Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-64/2026 10.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “Pul” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin qaytarılması, ləğv) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “Pul” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli, 2(035)-572/2025 nömrəli qərardadından ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13000 manat və ödənilmiş dövlət rüsumuna görə 129 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 14440 manat və ödənilmiş dövlət rüsumuna görə 134 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-572/2025 nömrəli qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilərək Cavabdeh borca görə 5895 manat və ödənilmiş dövlət rüsumuna görə 78.95 manat olmaqla, cəmi 5973.95 (beş min doqquz yüz yetmiş üç manat, doxsan beş qəpik) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qarşılıqlı iddia isə əsassız olduğu üçün rədd olunmuşdur. İddiaçı Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-572/2025 nömrəli qətnaməsi ilə razılaşmayaraq apelyasiya şikayət vermişdir. Zərdab Rayon Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli, 2(035)-572/2025 nömrəli qərardadı ilə həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(035)-572/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət verərək, ləğv edilməsini və apellyasiya şikayətinin işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 06 yanvar 2026-cı il tarixli, 2(035)-572/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmiş, İddiaçı məhkəmə kollegiyasına ərizə göndərərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 361.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Həmin Məcəllənin 361.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Zərdab Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2(035)-572/2025 nömrəli qətnaməsindan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsi də şikayətin MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş forma məzmununa uyğun olmaması əsası ilə şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər saldıqda müəyyən olunur ki, hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər konkret olaraq apellyasiya şikayətində göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti MPM-ə 2 saylı əlavəyə uyğun tərtib edilmişdir və MPM-nin 361-ci maddəsinin tələblərinə də uyğundur. Apellyasiya şikayətinin geri qaytarılması üçün MPM-nin 363-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmadığından apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar vardır. İşə baxan birinci instansiya məhkəməsi isə göstərilən hallara düzgün qiymət vermədən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində 7,8,9,10 və 11-ci sıra nömrələrini ləğv edərək, həmin hissələri boş saxlaması əsası ilə apellyasiya şikayətinin qaytarılması barədə yanlış nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və apellyasiya şikayəti qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir (maddə 402.2.). Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi həmin maddədə nəzədə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 372, 398.0.3 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli, 2(035)-572/2025 nömrəli qərardadı ləğv edilsin. Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-572/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul məsələsinin müzakirə edilərək baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-64/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-64/2026
10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver