Məhkəmə qərarları › İş №e-2(3-6)-3720/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3720/2026

24.08.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3720/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Azad Nizam oğlu Imanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimova və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərardadından ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri Nizami Bələdiyyəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 cəlb edilməklə cavabdeh Cavabdeh qarşı “ağacların cavabdehin hesabına götürülməsi” tələbinə dair ilkin iddia tələbi, eyni zamanda iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “torpaq sahəsinə müdaxilənin, torpaq sahəsində yaranmış maneələrin aradan qaldırılması və bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və s.” tələbinə dair digər iddia tələbi təmin edilməmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti mümkün hesab edilmiş, məhkəmə iclası ##.##.2026-cı il tarixə təyin edilmişdir. Lakin apellyasiya icraatı zamanı elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ##.##.2026-cı il tarixində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-*)-****/**** saylı qərardadı ilə həmin məhkəmənin *(*-*)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli icraata qəbul qərardadı ləğv edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- ****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı şikayət vermək hüququnun təmin edilməsi mümkünlüyünün yoxlanılması üçün iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərardadı ilə həmin məhkəmənin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Cavabdeh İddiaçı həmin qərardaddan ##.##.2026-cı il tarixdə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, məhkəmə qətnaməsini vaxtında ala bilməmişdir. Bunun səbəbi isə 2026-cı ilin mart ayının 19-da və sonrakı günlərdə, aprel ayının ortalarına qədər elektron məhkəmə sistemində yaranan texniki nasazlıq və sistemin yeni formata salınması ilə bağlı görülən işlərlə əlaqədar tətbiq edilən məhdudiyyətlər olmuşdur. Bu halı sübut etməyə əlavə ehtiyac yoxdur, çünki bu məlumat məhkəmə sistemində hər kəsə məlumdur. Belə olduğu halda isə işə baxan məhkəmə AR Konstitusiyasının 62-ci maddəsinin tələbini rəhbər tutaraq onun ərizəsini üzrlü səbəb kimi qiymətləndirməli və müddəti bərpa etməli idi. Lakin işə baxan məhkəmə bu maddi hüquq normasının tələbini pozmuşdur. Bundan əlavə, işə baxan məhkəmə onun yeni vəkillə müqavilə bağladığını, əvvəlki vəkillə münasibətlərə xitam verildiyini, bu səbəbdən məhkəmə aktının ona verilmədiyini də nəzərə almamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e- *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-m ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyinə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxmasın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etmiş, lakin qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Kollegiya qeyd edir ki, prosessual müddətin bərpası üçün isə yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi tərtib edildikdən sonra, ##.##.2026-cı il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsi təmin edilmişdir. Qətnamədən qanunla müəyyən edilmiş müddətdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 tərəfindən apellyasiya şikayəti verilmiş, ilkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdeh İddiaçı tərəfindən isə apellyasiya şikayəti verilməmiş, ona görə iş materialları verilmiş apellyasiya şikayətinə münasibətdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kollegiya qeyd edir ki, məhkəmə qətnaməsinin ilkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdeh İddiaçı və onu təmsil etmiş nümayəndəsi və vəkili vəkil2 rəsmi qaydada verilməsi üçün məhkəmə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirmişdir. İddiaçı məhkəmənin qətnaməsinin elektron sistemdə olan texniki səbəblər ucbatından gec aldığını qeyd etsə də, iş materiallarında qətnamənin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMIS” “Elektron məhkəmə” informasiya sistemindən çıxarış mövcuddur. Eyni zamanda işdə iştirak edən digər şəxslər, yəni ilkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 qətnamənin ##.##.2026-cı il tarixdə elektron kabinetində yerləşdirilməsindən sonra qanunla müəyyən edilmiş müddətdə ondan apellyasiya şikayəti vermişlər, bu zaman qətnamənin elektron sistemdə olan texniki səbəblər ucbatından gec alınması barədə hər hansı məlumat verməmişlər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, sözügedən qətnamə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə və onu təmsil etmiş nümayəndəsi və vəkilinə rəsmi qaydada verilmiş hesab edilməlidir. Lakin ilkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini qətnamənin ona rəsmi qaydada verildiyi gündən, yəni ##.##.2026-cı il tarixindən 1 ay müddətində deyil, ##.##.2026-cı il tarixdə vermişdir. Qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilməsi üçün hər hansı əsas yoxdur. Belə əsaslar ərizədə göstərilməmiş, buna dair sübutlar təqdim olunmamışdır. Kollegiya qeyd edir ki, hazırki halda isə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpası üçün göstərilən halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən qeyd olunan hallar üzürlü səbəb kimi qəbul edilməklə şikayətin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Göründüyü kimi, iddiaçı qətnamədən zəruri formada tərtib edilmiş apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan 1 aylıq müddəti ötürmüşdür. Buna görə də kollegiya şikayətin dəlilinə münasibətdə hesab edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya hesab edir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Belə ki, İddiaçı istinad etdiyi hallarda prosessual müddətin ötürülməsinin üzürlü hesab olunması üçün əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar