Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-66/2026 10.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddət bərpasından imtina, qüvvə) X5 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli 2(039)-1293/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi haqqında ərizəsinin təmin edilməməsi barədə Yevlax Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, e-2(039)-1293/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11000 (on bir min) manat borc pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-1293/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 11000 (on bir min) manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-1293/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə qətnamə çıxarılmasını, eyni zamanda ərizə verərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsinin ona münasibətdə üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-1293-2025 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(039)- 1293/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina edilmişdir. Cavabdeh şikayət verərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-1293-2025 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə şikəyətə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, e-2(039)-1293/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X4 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, e- 2(039)-1293/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli 2(039)-1293/2025 saylı qətnaməsi “Elektron Məhkəmə İnformasiya” sistemində yaradılmış elektron kabinetə 03 oktyabr 2025-ci il tarixdə yerləşdirilmiş, həmin tarixdə də iddiaçı və cavabdehə göndərilmişdir. Məhkəmə qətnaməsinin göndərilməsini təsdiqedəcək xəbərnamədən görünür ki, Yevlax Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli 2(039)-1293/2025 saylı qətnaməsini Cavabdeh 14 oktyabr 2025-ci il tarixdə imza etməklə götürmüşdür. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli 2(039)- 1293/2025 saylı qətnaməsindən müddətin bərpa edilməsi barədə ərizəsi 21 noyabr 2025ci il tarixdə “Elektron Məhkəmə İnformasiya” sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərək buraxılmış müddətin bərpa edilməsini və apellyasiya şikayətinin Şəki Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Lakin müddətin üzrlü səbəbdən buraxılmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apellyasiya şikayəti 01 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, e-2(039)-1293/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, e-2(039)-1293/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, e-2(039)-1293/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-66/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-66/2026
10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver