Məhkəmə qərarları › İş №2(3-10)-723/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-723/2026

05.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-723/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, ləğv, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi ilə, Iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsi üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)- */**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Mingəçevir Şəhər Məhkəməsinın ## #### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 10.040,17 (on min qırx ABŞ dolları on yeddi sent) ABŞ dolları əsas kredit borcu, 1612,01 (bir min altı yüz on iki ABŞ dolları bir sent) ABŞ dolları faiz borcu, 812 (səkkiz yüz on iki) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12464.18 (on iki min dörd yüz altmış dörd ABŞ dolları on səkkiz sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb iddiaçı İddiaçı QSC-yə verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehlər cavabdeh2 və cavabdeh1 aid edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pulun alınıb iddiaçı İddiaçı QSC-yə verilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Iş üzrə cavabdeh cavabdeh1 ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinın ## #### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, cavabdeh cavabdeh1 Mingəçevir Şəhər Məhkəməsinə prosessual müddətin bərpa olunmasına dair vəsatət vermək hüququna malik olmasının izah edilməsi, ##.##.2026-cı il tarixdə ********** nömrəli qəbz əsasında dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun cavabdeh1 qaytarılması qərara alınmışdır. Cavabdeh cavabdeh1 Mingəçevir Şəhər Məhkəməsinın ## #### 2026-cı il tarixli, *(***)- */**** nömrəli həmin qərardadından şikayət verərək Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-*/**** nömrəli qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinın ## #### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinın ## #### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qərardadı ləğv edilməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmənin qeyd olunan qətnaməsi ## #### 2025-ci il tarixdə çıxarılmış, cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ##.##.2025-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasına göndərilmiş, apellyasiya şikayətinə baxılması üçün cavabdeh cavabdeh1 bildiriş və SMS xəbərdarlıq göndərilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, 2(107)- ***/**** saylı qətnaməsi ilə cavabdeh cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi qismən, yəni iddianın cavabdeh cavabdeh2 qarşı təmin edilmiş, cavabdeh cavabdeh2 müştərək qaydada 10.040,17 (on min qırx ABŞ dolları on yeddi sent) ABŞ dolları əsas kredit borcu, 1612,01 (bir min altı yüz on iki ABŞ dolları bir sent) ABŞ dolları faiz borcu, 812 (səkkiz yüz on iki) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12464.18 (on iki min dörd yüz altmış dörd ABŞ dolları on səkkiz sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə və 30 manat dövlət rüsumunun alınıb iddiaçı İddiaçı QSC-yə ödənilməsi, eləcə də cavabdeh cavabdeh2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hissəsində ləğv edilməsi, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbinin cavabdeh cavabdeh2 aid hissədə rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, 2(107)- ***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərarı ilə iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, 2(107)- ***/**** saylı qətnaməsi ləğv edilərək, yeni qərar qəbul olunmuş, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbləri cavabdeh cavabdeh2 münasibətdə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, 2(107)- ***/**** saylı icra vərəqəsi ##.##.2026-cı il tarixdə verilmiş, ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərara əsasən Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(107)- ***/**** saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Icra şöbəsi tərəfindən Şəki Apellyasiya Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli cavab məktubuna əsasən ##.##.2026-cı il tarixdən, borclunun pensiyasına inkasso sərəncamı tətbiq edilərək, tələbkarın təqdim etdiyi bank hesablarına köçürülməklə, icra tədbirləri davam etdirilir. Bununla belə cavabdeh cavabdeh1 apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə vermişdir. Bununla da cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüş, lakin buraxılmış müddətin üzrlü sayılması barədə vəsatət verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Şikayətdə göstərilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin *(***)-*/**** saylı ## #### 2026-cı il tarixli qərardadına əsasən Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, cavabdeh cavabdeh1 Mingəçevir Şəhər Məhkəməsinə prosessual müddətin bərpa olunmasına dair vəsatət vermək hüququna malik olmasının izah edilməsi, ##.##.2026-cı il tarixdə ********** nömrəli qəbz əsasında dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun cavabdeh1 qaytarılması qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin *(***)-*/**** saylı ## #### 2026-cı il tarixli qərardadı əsassız olduğu üçün ləğv edilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin *(***)-*/**** saylı ## #### 2026-cı il tarixli qərardadının əsaslandırma hissəsində məhkəmə aşağıdakıları qeyd edir: Şəki Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsi ##.##.2026-cı il tarixdə verilmiş, ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərara əsasən Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(107)- ***/**** saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Icra şöbəsi tərəfindən Şəki Apellyasiya Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli cavab məktubuna əsasən ##.##.2026-cı il tarixdən, borclunun pensiyasına inkasso sərəncamı tətbiq edilərək, tələbkarın təqdim etdiyi bank hesablarına köçürülməklə, icra tədbirləri davam etdirilir. Bununla belə cavabdeh cavabdeh1 apelyasiya şikayətini ##.##.2026-cı il tarixdə vermişdir. Bununla da cavabdeh cavabdeh1 qətnamədən apelyasiya şikayəti vermə müddətini ötürmüş, lakin buraxılmış müddətin üzürlü sayılması barədə vəsatət verməmişdir. Cavabdeh tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin rəsmi təqdim edilməsi üçün ## ##### 2026-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi barədə cavabdeh cavabdeh1 pensiyasından tutulma olduğu zaman məlumat almışdır. Belə ki, pensiyasından aparılan tutulmaların aparıldığı icra sənədi barədə Binəqədi rayon icra şöbəsindən məlumat almış və sonra qətnamənin rəsmi təqdim edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsinin Mingəçevir Şəhər Məhkəməsindən rəsmi göndərilmədiyindən cavabdeh cavabdeh1 digər cavabdeh cavabdeh2 müraciət edərək qətnamənin surətini almış və bunun əsasında apellyasiya şikayəti vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh1 tərəfindən rəsmi qəbul edilməmişdir. Məhkəmə tərəfindən prosessual müddətin bərpa olunmasına dair vəsatət vermək hüququna malik olmasının izah edilməsinə aid hissədə qeyd edir ki, bu hal məhkəmə aktının rəsmi təqdim edilməsindən sonra şəxsin müddəti üzrlü səbəbdən buraxmasına aiddir. Hazırki hal üzrə bildirir ki, müddətin bərpası haqqında ərizə verilməsi mümkün deyil. Belə ki, məhkəmə aktı rəsmi təqdim edilməmişdir. Bundan başqa müddətin bərpası haqqında ərizə əsaslandırılan məhkəmə aktının alındığı tarix göstərilməli, müddətin hansı üzrlü səbəbdən ötürüldüyü qeyd edilməli və bundan sonra məhkəmədən həmin ötürülmüş müddətin bərpası xahiş edilməlidir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-*/**** nömrəli qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin dəlillərindən və iş materiallarında olan sənədlərdən də görünür ki, iş üzrə qəbul edilmiş qətnamələr rəsmi qaydada cavabdeh cavabdeh1 təqdim edilməmiş, sifarişli poçt göndərişləri (məktubları) geri qayıtmışdır. (II cild, i/v 25, II cild, i/v 101) Bundan əlavə ## ##### 2026-cı il tarixdə elektron məhkəmə sistemi vasitəsilə göndərilmiş ## ##### 2026-cı il tarixli cavabdeh cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən verilmiş ərizədən görünür ki, ərizədə cavabdeh cavabdeh1 Mingəçevir Şəhər Məhkəməsinin *(***)-*/**** saylı ## #### 2025-ci il tarixli qətnaməsindən məlumatsız olduğu, Mingəçevir Şəhər Məhkəməsinin *(***)-*/**** saylı ## #### 2025-ci il tarixli qətnaməsinin ona rəsmi təqdim edilmədiyi, göstərilənləri nəzərə alaraq Mingəçevir Şəhər Məhkəməsinin *(***)-*/**** saylı ## #### 2025-ci il tarixli qətnaməsinin ona rəsmi təqdim edilməsini xahiş etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlər şikayətdə qeyd olunan dəlillərin əsaslılığını və həqiqiliyini təsdiq edir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki şikayətin dəlilləri ilə qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmişdir. Ona görə də, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinın ## #### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qərardadı ləğv edilməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinın ## #### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qərardadı ləğv edilsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar