Məhkəmə qərarları › İş №2(3-10)-73/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-73/2026

05.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-73/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbinə” dair, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul tələbi”, “maddi zərərin əvəzinin ödənilməsi” tələbi, ləğv, təmin) Hakimlər X8 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil1 və cavabdeh Cavabdeh iştirakları ilə, Ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbinə” dair, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbinə” dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayon Çallı kəndinin ərazisindəki icarəyə götürdüyü 20 hektar torpaq sahəsinin 10 hektarında əkmiş olduğu qarğıdalı sahəsinə cavabdeh tərəfindən iri buynuzlu heyvanları salaraq otarmaqla sahədə olan məhsulun məhv olması nəticəsində iddiaçıya vurulmuş ziyana görə 26667 manatın, vurulmuş ziyanla bağlı qiymətləndirmə işlərinin aparılması üçün bağlanmış müqaviləyə əsasən “xxxx” MMC-nin hesabına ödənilmiş 450 manatın və dövlət rüsumu olaraq ödənilmiş 171 manat olmaqla, cəmi 27288 manat pulun cavabdehdən məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, qarşılıqlı iddianın təmin edilməsini, İddiaçı ona vurmuş olduğu maddi zərərə görə üç baş iribuynuzlu heyvanın və ya onların dəyəri olan 10000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını və cavabdeh İddiaçı tərəfindən ona qarşı qaldırılmış ilkin iddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir.

2. Iddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Zərdab rayon Çallı kəndinin ərazisindəki icarəyə götürdüyü 20 hektar torpaq sahəsi üzərində əkdiyi qarğıdalı bitkisinə cavabdehə məxsus iri və xırda buynuzlu mal-qara maddi ziyanlıq vurmuşdur. ##.##.2023-cü il tarixdə iri buynuzlu mal-qaranın qarğıdalı sahəsinə ziyan vurması ilə bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikası DIN-in “102” xidmətinə məlumat vermiş, həmin müraciət əsasında Zərdab Rayon Polis Şöbəsindən araşdırma aparılmışdır. Araşdırma zamanı toplanmış materiallar əsasında ##.##.2023-cü il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Həmçinin, araşdırma müddətində X1 Inkişaf Mərkəzinə sorğu verilmişdir. Mərkəzin təqdim etdiyi ##.##.2023-cü il tarixli məktubda göstərilmişdir ki, iddiaçının icarəsində olan 20 hektar qarğıdalı sahəsinə dəymiş ziyanla bağlı Mərkəzin mütəxəssis aqronom qrupu təkrar biçilmiş qarğıdalı sahəsinə baxış keçirmiş və baxış zamanı 20 hektar qarğıdalı sahəsinin 10 hektarında normal qarğıdalı bitişinin alındığı, qalan 10 hektarda isə otarılma nəticəsində iri və xırda buynuzlu mal-qaranın ciddi ziyan vurduğu müəyyən olunmuşdur. Dəymiş ziyanın hesablanmasının X3 Mərkəzinin səlahiyyətləri daxilində olmadığı da qeyd olunmuşdur. Iddiaçı dəymiş ziyanın miqdarının müəyyən edilməsi məqsədilə Beyləqan şəhərində yerləşən “xxxx” MMC-yə müraciət etmişdir. “xxxx” MMC tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli, ** №li rəydə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən heyvanların sahəyə buraxılması nəticəsində ümumilikdə 26 667 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, iddiaçıya vurulmuş ziyan 26 667 manat, ziyanın qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC ilə bağlanmış müqavilə əsasında ödənilmiş 450 manat və dövlət rüsumu olaraq ödənilmiş 171 manat olmaqla, cəmi 27 288 manat təşkil etmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, ##.##.2023-cü il tarixdə iddiaçıya məlum olmuşdur ki, Zərdab rayonunun Çallı kəndində yerləşən fermasından 23 baş iribuynuzlu mal-qarası tövlənin qapısının açıq qalması nəticəsində itmişdir. Iddiaçı baş vermiş hadisə ilə əlaqədar Zərdab Rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında öyrənmişdir ki, Ilkin iş üzrə iddiaçı İddiaçı tərəfindən gecə saatlarında polis şöbəsinə malqranın onun icarəsində olan qağıdalı sahəsinə dəymiş ziyanla bağlı şikayət daxil olmuşdur. Belə ki, guya ona məxsus mal-qarası nəzarətsiz qaldığı üçün cavabdehin 20 hektar olan qarğıdalı sahəsinə girmiş və orda ziyanlıq törətmişdir. Cavabdeh də, iddiaçıya məxsus olan heyvanları öz tövləsinə salmışdır. Axşam saatlarında iddiaçı övladı ilə birlikdə cavabdehin tövləsinə gedərək, cavabdehlə birlikdə mal-qaranı saymış və heyvanları cavabdehin tövləsindən təhvil almışdır. Lakin, 23 baş heyvandan cəmi 20 baş heyvanları təhvil almışdır. Cavabdeh 23 baş heyvanı öz tövləsinə salmasına dair Polis Idarəsində izahat verməsinə baxmayaraq, iddiaçıya cəmi 20 baş heyvan gətirdiyini demişdir. Daha sonra “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Zərdab RPS-nin TQ-nın ##.##.2023-cü il tarixli qərarı ilə tanış olmuş və bilmişdir ki, qərarda yazılanların əksəriyyəti həqiqəti əkiz etdirmir. Belə ki, iddiaçını polisə heç kim çağırmamış və iddiaçını dinləməmiş qərar qəbul etmişdilər. Qərarda cavabdeh DIN-nin “102” xidmətinə zəng vurub malqaranın sayının 23 baş olduğunu yalnışlıqla bildirdiyini demişdir. Lakin, iddiaçıya məxsus olan heyvanlar Isveç sortu olaraq boz-ağqulaq sayılırlar. Bunlardan ikisi boğaz düyə idi, 3 yaşında. Boğaz düyələrin çəkisi 600 kq idi. Iri cöngənin isə 550 kq çəkisi var idi. Hər üç baş malın bir yerdə 10000 manat qiyməti var idi. Ona görə də, o, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

3. Zərdab Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ilə (sərdlik edən hakim: Ilqam Həsənquliyev) ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbinə” (maddi ziyan) dair iddiasının təmin olunmaması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddiasının təmin olunmaması, işin məhkəmədə baxılması üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid olunması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 130 (bir yüz otuz) manat pulun İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60, 71, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 192.1, 1096.1, 1097.1, 1110, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - Işdə olan ##.##.2022-ci il tarixli, № ** nömrəli icarə müqaviləsinin surətindən görünür ki, X5 rayonunun Çallı kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı 20 hektar torpaq sahəsini ##.##.2022-ci il tarixdən, ##.##.2025-ci il tarixədək İddiaçı icarəyə vermişdir. - Işdə olan Zərdab rayon Polis Şöbəsinin R F.Orucov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında Zərdab rayon Polis Şöbəsində araşdırma aparılmış və Cavabdeh əməli cinayət tərkibi yaratmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. - Işdə olan “xxxx” MMC tərəfindən verilmiş ** saylı, ##.##.2024-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, aparılmış hesabata əsasən dəymiş ziyanın yekun məbləği 26167 manat məbləğində müəyyən edilmişdir. - Işdə olan ##.##.2024-cü il tarixli dəymiş ziyanın qiymətləndirilməsinə dair müqavilədən görünür ki, qiymətləndirmə xidmətinin dəyəri olaraq “xxxx” MMC-nin hesabına İddiaçı tərəfindən 450 manat pul ödənmişdir - Işdə olan X1 X10 Rayon Polis Şöbəsinin rəisinə ünvanladığı ##.##.2023-cü il tarixli məktubun surətindən müəyyən olunur ki, İddiaçı 20 ha qarğıdalı sahəsinə dəymiş ziyanla bağlı X1 Inkişaf Mərkəzinin mütəxəssiz aqronom qrupu təkrar əkilmiş qarğıdalı sahəsinə baxış keçirilmiş baxış zamanı qarğıdalı sahəsinə xırda buynuzlu mal qara tərəfindən ziyanlığın dəyməsi müəyyən olunmuşdur. - Işdə olan Məhkəmə ekspertizası mərkəzinin ##.##.2024-cü il tarixli, */****-*/**** saylı rəyindən görünür ki, qarğıdalı silosunun 1 tonunun nəzəri qaydada orta bazar qiyməti təxminən 170,00 manat müəyyən edilir. Tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. - Işdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəməbioloji ekspertizasının dəyəri 130 manat təşkil edir. -Işdə olan AR-III № ****** saylı etibarnamədən görünür ki,Cavabdeh onu məhkəmədə təmsil etmək üçün vəkillər kollegiyasının üzvü vəkil Nümayəndə etibarnamə vermişdir. -Işdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət mədaxilinə 171 manat dövlət rüsumu ödənilmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı və cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişlər.

Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəməyə təqdim olunan sübutları, yəni ekspert rəyini qəbul etməmiş, məhkəmə tərəfindən təyin olunan ekspert isə ona ünvanlanan sualları cavablamaqdan imtina etmişdir. Belə olan halda, məhkəmə əlavə ekspertiza təyin etmək əvəzinə, ilkin iddia dəymişmaddi ziyanlığın məbləğinin sübuta yetirilməməsi səbəbini qeyd edərək tələbi təmin etməmişdir. Məhkəmə təqdim olunan ekspert rəyini lazımi qaydada araşdırmamış, ekspert rəyini verən “xxxx” MMC-nin məlumatlarının Azərbaycan Qiymətləndiricilər Palatasının rəsmi saytı olan apq.az saytında olmadığını bildirmiş, buna görədə “xxxx” MMC tərəfindən verilən ekspert rəyi mötəbər sübut kimi qəbul edə bilməyəcəyini qətnamədə qeyd etmişdir. Halbuki “xxxx” MMC-nin verdiyi rəy ##.##.2024-ci aiddir. Azərbaycan Qiymətləndiricilər Palatasının rəsmi fəaliyyətə başladığı tarixisə ##.##.2025-ci il tarixindədir. Tələbi əsaslandırmaq məqsədi ilə məhkəməyə sübut olaraq təqdim olunmuş “ xxxx” MMCnin qiymətləndirmə sənədi sübut olaraq qəbul edilməmişdir. Məhkəmənin qəbul etdiyi qətnaməyə görə Azərbaycan Qiymətləndiricilər Palatasının rəsmi saytı olan aqp.az saytında yaradılmış reyestrə “xxxx” MMC barədə məlumatlar əlavə olunmamışdır. Diqqət edilməli məqam budur ki, Azərbaycan Qiymətləndiricilər Palatası ## ###### 2025-ci il tarixindən rəsmi fəaliyyətə başlamışdır.”xxxx” MMC-nin qiymətləndirmə sənədi isə ## ###### 2024-cü il tarixdə hazırlanmışdır. Işin hallarının hərtərəfli, tam və obyektiv tətqiqi üçün məhkəmə lazımi şərait yaratmamış, təqdim olunan sübutlari, yəni ekspert rəyini qəbul etməmiş, məhkəmə tərəfindən də təyin olunan ekspert də ona verilən sualları cavablamaqdan imtina etmişdir. Buna nəticəsində məhkəmə maddi ziyanlığın məbləğinin sübuta yetirilməməsi səbəbi ilə iddianın təmin olunmaması qərarına gəlmişdir. Məhkəmə dəymiş ziyanlıqla bağlı ekspertiza təyin etsədə, ekspert qarşısına qoyulmuş suallara cavab verməkdən imtina etmişdir. Amma sualların cavablandırılmasından imtina edilməsinin səbəbini məhkəmə işdə iştirak edən tərəflərə əsaslandırmamışdır. Ekspert qarşısına qoyulmuş suallara cavab verməkdən imtina etmişdir. Nəticədə ekspert rəyi işdə iştirak edən tərəflərə aydın və tam olmamışdır. Məhkəmə əlavə ekspertiza təyin etməmiş, ilkin iddianın dəymiş maddi ziyanlığın məbləğinin sübuta yetirilməməsi səbəbi ilə iddianın təmin olunmaması qərarına gəlmişdir.

9. Odur ki, Zərdab rayon məhkəməsinin qətnaməsinin qismən yəni, “iddianın təmin edilməməsi” hissəsində ləğv edilməsini, işin hallarına yenidən baxılmasını, təqdim olunan sübutların tam araşdırılmasını və tələbin tam təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı “Pul tələbi haqqında” Zərdab Rayon Məhkəməsində iddia qaldırmışdır. Iddia tələbi ilə razı olmamış, əksinə özü də qarşılıqlı iddia qaldırmışdır. Zərdab Rayon Məhkəməsi ## ######## 2025-ci il tarixli, *(***)-*/**** saylı saylı qətnaməsi ilə hər iki iddianı təmin etməmişdir. Aşağıdakı dəlillərə və hüquqi aktlara görə məhkəmənin qərarı əsassızdır. Ona görə də, qətnamə ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, ## ###### 2023-cü il tarixdə Zərdab rayonunun Çallı kəndi ərazisində fermasında çalışan çoban ona məlumat verdi ki, tövlə açıq qalmış və 23 baş iribuynuzlu mal-qara (dana, inək) yoxdur. O, tez Zərdab Rayon Polis Şöbəsinə yaxınlaşmışdır. Məlumat vermiş və orda öyrənmişdir ki, cavabdeh tərəfindən dünən axşam saatlarında polisə bu mahiyyət üzrə şikayət daxil olmuşdur. Guya onun mal-qarası nəzarətsiz qaldığı üçün cavabdehin 20 hektar olan qarğıdalı sahəsinə girmiş və orda ziyanlıq törətmişdir. Cavabdeh də ona məxsus olan heyvanları öz tövləsinə salmışdır. Sonradan o, polisə gələndə müstəntiq ondan neçə malının yoxa çıxdığını soruşmuşdur. Cavab vermişdir ki, 23 baş. Ona demişdir ki, bəlkə azdı özün çox deyirsən? Ona gözlə demişdir. Gedib ekranı açıb və cavabdehin məlumatını izləmişdir və dedi ki, həqiqətən düz deyir. Əli orda 23 baş malqaranın onun yerinə girdiyini bildirirdi. Ondan sonra o da qeyd elədi izahatını aldı və imza elədi. Sonra axşam saatlarında övladıyla gedib cavabdehlə malı sayıb tövləsindən təhvil götürmüşdür. Mallar Əlinin tövləsində 18 saat qalmışdır. Cavabdehin iştirakı ilə heyvanları sayıb götürəndə 20 baş heyvan saymışdırlar, bəs üçü hardadır soruşsa da, cavabdeh ona elə 20 baş gətirmişəm cavabını vermişdir. Bu necə ola bilir? Məlumatda da 23 baş məlumatını vermisən. Cavabdeh 20 baş gətirdiyini dedi. O, cavabdehin babası ilə kəsdikləri çörəyin xətrinə dinməmiş və heyvanlarını götürüb çıxmışdır. Hazırkı iddia tələbi ilə də heç vaxt məhkəməyə müraciət etməyi düşünməmişdir. Ta ki, cavabdeh ona qarşı Zərdab Rayon Məhkəməsində “Pul tələbi haqqında” iddia tələbi irəli sürənədək. Ağlına da gəlməzdi ki, cavabdeh bu iddia tələbini ona qarşı irəli sürər. Iddia tələbində cavabdeh çox ədalətsiz, haqqsız və qərəzli mövqe sərgiləmişdir. Belə ki, o, əvvəldən cavabdehin dediyinə inanmış və onun 23 baş heyvanının onun sahəsinə girib ona ziyanlıq vurmasını təsdiqləmişdir. Əslində o, bu faktı gözüylə görməmiş, cavabdehə inanmış və onun sözü ilə hərəkət eləmişəm. Lakin sonradan gördü ki, cavabdehin sərgilədiyi mövqe tamam başqadır. Həqiqət cavabdehin qeyd etdiyi kimi deyil, onun fermasından çıxan heyvanların arasında heç xırdabuynuzlu heyvan olmayıb. Lakin iddia ərizəsində tez-tez xırdabuynuzlu heyvan adı qeyd edilir. Bu mal-qaranı onlar ayrı tövləyə yığırdı. Bunların arasında xırdabuynuzlu heyvan olmayıb. Ikincisi, 20 hektar qarğıdalı sahəsinin 10 hektarında bitiş alınmamış, 10 hektarında da noyabr ayının şaxtası vurmuş məhv olmuş və biçilmiş bitkiyə onun 23 baş heyvanın 2 saatın içində necə 27288 manat ziyanlıq vura bilər ki? Iddia ərizəsində deyildiyi kimi şaxta vurmuş və biçilmiş bitkiyə necə ciddi şəkildə ziyan dəyə bilər? Üçüncüsü, cavabdeh özü müəyyənləşdirdiyi vaxtda, yəni qarğıdalı biçildikdən sonra qiymətləndirmə şirkəti olan “xxxx” MMC-nin əməkdaşlarını onun iştirakı olmadan çağırmışdır. O zaman həmin sahədə həm texnikanın, həm də elə cavabdehin özünün xırdabuynuzlu heyvanlarının ayaq izləri mövcud olmuşdur. Bu zaman hansı qiymətləndirmədən söhbət gedə bilər?! Demək bu sənəd həqiqəti əks etdirmirsə, qərar verilərkən o sənəd əsas götürülə bilməz. Qarğıdalı sahədən biçilməmişdən əvvəl Zərdab DAIM-in əməkdaşları onun da iştirakı ilə həmin sahədə olmuşdurlar. Onlar da 10 hektar sahədə bitiş alınmadığı və digər 10 hektar sahədə ziyanlıq olduğunu bildirdilər. Amma iddia ərizəsində göstərilən qədər ziyanlıq olmasını ona deyən olmamışdır. Lakin dəymiş ziyanlığın hesablanması Zərdab DAIM-in əməkdaşlarının səlahiyyəti çərçivəsində olmadığını bildirdilər. Daha sonra “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Zərdab RPŞ-nin TQ-nun baş təhqiqatçısı X2 ##.##.2023-cü il tarixli qərarı ilə tanış olmuş və bildirir ki, qərarda yazılanların əksəriyyəti absurddur. Onu polisdən heç kim çağırmamış və onu dinləməmiş qərar qəbul etmişlər. Qərarda cavabdeh DIN-nin “102” xidmətinə zəng vurub mal-qaranın sayının 23 baş olduğunu yalnışlıqla bildirdiyini deyir. Görünür sonradan fikrini dəyişib. Qərar başdan-ayağa cavabdehin dediklərinə istinadən hazırlanıb. Cavabdeh özü dəfələrlə ona bildirib ki, sizi oradan görün necə çıxardıram?! Və sonra da bu oyunu onun başına açır. 2 saatın içində 28000 manatlıq ziyanlıq o vaxt mümkün olardı ki, onun da mal-qarası 50 minlik olardı. Düşünür ki, cavabdehin məqsədi ona şər atmaqdır. Cavabdeh iddia ərizəsində qeyd edir ki, guya ona dəfələrlə deyib. Bu, ağ yalandır. Xahiş edir ki, araşdırılsın ortaya çıxarılsın ki, cavabdeh nə ona zəng vurmayıb, nə də ona kiminləsə ismarış göndərməyib. Indi cavabdeh ondan bu qədər absurd bir rəqəmlə pul tələb edir. Onun yeganə məqsədi odur ki, o, cavabdehdən öz mal-qarasını tələb etməsin. Lakin o, ümumi dəyəri 10000 manatdan yuxarı olan boğaz düyələrini və cöngəsini cavabdehdən tələb edir. Ona məxsus olan heyvanlar Isveç sortu olaraq boz-ağqulaq sayılırlar. Bunlardan ikisi boğaz düyə idi, 3 yaşında. Boğaz düyələrin çəkisi 600 kq idi. Iri cöngənin isə 550 kq çəkisi var idi. Hər üç baş malın bir yerdə 10000 manat qiyməti var idi. Bu, real bazar qiymətlərindən çox aşağı qiymətdir. Şahidi var ki, onun yanında heyvan alverçiləri həmin heyvanlara 10000 manat pul təklif ediblər, azdır deyib razılaşmamışdır. Ona vurulmuş maddi ziyanlıq cavabdeh tərəfindən ödənilməlidir.

11. Odur ki, Zərdab Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi ləğv edilməsini, ilkin iddiaçının iddiasının rədd edilməsini və onun qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini, cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini, cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini və iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyası. 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə görə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 192.1-ci maddəsinə görə Nəzarətsiz və ya otlamağa buraxılmış mal-qaranı və ya digər nəzarətsiz heyvanları tutan şəxs onları mülkiyyətçisinə qaytarmalıdır, heyvanların mülkiyyətçisi və ya onun olduğu yer bilinmədikdə isə, onları tutduğu andan ən geci üç gün keçənədək aşkar etdiyi heyvanlar barədə polisə xəbər verməlidir; polis mülkiyyətçinin axtarılması üçün tədbirlər görməlidir. 1096.1-ci maddəsinə görə Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinə görə Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir

18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

24. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

25. Apellyasiya şikayəti verən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh Zərdab Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

27. Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri qismən əsaslıdır.

28. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə ilk öncə ilkin iddia üzrə iddiaçı İddiaçı iddiasına münasibətdə bildirir ki, həmin iş üzrə cavabdeh Cavabdeh məxsus malqaranın qarğıdalı sahəsinə girməsi məsələnin mübahisəsiz hissəsidir. Bu hal həm işə əlavə olunmuş sübutlarla həmçinində cavabdehin məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsi və eləcədə nümayəndəsinin məhkəmədə verdiyi izahatla öz təsdiqini tapır. Lakin məhkəmə qeyd edir ki, iddiaçı İddiaçı ona maddi ziyanlıq dəydiyini bildirsədə lakin dəymiş ziyanlığın məbləği ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə iddiaçının təqdim etdiyi və “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə münasibətdə isə bildirir ki, həmin rəy mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tədbiqi məqsədilə, 2023-cü il ## ###### tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Qiymətləndiricilər Palatası yaradılmış və fəaliyyətə başlamışdır. Müvafiq prosedur qaydalarından keçmiş qiymətləndiricilər Azərbaycan Qiymətləndiricilər Palatasının rəsmi saytı olan aqp.az saytında yaradılmış reyestrə əlavə olunur. Hazır ki, işdə sübut kimi təqdim olunmuş və “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə bağlı məhkəmə bildirilir ki, “xxxx” MMC barədə məlumatlar aqp.az saytında yaradılmış reyestrə əlavə olunmamışdır. Eyni zamanda “xxxx” MMC və ya iddiaçı tərəfindən palatanın şəhadətnaməsini və ixtisasını təsdiqləyən sənədlər məhkəməyə təqdim olunmamışdır. Buna əsasən məhkəmə “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə rəyini etibarsız hesab edir. Məhkəmə dəymiş ziyanlıqla bağlı ekspertiza təyin etsədə lakin ekspert qarşısında qoyulmuş suallara cavab verməkdən imtina etmişdir. Buna əsasən məhkəmə hesab edir ki, ilkin iddia dəymiş maddi ziyanlığın məbləğinin sübuta yetirilməməsi səbəbi ilə təmin olunmamalıdır. Məhkəmə cavabdeh Cavabdeh tərəfindən təqdim olunmuş qarşılıqlı iddiaya münasibətdə isə bildirir ki, həmin iddiada əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Cavabdeh 3 baş heyvanının oğurlanmasını bildirsədə lakin bununla bağlı hüquq mühafizə orqanlarına müraciəti etməmiş və buna əsasəndə zərərçəkən şəxs qismində tanınmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, bu hissədədə iddia tələbində göstərilən maddi ziyanlığı müəyyən edən mütəxəssiz rəyi işə əlavə olunmamışdır. Qarşılıqlı iddia ərizəsində göstərilən maddi ziyanın məhs qarşılıqlı iddiaçının şəxsi mülahizələri əsasında müəyyən olunmuşdur. Buna əsasəndə məhkəmə qarşılıqlı iddianıda əsassız hesab edir. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatına və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçı İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz iddialarını məhkəmə iclasında hüquqi cəhətdən əsaslandıra bilməmişlər, nədə ki, iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişlər. Odur ki, məhkəmə hesab edir ki, hər iki iddialar əsassızdır, ona görə də, hər iki iddia təmin edilməməlidir.

29. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

30. Belə ki, Zərdab Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

31. Işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-*/****-*/**** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, aparılmış tədqiqatlara əsasən 1 hektar sahədən 14-15 ton yaşıl kütlənin (silos, yaşıl yem və senaj alınması üçün) alınması mümkündür.

32. Bundan başqa qeyd edilmişdir ki, yerli internet saytlarında (aqrobazar və tap.az) mövcud olan məlumatlara əsasən rəyin məhkəmə-bioloji tədqiqat hissəsində göstərilən qarğıdalı silosunun 1 tonunun nəzəri qaydada orta bazar qiyməti təxminən 170,00 manat müəyyən edilir.

33. Bundan başqa Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-**)-/**** saylı qərardadı ilə hаzırkı iş üzrə müstəqil qiymətləndirici-ekspert dəvət edilməsi, iddiaçı İddiaçı istifadəsində olan Zərdab rayonu Çallı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 20 ha torpaq sahəsinin 10 ha əkin sahəsinə əkmiş olduğu qarğıdalı sahəsinə dəymiş ziyanın məbləğinin, eyni zamanda cavabdehin iddia etdiyi iddiaçı tərəfindən ona qaytarılmayan 3 baş iribuynuzlu mal-qaranın qiymətləndirilməsinin “xxxx” MMC-nə həvаlə edilməsi qərara alınmışdır.

34. Işdə olan “xxxx” MMC-nin rəyindən görünür ki: Iddiaçı İddiaçı istifadəsində olan Zərdab rayonu Çallı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 20 ha torpaq sahəsinin 10 ha hissəsinə 2023-cü il iyul ayında ikinci əkin kimi senaj tədarükü məqsədilə əkilmiş qarğıdalı bitkisinin ## ###### 2023-cü il tarixə olan bazar qiyməti 12,000.0 (on iki min) manat təşkil edə bilər. Cavabdeh Cavabdeh məxsus üç yaşında 600 kq 02 boğaz düyənin ## ###### 2023-cü il tarixə olan bazar qiyməti 4800.0 (dörd min səkkiz yüz) manat və beş yaşında 550 kq 01 cöngənin ## ###### 2023-cü il tarixə olan bazar qiyməti 5500.0 (beş min beş yüz) manat, hər ikisinin cəmi qiyməti ## ###### 2023-cü il tarixə 10,300.0 (on min üç yüz) manat təşkil edə bilər.

36. Beləliklə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallar ondan ibarətdir ki, İddiaçı Zərdab rayonu Çallı kəndinin ərazisindəki icarəyə götürdüyü 10 hektar torpaq sahəsinə qarğıdalı bitkisi əkmiş, Cavabdeh məxsus iri və xırda buynuzlu mal-qara həmin torpaq sahəsinə daxil olmaqla İddiaçı maddi ziyan vurmuşdur. ##.##.2023-cü il tarixdə iri buynuzlu mal-qaranın qarğıdalı sahəsinə ziyan vurması ilə bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikası DIN-in “102” xidmətinə məlumat vermiş, həmin müraciət əsasında Zərdab Rayon Polis Şöbəsindən araşdırma aparılmışdır. Araşdırma zamanı toplanmış materiallar əsasında ##.##.2023-cü il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.

37. Dəymiş ziyanın miqdarını müəyyən edərkən məhkəmə kollegiyası işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-*/****-*/**** nömrəli ekspert rəyini əsas götürmüşdir. Rəyə görə 1 hektar sahədən 14 ton yaşıl kütlənin (silos, yaşıl yem və senaj alınması üçün) alınması mümkündür. 1 tonunun nəzəri qaydada orta bazar qiyməti təxminən 170,00 manat müəyyən edilir. (10 hektar x 14 ton x 170 manat = 23 800 manat).

38. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, məhkəmə sübutları öz daxili inamına əsasən, onların hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində qiymətləndirir və heç bir sübutun əvvəlcədən müəyyən edilmiş üstün qüvvəsi yoxdur.

39. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və ilkin iddia tələbi qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 23 800 manat vurulmuş maddi ziyanın əvəzi hesablanmalıdır.

40. Bundan başqa məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, ##.##.2023-cü il tarixdə Cavabdeh Zərdab rayonunun Çallı kəndində yerləşən fermasından 23 baş iribuynuzlu mal-qarası tövlənin qapısının açıq qalması nəticəsində İddiaçı əkdiyi əraziyə ziyan vurmuşdur. İddiaçı baş vermiş hadisə ilə əlaqədar Zərdab Rayon Polis Şöbəsinə müraciət etmiş, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı heyvanları öz tövləsinə salmışdır. Axşam saatlarında Cavabdeh övladı ilə birlikdə İddiaçı tövləsinə gedərək, mal-qaranı saymış və heyvanları təhvil almışdır. Lakin, 23 baş heyvandan cəmi 20 baş heyvanları təhvil almışdır. İddiaçı 23 baş heyvanı öz tövləsinə salmasına dair Polis Idarəsində izahat verməsinə baxmayaraq, Cavabdeh cəmi 20 baş heyvan gətirdiyini demişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir.

42. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı üç baş iribuynuzlu heyvanın dəyəri olan 10000 manat məbləğində pul vəsaitinin tələb etməkdə haqlıdır, bu səbəbdən qarşılıqlı iddia ərizəsi təmin edilməlidir.

43. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.

44. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

45. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.

46. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

47. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həm ilk həm də qarşılıqlı iddia tələblərini rədd etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, Zərdab Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbi qismən, qarşılıqlı iddia tələbi isə tam təmin edilməlidir.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətləri qismən təmin edilsin. Iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə ilkin iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 23800 (iyirmi üç min səkkiz yüz) manat pul vəsaiti və qiymətləndirmə işlərinin aparılması üçün “xxxx” MMC-nin hesabına ödənilmiş (450 manatdan) 225 manat tutularaq İddiaçı ödənilsin. Ilkin iddianın qalan hissəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilsin İddiaçı maddi zərərə görə 10000 (on min) manat pul vəsaiti tutularaq Cavabdeh ödənilsin. Iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 130 (bir yüz otuz) manat puldan 65 manatı İddiaçı və 65 manatı Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar