Məhkəmə qərarları › İş №2(3-10)-546/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-546/2026

20.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-546/2026 20.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi, qüvvə) Hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 17234 manat məbləğində pulun və 142 manat məbləğində dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, təsərüfat işləri ilə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Cavabdeh təxminən 6-7 il əvvəl Ağdaş rayonu, Cardam kənd sakini Intiqam adlı şəxsin vasitəsi ilə tanımışdır. Təxminən 2022-ci ilin oktyabr-noyabr aylarında o, Cardam kənd sakinləri Fazil və Yusif adlı şəxslərdən 50 (əlli) tona yaxın buğdanı kilosu 60 (altmış) qəpikdən gələcəkdə satmaq üçün almış və həmin buğdanı Cardam kəndində yerləşən özünə məxsus marketin anbarına yığmışdır. Buğdanı aldıqdan bir müddət sonra buğdanın kilosunun qiyməti 60 qəpikdən 40 qəpiyə düşdüyü üçün həmin zaman buğdanı satmamış və anbarda saxlamışdır. Təxminən 2023-cü ilin oktyabr ayında Cavabdeh ondan buğda almaq istədiyini bildirmişdir. Cavabdeh ondan buğdanın qiymətini soruşduqda o, buğdanın kilosunu 40 (qırx) qəpikdən satacağını bildirmişdir. Həmin gün Mahir ona telefonla zəng edərək buğdanın kilosunu 40 qəpikdən almaq istədiyini bildirmiş və onlar sözlə razılaşmışlar. Aralarında alqı-satqı ilə bağlı heç bir müqavilə bağlanmamışdır. Bundan sonra Cavabdeh Kamaz gətizdirib təxminən 2-3 gün ərzində ümumilikdə 49 ton 212 kq buğdanı aparmışdır. Buğdanı yığıb apardıqdan sonra Cavabdeh ona aldığı buğdanın 19684 manat pulunu 2-3 günə ödəyəcəyini bildirmişdir. Təxminən 2-3 gün sonra o, Mahirlə əlaqə saxladıqda pulu 15-20 günə qaytaracağını bildirmişdir. Bundan sonra bir neçə ay keçməsinə baxmayaraq Mahir müxtəlif bəhanələr gətirərək pulu tezliklə qaytaracağını bildirmişdir. ## ####### 2024-cü il tarixdə Cavabdeh ilk dəfə olaraq borcundan 500 manat pulu ona geri qaytarmışdır. Daha sonra Cavabdeh ## ####### 2024-cü il tarixdə 150 manat, ## ###### 2024-cü il tarixdə 300 manat, ## #### 2025-ci il tarixdə 200 manat, ## #### 2025-ci il tarixdə 300 manat, ## ###### 2025-ci il tarixdə 500 manat pulu ona geri qaytarmışdır. Bundan sonra ## ######## 2025-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna elektron qaydada şikayət etmiş, şikayətdən sonra Cavabdeh ## ######## 2025-ci il tarixdə 300 manat, ## ######## 2025-ci il tarixdə 200 manat pulu ona geri qaytarmışdır. Bundan sonra qalan 17234 manat məbləğində pulu qaytaracağını vəd etsə də, pulu ona geri qaytarmamışdır. Dələlərlə cavabdehə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsə də, cavabdeh hər dəfəsində borcunu tezliklə ödəyəcəyini bildirmiş, lakin bugünədək heç bir məbləğ ödəməmişdir.

3. Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Məhəmməd Bağırov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh Cavabdeh 17234 manat məbləğində pul və 142 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı İddiaçı xeyrinə verilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 600.1, 600.2, 600.4, 601.1-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ağdaş rayon Polis şöbəsinin Istintaq bölməsinin müstəntiqi Rüstəm Mədətzadənin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ## ####### 2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh barəsində toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. ## #### 2025-ci ildə prokurorluğa edilmiş onlayn müraciətdən görünür ki, İddiaçı Mahir adlı şəxsə 20000 manat dəyərində dən məhsulu satmış, bir ildən çox müddətdir borcunu ödəmir. Qeyd olunan mövzuya baxılması və cavabdehin borcunu ödəməsini xahiş etmişdir. Cavabdeh tərəfindən qaytarılan borcun qeydiyyatına dair vərəqədən görünür ki, Mahir Pəhlivana 19685 manat pul verməlidir. Həmin puldan Cavabdeh 21 oktyabrda 500 manat, 29 oktyabrda 150 manat, 04 noyabrda 300 manat, 26 iyunda 200 manat, 01 iyulda 300 manat, 01 avqustda 500 manat, 10 sentyabrda 300 manat, 11 sentyabrda 200 manat ödəniş etmişdir. İddiaçı Ağdaş rayon Polis şöbəsinin Istintaq bölməsində verdiyi izahatında bildirmişdir ki, o, buğda alveri ilə məşğul olur. Cavabdeh təxminən 6-7 il əvvəl Ağdaş rayonu, Cardam kənd sakini Intiqam adlı şəxsin vasitəsi ilə tanımışdır. Təxminən 2022-ci ilin oktyabr-noyabr aylarında o, Cardam kənd sakinləri Fazil və Yusif adlı şəxslərdən 50 (əlli) tona yaxın buğdanı kilosu 60 (altmış) qəpikdən gələcəkdə satmaq üçün almış və həmin buğdanı Cardam kəndində yerləşən özünə məxsus marketin anbarına yığmışdır. Buğdanı aldıqdan bir müddət sonra buğdanın kilosunun qiyməti 60 qəpikdən 40 qəpiyə düşdüyü üçün həmin vaxt buğdanı satmamış və anbarda saxlamışdır. Təxminən 2023-cü ilin oktyabr ayında Cavabdeh ondan buğda almaq istədiyini bildirmişdir. Cavabdeh ondan buğdanın qiymətini soruşduqda o, buğdanın kilosunu 40 (qırx) qəpikdən satacağını bildirmişdir. Həmin gün Mahir ona telefonla zəng edərək buğdanı kilosunu 40 qəpikdən almaq istədiyini bildirmiş və onlar sözlə razılaşmışlar. Aralarında alqı-satqı ilə bağlı heç bir müqavilə bağlanmamışdır. Bundan sonra Cavabdeh Kamaz gətizdirib təxminən 2-3 gün ərzində ümumilikdə 49 ton 212 kq buğdanı aparmışdır. Buğdanı yığıb apardıqdan sonra Cavabdeh ona aldığı buğdanın 19685 manat pulunu 2-3 günə ödəyəcəyini bildirmişdir. Təxminən 2-3 gün sonra o, Mahir ilə əlaqə saxladıqda pulu 15-20 günə qaytaracağını bildirmişdir. Bundan sonra bir neçə ay keçməsinə baxmayaraq Mahir müxtəlif bəhanələr gətirərək pulu tezliklə qaytaracağını bildirmişdir. ## ####### 2024-cü il tarixdə Cavabdeh ilk dəfə olaraq borcundan 500 manat pulu ona geri qaytarmış, daha sonra Cavabdeh ## ####### 2024-cü il tarixdə 150 manat, ## ###### 2024-cü il tarixdə 300 manat, ## #### 2025-ci il tarixdə 200 manat, ## ###### 2025-ci il tarixdə 300 manat, ## ###### 2025-ci il tarixdə 500 manat pulu ona geri qaytarmışdır. Bundan sonra o, ## ######## 2025-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna elektron qaydada şikayət etmiş, şikayətdən sonra Cavabdeh ## ######## 2025-ci il tarixdə 300 manat, ## ######## 2025-ci il tarixdə 200 manat pulu ona geri qaytarmışdır. Bundan sonra qalan 17234 manat məbləğində pulu qaytaracağını vəd etsə də, pulu ona geri qaytarmamışdır. O, Cavabdeh satdığı buğdanın çəkisini və geri aldığı pulun qeydiyyatını aparmışdır. Cavabdeh ## ######## 2025-ci il tarixdə Ağdaş rayon X3 bölməsində verdiyi izahatında bildirmişdir ki, barəsində olan şikayətlə tanış olmuş və şikayətlə bağlı bildirmək istəyir ki, Pəhlivan adlı şəxsi bir neçə ildir tanıyır. Ağdaş rayonu, Cardam kəndində Intiqam adlı tanışı var. Intiqam 2023-cü ilin payız ayında əmisi oğlu Pəhləvanın 50 tona yaxın buğdası olduğunu və bazar qiyməti düşdüyünə görə aldığı qiymətdən ziyana satmaq istədiyini bildirmişdir. Lakin Pəhləvanın etibarlı tanışı olmadığına görə buğdanı heç kəsə nisyə satmaq istəmirdi. O da buğdanı nisyə satılmasına köməklik göstərilməsi üçün tanışları olduğunu Intiqama bildirmişdir. Bundan sonra Intiqam onu öz əmisi oğlu Pəhləvanla tanış etmişdir. O, Pəhləvanla söhbət etmiş və Pəhləvan buğdanın kilosunu 40 qəpiyə nisyə 2 il müddətinə verə biləcəyini bildirmişdir. Bundan sonra o, tanışlarına zəng vurub buğdanın həmin vaxt bazar qiyməti 30 qəpik olduğu halda, ancaq nisyə 2 il müddətinə verilməklə kilosu 40 qəpiyə buğda olmasını bildirmiş, tanışları isə bu təklifin bazar qiymətindən 10 qəpik baha olmasına baxmayaraq 2 il müddətinə nisyə olduğu üçün razı olmuşlar. Bundan sonra Pəhləvanın təklifi ilə razılaşıb 2023-cü ilin payız ayında Pəhləvana məxsus anbardan 50 tona yaxın buğdanı avtomobillərə yığıb qohum əqraba arasında bölüşdürmüşdür. Bundan sonra o, Pəhləvandan nisyə götürdüyü buğdanın pulunu ilk dəfə ## ####### 2024-cü ildə 500 manatını buğda verdiyi şəxslərdən alıb göndərmişdir. O, bugünə kimi mütəmadi olaraq qohum əqrabadan yığdığı ümumilikdə 2450 manat pul vəsaitini Pəhləvana göndərmişdir. Hal-hazırda qohum əqrabaya nisyə iki il müddətinə paylanılan buğdanın pulundan Pəhləvana 17234 manat borc pul qalmışdır. O, heç bir kəsi aldatmamış, barəsində olan şikayət əsassız və yalandır. Onun vasitəsi ilə Pəhləvan adlı şəxsdən nisyə iki il müddətinə götürülmüş buğdanın pulu sövdələşdikləri kimi mütəmadi olaraq hər ay qohumlarından alaraq Pəhləvana göndərir. Cavabdeh Ağdaş rayon Polis şöbəsinin Istintaq bölməsində verdiyi izahatında bildirmişdir ki, o, 15 ilə yaxın Ağdaş rayon Icra və Probasiya şöbəsində böyük icra məmuru vəzifəsində işləmiş, 2025-ci ilin iyun ayından sonra sərəncama verilmiş, hazırda işdən xaric edilmişdir. İddiaçı Ağdaş rayonu, Cardam kənd sakini Intiqam adlı şəxsin vasitəsi ilə tanımışdır. Intiqam adlı tanışı 2023-cü ilin oktyabr ayında həmkəndlisi İddiaçı 50 tona yaxın buğdası olduğunu və bazar qiyməti düşdüyünə görə aldığı qiymətdən daha ucuz qiymətə satmaq istədiyini bildirmişdir. Lakin Pəhləvanın etibarlı tanışı olmadığına görə buğdanı heç kəsə nisyə satmaq istəməmiş, o da, buğdanı nisyə satılmasına köməklik göstərilməsi üçün tanışları olduğunu Intiqama bildirmişdir. Bundan sonra Intiqam onu öz əmisi oğlu Pəhləvanla tanış etmiş, o, Pəhləvan ilə söhbət etmiş və Pəhləvan buğdanın kilosunu 0.40 (qırx qəpik) manata nisyə 2 il müddətinə verə biləcəyini bildirmişdir. Bundan sonra o tanışlarına zəng vurub buğdanın bir kilosunun həmin vaxt bazar qiymətinin 30 (otuz) qəpik olduğu halda, kilosu 40 (qırx) qəpikdən 2 il müddətinə nisyə ala biləcəklərini bildirmişdir. Tanışları isə bu təklifin bazar qiymətindən 10 (on) qəpik baha olmasına baxmayaraq 2 il müddətinə nisyə olduğu üçün razı olmuşlar. Bundan sonra Pəhləvanın təklifi ilə razılaşıb 2023- cü ilin oktyabr ayında Pəhləvana məxsus anbardan təxminən 2-3 gün ərzində ümumilikdə 19685 (on doqquz min altı yüz səksən beş) manat dəyərində 49 ton 212 kq buğdanı kamaza yığıb qohum-əqraba arasında bölüşdürmüşdür. Lakin İddiaçı ilə aralarında alqı-satqı ilə bağlı heç bir müqavilə bağlanmamışdır. O, İddiaçı buğdanın pulunu hissə-hissə qaytacağını bildirmişdir. Bundan sonra o, İddiaçı ## ####### 2024-cü il tarixdə 500 (beş yüz) manat, ## ####### 2024-cü il tarixdə 150 (yüz əlli) manat, ## ###### 2025-ci il tarixdə 300 (üç yüz) manat, ## #### 2025-ci il tarixdə 200 (iki yüz) manat, ## #### 2025-ci il tarixdə 300 (üç yüz) manat, ## ###### 2025-ci il tarixdə 500 (beş yüz) manat pul qaytarmışdır. 2025-ci ilin sentyabr ayının ortalarında İddiaçı ondan şikayət etdiyini öyrənmiş və o, İddiaçı əlavə ## ######## 2025-ci il tarixdə 300 (üç yüz) manat, 11 sentybar 2025-ci il tarixdə 200 (iki yüz) manat pul qaytarmışdır. Hazırda İddiaçı ümumilikdə 17235 (on yeddi min iki yüz otuz beş) manat borcu qalmışdır. Maddi vəziyyəti pisləşdiyi üçün İddiaçı pulunu tam şəkildə qaytara bilməmişdir. Onun İddiaçı aldatmaq niyyəti olmamışdır. ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün xidmət haqqı ilə birlikdə 142 (bir yüz qırx iki) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur.

6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin qəbul etdiyi ## ##### 2026-cı il tarixli qətnaməni aşağıda qeyd etdiyi hallara və əsaslara görə tamamilə qanunsuz və əsassız hesab edir, onun ləğv edilməsi üçün hazırkı apellyasiya şikayəti ilə müraciət edir. Belə ki, iddiaçını bir neçə ildir tanıyır. Ağdaş rayonu, Cardam kəndində Intiqam adlı tanışı var. Intiqam 2023-cü ilin payız ayında əmisi oğlu Pəhləvanın 50 tona yaxın buğdası olduğunu və bazar qiyməti düşdüyünə görə aldığı qiymətdən ziyana satmaq istədiyini bildirmişdir. Lakin iddiaçının etibarlı tanışı olmadığına görə buğdanı heç kəsə nisyə satmaq istəmirdi. O da buğdanı nisyə satılmasına köməklik göstərilməsi üçün tanışları olduğunu Intiqama bildirmişdir. Bundan sonra Intiqam onu öz əmisi oğlu iddiaçı ilə tanış etmişdir. Bundan sonra o, iddiaçı ilə söhbət etmişdir və iddiaçı buğdanın kilosunu 40 qəpiyə nisyə 2 il müddətinə verə biləcəyini bildirmişdir. Bundan sonra o, tanışlarına zəng vurub buğdanın həmin vaxt bazar qiyməti 30 qəpik olduğu halda, ancaq nisyə 2 il müddətinə verilməklə kilosu 40 qəpiyə buğda olmasını bildirmiş, tanışları isə bu təklifin bazar qiymətindən 10 qəpik baha olmasına baxmayaraq 2 il müddətinə nisyə olduğu üçün razı olmuşlar. Bundan sonra iddiaçının təklifi ilə razılaşıb 2023-cü ilin payız ayında iddiaçıya məxsus anbardan 50 tona yaxın buğdanı avtomobillərə yığıb qohum əqraba arasında bölüşdürmüşdür. Bundan sonra o, iddiaçıdan nisyə götürdüyü buğdanın pulunu ilk dəfə ## ####### 2024-cü ildə 500 manatını buğda verdiyi şəxslərdən alıb ona göndərmişdir. O, bugünə kimi mütəmadi olaraq qohum əqrabadan yığdığı ümumilikdə 2450 manat pul vəsaitini iddiaçıya göndərmişdir. Hal-hazırda qohum əqrabaya nisyə iki il müddətinə paylanılan buğdanın pulundan iddiaçıya 17234 manat borcu qalmışdır. Həmin pulu da buğda payladığı qohum əqrabadan alan kimi iddiaçıya qaytaracaq. Iddiaçı ilə qarşılıqlı razılaşmaları da belə olmuşdur. Indi isə iddiaçı pulun hamısını birdən istəyir. Müəyyən ailə vəziyyətilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyi üçün bütün bu işin faktiki halları barədə məhkəməyə izahat və etirazını bildirə bilməmişdir. Lakin bu barədə Rayon Polis Şöbəsinə ətraflı izahat vermişdir. Lakin işə baxan məhkəmə qətnaməsində polis şöbəsində verdiyi izahatlara istinad etsə də işin faktiki hallarını nəzərə almamış, yalnız iddiaçının ifadəsini əsas göstərməklə qanunsuz, əsassız və ədalətsiz hesab etdiyi qətnaməsini qəbul etməklə onun tərəf kimi qanunla qorunan hüquqlarını pozmuşdir. Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi qeyd edilən işin faktiki hallarına və əsaslara və eləcə də aşağıda göstərdiyi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edildiyinə görə ləğv edilməli, apellyasiya şikayəti təmin edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Onun iddiaçı ilə qarşılıqlı razılaşması ona nisyə verdiyi və tərəfindən qohum əqrabaya payladığı buğda məhsulunun pulunu qohum əqrabadan aldıqca ona qaytarmalı olduğundan və qohum əqrabadan aldığı pulları ona verdiyinə görə o, üzərinə götürdüyü öhdəliyi razılaşmaya əsasən yerinə yetirmişdir və hazırda da yetirir. Ona olan borcunu qaytarmaqdan imtina etmir. Iddiaçı ilə qarşılıqlı razılaşma əsasında onun şəxsən qabaqcadan xəbəri olmaqla və razılığı ilə ondan nisyə aldığı buğda məhsulunun pulunu hissə-hissə qohum əqrabadan aldıqca ona qaytarmağı öhdədinə götürmüşdür və qohum əqrabadan aldığı pulların hamısını iddiaçıya vermişdir. Işə baxan məhkəmə işə baxılan zaman yalnız iddiaçının məhkəməyə təqdim etdiyi Rayon Polis Şöbəsinə verdiyi izahatlarını araşdırmış, borcun qaytarılması barədə iddiaçı ilə aralarında olan qarşılıqlı razılaşma faktını araşdırmamışdır və onlardan istifadə etməmişdir. Iddaçıdan nisyə aldığı buğda məhsulunun pulunu hissə-hissə buğda məhsulu verdiyi qohum əqrabadan aldıqca ona qaytarmağı öhdəsinə götürməyi iddiaçı ilə aralarında olan şifahi qarşılıqlı razılaşma ilə sübut olunur. Işə baxan yuxarıda qeyd etdiyi işin faktiki hallarını özündə əks etdirən iddiaçı ilə aralarında olan şifahi qarşılıqlı razılaşma kimi sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırmamış, həmin sübutlarına tətbiq etməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir. Işə baxan qətnaməsini iddiaçı ilə aralarında olan şifahi qarşılıqlı razılaşma olması kimi işin faktiki hallarına əsaslandırmamışdır.

8. Ona görə də, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair *(*-***)-**/**** saylı iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbi əsassız olduğundan təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 10.Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Cavabdeh Cavabdeh Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

23. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 2023-cü ilin oktyabr ayında Cavabdeh Pəhlivan Əliyevdən kiloqramı 40 qəpik olmaqla, 19684 manat dəyərində ümumilikdə 49 ton 212 kq buğda almışdır. Cavabdeh 19684 manat dəyərində nisyə aldığı buğdanın pulunu hissəhissə ödəyəcəyini bildirmiş, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Iddiaçı Pəhlivan Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət etdikdən və bununla bağlı Ağdaş rayon X3 və Istintaq Bölmələrində araşdırma aparıldıqdan sonra cavabdeh Cavabdeh ayrı-ayrı vaxtlarda cəmi 2450 manat pulu Pəhlivan Əliyevə vermiş, qalan 17234 manat pulu isə geri qaytarmamışdır. Pəhlivan Əliyevin müraciət əsasında Ağdaş rayon Polis Şöbəsinin həm Təhqiqat, həm də Istintaq Bölmələrində hər iki tərəfin izahatları alınmış, Cavabdeh izahatında İddiaçı nisyə 49 ton 212 kq buğda aldığını, yaranmış borcdan müxtəlif vaxtlarda ödəniş etdiyini, hazırda Pəhlivan Əliyevə 17234 manat məbləğində borcu qaldığını və maddi imkanı olmadığından yaranmış borcu ödəyə bilmədiyini qeyd etmişdir. Cavabdeh İddiaçı nisyə buğda alması və nəticədə 17234 manat məbləğində borcunun olması məhkəmədə araşdırılmış sübutlara öz təsdiqini tapdığından, məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdeh Cavabdeh 17234 manat məbləğində pul və 142 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməlidir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

25. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar