Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-690/2026 21.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdehlər Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “xxxx” publik hüquqi şəxsi və Icbari Tibbi Sığorta Dövlət Agentliyinə qarşı “səhhətə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Iddiaçı Iddiaçı cavabdehlər Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “xxxx” publik hüquqi şəxsi və Icbari Tibbi Sığorta Dövlət Agentliyinə qarşı “səhhətə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə apellyasiya şikayətinin geri qaytarılması barədə Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadından cavabdeh cavabdeh1 MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Iddiaçı Iddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi“xxxx” publik hüquqi şəxsinin və Icbari Tibbi Sığorta Dövlət Agentliyinin üzərinə iddiaçı tərəfindən ödənilmiş 7430 manat pulun ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh cavabdeh1 MMC-dən 4600 manat məbləğində pulun alınaraq iddiaçı Iddiaçı verilməsi, iddiaçı Iddiaçı cavabdehlər “xxxx” publik hüquqi şəxsi, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və cavabdeh1 MMC-yə qarşı səhhətə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddiasının cavabdehlər “xxxx” publik hüquqi şəxsi və Icbari Tibbi Sığorta Dövlət Agentliyinə münasibətdə təmin edilməməsi və cavabdeh “X3 Xəstəxanası”ndan ödənilmiş dövlət rüsumunun 66 manat hissəsinin alınıb iddiaçı Iddiaçı verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 MMC tərəfindən ## ### 2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadı ilə cavabdeh cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Cavabdeh cavabdeh1 MMC qeyd olunan qərardadla razılaşmayaraq şikayət vermiş, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X1 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(051)- 19/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmənin qeyd olunan qətnaməsi ##.##.2025-ci il tarixdə çıxarılmış və cavabdeh cavabdeh1 MMC-yə həmin qətnamə ##.##.2026-cı il tarixdə göndərilmişdir. Cavabdeh cavabdeh1 MMC apellyasiya şikayətini aldığı gündən bir ay ərzində, yəni ##.##.2026-cı il tarixinədək verməli olduğu halda, ##.##.2026-cı il tarixdə vermişdir. Bununla da iddiaçı qətnamədən apellyasiya şikayəti vermə müddətini 3 ay 6 gün ötürmüşdür. Eləcə də, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verməmişdir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, qətnamə qanuni qüvvəyə minmiş və ##.##.2026- cı il tarixli icraata başalamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında cavabdeh1 MMCyə bildiriş ünvanlanmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardadla Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən tərəfimdən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə bunu onunla əsaslandırmışdır ki, qətnamə guya cavabdeh cavabdeh1 MMC-yə ##.##.2026-cı il tarixdə göndərilmiş, apellyasiya şikayəti isə ##.##.2026-cı il tarixdə verildiyindən müddət ötürülmüşdür. Bu nəticə səhvdir. Əvvəla, qərardadda qətnamənin “##.##.2026-cı il tarixdə göndərildiyi” qeyd edilir.Lakin məhkəmə həmin qətnamənin cavabdeh cavabdeh1 MMC-yə rəsmi qaydada hansı tarixdə verildiyini göstərmir. Qərardadda qətnamənin hansı ünvana göndərildiyi, həmin göndərişin kim tərəfindən qəbul edildiyi, hüquqi şəxsin səlahiyyətli nümayəndəsinə təqdim edilib-edilmədiyi, poçt bildirişinin və ya elektron çatdırılma təsdiqinin olub-olmadığı göstərilməmişdir. Məhkəmə “göndərilmə” faktını “rəsmi qaydada verilmə” faktı ilə eyniləşdirmişdir. Halbuki prosessual müddətin başlanması üçün həlledici olan sənədin göndərilməsi deyil, qətnamənin işdə iştirak edən şəxsə rəsmi qaydada verilməsi və ya elektron kabinetdə yerləşdirilərək həmin sənədə real çıxış imkanının yaradılmasıdır. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh1 MMC-yə rəsmi qaydada verilməmiş, MMCnin ünvanına qanunla müəyyən edilmiş qaydada çatdırılmamış və onun elektron kabinetində ##.##.2026-cı il tarixdə yerləşdirilməmişdir. Əksinə, “Elektron məhkəmə” informasiya sistemində *(***)-**/**** saylı mülki iş Mingəçevir Şəhər Məhkəməsi üzrə onun elektron kabinetində ##.##.2026-cı il tarixdə saat 13:51-də görünmüşdür. Məhz həmin tarixdən sonra onun iş üzrə sənədlərlə, o cümlədən qətnamə ilə real tanış olmaq və apellyasiya hüququnu həyata keçirmək imkanı yaranmışdır. Bu səbəbdən apellyasiya şikayəti vermə müddəti ##.##.2026-cı ildən deyil, ##.##.2026-cı ildən hesablanmalıdır. Çünki ##.##.2026-cı il yalnız məhkəmənin göstərdiyi “göndərilmə” tarixidir. Həmin tarixdə qətnamənin cavabdehə rəsmi qaydada verilməsi sübut olunmamışdır. O, apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə təqdim etmişdir. Əgər qətnamənin rəsmi qaydada verilmə tarixi ##.##.2026-cı il hesab edilirsə, ##.##.2026-cı il tarixdə verilmiş apellyasiya şikayəti açıq şəkildə bir aylıq müddət daxilində verilmişdir. Bu halda prosessual müddətin bərpası barədə ərizə təqdim etməyə ehtiyac yoxdur. Çünki müddət ümumiyyətlə buraxılmamışdır. Məhkəmə isə əvvəlcə qətnamənin cavabdehə rəsmi qaydada hansı tarixdə verildiyini müəyyən etməli olduğu halda, bunu etməmiş, yalnız “göndərilmişdir” ifadəsinə əsaslanaraq apellyasiya şikayətini geri qaytarmışdır. Bu yanaşma MPM-in qətnamədən apellyasiya şikayəti verilməsi müddəti ilə bağlı tələblərinə uyğun deyil. Qətnamənin qanuni qüvvəyə minməsi və ondan apellyasiya şikayəti verilməsi müddəti qətnamənin işdə iştirak edən şəxsə rəsmi qaydada verildiyi gündən hesablanır. Əgər rəsmi verilmə sübut olunmursa, həmin tarixdən müddət hesablanması da mümkün deyil. Qərardadda həmçinin icraata başlanılması faktına istinad edilmişdir. Lakin icra sənədi üzrə icraata başlanılması qətnamənin cavabdehə vaxtında və rəsmi qaydada təqdim edildiyini sübut etmir. Icraata başlanılması apellyasiya müddətinin başlanma tarixini əvəz edən hüquqi fakt deyil. O, qəbul edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi mövcuddur və həmin qətnamədən tərəfimdən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Lakin qəbul etmir ki, həmin qətnamə cavabdeh cavabdeh1 MMC-yə ##.##.2026-cı il tarixdə rəsmi qaydada verilmişdir. Məhkəmə tərəfindən aydınlaşdırılmalı olan əsas faktlar bunlar idi: qətnamə ##.##.2026-cı il tarixdə hansı ünvana göndərilmişdir; həmin ünvan cavabdeh1 MMC-nin rəsmi hüquqi ünvanıdırmı; poçt göndərişi cavabdeh MMCyə çatdırılmışdırmı; çatdırılmışdırsa, kim tərəfindən qəbul edilmişdir; qətnamə onun elektron kabinetində ##.##.2026-cı il tarixdə yerləşdirilmişdirmi; elektron yerləşdirilmə barədə ona SMS, elektron poçt və ya sistem bildirişi göndərilmişdirmi; qətnamə ilə real tanış olmaq imkanım hansı tarixdə yaranmışdır. Bu faktlar araşdırılmadan apellyasiya şikayətinin müddət ötürülməklə verilməsi barədə nəticəyə gəlmək mümkün deyildi. Məhkəmə qeyd olunan faktları aydınlaşdırmadığından və “göndərilmə” tarixini əsassız olaraq “rəsmi verilmə” tarixi kimi qəbul etdiyindən ##.##.2026-cı il tarixli qərardad qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Ilk olaraq, məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin II hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyünü araşdıran məhkəmə həmin şəxsin müvafiq prosessual hüquqa malik olub-olmamasını, qanunvericiliyin tələblərinə əməl edib-etməməsini yoxlayır. Kollegiya cavabdehin şikayətində göstərdiyi məhkəmənin qətnaməni cavabdeh cavabdeh1 MMC-yə rəsmi qaydada hansı tarixdə verildiyini göstərməməsi, qərardadda qətnamənin hansı ünvana göndərildiyi, həmin göndərişin kim tərəfindən qəbul edildiyi, hüquqi şəxsin səlahiyyətli nümayəndəsinə təqdim edilib-edilmədiyi, poçt bildirişinin və ya elektron çatdırılma təsdiqinin olub-olmadığı göstərilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh1 MMC-yə rəsmi qaydada verilməsi, qətnamənin onların elektron kabinetində ##.##.2026-cı il tarixdə saat 13:51-də görünməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən Çıxarışdan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus şəxsi elektron kabinetinə ##.##.2026-cı il tarixdə saat 09:39-da yerləşdirilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsində göstərilir ki, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses ştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, iş üzrə prosessual müddətin ötürülməmiş hesab olunmasına əsas ola biləcək hallar müəyyən olunmur. Iş materiallarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus şəxsi elektron kabinetinə ##.##.2026-cı il tarixdə saat 09:39-da yerləşdirilməklə rəsmi qaydada təqdim olunmuşdur. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət üzrlü səbəbdən ötürülmüş olsa belə tərəf apellyasiya şikayəti ilə birlikdə baxılması üçün müddətin bərpası ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi qərarında Avropa Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 357.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Məhkəmə Kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1 apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Cavabdeh cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-690/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-690/2026
21.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver