Məhkəmə qərarları › İş №2(3-10)-519/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-519/2026

18.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-519/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı Istehsalat Birliyinə qarşı icarə hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı Istehsalat Birliyinə qarşı icarə hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdeh Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı Istehsalat Birliyinin “xxxx” müəssisəsi arasında olan 2015-ci il tarixli icarə müqaviləsinin qeyrimüəyyən müddətə uzadılmış olduğu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı Istehsalat Birliyinə qarşı cavabdeh Mingəçevir şəhər MənzilKommunal Təsərrüfatı Istehsalat Birliyinin “xxxx” müəssisəsi arasında olan 2015-ci il tarixli icarə müqaviləsinin qeyri-müəyyən müddətə uzadılmış olması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə məhkəməyə şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə görə, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-ci maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli ** saylı qərarının 4-cü nəndində göstərilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.5-ci maddəsinə əsasən şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi qeyd edilənləri nəzərə almamış və verilmiş şikayəti baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərməli olduğu halda səhvə yоl verərək оnu bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən tələblərinə riayət edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kolegiyası qərardaddan kassasiya şikayətinin verilib-verilə bilməməsi məsələsini müzakirə edərək qeyd edir ki, işin hazırkı vəziyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinin təsiri altına düşmür (apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında). Ona görə də hazırkı qərardaddan kassasiya şikayəti verilməsi yolverilməzdir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 366.2 və 366.4-cü maddələrini rəhbər tutub, məhkəmə kоllegiyаsı qərаrа аldı: Iddiaçı İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı Istehsalat Birliyinə qarşı icarə hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə baxılmasının mümkün hesab edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ləğv edilsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Şikayət Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə geri qaytarılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar