Məhkəmə qərarları › İş №2(3-10)-584/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-584/2026

29.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-584/2026 29.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 12155 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 128 manat məbləğində pulun, ümumilikdə 12283 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 12155 (on iki min bir yüz əlli beş) manat pul və 128 (bir yüz iyirmi səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. İş apellyasiya icraatına qəbul olunmazdan öncə Mingəçevir Şəhər Məhkəməsinin hakimi X2 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ##.##.2026-ci il tarixli *(***)-****/**** saylı qərardada əsasən *(***)-**** saylı mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Sözügedən mülki işin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində göndərilməsin texniki xəta baş vermiş və qətnamədən şikayət göndərilməli olduğu halda qəraradaddan şikayət kimi qeyd edilmişdir. Odur ki, həmin yanlışlığın düzəldilməsi ilə əlaqədar mülki işin Mingəçevir Şəhər Məhkəməsinə geri qaytarılması xahiş olunur. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Hazırki halda, birinci instansiya məhkəməsi tərəfindən işin istənilməsi hazırki apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməzdən öncə edildiyindən, ləğv edilməli olan icraata qəbul qərardadı mövcud deyildir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki işin Mingəçevir Şəhər Məhkəməsinə qaytarılması üçün apellyasiya baxışından çıxarılsın və Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar