Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-541/2026 20.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi, qüvvə) Hakimlər X11 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(014)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdehdan 16000 (on altı min) manat maddi, 1000 (bir min) manat mənəvi ziyan, ümumilikdə 17000 (on yeddi min) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş vəsaitin tutularaq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh sonuncunun bacısı şahid4 vasitəsilə 2021-ci ilin avqust aylarında Bəxtiyar kimi tanımışdır. 2023-cü ilin iyul ayının ortalarında cavabdeh Bakı şəhəri, Səbail rayonu 20-ci Sahə deyilən ərazidə yerləşən ticarət mərkəzində obyekt icarəyə götürüb ətir dükanı açmağı ona təklif etmiş və o, bu işə görə 20000 manat pul vəsaitinin lazım olduğunu bildirmişdir. O, cavabdehin təklifi ilə razılaşıb “xxxx” QSC-dən ## ###### 2023-cü il tarixdə 20000 manat pul məbləğini kredit olaraq əldə etmişdir. Bundan sonra o, ## ######## 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə deyilən ərazidə yerləşən kafedə cavabdeh Cavabdeh ilə görüşmüş və cavabdeh 35 kv.metr sahəsi olan obyekt tapdığını, ilkin olaraq həmin obyektin təmirinə və icarə haqqının ödənməsi üçün 3900 manat pul vəsaitinin lazım olduğunu demişdir. O, cavabdehə inandığı üçün 3900 manat məbləğində pul vəsaitini cavabdehə təqdim etmişdir. Bir müddət sonra, ## ####### 2023- cü il tarixdə cavabdeh ona zəng edərək 35 kv.metr sahəsi olan obyektə ətir və bijuteriya qablarının alınması üçün əlavə 4100 manat pul vəsaitinin lazım olduğunu bildirmişdir. O, cavabdehin anası şahid3 35 kv.metr sahəsi olan obyektə ətir və bijuteriya qablarının alınması üçün 4100 manat məbləğində pul vəsaitini təqdim etmişdir. Bundan sonra təxminən 2023-cü ilin oktyabr ayının ortalarında cavabdeh ona zəng edərək Bakı şəhəri, Bayıl qəsəbəsində yerləşən “Bayıldım” kafesinə dəvət etmiş və X3 iştirakı ilə “**-OX-***” dövlət qeydiyyat nişanlı maşınında 8000 manat məbləğində pul vəsaitini cavabdeh Cavabdeh vermişdir. Daha sonra cavabdeh ondan aldığı son 8000 manat məbləğində pul vəsaiti vasitəsilə Ağdam rayonunda özünə toy etməsi və onu aldatması barədə məlumatı olmuşdur. O, ## #### 2024-cü il tarixdə DIN-nin 102 xidmətinə zəng etmiş və 8-ci Polis Bölməsinə ərizə vermişdir. Cavabdehin ilkin olaraq ondan aldığı 35 kv.metr sahəsi olan obyektin təmirinə və icarə haqqının ödənməsi üçün 3900 manat pul vəsaitini və şahid3 verdiyi 35 kv.metr sahəsi olan obyektə ətir və bijuteriya qablarının alınması üçün 4100 manat məbləğində pul vəsaiti barədə 2023-cü ildə 8-ci Polis Bölməsinə ərizə verərkən qeyd etmək istəmiş, lakin bu işlə məşğul olan sahə rəisi Ədalət müəllim 3900 manat və 4100 manat məbləğində pul vəsaitini borc kimi yazmasını bildirmişdir. Lakin sahə rəisi Ədalət müəllim məsələni araşdırıb mülki məsələ olduğunu bildirirək rədd qərarı yazmışdır. Ikinci şikayətində cavabdehin anası şahid3 ilkin ödənilən 3900 manat və 4100 manat məbləğində ümumilikdə 8000 manat pul vəsaitini özünün qaytaracağını bildirmiş və 500 manat məbləği kart hesabına köçürmüşdür. Bu səbəbdən ikinci ərizədə bu faktı qeyd etməmişdir. şahid3 verdiyi vədə əməl etməmiş, buna görə sonrakı şikayət ərizəsi və izahatında cavabdeh Cavabdeh verdiyi 35 kv.metr sahəsi olan obyektin təmirinə və icarə haqqının ödənməsi üçün 3900 manat pul vəsaitini və şahid3 verdiyi həmin obyektə ətir və bijuteriya qablarının alınması üçün 4100 manat məbləği və X3 iştirakı ilə “**-OX-***” dövlət qeydiyyat nişanlı maşınında 8000 manat məbləğində pul vəsaiti, ümumilikdə 16000 manat məbləğində pul vəsaiti qeyd etmiş və 16000 manat məbləğində pul vəsaitini şərikli biznes üçün yatırmasını bildirmişdir. ## #### 2025-ci il tarixində Səbail Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin sabiq müstəntiqi, polis R-leytnantı Valeh Nəbiyev tərəfindən onun verdiyi ərizə əsasında material toplanmış və ********* saylı cinayət işi başlanmışdır. Daha sonra cinayət işinin istintaqını aparan polis R-leytnantı Valeh Nəbiyev xidməti iş yerini dəyişməsi ilə əlaqədar istintaqın davam etdirilməsi məqsədilə Anar Bağırova həvalə edilmişdir. ## #### 2025-ci il tarixində cavabdeh Cavabdeh barəsində şübhəli şəxsin tutulması və axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş və ## #### 2025-ci il tarixində cavabdeh Cavabdeh Səbail rayon Polis Idarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq həmin idarənin X10 təhvil verilmişdir. ## #### 2025-ci il tarixində Səbail rayon Polis Idarəsinin sabiq baş müstəntiqi Anar Bağırov tərəfindən cavabdeh barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Aparılmış istintaq zamanı cavabdehin ətir, bijuteriya və uşaq oyuncağı satışı ilə bağlı biznes qurmaq adı ilə onu aldatması və 16000 manat pulunu ələ keçirməsini təsdiq edə biləcək mümkün və mötəbər sübutun olmaması, tərəflər arasında həm mülki xarakterli mübahisənin, həm də ailə münaqişəsinin olması müəyyən edilmişdir. Bu səbəbdən Səbail raypn Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi R Zamiq Mustafayev tərəfindən ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. Odur ki, cavabdeh Cavabdeh şərikli ətir və bujiteriya biznesi qurmaq adı ilə ondan aldığı ümumilikdə 16000 manat pulun və mənəvi ziyan olaraq 1000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.
3. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(014)- ****/**** nömrəli nömrəli qətnaməsi ilə (hakim Məhəmməd Bağırov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair iddiasının qismən təmin edilməsi cavabdeh Cavabdeh dəymiş ziyana görə 7500 manat məbləğində pul vəsaiti və 95 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı İddiaçı oğlunun xeyrinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 406, 739.2, 329.1, 337.1, 14.2.7, 1091.2, 1093.1-ci maddələrinə, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli qərarının 4.13-cü bəndinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: “Bakı şəhəri Səbail rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi X8 “cinayət işi üzrə sübutların qiymətləndirilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında” ## ####### 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata xilam verilməsinə dair yekun qərar qəbul edilmişdir. X4 ## #### 2024-cü il tarixdə Səbail rayon Polis Idarəsinin 8- ci Polis Bölməsində verdiyi izahatdan görünür ki, o, 2021-ci ilin avqust ayında şahid4 ilə tanış olmuş, 2024-cü ilin yanvar ayına kimi qeyri rəsmi bir yedə yaşamışlar. Balaxanımın qardaşı X6 2023-cü ilin oktyabr ayında onunla söhbət edərək, şərikinə biznes qurmasını təklif etmiş, o da Bəxtiyarla razılaşmış və bunun üçün nə lazımdırsa edəcəyini bildirmişdir. Bundan sonra Bəxtiyara Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən “Bayıldım” restoranın yanında “**-OX-***” dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruzy” markalı avtomobilində 8000 manat pul vermişdir. Pulu verən zaman dostu X3 yanında olmuşdur. Pulu verdiyi gündən Bəxtiyar verdiyi vədinə əməl etməmiş və pulu da qaytarmaqdan imtina edir. X6 onun əsil adı və soyadıdır, lakin hazırda o saxta Kərimov Namiq Oruc oğlu ad soyadı daşıyır. Cavabdeh ## ##### 2024-cü il tarixdə Səbail rayon Polis Idarəsinin 8- ci Polis Bölməsində verdiyi izahatdan görünür ki, o, Səbail rayonu, 20-ci sahədə yerləşən “Günel” ticarət mərkəzinin girişində parfumeriya dükanını icarə əsasında işlədir. 2023-cü ilin oktyabr ayında evlənmək üçün pula ehtiyacı olmuş, İddiaçı onun pula ehtiyacının olduğunu bildiyi üçün ona 10000 manat borca pul verə biləcəyini bildirmiş, o da həmin pulu bir il ərzində qaytaracağına söz vermiş və onlar razılaşmışlar. Bundan sonra Tural ona 7800 manat borca pul vermiş və özünə toy etmişdir. O, Turaldan biznes qurmaq və ya ətir dükanı açmaq adı ilə 8000 manat pul almamış, belə bir görüşmə və ya söhbət olmamışdır. Tural yalan danışır və ona şər atır. Tural əvvəllər də ona şər atmışdır. Onun Turala yalnız 7800 manat borcu var və həmin borcu hissə-hissə qaytaracaqdır. Bakı şəhəri Səbail rayon Polis Idarəsinin Istintaq şöbəsində şahid qismində dindirilmiş X2 ## ####### 2025-ci il tarixdə verdiyi ifadəsində bildirmişdir ki, Bəxtiyar adı ilə tanınan Cavabdehla 2020-ci ildən tanışdır. Mebel ustası lazım olarkən Namiq onu dəvət etmişdir. Təxminən 2021-ci ilində Namiq ona zəng edərək, onu 20-ci Sahə deyilən yerdə Günel ticarət mərkəzinə çağırmış, orada Namiq və Tural adlı şəxslər olmuşdur. Namiq 30-35 kv.metr sahəsi olan dükanı göstərərək həmin dükanı ətir-parfumeriya mağazası etmək istədiklərini, həmin dükana vitrin mebel yığmaq lazım olduğunu bildirmişdir. O, ölçüləri götürmüş və materialı hesablamışdır. Daha sonra bir neçə gün ərzində mebel vitrini yığımışdır. Vitrinin pulunu Tural vermişdir. Təxminən 3-4 ay sonra Namiq ona zəng edərək, Turalın mağazadan çıxdığını, onun pulu ilə qurlaşdırılmış mebel vitrini söküb özünə vermək lazım olduğunu bildirmişdir. O da həmin dükana gedərək mebeli səliqəli söküb Tural və anasına təhvil vermişdir. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 20-ci sahədə yerləşən qeyri-yaşayış sahəsinin sabiq mülkiyyətçisi Siracəddin Əfəndiyev tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli məktubdan görünür ki, İddiaçı və Cavabdeh ilə aralarında “Günel” ticarət mərkəzində yerləşən qeyd olunan obyekt üzrə hər hansı icarə müqaviləsi bağlanmamışdır. Adları çəkilən şəxsləri tanımır və onlarla hər hansı hüquqi və ya mülki münasibəti olmamışdır. Qeyd olunan qeyri-yaşayış sahəsi üzrə icra müqaviləsi yalnız Bəxtiyar adlı şəxs (“Bəxliyar” Cavabdeh ayaması olmuşdur) ilə 2022-ci ildə müqavilə bağlanmış və təxminən bir il müddətində qüvvədə olmuşdur. “xxxx” MMC-nin nümayəndəsi Elvin Yusubov tərəfindən verilmiş məktubdan görünür ki, “xxxx” MMC ilə İddiaçı arasında ## #### 2023-cü il tarixdə müqavilə bağlanaraq Bayıl-2 mağazasının daxilində bijuteriya məhsullarının satışı məqsədilə subicarə sahəsi verilmişdir. Sözügedən müqaviləyə ## ###### 2024-cü il tarixdə xitam verilmişdir. Müqavilə üzrə ödənişlər İddiaçı tərəfindən tam olaraq həyata keçirilmişdir. ************ nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 141 (bir yüz qırx bir) manat dövlət rüsumu ödəniş etmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının iddia tələbi təmin olunarkən mülki prosessual və mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Qəbul olunmuş qətnaməni aşağıdakı göstərilən səbəblərə görə əsassız, qanunazidd və qeyri-obyektiv hesab edir. Ilk öncə bildirir ki, Ağdaş Rayon Məhkəməsinin qətnaməsi ona aprel ayının 21 -i çatdığından (poçt bildirişi əlavə olunacaq) apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan 1 aylıq müddəti ötürməmişdir. Işin mahiyyətinə gəldikdə isə bildirir ki, Ağdaş Rayon Məhkəməsi tərəfindən iddia qismən təmin olunarkən işin materialları üzrə aşağdakı hallar nəzərə alınmışdır. 1 . Iş üzrə iddiaçı İddiaçı iddia ərizəsində qeyd etdiyi ## ######## 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə deyilən ərazidə yerləşən kafedə onunla görüşməsi və 35 kv.metr sahəsi olan obyektin icarəyə götürülməsi və təmir olunması üçün ona 3900 manat pul verməsi. 2 . Bundan bir müddət sonra ## ####### 2023-cü ildə həmin obyektə ətir və bijuteriya qabların alınması üçün anası şahid3 Müslim qızına 4100 manat pul vəsaitinin verilməsi. 3 . Ona və anasına verilən ümumilikdə 8000 (3900+4100) min manat puldan 500 manatın anası və o, tərəfindən ayrı-ayrı vaxtlarda iddiaçının kartına köçürmə yolu ilə qaytarılmasını. Nəticədə məhkəmə 7500 manat məbləğində pulun onun tərəfindən iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir. 8000 -500 =7500. Yuxarıda qeyd etdiyi işin 1-ci halında göründüyü kimi ## ######## 2023-cü il tarixdə 3900 manat pul vəsaiti iddiaçı tərəfindən ona verilmişdir. Işin 2-ci halından görünür ki, 4100 manat pul ## ####### 2023-cü ildə onun anası şahid3 Müslim qızına verilmişdir. Hər iki halda iddiaçı pul vəsaitini obyektin təmiri və obyektə bijiuteriya mallarının alınması üçün verdiyini iddia etsə də hər iki epizodda pul onun toy mərasimimin keçirilməsi üçün borc formasında götürülmüşdür. Ayrıca olaraq məhkəmənin diqqətini ona çəkmək istəyir ki, pulun verilməsinə dair 2-ci epizodda pul borc qismində onun anası tərəfindən alınmışdır. Düzdür borc onun toy mərasiminin təşkil olunması üçün alınsa da borclu şəxs onun anası olmuşdur, o deyil. Bu hal həm iş üzrə iddiaçının iddia ərizəsində qeyd etdikləri, həm də məhkəmə prosesi zamanı verdiyi izahatda öz təsdiqni tapır. Iddiaçı həm öz iddia ərizəsində həm də məhkəmə çıxışında pulun verilməsinə dair 2-ci epizodda yəni ## ####### 2023-cü ildə 4100 manat pulu onun anasına verdiyini qeyd edib. Lakin təəssüf ki, bu hal məhkəmə tərəfindən nəzərə alınmamış, o, yalnız 1-ci epizodda götürdüyü 3900 manant pula görə cavabdeh olduğu halda anasının borc kimi götürdüyü 4100 manat pulun qaytarılması da məhkəmə tərəfindən onun üzərinə qoyulmuşdur. Beləliklə də Ağdaş Rayon Məhkəməsi işin faktiki halları barəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Qeyd edir ki, Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmçinin 385.1.3-cü maddəyə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Işin faktiki halları və işin materiallarında olan sübütlarla iş üzrə iddiaçı İddiaçı ona 4100 manat verdiyi təsdiq olunmur. Göründüyü kimi məhkəmə işin faktiki hallarını düzgün araşdırmamışdır. Həmçinin iş üzrə şahid anası şahid3 Müslim qızı da birinci instansiya məhkəməsində bildirmişdir ki, 4100 manat pul məhz onun tərəfindən borc məqəsədilə alınmışdır. Bu səbədən məhkəmə bu hissədə (4100 manat pulun mənim tərəfimdən alınmasına dair) ona qarşı qaldırılmış iddianı təmin etməli deyildi. Iş üzrə iddiaçın həmin pulu ondan deyil anasından tələb etmək hüququ vardır. Məhkəmə tərəfindən yol verilən qanun pozuntularından digəri isə odur ki, məhkəmə iddia tələbini qismən təmin edərkən Mülki Məcəllənin 14.2.7-ci, 1091.2-ci maddələrində qeyd olunan mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası olan əsassız varlanmanı əsas götürsə də əsassız varlanma tələbinə dair nəzərdə tutulan 2 illik müddəti tətbiq etməmişdir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qeyd edir ki, bu müddət kəsici müddət olaraq hüququn özünün xitamı ilə nəticələnir və cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. ## ######## 2023-cü ildə 3900 manat pulun verilməsi və ## ####### 2023-cü ildə 4100 manat pulun verilməsindən 2 il sonra iddiaçı tərəfindən “pul” tələbinə dair Ağdaş Rayon Məhkəməsinə müraciət olunmuşdur. Beləliklə də 2 illik kəsici müddət ötürülmüşdür.
8. Ona görə də, yuxarıda yazılanlara və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(014)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(014)- ****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Icranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarı.
14. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli qərarı: 4.13-cü bəndinə əsasən müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqı-satqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyri-maddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır. Məsələn, tibbi turizm zərfi müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində təcili cərrahi əməliyyat keçirməli olan müqavilə tərəfinin əməliyyatının vaxtında baş tutmaması və yaxud sərnişin daşıma xidmətinin qüsurlu icrası nəticəsində şəxsin ali məktəbin qəbul imtahanına gecikməsi və ya podrat, xidmət müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində yeganə nüsxədə fotoalbom, rəsm əsəri və bu kimi mənəvi dəyəri olan əşyalara bərpaolunmaz ziyanın vurulması, satılmış planşetin qüsurlu olması səbəbindən işə qəbul imtahanından kəsilməsi, estetik əməliyyat səbəbindən şəxsin xarici görünüşünün eybəcərləşməsi nəticəsində mənəvi zərərə məruz qalması.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh Cavabdeh Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(014)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçının və cavbdehin izahatları, dindirilmiş şahid ifadələri, o cümlədən əldə edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçı İddiaçı 2022-ci ilin sonlarında Cavabdeh ilə şərikli ətir və bijuteriya satışı ilə məşğul olmaları barədə razılığa gəldikdən sonra, iddiaçı İddiaçı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən “Günel” ticarət mərkəzinin daxilində icarəyə götürdükləri mağazaya mebellərin yığılması, ətir və bijuteriyaların alınması üçün ümumilikdə 8000 manat məbləğində xərc çəkmişdir. Bununla yanaşı, iddiaçı İddiaçı “Günel” ticarət mərkəzində fəaliyyətini dayandırdıqdan sonra, mağazada quraşdırılan vitrin mebelləri və satış üçün əldə edilmiş məhsulları götürməsini, sonradan digər mağazalarda ətir və bijuteriyanın satışı ilə məşğul olmasını etiraf etməsə də, iş üzrə cavabdehin izahatı, şahidlər şahid4, şahid3, şahid2, şahid1 və Bakı şəhəri Səbail rayon Polis Idarəsinin Istintaq şöbəsində şahid qismində dindirilmiş X2 ifadələri ilə məlum olur ki, iddiaçı İddiaçı “Günel” ticarət mərkəzində fəaliyyətini dayandırıb oradan çıxan zaman mağazada quraşdırılan vitrin mebelləri və satış üçün əldə edilmiş məhsulları götürərək mağazanı cavabdeh Cavabdeh təhvil vermiş, bundan sonra cavabdehin bacısı Balaxanım Hacıyevlə birlikdə ilkin olaraq 2023-cü ilin əvvəllərində 20-ci sahədə yerləşən ** nömrəli məktəbə yaxın ərazidə olan qeyri yaşayış sahəsində, daha sonra isə ## #### 2023-cü il tarixdən ## ###### 2024-cü il tarixədək olan müddət ərzində “xxxx” MMC-yə məxsus Bayıl2 mağazasının daxilində həmin vitrin mebeldən, eləcə də ətir və bijuteriya məhsullarından istifadə etməklə fəaliyyətini davam etdirmişdir. Göründüyü kimi, “Günel” ticarət mərkəzindəki mağazaya iddiaçı İddiaçı vəsaiti hesabına yığılmış mebellərin, eləcə də satış üçün alınmış ətir və bijuteriya mallarının cavabdehdə qalması və bununla bağlı iddiaçıya hər hansı bir ziyan dəyməsi sübuta yetirilməmişdir. Odur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 16000 manat məbləğində iddia tələbinin yuxarıda göstərilən 8000 manata dair hissəsi əsassızdır və bu hissədə iddia tələbi təmin edilə bilməz. Iddiaçının digər 8000 manat məbləğində iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, cavabdeh Cavabdeh özünə toy etmək üçün 2023-cü ilin təxminən oktyabr əvvəllərində iddiaçı İddiaçı ümumilikdə 8000 manat borc pul alması, həmin borcdan 500 manat məbləğində vəsaitin ayrı-ayrı vaxtlarda cavabdeh Cavabdeh və sonuncunun anası şahid3 tərəfindən iddiaçı İddiaçı kart hesabına köçürülməklə qaytarılması cavabdehin və şahidlərin ifadəsi ilə yanaşı, iddiaçının etirafı ilə də öz təsdiqini tapır. Lakin cavabdeh Cavabdeh qalan 7500 manat məbləğində pul vəsaitinin hissə-hissə qaytarmasına dair dəlil irəli sürsə də, qeyd edilən bu dəlillərlə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 16000 manat məbləğində iddi tələbinin 7500 manata dair hissəsi əsaslıdır və təmin edilməlidir. Iddiaçı İddiaçı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, hər bir iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni, dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırda cavabdeh iddiaçıdan 8000 manat borc pul götürdüyünü etiraf edib, həmin borcun 500 manatını qaytarmasını sübut etsə də, qalan 7500 manat məbləğində vəsaitin iddiaçıya qaytarılması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, bu, onun etirazının əsası olduğundan, bu hissədə - yəni borcun qaytarılması ilə bağlı sübutetmə yükü onun üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəf etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə öz etirazının əsaslarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda cavabdehin iddia tələbinə bu hissədə etirazı əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh 7500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı verilməlidir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı həmçinin 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı da məhkəmədə tələb irəli sürmüşdür. Məhkəmə hesab etmişdir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya hansısa mənəvi zərər vurulması iş materialları ilə sübut olunmadığından iddia həmin hissədə təmin edilməməlidir. Hazırki vəziyyətdə iddia pul tələbi ilə bağlı olduğundan və iddiaçı İddiaçı cavabdeh tərəfindən onun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə edilməsinə dair hər hansı bir sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələbi əsassız olduğundan təmin edilməməlidir.
25. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 və 337.1-ci maddələrinin hüquqi mahiyyəti və təyinatından irəli gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş “başqa hal”a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.
26. Hazırda qüvvədə olan mülki qanunvericilikdə borc müqaviləsinə verilən anlayışda nəzərdə tutulmuş “öhdəsinə götürür” ifadəsi həmin müqavilənin “konsensual” olmasından xəbər verir. Göstərilənlərə əsasən müqavilənin bağlanması üçün pulun verilməsi tələb olunmur. Yazılı formada bağlanılmalı olan borc müqaviləsi şifahi formada bağlandığı və borc məbləğinin borcalana verildiyi hallarda borcun verilməsi faktı müqavilənin hansı formada bağlanmasından asılı olmayaraq müstəqil hüquqi fakt kimi çıxış edərək borcalandan borcun qaytarılmasını tələb etmək hüququnu yaradır.
27. Fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.
28. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun mövgeyinə görə fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.
29. Həmçinin həmin qərarda məhkəmənin mövqeyi belə ifadə edilmişdir ki, mülki dövriyyədə ən çox müraciət edilən müqavilə növlərindən biri borc müqaviləsidir ki, bu müqaviləyə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). ... odur ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
31. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
33. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
34. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(014)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.