Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-527/2026 07.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qаrşı (açar sözlər: Mülki hüquq pozuntuları (deliktlər) üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 02 il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
2. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, qaimələr üçün hesabdan çıxarışdan görünür ki, ##.##.2025-ci il tarixdə ödənişli xəstə İddiaçı adından “xxxx” MMC-nin bank hesabına Təcili Yardım Xidməti üçün 635.42 manat məbləğində vəsait ödənilmişdir.
3. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, qaimələr üçün hesabdan çıxarışdan görünür ki, ##.##.2025-ci il tarixdə ödənişli xəstə İddiaçı adından “xxxx” MMC-nin bank hesabına Ambulans Xidməti üçün 120 manat məbləğində vəsait ödənilmişdir.
4. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, qaimələr üçün hesabdan çıxarışdan görünür ki, ##.##.2025-ci il tarixdə ödənişli xəstə İddiaçı adından “xxxx” MMC-nin bank hesabına ORT-P-04-037+T/S xidməti üçün 4932.65 manat məbləğində vəsait ödənilmişdir.
5. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, qaimələr üçün hesabdan çıxarışdan görünür ki, ##.##.2025-ci il tarixdə ödənişli xəstə İddiaçı adından “xxxx” MMC-nin bank hesabına X7 xidməti üçün 15736.60 manat məbləğində vəsait ödənilmişdir.
6. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, qaimələr üçün hesabdan çıxarışdan görünür ki, ##.##.2025-ci il tarixdə ödənişli xəstə İddiaçı adından “xxxx” MMC-nin bank hesabına Ambulans Xidməti (Gediş) üçün 120 manat məbləğində vəsait ödənilmişdir.
7. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, seriya ƏFB № ****** nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, ##.##.2025-ci il tarixdə İddiaçı adından “xxxx” MMC-yə 5000 manat məbləğində vəsait ödənilmişdir.
8. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, seriya ƏFB № ****** nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, ##.##.2025-ci il tarixdə İddiaçı adından “xxxx” MMC-yə 2000 manat məbləğində vəsait ödənilmişdir.
9. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, seriya ƏFB № ****** nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, ##.##.2025-ci il tarixdə İddiaçı adından “xxxx” MMC-yə 3000 manat məbləğində vəsait ödənilmişdir.
10. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, seriya ƏFB № ****** nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, ##.##.2025-ci il tarixdə İddiaçı adından “xxxx” MMC-yə 1000 manat məbləğində vəsait ödənilmişdir.
11. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, seriya ƏFB № ****** nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, ##.##.2025-ci il tarixdə İddiaçı adından “xxxx” MMC-yə 2000 manat məbləğində vəsait ödənilmişdir.
12. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, seriya ƏFB № ****** nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, ##.##.2025-ci il tarixdə İddiaçı adından “xxxx” MMC-yə 2500 manat məbləğində vəsait ödənilmişdir.
13. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 “xxxx” X1 tərəfindən verilmiş, ## ###### 2025-ci il tarixli, **-*-*/*-A-****-**-***/**** saylı arayışından görünür ki, vətəndaş İddiaçı ##.##.2025-ci il tarixdə xxxx X1n Nevrologiya şöbəsinə müraciət etmiş, aparılmış müayinələr nəticəsində “Beyin arteriallarının trombozu nəticəsində yaranan beyin infaktı” diaqnozu ilə stasionar müalicəyə cəlb edilmiş, hal-hazırda vətəndaş İddiaçı Nevralogiya şöbəsində stasionar şəraitdə müalicəsinin davam etdirildiyi qeyd edilmişdir.
14. İş materiallarında olan ##.##.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 14221103 büdcə təsnifat kodu vasitəsilə 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ona dəymiş ziyana görə ödənilməmiş qalmış 4544.67 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 65 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı hökmünə əsasən cavabdeh Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cavabdeh cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh əlavə cəza kimi təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmlə əlavə cəzanın çəkilməsi üçün müəyyən edilmiş 02 (iki) il müddətə şamil edilməsi, Cavabdeh barəsində seçilmiş "başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Məlumat üçün bildirir ki, Cavabdeh ##.##.2025ci il tarixdə saat 12:42 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Hyundai İ30” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 13,8-ci km-də yolun sol hərəkət zolağı ilə 60 km/saat sürətlə Şamaxı rayon istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkan surəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda bu tələblərə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almamış, piyada keçidi ilə yolu sağdan sola keçən piyada kimi onu avtomobilin qabaq sol hissəsi ilə piyada keçidində vurmuş və nəticədə ehtiyatsızlıqdan onun sağlamlığına politravma, ikitərəfli hemotoraks, döş boşluğuna qanın yığılması, baş-beyinin ocaqlı travması, beyinə qansızma, koma halı qabırğaların ikitərəfli, çoxsaylı sınıqları, sağ qamış və incik sümüklərinin aşağı 1/3-nin qapalı sınıqları, XII döş sümüyünün qapalı sınığı, çanaq sümüklərinin qapalı yerdəyişən sınıqları ilə müşayiət olunan, ümumilikdə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkəti ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bildirmək istəyir ki, hökm çıxan zaman ifadəsində də bildirdiyi kimi, ##.##.2025-ci il tarixdə saat 12:40-da Bakı-Şamaxı-Yevlax yolunun hökməli dairəsi adlanan dairənin yaxınlığında Şamaxı istiqaməti ilə hərəkət hissəsinin sağ kənarından piyada keçidi zolaqlarına daxil olub sola doğru Bakı istiqaməti ilə hərəkət hissəsinin kənarına tərəf adi yerişlə tək yolu keçməyə başlamış, bu zaman sağ zolaqla rayon istiqamətinə tərəf gələn avtomobil dayanıb onun yolu keçməyinə imkan yaratdı, o təxminən 7-8 addım atıb yolu keçərkən gözlənilmədən soldan rayon istiqamətinə tərəf gələn ağ rəngli minik avtomobili dayanmadan piyada keçidi zolaqlarında onu sol tərəfindən vurmuş, o zərbədən asfalt örtük üzərinə yıxılmış və huşunu itirərək təxminən bir həftədən sonra xəstəxanada ayılmış, hazırda da müalicəlari davam edir. Cavabdeh Cavabdeh diqqətsizliyi ucbatından səhətində yaranmış problemlərə görə Cavabdeh tərəfindən ona ödənilən təzminat onun sağlamlığı üçün kifayət etmir. O, hökmdə də Cavabdeh tərəfindən ona 20000 manat məbləğində maddi və mənəvi zərər dəyməsini qeyd edərək ödənilməsini tələb etmişdir. Ona Cavabdeh tərəfindən sağlamlığı üçün 17400 manat məbləğində maddi zərər ödənilmişdir. O, isə 25000 manat məbləğindən də çox sağlamlığına pul xərcləmişdir. Lakin Kürdəmir rayon Xəstəxanasında və bəzi digər xəstəxanalarda çəkdiyi xərcləri sübut edə bilmədiyi üçün məhkəməyə təqdim edə bilmir. O, ##.##.2025-ci il tarixdən Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası X1n Nevrologiya şöbəsinə müraciət etmişdir. Aparılan müalicələr nəticəsində "Beyin arteriallarının trombozu nəticəsində yaranan beyin infaktı” diaqnozu ilə stasionar müalicəyə cəlb edilmişdir. Hal-hazırda da nevrologiya şöbəsində stasionar şəraitdə müalicəsi davam edir. xxxxda dəfələrlə müayinələrdə olmuşdur. Həmin Klinikada aldığı müalicəlarin hesab fakturasını iddia ərizəsinə əlavə etmişdir. Həmin fakturalarda onun çəkdiyi xərclərin hesabları tam şəkildə vardır. O, aldığı zədələrə görə ümumi 21544.67 manat məbləğində xərc çəkmişdir. Həmin xərcin 17000 manat olan hissəsi Cavabdeh tərəfindən ona ödənilmişdir. Qalan 4544.67 manat hissəsi isə hələ də ona ödənilməmiş qalmışdır. Cavabdeh ona dəymiş ziyanın ödənilməmiş qalmış hissəsini ödəmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 65 manat məbləğində dövlət rüsumu ödəmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.
17. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq göstərmişdir ki, X6 komadan ayılması və müalicəsi üçün ümumilikdə 21991 manat məbləğində xərci çıxmışdır. Xəstəxananın xərclərini təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. X6 sonra müalicəsini Respublika Mərkəzi Xəstəxanasında və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında davam etdirmişdir. Həmin xəstəxanalarda yatması barədə arayışları da məhkəməyə təqdim etmişdir. Həmin xəstəxanalarda yatdığı 2 aya yaxın müddət ərzində 3000 manat məbləğində xərci çıxmışdır. Lakin həmin xəstəxanalar dövlət nəznində olduqları üçün xərclərini təsdiq edən sənədi ona verməmişlər. Ona görə də hesab edir ki, iddia ərizəsində qeyd etdikləri xərclərdən əlavə olaraq sözügedən xərclər də nəzərə alınmalı və cavabdehdən tutulmalıdır. Bundan əlavə onun sağlamlığına dəymiş ağır xəsarətlərə görə “xxxx” ASC tərəfindən ona 1500 manat məbləğində ödəniş edilməli olduğu halda, zərərvuran hazırkı iş üzrə cavabdeh razılıq vermədiyi üçün hələ də həmin sığorta məbləği ona ödənilməmişdir. Ödəniş edilməsi üçün məhkəmə qətnaməsində sığorta şirkətinin sığorta pulunu ödəməli olduqları öz əksini tapmalıdır. Onu vurub yararsız hala salmasına, 18 gün komada olmasına, uzun müddət xəstəxanalarda müalicə almasına, hələ də tam sağalmamasına görə, bundan sonra da mütəmadi olaraq müalicəyə ehtiyacı olduğu üçün ona 7500 manat təzminat verilməsini də cavabdehdən tələb edir və ona dəymiş ziyan hesablanarkən zərərvuranın sənədlərlə təsdiq edilmiş xərclərinin də nəzərə alınmasını xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Cavabdeh izahat verərək göstərmişdir ki, İsmayıllı rayonu, Təzəkənd kəndində yaşayır. İddiaçı İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə edərək ondan 4544,67 manat pulun tutulmasını tələb edir. Hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi ## #### 2025-ci il tarixdə saat 12:42 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai i30” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə mülki iş üzrə idiaçı İddiaçı ağır bədən xəsarəti almışdır.Hadisədən dərhal sonra o İddiaçı avtomobilinə qoyaraq, hadisə yerinə yaxın olan Respublika Kliniki Xəstəxanasına aparmış, təcili xəstəxanaya qəbul olunub bədən və baş nahiyəsi MRT olunub, Uzi Rentgen aparatına salınıb hadisə nəticəsində aldığı xəsarətlər müəyyən olunub və xəstəyə ilkin tibbi yardım göstərilmiş sınıq yerləri lazımi qaydada gipsə qoyulmuş və reanimasiya şöbəsinə yerləşdirilmişdir. Həmin vaxt o İddiaçı müayinə edən həkimlə vəziyyəti haqqında maraqlanmış, ona bildirdilər ki, xəstənin baş nahiyəsində hər hansı həyatına təhlükə törədən xəsarət yoxdur, baş, ayaq və çanaq nahiyəsində qırılmalar var və onlara da lazımi qaydada tibbi xidmət göstərilmiş,ayaq və çanaq nahiyəsi gipsə qoyulmuşdur. Təxminən 7-8 saat sonra xəsarət alan şəxsin yaxınları hadisədən xəbər tutaraq xəstəxanaya gəldilər və heç bir səbəb olmadan xəstəni həkimlərin rəyi olmadan, məcburən əlavə zənglər vasitəsilə müalicə aldığı xəstəxanadan çıxardaraq özəl xidmət göstərən Mərkəzi Kliniki Xəstəxanasına apardılar. Bildirmək istəyir ki,ilkin lazımi müalicəsi aparılmış Respublika Kliniki Xəstəxanasında müalicə sığorta hesabına aparılırdısa xəstənin sonradan aparıldığı xxxxda isə özəl olduğu üçün pullu idi və qiymətlər kifayət qədər yüksək olmuşdur. Dəfələrlə xəstənin yaxınlarına bu müalicənin sığorta hesabına şəhərin ayrı-ayrı xəstəxanalarında aparılmasının mümkün olduğunu bildirsə də, onlar xəstənin ancaq xxxxda müalicə olunmasını ondan tələb etdilər. O, ilk gündən hadisə nəticəsində xəsarət almış şəxsin müalicəsi üçün lazım olan bütün xərcləri həkimlərinə yaxınlarının istəyinə uyğun olaraq ödəmişdir. Belə ki, ## #### 2025-ci il tarixdə ****** nömrəli qəbzlə 5000 manat, ## #### 2025-ci il tarixdə ****** nömrəli qəbzlə 3000 manat, eyni gündə, yəni ## #### 2025-ci il tarixdə ****** nömrəli qəbzlə 2000 manat, ## #### 2025-ci il tarixdə ****** nömrəli qəbzlə 1000 manat, ## #### 2025-ci il tarixdə ****** nömrəli qəbzlə 2000 manat, ## #### 2025-ci il tarixdə ****** nömrəli qəbzlə 2500 manat rəsmi ödəmişdir. ## #### 2025-ci iI tarixdə 1000 manat pulu da xəstənin digər xərcləri olarsa onun yerinə nağd şəklində RF-dan gələn qardaşına vermişdir. Bundan əlavə xəstəni Bilgəh qəsəbəsində yerləşən Modul tipli xəstəxanasına güya müayinə məqsədilə aparmışlar və ora verilməsi üçün 500 manat RF-dan gələn qardaşına vermişdir. Təxminən 10 gün sonra ona yenidən qardaşı Adil zəng edərək Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yenidən müayinə olunması üçün xəstəni apardıqlarını bildirərək təzədən 400 manat pul istəmiş və o da Kürdəmir şəhərinə gedərək orada qardaşı Adilə qohumlarının yanında 400 manat pul vermişdir. Həmin vaxt Adil ona bildirdi ki, narahat olma onlar istintaqa ondan heç bir şikayətləri olmaması haqqında ərizə verəcəklərini bildirdi. O, İddiaçı müalicəsi üçün ümumilikdə 15500 manat qəbz vasitəsi ilə xxxxya özü ödəmiş, əlavə olaraq 1900 manat da qardaşlarına nağd şəklində verərək ümumilikdə 17400 manat avtoqəza nəticəsində xəsarət alan İddiaçı ödəmiş, amma zərərçəkmiş şəxs ona verdiyi sözün üstündə durmayaraq şikayətçi olmuş, haqqında Abşeron Rayon Məhkəməsi tərəfindən ## ###### 2025-ci il tarixdə ittiham hökmü çıxarılmışdır. İddia tələbi ilə əlaqədar olaraq bildirir ki, iddia ərizəsinə əlavə olunmuş qəbzlər saxtadır belə ki, yuxarıda göstərdiyi və etiraz ərizəsinə əlavə etdiyi qəbzlərdən göründüyü kimi pulu özü ödəmiş, iddiaçının təqdim etdiyi qəbzlərlə pul ödənilməmişdir. Avtoqəza nəticəsində xəsarət almış İddiaçı bütün müalicə xərcini artıqlaması ilə ödəmiş, ona heç bir müalicə ilə əlaqədar borcu yoxdur, elədiyi cinayət xarakterli əmələ görə cəza alaraq cəzasını çəkmişdir. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
19. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, Kürdəmir şəhərində yaşayır. Cavabdeh Cavabdeh İsmayıllı rayonunda polis işləyərkən tanımış, iddiaçı İddiaçı isə hadisədən sonra tanımışdır. O, Cavabdeh İddiaçı müalicəsi üçün xxxxnın kassasına pul ödəməsini görmüşdür. İddiaçı müalicəsi üçün tələb olunan vəsaitlər Cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı özü tərəfindən müalicəsi üçün heç bir vəsait ödənilməmişdir.
20. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Cavabdeh 4544.67 manat dəymiş ziyan və 65 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 4609.67 manat məbləği tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217.4, 220.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. Cavabdeh Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
23. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prоsessual hüquq nоrmalarının kobud şəkildə pоzulması,düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İlk növbədə qeyd edir ki, iddiaçı İddiaçı məndən 4544,67 manat pulun tutulmasına dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi ## #### 2025-ci il tarixdə saat 12:42 radələrində etibarnamə əsasında idarə etdiyim “Hyundai i30” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə mülki iş üzrə idiaçı İddiaçı ağır bədən xəsarəti almışdır. Hadisədən dərhal sonra mən İddiaçı avtomobilimə qoyaraq, hadisə yerinə yaxın olan Respublika Kliniki Xəstəxanasına aparmış, təcili xəstəxanaya qəbul olunub bədən və baş nahiyəsi MRT olunub, Uzi Rentgen aparatına salınıb. Hadisə nəticəsində aldığı xəsarətlər müəyyən olunub və xəstəyə ilkin tibbi yardım göstərilmiş sınıq yerləri lazımi qaydada gipsə qoyulmuş və reanimasiya şöbəsinə yerləşdirilmişdir. Həmin vaxt İddiaçı müayinə edən həkimlə vəziyyəti haqqında maraqlanmış,mənə bildirdilər ki, xəstənin baş nahiyəsində hər hansı həyatına təhlükə törədən xəsarət yoxdur, baş, ayaq və çanaq nahiyəsində qırılmalar var və onlara da lazımi qaydada tibbi xidmət göstərilmiş, ayaq və çanaq nahiyəsi gipsə qoyulmuşdur. Təxminən 7-8 saat sonra xəsarət alan şəxsin yaxınları hadisədən xəbər tutaraq xəstəxanaya gəldilər və heç bir səbəb olmadan xəstəni həkimlərin rəyi olmadan,məcburən əlavə zənglər vasitəsilə müalicə aldığı xəstəxanadan çıxardaraq özəl xidmət göstərən Mərkəzi Kliniki Xəstəxanasına aparıblar. Bildirmək istəyirəm ki, ilkin lazımi müalicəsi aparılmış Respublika Kliniki Xəstəxanasında müalicə sığorta hesabına aparılırdısa xəstənin sonradan aparıldığı xxxxda isə özəl olduğu üçün pullu idi və qiymətlər kifayət qədər yüksək olmuşdur. Dövlət tərəfindən bu kimi hadisələrə görə sığorta müəyyən olunmuşdur ki həmin siğortadan istifadə etməyə icazə verməmişdirlər. Bundan başqa müalicə olunması üçün palatada yerləşdirilən şəxsin qardaşı Adil Abbasov yanında qalması üçün ona xüsusi yer ayrılmış, ayrılmış yer digər palatalardan qiymətinə görə fərqlənirdi. Onsuzda maddi imkanımın aşağı olmasına baxmayaraq onların tələblərini yerinə yetirərək bütün xərclər onun tərəfindən ödənilmişdir. Dəfələrlə xəstənin yaxınlarına bu müalicənin sığorta hesabına şəhərin ayrı-ayrı xəstəxanalarında aparılmasının mümkün olduğunu bildirsə də, onlar xəstənin ancaq xxxxda müalicə olunmasını məndən tələb etdilər. Mən ilk gündən hadisə nəticəsində xəsarət almış şəxsin müalicəsi üçün lazım olan bütün xərcləri həkimlərə yaxınlarının istəyinə uyğun olaraq ödəmişlər etmişdir. Belə ki, ## #### 2025-ci il tarixdə ****** nömrəli qəbzlə 5000 manat, ## #### 2025-ci il tarixdə ****** nömrəli qəbzlə 3000 manat, eyni gündə, yəni ## #### 2025-ci il tarixdə ****** nömrəli qəbzlə 2000 manat, ## #### 2025-ci il tarixdə ****** nömrəli qəbzlə 1000 manat, ## #### 2025-ci il tarixdə ****** nömrəli qəbzlə 2000 manat, ## #### 2025-ci il tarixdə ****** nömrəli qəbzlə 2500 manat rəsmi ödəmişdir. ## #### 2025-ci iI tarixdə 1000 manat pulu da xəstənin digər xərcləri olarsa onun yerinə nağd şəklində RF-dan gələn qardaşına vermişdir. Bundan əlavə xəstəni Bilgəh qəsəbəsində yerləşən Modul tipli xəstəxanaya guya, müayinə məqsədilə aparmış və ora verilməsi üçün 500 manat RF-dan gələn qardaşına vermişdir. Təxminən 10 gün sonra ona yenidən qardaşı Adil zəng edərək Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yenidən müayinə olunması üçün xəstəni apardıqlarını bildirərək təzədən 400 manat pul istəmişdir. Kürdəmir şəhərinə gedərək orada qardaşı Adilə qohumlarının yanında 400 manat pul vermişdir. Həmin vaxt Adil mənə bildirdi ki, narahat olma aparılıan istintaqa məndən heç bir şikayətlərinin olmaması haqqında ərizə verəcəklərini bildirmişdir. Mən İddiaçı müalicəsi üçün ümumilikdə 15500 manat qəbz vasitəsi ilə xxxxya ödəmiş, əlavə olaraq 1900 manat da qardaşlarına nağd şəklində verərək ümumilikdə 17400 manat avtoqəza nəticəsində xəsarət alan İddiaçı ödəmiş, amma zərərçəkmiş şəxs mənə verdiyi sözün üstündə durmayaraq şikayətçi olmuş və barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən ## ###### 2025-ci il tarixdə ittiham hökmü çıxarılmışdır. Avtoqəza nəticəsində xəsarət almış İddiaçı bütün müalicə xərcini artıqlaması ilə ödəniş, onun tərəfimdən həyata keçirilmiş bundan başqa nağd şəkildə onların tələbi ilə vəsait təqdim etmişdir, həmin vəsaitin ödənilməsi barədə ödəniş qəbzinin olmamasından süi-istifadə edərək əsassız şəkildə ondan əlavə vəsait tələb etmişdirlər. Hətta ödədiyi vəsaitin ödəniş qəbzini özlərində saxlayaraq həmin qəbzi ona verməkdən boyun qaçırmışdırlar. Hazırda müalicə ilə əlaqədar borcu qalmamışdır. Cinayət xarakterli əmələ görə cəza alaraq cəzasını çəkmişdir. İş üzrə iddiaçı məhkəmədə ağız dolusu danışaraq guya onun (cavabdehin) onun (iddiaçının) sağlamlığı üçün 17400 manat məbləğində maddi zərər ödəmişdir. İddiaçı iddia edir ki, 25000 manat məbləğindən də çox sağlamlığına pul xərclədiyini bildirmişdir. İddiaçının söylədiyi fikirləri səsləndirməsi və inad etdiyi məsələlər həqiqəti əks etdirməmişdir. İddia ərizəsinə əlavə olunmuş qəbzlər saxtadır belə ki, yuxarıda göstərdiyi və etiraz ərizəsinə əlavə etdiyi qəbzlərdən göründüyü kimi pulu özü ödəmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzərdə göstərilən pul məbləğlərin hamısı onun tərəfindən ödənilmişdir. Çox təssüflər olusun ki məhkəmə faktları araşdırmaq iş üçün əhəmiyyətli olan faktların sübut edilməsi üçün səy göstərməmişdir. Bu məsələ ətrafında demək olar ki, iddiaçıya heç bir sual verməmişdir. İddiaçının, iddia ərizəsinə əlavə olunmuş qəbzlər saxtadır. Hazırkı iş üzrə iddiaçının hərəkətləri nəticəsində guya zərərçəkmişin müalicə xərcinin onun tərəfindən tam ödənilmədiyi göstərilmişdir. Bununla da yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini kobud şəklildə pozmaqla, həmin iddia tələbi rədd edilməli olduğu halda iddia tələbi təmin edilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
25. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
29. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
30. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
31. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Maddə 1096.2. Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
40. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
46. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
49. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
50. Müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh ## #### 2025-ci il tarixdə saat 12:42 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai i30” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı-Şamaxı avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə mülki iş üzrə idiaçı İddiaçı ağır bədən xəsarəti almışdır. Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə cavabdeh Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 02 il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı İddiaçı sağlamlığının pozulmasına səbəb olmuş ağır bədən xəsarətlərinin aradan qaldırılması üçün “xxxx” MMC-də və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 “xxxx” X1 və digər tibb mərkəzlərində müalicələr almışdır. “xxxx” MMC tərəfindən verilmiş qaimələr üzrə hesabdan çıxarışlardan görünür ki, ##.##.2025-ci il tarixdə ödənişli xəstə İddiaçı adından “xxxx” MMC-nin bank hesabına Təcili Yardım Xidməti üçün 635.42 manat, ##.##.2025-ci il tarixdə Ambulans Xidməti üçün 120 manat, ##.##.2025ci il tarixdə ORT-P- 04-037+T/S xidməti üçün 4932.65 manat, ##.##.2025-ci il tarixdə X7 xidməti üçün 15736.60 manat, ##.##.2025-ci il tarixdə Ambulans Xidməti (Gediş) üçün 120 manat, olmaqla, ümumilikdə 21544.67 manat məbləğində vəsait ödənilmişdir.
51. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan İsmayıllı Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.
52. İddianı təmin edən birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə göstərmişdir ki, ... ümumilikdə 21544.67 manat məbləğində vəsaitin 17000 manatı cavabdeh Cavabdeh tərəfindən ödənilsə də, qalan 4544.67 manat məbləği ödənilməmişdir. İddiaçı İddiaçı müalicəsi üçün 21544.67 manat məbləğində vəsait ödənilməsi, həmin vəsaitin 17000 manatının cavabdeh Cavabdeh tərəfindən ödənilməsi, qalan 4544.67 manat məbləğinin isə sonuncu tərəfindən ödənilməməsi iş materialları ilə öz təsdiqini tapmışdır.
53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin iddiaçıya ziyan vurması barədə qənaəti ilə razılaşsa da, qeyd edir ki, məhkəmə ödənilməli ziyan (borc) məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir.
54. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı hökmünə əsasən cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı sağlamlığı üçün 17400 manat məbləğində maddi zərər ödənilməsi müəyyən edilmişdir.
55. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (bax: 39-cu bənd).
56. Birinci instansiya məhkəməsi mübahisəyə baxarkən işdə olan Cavabdeh barəsində qanuni qüvvəyə minmiş ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı hökmündə cavabdehin iddiaçıya ödədiyi 17400 manat məbləği səhv olaraq 17000 manat kimi nəzərə alaraq qətnamə qəbul etmişdir.
57. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən qət edilmiş 4544.67 manat məbləğindən əvvəllər ödənilmiş 400 manat çıxılmalıdır.
58. Kollegiya apellyasiya şikayətinin dəllilərini əsassız sayaraq qeyd edir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına ağır zərər vurulmasına görə müalicəsi üçün xərclədiyi vəsaitin hesabatını təqdim etmişdir. Həmin vəsait məbləği iddianın qismən əsaslı olduğunu təsdiq edir.
59. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
60. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
61. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən – “400 manat məbləğində dəymiş ziyan (borc) tutularaq iddiaçı İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalı və iddia həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ beş min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (bax: 46-cı bənd). Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən – “400 manat məbləğində dəymiş ziyan (borc) tutularaq iddiaçı İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməsin. Cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməli məbləği 4144.67 (dörd min bir yüz qırx dörd manat altmış yeddi qəpik) manat müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 61,44 (altmış bir manat qırx dörd qəpik) manatı cavabdehə aid edilsin. Cavabdeh Cavabdeh 61,44 manat məbləğində pul alınıb iddiaçı İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 3,56 (üç manat əlli altı qəpik) manatı onun özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov