Məhkəmə qərarları › İş №2(3-10)-761/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-761/2026

27.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-761/2026 27.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi, qüvvə) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Musatafa oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı oğlunun iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(*-***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdeh Cavabdeh 7000 (yeddi min) manat pulun və 90 manat dövlət rüsumunun alnıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2025-ci ilin iyun ayında oğlu X1 ev almaq üçün sosial şəbəkələrdə elanlara baxdığı zaman qarşısına Vaqonlar qəsəbəsində 10000 manata torpaq sahəsi və üzərində tikilmiş ev çıxmışdır. O və ailə üzvləri sözügedən evin alınması ilə əlaqədar hazırkı iş üzrə cavabdeh Cavabdeh ilə əlaqə saxladılar. Cavabdeh ilə söhbət əsnasında cavabdeh özünə məxsus əmlakı iki dəfəyə vermək şərti ilə satmağa razı olmuşdur. Belə ki, ilkin olaraq 7000 manat, 2-3 ay sonra isə 3000 manat olmaqla alınmasına razılaşdılar. Onun, qızı Günay Ramazanovanın və qohumu Babək Nəbiyevin iştirakı ilə cəmi 7000 manat pul cavabdehə verildi. Pul verilməsinə baxmayaraq, cavabdeh notarial qaydada müqavilə bağlanmasından yayındı. Onlar cavabdehlə görüşüb, cavabdeh notariusa gedilməsi barədə razılığa riayət etmədi və bu səbəbdən də aralarında olan razılaşma pozuldu. Cavabdehdən pulu qaytarmasını tələb etsələr də, pulu qaytarmır. Sonradan sözügedən torpağı və evi başqa şəxsə satdığı onlara məlum olmuşdur. Bu şəxsin niyyəti onları aldatmaq və pullarını ələ keçirmək olmuşdur. Hazırda da onlara məxsus pulu qaytarmır. Bununla bağlı Mingəçevir ŞPŞ-yə müraciət etdikdə cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar çıxarılmış və qərarda cavabdeh öz əməllərini etiraf etmiş və bu faktlar öz əksini tapmışdır. Cavabdeh onun etibarından sui-istifadə etməklə əldə etdiyi pulu qaytarmaqdan imtina edir. Cavabdehə dəfələrlə borclu olduğu pulu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh onu aldadaraq borclu olduğu pulu qaytarmır. Müxtəlif bəhanələrlə yalnız müddət uzadır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) iddia təmin edilmiş, cavabdeh Cavabdeh 7000 (yeddi min) manat pulun alınıb iddiaçı İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi və 90 (doxsan) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.3, 386.1, 394, 407.2, 1091, 1092-ci maddələrinə, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərara, “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərara istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işdə olan ## ######## 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Işdə olan ##.##.2026-cı il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, sözügedən qətnamə ##.##.2026-cı il tarixində qəbul edilməsinə baxmayaraq, ona ## #### 2026-cı ildə poçt vasitəsi ilə çatmışdır. Qətnamə ilə tanış olduqda heç bir əsası olmaması məlum olmuşdur. Qətnamə heç bir qanuna əsaslanmamış və lazımi qaydada əsaslanmadan çıxarılmışdır. O, məhkəmə iclasında da verdiyi izahatda göstərdiyi kimi iddiaçıdan 7000 manat pul almışdır və həmin pulun 6000 manatını onlara qaytarmışdır. Həmin şəxslərin öz arasında olan ailə problemi səbəbindən hazırda sözügedən 6000 manat pulun onun tərəfindən qaytarılmasını etiraf etmirlər. Əksinə onun məhkəmə iclasında təkləməklə pulu qaytararkən sənədləşdirməli olmağını bildirirlər. Hörmətli Kollegiya o, pulu rəsmi qaydada almamışdır ki, rəsmi qaydada qaytarsın. Birinci instansiya məhkəməsinin hakimi Elza Cəbrayılzadə ona qarşı qərəzli yanaşmış və öz qərəzini açıq aşkar göstərmişdir. Belə ki, qarşı tərəf heç bir yazılı sübutu olmasa da onların sözlərinə inanmış, ondan isə pulun qaytarılmasına sübut istəmişdir. Hakim əvvəldən axıra kimi qarşı tərəfə vəkillik etmiş və məhkəmə iclasında bunu açıq aydın nümayiş etdirmişdir. Ona sübut etmə yükü qoyan hakim qarşı tərəfin sübut etmə vəzifəsini onun üstünə atmış və onu əsassız olaraq 7000 manat pulun verilməli olması barədə qətnamə ilə maliyyə sanksiyasına məruz qoymuşdur. Pul tələbini əsassız varlanma kimi qeyd edən hakim tələbdən kənara çıxmaqla öz qərəzsizliyini pozmuşdur. O, qərəzli münasibətin qurbanı olmuşdur və işə apellyasiya məhkəməsində ədalətli baxılacağını düşünür. Bundan əlavə məhkəmədə iddiaçının şahidi dindirilsə də onun şahidləri dindirilməmişdir. Bunu sizin tərəfdən məhkəmə iclasının audio-video yazısına baxmaqla da görmək olar. O, məhkəmənin əvvəlindən sonuna kimi pulun qaytarılması barədə şahidlərinin olmasını bildirsə də hakim şahidlərini dindirmədi. Bu iş üzrə Anarə və Ülkər onun şahidləridir və məhkəmədə onların dindirilməsinə şərait yaradılmadır. Halbuki, bu şəxslər birbaşa pulun verilməsini görmüşlər. Bundan əlavə məhkəmə qətnaməsində hakim heç bir rəsmi sənədə istinad etməmişdir. Belə bir sənəd olsaydı hakimin həmin sənədlərin qətnamədə qeyd edilməsi mütləq olardı. Məhkəmə iclasında tədqiq olunmayan sübutlara istinad edilməsi özü qanunsuzluqdur. Qətnamənin özündə heç bir əsaslanma yoxdur və hakim öz şəxsi istəyi ilə qətnamə çıxarmışdır. Odur ki, bu cür əsassız qətnamənin ləğvi mütləqdir. Hakim qətnamə çıxararkən sübutlara deyil qanunla nəzərdə tutulmayan öz daxili inamına əsaslanmışdır. MPM-nin və Mülki Məcəlləsinin tələblərini pozmaqla çıxarılmış qətnamənin ləğv olunacağı mütləq və labüddür.

8. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsini ləğv edib yeni qətnamə çıxarılmasını, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi - 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: - 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;

14. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərar: Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

15. “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərar: Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin müəyyən olunmuş hallarına görə tərəflər arasında fərdi yaşayış evinin alğı-satqısına dair şifahi razılaşma olmuşdur. Cavabdeh öz istifadəsində olan, lakin, çıxarışı olmayan fərdi yaşayış evi üçün iddiaçıdan ilkin olaraq 7000 manat alsa da, sonradan nə əmlakı vermiş, nə də pul məbləğini geri qaytarmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında daşınmaz əmlaka dair qanunun tələbinə uyğun müqavilə bağlanmamışdır. Belə ki, cavabdeh özünə məxsus olmayan daşınmaz əmlakı iddiaçıya satması barədə razılaşmışdır. Bunun müqabilində özünün etiraf etdiyi kimi, iddiaçıdan 7000 manat pul almışdır. Belə olan halda cavabdehin iddiaçıdan əsassız olaraq aldığı 7000 manat pul iddiaçıya geri qaytarmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir və 7000 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən bir otaqlı evin alınması üçün 7000 manat pul verdiyi iş materialları ilə öz təsdiqini tapır.

26. Belə ki, işdə olan ## ######## 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cavabdeh Cavabdeh izahatında əvvəlcə beh qismində 300 manat pul, sonradan isə 6700 manat olmaqla ümumilikdə 7000 manat pulun ona verildiyini təsdiq etmişdir.

27. Bundan başqa apellyator şikayətində borcun 6000 manatını qaytardığını qeyd etsə də həmin məbləğin qaytarıldığını təsdiq edən hər hansı qəbz və digər sübut təqdim edə bilməmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

29. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 32 Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(*-***)-**/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar