Məhkəmə qərarları › İş №2(3-10)-778/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-778/2026

03.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-778/2026 03.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Fəxrəddin qızının cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul ” tələbi, qismən ləğv, qismən təmin) Hakimlər X8 (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı Fəxrəddin qızının cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-*/**** saylı qətnaməsindən iddiaçı İddiaçı Fəxrəddin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı Fəxrəddin qızı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 1400 manat pulun və ödədiyi 40 manat dövlət rüsumunun əvəzinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmə hazırlıq iclası zamanı iddia həcminin artırılması tələbinə dair ərizə təqdim edərək “cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı Fəxrəddin qızı arasında bağlanmış ##.##.2025-ci il tarixli borc müqaviləsi üzrə öhdəliklərin icra edilməməsindən irəli gələn 1300 manat əsas borc məbləğinin, 3000 manatdan çox vurulmuş ziyanın, "Redmi 8" və "Tecno 2022" markalı mobil telefonların geri qaytarılması, geri qaytarılması mümkün olmadığı halda dəymiş ziyana görə 750 manat pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş edir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Yardımlı Mərkəzi Rayon Xəstəxanasında həkim-terapevt vəzifəsində çalışır. Cavabdeh Cavabdeh 2016-cı ildən tanıyır. O, jurnalist olduğunu bildirmişdir. Aralarında münasibət yarandığından ondan müxtəlif vaxtlarda onun pul istəmiş, onun dediyi qızının, oğlunun, dostunun və kürəkəninin bank kartlarına 2200 (iki min iki yüz) manat pul köçürmüşdür. Bir neçə dəfə ondan pulunu tələb etsə də o, pulunu qaytarmaqdan imtina etmişdir. Buna görə də müxtəlif dövlət orqanlarına və eyni zamanda Yardımlı Rayon Prokurorluğuna müraciət etmişdir. Bundan sonra o, 1500 (bir min beş yüz) manat borcunun olmasını etiraf etmiş və hər ay 150 manat pul ödəyəcəyinə dair borc müqaviləsi bağladığına görə şikayətini geri götürmüşdür. Lakin 100 manat pul göndərdikdən sonra yenidən pulu göndərmədiyinə görə şikayət etməyə məcbur olmuşdur. Yardımlı Rayon Polis Şöbəsinin ##.##.2025-ci il tarixli qərarı ilə cinayət işinin rədd edilməsi qərara alınmış və mübahisə mülki hüquq normaları ilə nizama salındığından məhkəməyə müraciət etməyim izah edilmişdir.

3. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli qətnaməsi ilə (sərdlik edən hakim Aybəniz Babayeva) iddiaçı İddiaçı Fəxrəddin qızınun cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 152.1, 157.2, 324.4, 337.1, 337.2, 339.4, 385.1, 386.1, 442, 445-ci maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il ## ###### tarixli, Qərarının 2.4-cü bəndinə, Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ##.##.2025-ci il tarixli borc müqaviləsindən görünür ki, X2 İddiaçı Fəxrəddin qızına 1500 (bir min beş) manat borcu var. Hər ay pensiyasından 150 manat olmaqla ödəyəcəyinə söz verir. 7 aya borcunu ödəməkdən boyun qaçırsa məsuliyyət daşıyır. ##.##.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yardımlı Rayon Polis X14 baş təhqiqatçısı polis RRı X4 cinayət işinin başlanması barədə ##.##.2025- ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilən əsasən toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmiş, vətəndaş İddiaçı Fəxrəddin qızının pul ilə bağlı və şərəf və ləyaqətinin alçaldılması ilə bağlı mübahisəsi mülki hüquq normaları ilə nizama salındığından aidiyyəti üzrə məhkəməyə müraciət etməsi barədə izah verilməsi qərara alınmışdır. Yardımlı Rayon Polis X14 təhqiqatçısı R X1 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə ##.##.2025-ci il tarixli qərarından görünür ki, qərarın təsvi hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır.

6. Qətnаmədən nаrаzı qalan iddiaçı İddiaçı Fəxrəddin qızı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı İddiaçı Fəxrəddin qızı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, İddiaçı, ali təhsilli həkim olaraq ömrü boyu cəmiyyətdə və peşə mühitində yüksək hörmət və təmiz ad qazanmış bir qadındır. Hazırda Yardımlı Rayon Mərkəzi X10 Şəxsində həkim-terapevt vəzifəsində fəaliyyət göstərir. Müəyyən obyektiv səbəblərdən ##.##.2016-cı ildən ##.##.2020-ci ilə qədər olan dövr ərzində cəmiyyətdən və ailəsindən məcburi təcrid olunmuş vəziyyətdə (cəzaçəkmə müəssisəsində) yaşamışdır. Həmin müəssisədə saxlanılan Aysel adlı xanımla tanışlığı yaranmış və sonradan özünü jurnalist kimi təqdim edən cavabdeh Cavabdeh ona qiyabi olaraq həmin şəxs tanıtmışdır. ##.##.2020-ci il tarixdə azadlığa qovuşduqdan sonra, onun himayəsindən və nəzarətindən uzaq qalan övladı ##.##.1994-cü il təvəllüdlü X5 tapa bilmədi. Bir ana olaraq övladının taleyindən ciddi narahatlıq keçirir və çarəsiz vəziyyətdə axtarış yolları tapmağa çalışdı. Həmin dövrdə cavabdeh Cavabdeh ona zəng vurmuş və görüşmək istədiyini bildirmişdir. Telefon danışığı və ardınca baş tutan görüş zamanı cavabdeh özünü təkrar olaraq jurnalist, daha dəqiq desək Daxili Işlər Nazirliyinin xüsusi müxbiri, habelə X6 "Inkişafa dəstək" komandasının Gəncə şəhəri üzrə xüsusi müxbiri kimi təqdim etmiş və övladının tapılmasında ona kömək edəcəyinə yalan vədlər vermişdir. O, problemin həlli üçün xüsusi videoçəkilişlərin aparılmasının, dövri mətbuatda, qəzet və jurnallarda məlumatların yayımlanmasının, habelə peşəkar vəkil dəstəyinin təmin edilməsinin zəruri olduğunu bildirərək onu buna inandırmışdır. O da bir ana çarəsizliyi ilə bu xidmətlərin qarşılığında maddi imkanlarının daxilində xidmət haqqı ödəyəcəyini bildirmiş və aralarında etibara söykənən ünsiyyət formalaşmışdır. Hər hansı bir ailə münasibətlərindən söhbət gedə bilməz. Cavabdehin ictimai statusuna və yalan vədlərinə inanaraq, 2024-cü ildən etibarən övladının tapılması məqsədilə ona ümumilikdə 3000 manata yaxın pul vəsaiti və mobil telefon cihazları təslim etdi. Pul məbləğlərinin bir hissəsini köçürməyi barədə müvafiq qəbzləri məhkəməyə təqdim etmişdir. Konkret olaraq, vəsaitlərin bir qismini cavabdehin birbaşa göstərişi ilə onun şəxsi mobil nömrəsinə, habelə ailə üzvlərinin – qızının, oğlunun, kürəkəninin və dostunun bank kartı hesablarına (ardıcıl olaraq 8 ay ərzində) köçürmüşdür. Vəsaitin qalan hissəsini Yardımlı rayonu ərazisində nağd şəkildə şəxsən özünə vermişdir. Bundan əlavə, vəkil xidmətlərinin qarşılanması bəhanəsi ilə bazar dəyəri 350 manat olan "Redmi 8" və 370 manat olan "Tecno 2022" markalı iki ədəd mobil telefonu da cavabdehə təslim etmişdir. Lakin cavabdeh qızının tapılması üçün nə videoçəkilişlər aparmış, nə dövri mətbuatda, qəzet və jurnallarda bu barədə məlumat yayımlamış, nə də peşəkar vəkil dəstəyini təmin etmişdi. Cavabdehin onun analıq hisslərindən sui-istifadə edərək dürüst davranmadığını və əsassız varlandığını anladıqdan sonra hüquq-mühafizə orqanlarına şikayət etdi. Araşdırma zamanı, cavabdeh digər böhtan xarakterli ifadələri ilə yanaşı (qeyd edir ki, o, bu ifadələri yalnız qərar ona verildikdən sonra gördü və dərhal qərardan şikayət verdi), bildirmişdir ki, “İddiaçı qızının Türkiyə Respublikasına getdiyini, daha sonra qızını bir dəfə xəstəxanada aşkar etdiyini lakin qızını onun ilə görüşdürmədiklərini bildirmişdir. O İddiaçı qızının itkin düşməsi ilə əlaqədar ondan pul almamışdır. İddiaçı ona yol pulu, paltar pulu və ərzaq pulu olaraq təxminən 1000 manat pul vermişdir.” Bundan sonra, cavabdeh ondan şikayəti geri götürməyini, ondan aldığı pulları ayda 100 manat olmaqla qaytaracağını xahiş edərək ##.##.2025-ci il tarixdə şahidlərin iştirakı ilə onunla rəsmi borc müqaviləsi imzaladı. O, şikayətini geri götürdükdən sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə ##.##.2025-ci il tarixli qərar qəbul olundu. Qeyd edir ki, həmin qərar ona təqdim edilməmişdir. Lakin cavabdeh bu məbləğin yalnız 200 manatını (hər ay 100 manat olmaqla) qaytarmış, qalan hissəni ödəməkdən boyun qaçırmış və onu şantaj etməyə başlamışdır. Bu səbəbdən ##.##.2025-ci ildə yenidən polis orqanlarına şikayət etmək məcburiyyətində qaldı. Təkrar araşdırma zamanı cavabdeh xəstəliyi ilə əlaqədar izahat verməyə gəlməmiş, lakin borcu olduğunu yenidən etiraf etmişdir. Belə ki, X7 X3 təhqiqatçısı polis R-leytinantı X4 cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli qərarında göstərilir ki, cavabdeh ***-***-**-** nömrəli mobil nömrəsi ilə təkrar izahat alınması üçün şöbəyə dəvət olunsa da o səhhəti ilə əlaqədar gələ bilməyəcəyini və İddiaçı olan borcunu qaytaracağını göstərərək eyni məzmunlu iş üzrə təhqiqatçı Samir Ibişliyə izahat verdiyini və araşdırma aparılmasını göstərmişdir. Qərarda məsələnin mülki xarakterli olduğu qeyd edildiyindən, tərəfindən Yevlax Rayon Məhkəməsinə pul tələbinə dair iddia qaldırılmışdır. Onu da xüsusi olaraq qeyd etməlidir ki, Yardımlı RPŞ-nin çıxardığı ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ona qanunla müəyyən olunmuş müddətdə təqdim edilməmişdir. Sənədin gecikdirilməsi səbəbindən o, həmin qərarda cavabdehin ona qarşı yönəlmiş böhtan və təhqir xarakterli, mənəviyyata sığmayan ifadələrindən uzun müddət xəbərsiz qalmışdır. Qərarı rəsmən əldə edib məzmunu ilə tanış olduqdan sonra məlum oldu ki, təhqiqatçı, R Samir Ibişli işin faktiki hallarını tamamilə təhrif etmiş, birtərəfli və qərəzli araşdırma aparmışdır. Təhqiqatçı onun rəsmi izahatlarını tamamilə görməzdən gələrək, yalnız cavabdehin uydurma iddialarına əsaslanmış və onların aralarında guya “qeyri-rəsmi nikah (ər-arvad) münasibətlərinin” olması barədə hüquqi və mənəvi əsası olmayan rəzil bir nəticəyə gəlmişdir. Halbuki onun izahatlarının heç bir sətirində cavabdehlə aralarında hər hansı yaxınlıq və ya birgə yaşayış barədə tək bir kəlmə belə mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır və dövlət şəxsiyyətin ləyaqətini qoruyur. Söhbət bir qadının mənəvi toxunulmazlığından, şərəf və ləyaqətindən, xüsusilə də dövlət tibb müəssisəsində vətəndaşların sağlamlığının keşiyində duran, cəmiyyətdə xüsusi hörmətə malik olan peşəkar bir həkimin işgüzar nüfuzundan gedirsə, təhqiqat orqanı bu həssas məsələyə maksimum dərəcədə məsuliyyətlə yanaşmalı idi. Qanunvericiliyin tələbinə görə, təhqiqatçı bu faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam şəkildə araşdırmalı, ən azından tərəflər arasında üzləşdirmə istintaq hərəkəti keçirməklə bu ağır ittihamları dəqiqləşdirməli idi. Lakin təhqiqatçı öz xidməti vəzifələrini vicdanla icra etməyərək və qanunun tələblərindən sui-istifadə edərək, heç bir yoxlama aparmadan cavabdehin böhtanlarını rəsmi dövlət sənədinə köçürmüşdür. Nəticədə o, bir qadın və bir həkim kimi ağır mənəvi zərbə almışdır, şərəf və ləyaqəti, illərlə qazandığı işgüzar nüfuzu ciddi şəkildə zədələnmişdir. Təhqiqatçının bu hüquqi fəaliyyətsizliyindən və yaradılmış cəzasızlıq mühitindən cəsarətlənən cavabdeh, dərhal növbəti qanunsuz addımlara əl atmış, onu açıq şəkildə şantaj etməyə başlamışdır. O, onun çalışdığım dövlət tibb müəssisəsinə (iş yerinə) şərəf və ləyaqətini, işgüzar nüfuzunu tapdalayan qərəzli şikayətlər ünvanlamışdır. Həmin müraciətlərdə onun keçmişdə cəza çəkməyini rəzil bir formada qabardaraq, dövlət müəssisəsində həkim olaraq çalışmağını şübhə altına almağa, rəhbərlik və kollektiv qarşısında onu nüfuzdan salmağa cəhd göstərmişdir. Bununla yanaşı, cavabdehin rəsmi orqanlara təqdim etdiyi şikayətlərdə və izahatlarda aralarında heç vaxt mövcud olmamış, tamamilə uydurma "ər-arvad (qeyri-rəsmi nikah) münasibətləri" iddialarını ortaya atması, onun bir qadın, ana və cəmiyyətdə nüfuz sahibi olan peşəkar bir həkim kimi şərəf və ləyaqətinə, mənəvi ucalığına və işgüzar nüfuzuna vurulmuş ən ağır və bağışlanılmaz zərbədir. Cavabdeh bu cür əxlaqdan kənar böhtanlarla onu kollektiv, xəstələri və ictimaiyyət qarşısında gözdən salmağı, mənəvi təzyiq altında saxlayaraq mənimsədiyi pul və əmlakları geri tələb etməyinə mane olmağı hədəfləmişdir. Cavabdeh dərk etmək istəmir ki, insanın keçmişdə cəza çəkməsi onun konstitusion əmək hüququnu əlindən almır və heç kimə həmin şəxsin şərəf və ləyaqətini alçaltmaq hüququ vermir. Əslində, cavabdehin özünün keçmişinə nəzər saldıqda mənzərə tam aydın olur. O, iddiaçı olaraq heç bir insanın keçmişini qabartmaq, heç kimi alçaltmaq istəmirdi, çünki hər bir insan həyatda səhv edə bilər. Lakin qeyd etmək məcburiyyətindədir ki, cavabdeh özünü "jurnalist" kimi təqdim etdiyindən məhz analoji şantaj əməllərinə və dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunmuş və cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Görünən odur ki, cavabdeh törətdiyi bu ağır əməllərə görə çəkdiyi cəzadan heç bir islah olunma nəticəsi çıxarmamışdır. O, özünün köhnə cinayətkar vərdişlərini davam etdirərək, onun ana kimi çarəsizliyimdən və analıq hisslərindən sui istifadə etməklə əmlakını və pullarını mənimsəmiş, bu gün isə tamamilə qanunsuz və əsassız iddialarla bir qadının mənəviyyatını, şərəf, ləyaqət və həkimlik nüfuzunu ləkələməyə çalışır. Məhkəmə bu qanunsuzluğa da hüquqi qiymət verməlidir. Lakin həmin qərar ona təqdim edildikdən sonra, dərhal həmin qərarı qəbul edən Yardımlı Rayon Polis X14 təhqiqatçısı, R Samir Ibişlindən prokurorluq orqanlarına şikayət etdi. Bu dəfə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ##### 2026-cı il tarixli qərar qəbul olundu. Həmin qərarda da R Samir Ibişlinin hərəkətlərində yalnız korrupsiya əməllərinin olubolmamasına qiymət verilmişdir. Halbuki onun istəyi, R Samir Ibişlinin cavabdehin ona qarşı yönəlmiş təhqir və böhtan xarakterli hərəkətlərini tam və obyektiv araşdırmaması faktının yoxlanılması, eləcə də ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda ona qarşı irəli sürülən təhqir və böhtan xarakterli məlumatların (və ya qeydlərin) qərardan çıxarılması (və ya qərarın ləğv edilməsi) və ya cavabdehin onun barəsində böhtan və təhqir ifadələrinin təkrar yoxlanılması olmuşdur. Həmçinin məhkəməyə məlumat üçün bildirir ki, hazırda tərəfindən Yevlax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən ona qarşı irəli sürülmüş "ərarvad (ailə/intim) münasibətlərində olmaq" barədə məlumatların yalan, böhtan və təhqir xarakterli olması faktının təsbit edilməsi, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən hərəkətlərinə (iş yerinə əsassız şikayətlər etməsinə, təhqir və şantaj bəyanatlarına) son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, Yardımlı Rayon Mərkəzi X10 Şəxsinə ünvanladığı şikayəti eyni qaydada təkzib etməklə (mənim iş yerimə eyni qaydada müraciət ünvanlamaqla) birlikdə üzr istəmək vəzifəsinin qoyulması və cavabdehin hüquqazidd əməlləri ilə ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi məhkəməyə müraciət etmişəm. Yevlax Rayon Məhkəməsinə pul tələbinə dair iddia ərizəsində cavabdeh Cavabdeh 1400 manat pulun və ödədiyi 40 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizənin həcmini artıraraq cavabdehin cinayət məsuliyyətinə cəld edilməsini, ona vurulmuş 3000 manatdan çox pulun, heç işlətmədiyi redmi 8 və texno markalı 350-370 manat dəyərində telefonlarının ya özünü, ya da pulunun geri qaytarılmasını, vurulmuş maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişdir. Lakin ##.##.2026-cı il tarixli məhkəmə iclasında cavabdehin onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuma toxunan yalan məlumatları məhkəməyə bildirdiyindən güclü stress yaşadığından iclasdan sonra ayağı burxulmuş və sınmışdır. Bu səbəbdən hüquqlarının məhkəmədə müdafiəsi üçün vəkil xidmətindən istifadə etmişdir. Vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı Fəxrəddin qızı arasında bağlanmış ##.##.2025-ci il tarixli borc müqaviləsi üzrə öhdəliklərin icra edilməməsindən irəli gələn 1 300 manat əsas borc məbləği, iddiaçıya məxsus "Redmi 8" və "Tecno 2022" markalı mobil telefonların geri qaytarılması, geri qaytarılması mümkün olmadığı halda dəymiş ziyana görə 750 manat kompensasiya, hüquqi yardıma görə ödənilmiş 300 manat vəkil xərci, habelə iddia ərizəsinin verilməsi zamanı əvvəlcədən ödənilmiş 40 manat, sonradan ödənilmiş 15 manat dövlət rüsumu, 9 aylıq gecikdirilmiş dövr üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 70 manat dəbbə pulunun, eyni zamanda 1000 manat mənəvi zərərin, ümumilikdə 3 475 manat pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Fəxrəddin qızının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Yevlax Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinə əsasən, iddiaçı İddiaçı Fəxrəddin qızınun cavabdeh X2 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir.

8. Odur ki, Yevlax Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı ##.##.2026-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Icranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarı.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Apellyasiya şikayəti verən iddiaçı İddiaçı Fəxrəddin qızı Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e2(5-166)-1/2026 tarixli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

22. Iddiaçı İddiaçı Fəxrəddin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.

23. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflərin arasında borc münasibəti olmamışdır və iddiaçının istinad etdiyi ##.##.2025-ci il tarixli qəbzi məcburiyyət qarşısında yazılmışdır. Bu hal Yardımlı Rayon Polis X14 təhqiqatçısı R X1 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə ##.##.2025-ci il tarixli qərarının təsviri hissəsi ilə də sübuta yetirilir. Belə ki, İddiaçı ##.##.2025-ci il tarixli ərizə ilə Yardımlı rayon polis şöbəsinə cavabdehin jurnalist kimi qızının tapılması ilə bağlı onun 2000 manat pulunu mənimsəməsi barədə şikayət etmiş, ##.##.2025-ci il tarixli ərizə ilə (cavabdeh tərəfindən yazılı qəbzin verildiyi tarixdən bir gün sonra) müraciət edərək qeyri-rəsmi yaşadığı Cavabdeh müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə yol, ərzaq və paltar pulu olaraq 1000-1500 manat pul verdiyini, cavabdehin müxtəlif səbəblərdən qaytara bilməməsini, Cavabdeh heç bir şikayət və tələbinin olmadığını, aralarında anlaşmazlıq olduğunu, qızının itkin düşmədiyini, qızı ilə münasibətinin olmadığından əsəbi olduğundan belə bir şikayət verdiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, yazılı borc barədə əqd etibarsız olduğundan iddiaçının pul tələbi təmin edilə bilməz.

24. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

25. Belə ki, işdə olan ##.##.2025-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı Fəxrəddin qızına 1500 (bir min beş) manat borcu var. Hər ay pensiyasından 150 manat olmaqla ödəyəcəyinə söz verir. 7 aya borcunu ödəməkdən boyun qaçırsa məsuliyyət daşıyır. Borc müqaviləsi tərəflərin, eyni zamanda iki nəfər şahidin imzaları ilə təsdiq edilmişdir.

26. Bundan başqa, işdə olan ## ###### 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı təkrar izahatı alınmış iddiaçı İddiaçı Fəxrəddin qızı izahatında cavabdeh Cavabdeh hər ay 100 manat olmaqla iki ay pul ödəmiş, qalan məbləği isə ödəməmişdir.

27. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 və 337.1-ci maddələrinin hüquqi mahiyyəti və təyinatından irəli gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş “başqa hal”a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.

28. Hazırda qüvvədə olan mülki qanunvericilikdə borc müqaviləsinə verilən anlayışda nəzərdə tutulmuş “öhdəsinə götürür” ifadəsi həmin müqavilənin “konsensual” olmasından xəbər verir. Göstərilənlərə əsasən müqavilənin bağlanması üçün pulun verilməsi tələb olunmur. Yazılı formada bağlanılmalı olan borc müqaviləsi şifahi formada bağlandığı və borc məbləğinin borcalana verildiyi hallarda borcun verilməsi faktı müqavilənin hansı formada bağlanmasından asılı olmayaraq müstəqil hüquqi fakt kimi çıxış edərək borcalandan borcun qaytarılmasını tələb etmək hüququnu yaradır.

29. Fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.

30. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun mövgeyinə görə fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.

32. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

33. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmamışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət verməmişdir.

34. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar tam və ətraflı araşdırılmamış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşmır.

35. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn iddiaçı İddiaçı Fəxrəddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli qətnaməsi qismən, yəni iddianın rədd edilmiş 1300 manat borcun ödənilməsi hissəsində ləğv edilməli, ləğv edilmiş hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməlidir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402--ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı İddiaçı Fəxrəddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e*(*-***)-*/**** nömrəli qətnaməsi qismən, yəni iddianın rədd edilmiş 1300 manat məbləğində borcun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Fəxrəddin qızının xeyrinə ödənilməsi hissəsində ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh Cavabdeh 1300 manat məbləğində borc tutularaq iddiaçı İddiaçı Fəxrəddin qızına ödənilsin. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e*(*-***)-*/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı Fəxrəddin qızının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar