Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-545/2026 20.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbinə dair, rədd) Hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı, cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 17000 manat pulun və 141 manat dövlət rüsumunun, cəmi 17141 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh uzun zamandır ki, tanıyır. 2019-cu ilin iyun ayından 2023-cü ilin avqust ayına kimi cavabdeh Cavabdeh ümumilikdə 17000 manat məbləğində pul vermişdir. Həmin pulları cavabdeh Cavabdeh məxsus olan ****-****-****-**** saylı “xxxx” ASC-yə məxsus olan karta və Cavabdeh məxsus olan 5213-6751- ****-**** saylı “Azərbaycan Türk Bank”a (ATB) məxsus olan karta göndərmişdir. Həmin pulların göndərilməsinə dair 38 ədəd çeki var. Həmin 38 ədəd çek vasitəsilə 3840 manat pul göndərilmişdir. Qalan 13160 manata dair isə əlində çeklər qalmamışdır. Əgər məhkəmə tərəfindən sorğu edilərsə, həmin pulların ödənilməsinə dair banklardan cavab alına bilər. Qeyd olunanlarla bağlı şikayət etsə də, Müdafiə Nazirliyinin 1-ci Təhqiqat bölməsinin hüquqşünas təhqiqatçısı X1 ## ###### 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar”ı ilə cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də mülki qaydada iddia verərək cavabdehdən pulunu tələb edir.
3. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Güləndam Quliyeva) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 2005 (iki min beş) manat məbləğində pul alınaraq iddiaçı İddiaçı verilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilən dövlət rüsumunun əvəzi 17 (on yeddi) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ##.##.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu R Cavabdeh İddiaçı 17000 manat pul alaraq mənimsəməsi öz təsdiqini tapmadığından həmin hissədə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. ##.##.2025-ci il tarixli 1862047499 №li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 141 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Iş materiallarına əlavə mədaxil qəbzlərindən görünür ki, müxtəlif vaxtlarda H****** A**** Z***** oğluna məxsus “Kapital Bank” kartına 25 manat, 10 manat, 110 manat, 41 manat, 20 manat, 260 manat, 25 manat, 161 manat, 1000 manat, 21 manat, 51 manat, 25 manat, 130 manat, 25 manat, 50 manat, 51 manat, 41 manat, 505 manat, 30 manat, 21 manat, 60 manat, 20 manat, 10 manat, 26 manat, 21 manat, 90 manat, 30 manat, 16 manat, 22 manat, 21 manat, 30 manat, 15 manat, “AzərTürkBank” 5213-6751-4822-7953 karta isə 400 manat, 74 manat və 350 manat məbləğində pul onun hesabına köçürülmüşdür.
6. Qətnamədən narazı qalan iddiaçı İddiaçı, cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti vermişlər.
Apellyasiya şikayətinin dəlilləri
7. Iddiaçı İddiaçı apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi tam qanunsuz və əsassızdır. Belə ki, qətnamə cavabdehin heç bir sübuta əsaslanmayan ifadəsi əsasında çıxarılmışdır. Işin mahiyyəti ondan ibarətdir ki, o, 2019-cu ilin iyun ayından 2023-cü ilin avqust ayına kimi cavabdehə ayrı-ayrı vaxtlarda karta köçürmə və nəğd vermə yolu ilə cəmi 17000 manat məbləğində pul vermişdir. Həmin pulun 3787 manatını ona məxsus karta köçürməklə, qalan məbləği isə onun özünə nəğd qaydada vermişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq pulu qaytarmamışdır. Məhkəmə qeyd edilən qətnamə ilə iddianı qismən təmin etmiş, yəni 2005 manat cavabdehdə alınaraq ona verilməsi qət edilmişdir. Iddia qalan hissədə təmin edilməmişdir. Qətnaməni qanunsuz və əsassız hesab edir. Məhkəmə baxışı zamanı cavabdeh bildirdi ki, guya onunla yaxın münasibətdə olmuş, kiçik məbləğdə pulları guya məişət xərcləri kimi ona göndərmişdir, böyük məbləğdə olan pullar isə guya onun qohumlarına olan borclarını ödəmək məqsədi ilə göndərmişdir. Bunlar tamamilə yalandır. Heç kimə borcu olmamışdır. Pulların hamısını ona göndərmişdir. Məhkəmə də onun ifadəsinə inanıb iddiasını qismən təmin etmişdir. Qətnamədə qeyd edilir ki, “AzərTürkBank”a məxsus ****-****-****-**** nömrəli kartın cavabdehə məxsus olmasını iddiaçı sübut etməmişdir və buna görə də həmin karta göndərilmiş məbləğlər təmin olunmamışdır. Qeyd etmək istəyir ki, “AzərTürkBank”a məxsus ****-****-****-**** nömrəli karta pul göndərməyi cavabdeh özü ona bildirmişdi. Həmin kartın kimə məxsus olmasını aydınlaşdırmaq onun imkanı xaricindədir. Belə ki, bank bu barədə ona heç bir məlumat vermir. Qanunvericiliyə əsasən bank sirri olan məlumatlar məhkəmənin qərarına əsasən əldə edilə bilər. Məhkəmə həmin kartın sahibi barədə məlumatı özü almalı idi. Lakin bunu etməmişdir. Məhkəmə faktiki olaraq bu xüsusda heç bir araşdırma aparmamış, cavabdehin sözlərinə əsaslanaraq iddianın həmin hissədə təmin edilməməsi barədə qətnamə qət etmişdir. Beləliklə hesab edir ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarıldığına görə ləğv edilməli, iddianın təmin olunmaması haqqında yeni qətnamə çıxarılmalıdır. Qeyd edir ki, qətnamənin surətini rəsmi olaraq qəbzə imza etməklə məhkəmədən ##.##.2026-cı il tarixdə almışdır. Şikayət vermə müddəti keçməyib. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin maddəyə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Cavabdeh bu şərtlərə əməl etməmiş, məhkəmə də bunları nəzərə almamışdır. Həmin maddəyə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Konkret halda cavabdeh onu aldadaraq pul almışdır. Məhkəmə də faktiki olaraq bu xüsusda heç bir araşdırma aparmamışdır Həmin maddədə göstərilmişdir ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin məhkəmə işi hərtərəfli araşdırmamışdır. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hesab edir ki, iş materiallarından da aydın göründüyü kimi iddiaçı kimi tələbini əsaslandıran sübut təqdim etmişdir. Hakim isə bunları nəzərə almayaraq cavabdehin mülahizəsinə uyğun qətnamə çıxarmışdır. Həmin maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Hesab edir ki məhkəmə bu normaya riayət etməmiş, obyektiv və hərtərəfli qiymət verməmişdir. Cavabdehin ondan aldığı pulun məbləği, həmin məbləğin alınmasına dair qəbzlər olmaqla onun bildirdiyi xüsusatlar sübut olunsa da digər xüsusatlar, yəni “AzərTürkBank”a məxsus ****-****-****-**** nömrəli kartın sahibinin müəyyən edilməsi istiqamətində aydınlaşdırılma aparılmamışdır 8.Odur ki, Mingəçevir şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdehin yaxın münasibətləri olmuşdur. Iddiaçı cavabdehlə birgə yaşadığı dövrdə ona borca pul verdiyini bildirmişdir. Cavabdeh iddiaçının ona göndərdiyi pulları borc almadığını, məhz iddiaçının başqa şəxslərə olan borcunu onun vasitəsilə ödədiyini qeyd etmişdir. Iş materialında olan cavabdehə məxsus “Kapital Bank” kart hesabına müxtəlif vaxtlarda 505 manat, 1000 manat, 260 manat, 110 manat və 130 manat pulun köçürülməsi qəbzlərdə əks olunmuşdur. Həmçinin təqdim edilən qəbzlərdə olan “AzərTürkBank” kart hesabının məhz cavabdehə məxsus olub, pulun ona göndərilməsi iddiaçı tərəfindən sübut edilməmişdir. Iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi cavabdeh verdiyi izahatında da iddiaçı ilə qeyri-rəsmi münasibətdə olduqları müddətdə bir-birilərinə 50-100 manat məbləğlərində pul verdiklərini qeyd etmişdir. Bununla belə iddiaçı tərəfindən təqdim edilən qəbzlərdə göstərilən xırda məbləğlərin onların birgə yaşadıqları dövrdə olan gündəlik xərcləri ilə bağlı olması müəyyən edilmişdir. Iddiaçı yerdə qalan məbləğlə bağlı tələbini sübut edə bilməmişdir. Hazırki iş üzrə iddiaçının cavabdehə göndərdiyi pul məbləği toplandıqda 2005 (505+1000+260+110+130=2005) manat edir. Cavabdeh iddiaçının göndərdiyi bu məbləğlərin məhz iddiaçının borcunun qaytarılması məqsədilə ona məxsus hesaba köçürməsini sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli və cavabdeh Cavabdeh 2005 manat məbləğində pul alınaraq iddiaçı İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir". Məhkəmə həmin maddi normanı səhv tövsif etmişdir. Belə ki, 505 manat -##.##.2023, 130 manat -##.##.2023 110 manat -##.##.2023, 260- ##.##.2022-ci ildə karta mədaxil edildiyi görünür. 1000 manat vəsaitin hansı tarixdə mədaxil edildiyi görsənmir. O, isə göstərirdi ki, 2023-cü ilin iyun-iyul ayına qədər İddiaçı ilə birgə ər-arvad kimi yaşamışlar və bazarlığı da bir olmuşdur. Qardaş və bacısının borcundan hazırki müddətə qədər 800 manat qaytarılmamışdır. Məhkəmədə şahid qismində dindirilən bacısı və qardaşının izahatına İddiaçı etirazı olmasa da məhkəmə həmin halın təsdiq olunmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025 tarixli qərarında göstərilmişdir ki, 82. Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 42-44). Göründüyü kimi, əsassız varlanma cərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Baxılan işdə cavabdehin əldə etdiyi əmlakın iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması(həyata keçməməsi) müəyyən edilməlidir. Həmin şərt özündə onu ehtiva edir ki, əmlak qanunda nəzərdə tutulan hər hansı birəsasla (məsələn, vərəsəliklə, vurulmuş zərərin təzminatı olaraq və s.), yaxud tərəflər arasında bağlanmış müqavilə (bağışlama, üçüncü şəxsin xeyrinə müqavilə və s.) ilə əldə edilirsə, bu cür qazanılma (varlanma) əsassız sayılmır, əsaslı hesab edilir. Əsası olan bir varlanma isə mülki hüquq sisteminin yol verdiyi - qanuni əmlak artımıdır və bu qaydada varlanmış şəxs əmlakı ona verən qarşısında əldə etdiyi predmetləri və ya onun dəyərini geri qaytarmaq öhdəliyi daşımır. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya digər əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse). Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. 90. Baxılan işdə iddiaçı, sözügedən pul vəsaitini cavabdehə bağışlama düşüncəsi iləvermədiyinə istinad edirsə, həmin halı sübut etmək yükü iddiaçının üzərinə düşür. Bu xüsusat yoxlanılarkən tərəflərin təqdim etdikləri sübutlar pul vəsaitinin verildiyi zaman, həmin ərəfədə tərəflərin həqiqi münasibətinin xarakteri, vəsaitin hansı niyyətlə verilməsi, sonrakı davranışları və işin digər diqqətəlayiq halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Buna baxmayaraq məhkəmə sübutetmə vəzifəsinin ona aid olmasını qeyd etməklə ona münasibətdə bərabərlik prinsipini pozmuşdur. Iddiçı İddiaçı məhkəmə iclasında ona verilən suala cavab olaraq bildirmişdir ki, Cavabdeh həmin pulu 2023-cü ilin may ayında kredit alıb qaytarmağı vəd etmişdir. Həmin izahatı məhkəmə qətnaməsində əks olunmamışdır. Həmçinin məhkəmədə şahid qismində ifadə vermiş Ayaz Haqverdiyev və Mahlıc Ağcayevanın izahatına iddiacı etiraz etməsədə məhkəmə onların izahatını nəzərə almadığını əsaslandırmamışdır. Iddiaçı İddiaçı iddiasını əsaslandırmaqla məhkəməyə sübut qismində 3840 manat dəyərində 38 ədəd çek və cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2024-cü il tarixli qərar təqdim etmişdir. Həmçinin, iddiaçı iddiasında göstərmişdir ki, 2019-cu ilin iyun ayından 2023-cü ilin avqust ayına kimi cavabdehə ümumilikdə 17000 manat pul vermişdir. Iddia ərizəsində həmin pulların borc olaraq verildiyini göstərməmişdir. Iddiasının maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsini 152.1, 152.2, 157-ci maddəsinə istinad etmişdir. Təqdim etdiyi ## ###### 2024-cü il tarixli qərardan görünür ki, İddiaçı verdiyi izahatında göstərmişdir ki, Cavabdeh 7000, 3000, 5000, 2300 manat məbləğində verdiyi pulları Cavabdeh tələb etmiş, Cavabdehlə münasibətdə olduqları müddətdə öz istəyi ilə ona 20, 50, 100 manat məbləğində pullar verdiyini, həmin pulların ceklərini təqdim edərək Cavabdeh ceklərdə qeyd olunan pulları tələb etmədiyini, Cavabdehdə bir necə dəfə ona kicik məbləölərdə pul verdiyini, hədiyyə aldığını , Cavabdeh onu aldadaraq aldığı 7000, 5000, 3000 və 2300 manat, yəni ümumilikdə 17000 manat pul tələb etmişdir. Məhkəmədə iddia qaldırarkən həmin cekləri təqdim etmiş, özünün könüllü verdiyi pulları tələb etmişdir. Məhkəmə iddiaçının özünün sübut qismində təqdim etdiyi sübutları qiymətləndirməli olduğu halda bunu etməmişdir. O, məhkəməyə İddiaçı barəsində cıxarılan hökmləri təqdim etmişdir. Ancaq iş materiallarına əlavə olunmamış və digər sübutlarla birgə tədqiq olunmamışdır.
10. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsini iddianın təmin edilən hissəsində ləğv edilib, həmin hissədə də iddianı rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər.
13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
16. Insan Hüquqlarının və X6 X7: Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: Maddə 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; Maddə 673.1.2 hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda. Maddə 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə Maddə 673.3. Imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Maddə 1087.2. Işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. Icraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. Iddiaçı İddiaçı, cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Baxılan işdə iddiaçı irəli sürdüyü tələbi onunla əsaslandırır ki, cavabdehlə faktiki ailə münasibətlərində yaşadıqları dövrdə cavabdehə borca pul vermişdir. Cavabdeh isə iddiaçının ona göndərdiyi pulları borc almadığını, qeyd edilən pulları iddiaçı özü etdiyi cinayətlə bağlı almış olduğu borclarının qaytarılması üçün verdiyini qeyd etmişdir.
26. Bununla belə iddiaçı tərəfindən təqdim edilən qəbzlərdə göstərilən xırda məbləğlərin onların birgə yaşadıqları dövrdə olan gündəlik xərcləri ilə bağlı olması müəyyən edilmişdir. Iddiaçı yerdə qalan məbləğlə bağlı tələbini sübut edə bilməmişdir. Hazırki iş üzrə iddiaçının cavabdehə göndərdiyi pul məbləği toplandıqda 2005 manat təşkil edir. Cavabdeh iddiaçının göndərdiyi bu məbləğlərin məhz iddiaçının borcunun qaytarılması məqsədilə ona məxsus hesaba köçürməsini sübut edə bilməmişdir.
27. Bu halı nəzərə alan birinci instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəf kifayət qədər vicdanlı davranmayaraq pul vəsaitini iddiaçıya qaytarmamış, bununla da həmin pul dəyəri məbləğində iddiaçının hesabına əsassız varlanmışdır. Iddianın qismən təmin edilməsinin əsası kimi Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinə istinad olunmuşdur.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
29. Belə ki, məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.
30. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn "da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır.
31. Belə olan halda irəli sürülmüş tələb, yəni cavabdehin iddiaçı qarşısında iddia olunan öhdəliyi bir neçə qanuni əsasla yoxlanıla bilər.
32. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər.
33. Odur ki, iddia tələbinin (buna müvafiq olaraq öhdəliyin) qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.
34. Baxılan işdə həm iddiaçının bildirdiklərinə, həm də apellyasiya məhkəməsinin iddiaçının dedikləri ilə eyni istiqamətdə olan “cavabdehin vicdanlı davranmayaraq pul vəsaitini iddiaçıya qaytarmaqdan imtina etməsi” mövqeyinə münasibətdə qeyd olunmalıdır ki, bu nəticəyə gəlmək üçün əvvəlcə cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyinin olması sübuta yetirilməlidir.
35. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadı. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur (MM 135.1-135.2).
36. Iş üzrə iddiaçının dediyinə görə tərəflər borc münasibətlərinə daxil olsalar da, qanunvericiliklə müəyyən edilmiş müqavilənin olması ilə bağlı tələbə tərəflər riayət etməmişlər. Eyni zamanda cavabdeh iddiaçının ona göndərdiyi pulları borc olmadığını, iddiaçının başqa şəxslərə olan borcunu onun vasitəsilə ödədiyini qeyd etsə də, müvafiq müqavilənin (xidmət, tapşırıq, bağışlama müqaviləsi, üçüncü şəxsin əvəzinə icra və ya üçüncü şəxsin xeyrinə müqavilə) mövcud olması təsdiq edilmədi. Buna görə də tərəflər arasında etibarlı müqavilə münasibəti yoxdur.
37. Bu iş üzrə iddianın qismən təmin olunmasının əsası kimi istinad edilən, qanundan irəli gələn öhdəlik kimi əsassız varlanmaya gəldikdə, ilk növbədə qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi işin müəyyən olunmuş hallarının Mülki Məcəllənin 1091-ci maddəsinin şərtlərinə uyğun olmasını lazımi şəkildə yoxlamamış, bu istiqamətdə əsaslandırılmış bir qiymətləndirmə aparmamışdır.
38. Belə ki, birinci instansiyası məhkəməsi işin araşdırılması zamanı əsas diqqəti pulun hansı məbləğdə cavabdehə göndərildiyini müəyyən etməyə ayırmışdır. Nəticədə pul vəsaitini iddiaçının verdiyini müəyyən etməklə bu qənaətə gəlmişdir ki, mövcud vəziyyətdə cavabdeh pulu iddiaçıya qaytarmadığı üçün əsassız varlanmış sayılır.
39. Halbuki, qeyd edilənlər bir şəxsin başqasının hesabına əsassız varlanması nəticəsinə gəlmək üçün kifayət deyil. Bunun üçün hüquqi dəyərləndirmə yuxarıda qeyd olunduğu kimi, normanın şərtlərinə uyğun şəkildə aparılmalıdır.
40. Mülki Məcəllənin 1091-ci və 1092.1 -ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
41. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır.
42. Baxılan işdə cavabdehin əldə etdiyi müvafiq pul vəsaiti iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir.
43. Həmin şərt özündə onu ehtiva edir ki, əmlak qanunda nəzərdə tutulan hər hansı bir əsasla (məsələn, vərəsəliklə, vurulmuş zərərin təzminatı olaraq və s.), yaxud tərəflər arasında bağlanmış müqavilə (bağışlama, üçüncü şəxsin xeyrinə müqavilə və s.) ilə əldə edilirsə, bu cür qazanılma (varlanma) əsassız sayılmır, əsaslı hesab edilir. Əsası olan bir varlanma isə mülki hüquq sisteminin yol verdiyi - qanuni əmlak artımıdır və bu qaydada varlanmış şəxs əmlakı ona verən qarşısında əldə etdiyi predmetləri və ya onun dəyərini geri qaytarmaq öhdəliyi daşımır.
44. Baxılan işdə əgər iddiaçı pul vəsaitini cavabdehin özünə vermişsə, cavabdehin əldə etdiyi pulun tərəflərin müəyyən olunmuş faktiki münasibətləri fonunda bağışlama mahiyyətində olub-olmadığının araşdırılması işin düzgün həlli üçün əhəmiyyətli olmuşdur.
45. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
46. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya digər əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videturfecisse).
47. Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur.
48. Baxılan işdə iddiaçı, sözügedən pul vəsaitini cavabdehə bağışlama düşüncəsi ilə vermədiyinə istinad edirsə, həmin halı sübut etmək yükü iddiaçının üzərinə düşür.
49. Bu xüsusat yoxlanılarkən tərəflərin təqdim etdikləri sübutlar pul vəsaitinin verildiyi zaman, həmin ərəfədə tərəflərin həqiqi münasibətinin xarakteri, vəsaitin hansı niyyətlə verilməsi, sonrakı davranışları və işin digər diqqətəlayiq halları nəzərə alınmaqla qiymətləndirilməlidir.
50. Bağışlamadan başqa bir hüquq münasibəti aşkar edilmədiyi, yəni cavabdehin mübahisəli pul vəsaitini hədiyyə olaraq əldə etdiyi bəlli olduqda onun həmin pulu iddiaçıya qaytarmaq öhdəliyi, yalnız (iddia və sübut edildiyi təqdirdə) bağışlama müqaviləsinin ləğv edilməsindən irəli gələ bilər.
51. Mülki Məcəllənin bu münasibətləri tənzimləyən 673.1-ci maddəsinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və ya o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
52. Nəzərə alınmalıdır ki, bağışlama hədiyyə verənin hədiyyə alanla olan münasibətlərinin hər hansı pozuntusuna görə ləğv edilə bilməz. Məhz yuxarıda sadalanan konkret əsas(lar)ın mövcudluğu, özü də qanunla müəyyən edilmiş bir illik kəsici müddət daxilində hədiyyə verənin müqaviləni ləğv etdiyi sübuta yetirildikdə bağışlamaqdan imtinaya yol verilir. Məhz bu halda hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borclu olur. Əks təqdirdə bağışlanmış əmlakın geri tələb edilməsinə yol verilmir.
53. Baxılan işdə iddia tərəfinin Mülki Məcəllənin 673.1-ci maddəsində sadalanan əsaslardan hər hansı birinə istinadı və sübuta yetirməsi müəyyən edilməmişdir.
54. Beləliklə, əgər şəxs mübahisəli əmlakı bağışlama müqaviləsi əsasında əldə etmişsə, eləcə də qanunda nəzərdə tutulan əsasla bağışlamadan imtina olunduğu sübuta yetirilməmişsə, varlanmış şəxs həmin əmlakı əsassız deyil, bağışlama müqaviləsi əsasında qazanmış sayılır. Bu hal isə əsassız varlanmanın zəruri əlamətinin - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn bir əsasın olmaması şərtinin təsbit olunmadığını göstərir.
55. Baxılan işdə məhkəmənin bu şərti müəyyən etmədən iddianı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin etməsi əsaslı olmamışdır. Başqa sözlə, həmin maddi hüquq norması işə səhv tətbiq edilmişdir.
56. Beləliklə, yuxarıda qeyd edilənlər qətnamənin işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.
57. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
58. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara aidiyyəti hüquq normalarının dispozisiya şərtləri əsasında qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın həlli barədə çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
59. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X6 X7 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə ## ### 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarlar).
61. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən ləğv edilməli və iddia tələbi təmin edilmiş hissədə rədd edilməlidir.
62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilmiş cavabdeh Cavabdeh 2005 (iki min beş) manat məbləğində pulun və ödənilmiş 17 (on yeddi) manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ödənilməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilsin. Cavabdeh Cavabdeh 2005 (iki min beş) manat məbləğində pul və ödənilmiş 17 (on yeddi) manat dövlət rüsumu alınaraq iddiaçı İddiaçı ödənilməsi hissələrində iddia tələbi rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.