Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-54/2026 22.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı1, iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı «evə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzilə köçürülmə, istifadə hüququ ) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Iddiaçı iddiaçı1 və iddiaçı2, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh cavabdeh2, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçılar iddiaçı1, iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “evə köçürülmə və istifadə hüquqlarının tanınması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Iddiaçılar iddiaçı1, iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ## ### 2011-ci il tarixdə X2 adlı uşaqla birlikdə birgə nikah dövründə inşa edilmiş və cavabdehlərin istifadəsində olan Balakən rayonun, Hənifə kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələrinə və həmin evdə istifadə hüquqlarının tanınmasına, eləcə də ödənilmiş 110 manat rüsumun (60 manat mediasiya, 50 manat rüsum) cavabdehlərdən tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh2 ilə iddiaçı iddiaçı1 faktiki ailə quraraq birlikdə yaşamışlar. ## ###### 2006-cı il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə yaşayışlarından ## ### 2006-cı il tarixdə iddiaçı2 və ## ### 2011-ci il tarixdə X2 adlı iki uşaqları olmuşdur. Ailə qurduqdan sonra şəxsi və cehiz əmlaklarında birlikdə cavabdehlərə məxsus Balakən rayonu, Hənifə kəndində yerləşən 1978-ci ildə inşa edilmiş fərdi yaşayış evinə köçmüşdür. Cavabdeh və ailə üzvləri ilə birlikdə təsərrüfatı birgə idarə etmişlər. Zəlzələ nəticəsində həmin ev yararsız hala düşərək sökülmüşdür. Birgə nikah dövründə isə sənədsiz olan yeni 143 kv.m sahəsi olan yeni ev inşa edilmiş və həmin evdə yaşamışlar. Tərəflər arasında olan nikah Balakən Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli e-*(***)-**/**** saylı qətnaməsi ilə pozulmuş, azyaşlı uşaq iddiaçı1 himayəsində saxlanılmışdır (qətnamədən apellyasiya şikayəti verilmiş və qanuni qüvvəsini almamışdır). Nikah pozulduqdan sonra hazırki iş üzrə iddiaçıları və azyaşlı uşağı cavabdehlər həmin evdən çıxarmışlar. Hazırda onlar azyaşlı uşaqla birlikdə həmin evə köçmək istəyirlər.
Birinci instansiya məhkəməsində icraat
3. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı iddiaçı1 (iddiaçı iddiaçı2 nümayəndəsi) iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehlərin dəlilləri ilə tanış olaraq onları əsassız hesab edirlər. Belə ki, cavabdehlər onların mübahisəli evə köçürüməmələrinin səbəbi kimi onlarla hər hansı notarial qaydada təsdiq edilmiş razılıq olmamasını bildirirlər. Cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş ********** qeydiyyat nömrəli ##.##.2025-ci il tarixli çıxarışdan görünür ki, həmin çıxarış onlar iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra alınmış və evə dair səhədlər mövcud olmadığından notarial qaydada razılığın alınması qeyri- mümkün olmuşdur. Həmçinin cavabdeh2 ilə arasında ## ###### 2006-cı il tarixdə nikah bağlanmışdır. Yəni hazırkı mübahisə üzrə münasibətlər yarandığı zaman olan qanunvericilik tətbiq edilməlidir. Bundan başqa iddiaçı2 cavabdeh2 qızı və cavabdeh1 nəvəsi olmaqla ailə üzvüdür. Habelə həmin fərdi yaşayış evi zəlzələ nəticəsində yararsız hala düşmüş və sökülmüş evin yerinə yenidən birgə nikah dövründə ev inşa edilmişdir. Iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdeh cavabdeh1 nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Belə ki, iddiaçı1 ilə cavabdeh2 nikahlarını ##.##.2006-ci il tarixdə X7 bağlanmışlar. Birgə nikahdan ## ### 2006ci il təvəllüdlü iddiaçı2 və ## ### 2011-ci il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlməməsi səbəbindən nikahları Balakən rayon Məhkəməsinin e-*(***)- **/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. iddiaçı1 və iddiaçı2 cavabdehlərin keçmiş ailə üzvü olduğundan fərdi yaşayış evindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi ## #### 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001- ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məkhəməsinin ## ### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.2ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilinəsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə miimkündür» (R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Iddiaçılar ilə aralarında hər hansısa bir formada notarial razılaşmanın olmaması səbəbindən cavabdehlərin evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbi təmin edilə bilməz. Bunun üçün iddianın əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbi ilə qismən razıdır, uşaqlarının həmin evə köçürülməsinə etiraz etmir, lakin iddiaçı1 evə köçürülməsi ilə razı deyildir. Oğlu hazırda özü ilə yaşayır.
6. Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2(019)-935/2025 saylı qətnaməsi ilə (hakim A.Cəfərova) iddia tələbi təmin edilmiş, iddiaçılar iddiaçı1 və iddiaçı2 ## ### 2011- ci il təvəllüdlü X2 adlı uşaqla birlikdə cavabdehlər cavabdeh2 və cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 222 m2 olan fərdi yaşayış evinə köçürülməsi və fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması, ödənilmiş 50 manat dövlət rüsumunun və 60 manat mediasiya xərcinin cavabdehlər cavabdeh2 və cavabdeh1 alınaraq iddiaçılar iddiaçı1 və iddiaçı2 ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı iddiaçı1 ## ###### 2006cı ildə cavabdeh cavabdeh2 ilə nikah bağlayaraq evlənmiş, yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Həmin vaxt fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd olmamış, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Evin yerləşdiyi torpaq sahəsi isə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Balakən rayonu Aqrar Islahat Komissiyasının ## #### 2001-ci il tarixli ** saylı qərarı ilə Əliyev Vaqif Murtuz oğlunun, cavabdeh1 və cavabdeh2 mülkiyyətinə verilmişdir. Göründüyü kimi iddiaçı iddiaçı1 köçdüyü mübahisəli evə qayınatası Əliyev Vaqif Murtuz oğlu qanuni gözləntiyə malik olmuş, iddia ərizəsi verilən zaman isə artıq sonuncunun mülkiyyət hüququ ##.##.2019-cu il tarixdə qeydə alınmışdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; 8.Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə əsasən deyil, həmin Məcəllənin 1255-ci maddəsinin tələbləri nəzərə alınmaqla “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2010-cu il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından həll edilməlidir. Həmin qərara əsasən isə mülkiyyətçi ilə yazılı razılaşmanın olmasına zərurət yoxdur. “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət oldu ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin II hissəsindən və 34-cü maddəsinin IV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəalarında digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalınmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.
9. Iddiaçı iddiaçı1 cavabdehlər olan əri və qayınanası ilə yaşamaqla birgə təsərrüfat aparmış, onun qızı digər iddiaçı iddiaçı2 ## ### 2006-cı il tarixdə və oğlu X2 ## ### 2011-ci il tarixdə həmin evdə doğulmuşdur.
10. Mərhum Əliyev Vaqif Murtuz oğlu ##.##.2007-ci ildə ölmüş, tərəflər mübahisəli evdə yaşamağa davam etmişdir. Mərhumun oğlu cavabdeh cavabdeh2 1-ci növbə vərəsə kimi vərəsəlik hüququndan irəli gələn mülkiyyət hüququ ilə bağlı qanuni gözləntisi yaranmışdır. Ona görə cavabdeh cavabdeh2 atasından miras qalmış əmlakı qəbul etməklə mülkiyyətçi statusu əldə etmiş və iddiaçıların da onun ailə üzvləri kimi evə istifadə hüququ yaranmışdır.
11. Tərəflərin yaşadığı ev 2012-ci ildə zəlzələ nəticəsində yararsız hala düşdüyünə görə sökülmüş, onun yerində yeni inşa olunmuş evdə yaşamağa davam etmişlər.
12. Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh2 ilə iddiaçı1 arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan uşaq ## ### 2011-ci ildə anadan olmuş X2 Məlahət Səməd qızının yanında saxlanmışdır. 2025ci ilin may ayına kimi iddiaçılar həmin evdə yaşamışlar. Iddia ərizəsi verildikdən sonra ##.##.2025-ci il tarixdə isə fərdi yaşayış evinin ½ hissəsi cavabdeh1, ½ hissəsi cavabdeh2 adına qeydə alınmışdır. Məhkəmə hesab edir ki, mübahisəli evə cavabdeh cavabdeh2 mülkiyyət hüququnun ##.##.2025-ci il tarixdə qeydə alınması iddaçıların onun ailə üzvü kimi mənzilə köçürülməsinə maneə deyildir. Belə ki, məhkəmənin müəyyən etdiyi işin mübahisəsiz hallarından görünür ki, mərhumun ölümündən sonra cavabdehlər evdə yaşamaqda davam etmişdir. Qanunveriliciyin tələbinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
13. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçılar iddiaçı1 və iddiaçı2 ## ### 2011-ci il təvəllüdlü X2 adlı uşaqla birlikdə cavabdehlər cavabdeh2 və cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 222 m2 olan fərdi yaşayış evinə köçürülməli və fərdi yaşayış evindən istifadə hüquqları tanınmalıdır.
14. Iddianın irəli sürülməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu və 60 manat mediasiya xərci cavabdeh cavabdeh2 və cavabdeh1 alınaraq iddiaçılar iddiaçı1 və iddiaçı2 ödənilməlidir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 43.1, 60-cı maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 228.5, 1159.1, 1159.1.1. 1243.2, 1243.3, 1255-ci maddələri, “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan cavabdehlər cavabdeh2 və cavabdeh1 apellyasiya şikayəti vermişlər.
17. Cavadeh cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə konstitusiyanın 13-cü maddəsinin tələblərini pozmuşdur. Iddiaçıların ona məxsus fərdi yaşayış evində istifadə hüququnun tanınması və evə köçürülməsi Azərbaycan Respublikasının konstitusiyası ilə qorunan mülkiyyət toxunulmazlığı hüququmun pozulması kimi qiymətləndirilməlidir.
18. Birinci instansiya məhkəməsi tərəfindən ümumpaylı mülkiyyət hüququ üzrə ona və cavabdeh1 məxsus fərdi yaşayış evinə iddiaçıların köçürülməsi və istifadə hüququnun tanınması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinin tələblərini pozmuşdur.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5- ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məkhəməsinin ## ### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: -mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - -həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; -istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.
20. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş«mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir.
21. Iddiaçılar ilə cavabdeh cavabdeh1 arasında hər hansısa bir formada notarial razılaşmanın olmaması səbəbindən cavabdehlərin evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbi təmin edilə bilməzdi. Lakin məhkəmə əsassız olaraq sözügedən Konstitusiya Məhkəməsinin qərarını nəzərə almamış, əsassız qətnamə qəbul etmişdir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair ## ####### 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə AzərbaycanRespublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər cavabdeh2 və iddiaçı1 arasında olan hüquq münasibətləri ##.##.2006-cı il tarixdən sonra yarandığından onlar arasında olan hüquq münasibətinə MM-nin 228-ci maddəsi tətbiq edilməlidir.
23. Bundan əlavə məhkəmənin diqqətinə çatdırır ki, fərdi yaşayış evinin tərkib hissəsinin mülkiyyətçisi olsada iddiaçılar onun ailə üzvü deyillər. Belə olan təqdirdə iddiaçıların ümumpaylı mülkiyyət hüququ üzrə ona məxsus fərdi yaşayış evinə köçürülməsi Konstitusiya Məhkəməsinin qərarının pozulması kimi qiymətləndirilməlidir.
24. Birinci instansiya məhkəməsi mülki iş materialına əlavə olunmuş sübutları tam qiymətləndirməmiş, tərəflər arasında olan hüquqi münasibətlərin hansı dövrdən yaranmasını, iddiaçıların evə köçürüldüyü təqdirdə yeni məhkəmə mübahisələrinin yaranmasına zəmin yaradacağını nəzərə almamışdır. Iddiaçılar ilə aralarında olan münasibətə MM-nin 228.5-ci maddəsinin tətbiq edilməli olduğu təqdirdə məhkəmə tərəfindən “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad olunması əsassızdır. Hazırki mübahisəyə mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları baxımından qiymət verilməli və iddia təmin edilməməlidir.
25. Birinci instansiya məhkəməsinin mövqeyindən belə anlaşılır ki, əgər o, vərəsəliyi qəbul etməsəydi, o zaman iddiaçıların evə istifadə hüququ yaranmış olmazdı. Onun mirası qəbul etdiyi üçün, iddiaçıların fərdi yaşayış evinə istifadə hüququnun təmin olunması, mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir.
26. Odur ki, Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsininin tamamilə ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Cavadeh Yüzbaşiyav Sona Abdulla qızının apellyasiya şikayətinin dəlilləri cavabdeh cavabdeh2 apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunması, Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı iddiaçı1 apellyasiya şikayətlərinə etiraz edərək, cavabdehlərin apellyasiya şikayətinin təmin olunmaması, Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı iddiaçı2 cavabdehlərin apellyasiya şikayətinin təmin olunmaması, Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətlərinin təmin edilməməsi Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Konstitusiyanın: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.2-cü maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlaka idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
37. “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: “…mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin II hissəsindən və 34cü maddəsinin IV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəalarında digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalınmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur.”
38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
39. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Apellyatorlar Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4- cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı iddiaçı1 cavabdeh cavabdeh2 ilə ## ###### 2006-cı ildə rəsmi nikaha girərək cavabdehlərə məxsus Balakən rayonu, Hənifə kəndində yerləşən 1978-ci ildə inşa edilmiş fərdi yaşayış evinə köçmüşdür. Həmin vaxt fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd olmamış, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Evin yerləşdiyi torpaq sahəsi isə Balakən rayonu Aqrar Islahat Komissiyasının ## #### 2001-ci il tarixli ** saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Əliyev Vaqif Murtuz oğlunun, cavabdeh1 və cavabdeh2 mülkiyyətinə verilmişdir. Əliyev Vaqif Murtuz oğlunun adına isə 2003cü ilin dekabr ayında ünvan 1ndə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu verilmişdir.Əliyev Vaqif Murtuz oğlu ##.##.2007-ci ildə ölmüş, tərəflər mübahisəli evdə yaşamağa davam etmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 401013012089-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 222 m2 fərdi yaşayış evi tam Əliyev Vaqif Murtuz oğlunun, 0.1691 ha torpaq sahəsi ümumi birgə Əliyev Vaqif Murtuz oğlunun, cavabdeh1, cavabdeh2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində ##.##.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra Balakən rayonu notariat ofisi tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Əliyev Vaqif Murtuz oğlundan miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 401013012089-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 222 m2 fərdi yaşayış evi və ümumi sahəsi 0,1691 ha olan torpaq sahəsinin mərhumun payına düşən hissəsindən arvadı cavabdeh1 və oğlu cavabdeh2 ½ hissədə payları müəyyən edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 401013012089-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 222 m2 fərdi yaşayış evinin və 0.1691 ha yaşayış məntəqələrinin torpağının ½ hissəsi cavabdeh1, ½ hissəsi cavabdeh2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ##.##.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı iddiaçı1 ilə cavabdeh cavabdeh2 arasında bağlanmış və ## ###### 2006-cı il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 273 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
47. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir.
48. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri istifadə hüququ ilə bağlı yaranan mübahisədir.
49. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə isə tərəflər arasında hüquq münasibətləri 2001-ci ildən sonra və ## ####### 2009-cu il tarixədək yarandığından, tərəflər arasında yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərinə uyğun həll edilməlidir. 50.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı iddiaçı1 ## ###### 2006-cı ildə cavabdeh cavabdeh2 ilə nikah bağlayaraq evlənmiş, yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Həmin vaxt fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd olmamış, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Mərhum Əliyev Vaqif Murtuz oğlu ##.##.2007-ci ildə ölmüş, tərəflər mübahisəli evdə yaşamağa davam etmişdir. Mərhumun oğlu cavabdeh cavabdeh2 1-ci növbə vərəsə kimi vərəsəlik hüququndan irəli gələn mülkiyyət hüququ ilə bağlı qanuni gözləntisi yaranmışdır. Ona görə cavabdeh cavabdeh2 atasından miras qalmış əmlakı qəbul etməklə mülkiyyətçi statusu əldə etmiş və iddiaçıların da onun ailə üzvləri kimi evə istifadə hüququ yaranmışdır. 51.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.
52. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, qayınatasının ölümündən sonra da iddiaçı iddiaçı1 cavabdeh əri cavabdeh2 ilə mübahisəli evdə yaşamaqda davam etmişlər. Bundan sonra Balakən rayonu notariat ofisi tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Əliyev Vaqif Murtuz oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 222 m2 fərdi yaşayış evi və ümumi sahəsi 0,1691 ha olan torpaq sahəsinin mərhumun payına düşən hissəsindən arvadı cavabdeh1 və oğlu cavabdeh2 ½ hissədə payları müəyyən edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 401013012089-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 222 m2 fərdi yaşayış evinin və 0.1691 ha yaşayış məntəqələrinin torpağının ½ hissəsi cavabdeh1, ½ hissəsi cavabdeh2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ##.##.2025-ci il tarixdə qeydiyyata alınmışdır.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar.
54. Həmin Məcəllənin 1243.2-cü maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlaka idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
55. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
56. Qanunvericiliyin yuxarıda şərh olunan normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki mübahisə Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə əsasən deyil, həmin Məcəllənin 1255-ci maddəsinin tələbləri nəzərə alınmaqla “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2010-cu il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından həll edilməlidir.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
59. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.