Şəki rayon İcra və Probasiya şöbəsində aparılır. Yəni hər tərəfli aidiyyət pozulur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(075)-451/2025 saylı qətnaməsi ləğv edilməli, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 2ycan Respublikası Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. İş materiallarından görünür ki, iddia ərizəsində cavabdehin qeydiyyat ünvanı ünvan 3, Şirin Mirzəyev küçəsi, ev 68A, mənzil 67 ünvanında qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi isə xx.xx.2019-cu il tarixdə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işə baxılarkən ərazi aidiyyəti qaydaları pozulmuş və Şəki Rayon Məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq mülki işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti ilə bağlı prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-451/2025 saylı qətnaməsi ləğv edilməli və iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-451/2025 saylı qətnaməsi ləğv edilsin və iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar