Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-784/2026 27.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi, qüvvə) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Musatafa oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 12155 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 128 manat məbləğində pulun, ümumilikdə 12283 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2021-ci il oktyabr ayında əvvəllər tanıdığı cavabdeh Cavabdeh ilə aralarında olan söhbət əsasında “xxxx” adlı şirkətin olduğunu, həmin şirkətə “coin”ə 2 ay ərzində nə qədər çox pul yatırsa, bir o qədər də qazanc əldə edəcəyini bildirdi. O da Sevdaya inandı və ona məxsus 5243 7544 1045 **** nömrəli bank kartına 2021-ci ilin oktyabr ayından noyabr ayınadək 12155 manat pul göndərdi. Qeyd olunan məbləği Sevdaya versə də, heç bir qazanc əldə etmədi. 2021-ci ilin noyabr ayının axırlarında eşitdi ki, “xxxx” adlı şirkətin üzvlərinin barələrində cinayət işi başlanılıb və onlar həbs edilib. Ona görə də Sevda ilə əlaqə saxladı, Sevda ona bildirdi ki, pulunu geri qaytaracaq. Sonradan isə Sevda sözünə əməl etmədi, onun pulunu qaytarmadı. ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası DINnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində “xxxx" adlı şirkətin üzvlərinin barələrində başlanılmış cinayət işi üzrə o, zərərçəkmiş kimi tanınmışdır. Bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə təqsirləndirilən şəxslər azadlıqdan məhrum edildilər. Həmin hökmdən verilmiş apellyasiya şikayəti əsasında, Bakı Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarı çıxarıldı. (Məhkəmə qərarları CD diskdə iddia ərizəsinə əlavə edilmişdir) Hazırda cavabdeh Cavabdeh ona 12155 manat borcu vardır və həmin borcu ödəməkdən imtina edir. Ona görə də aralarında olan mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir. Cavabdeh Cavabdeh ondan ümumilikdə 12155 manat borc pul almasını, həmin borcu qaytarmamasını təsdiq edəcək sübutları mövcuddur. Belə ki, cavabdehin ona pul borclu olduğunu etiraf etməsini təsdiq edəcək səs yazıları mövcuddur. Eyni zamanda qeyd olunan pul məbləğini cavabdehin bank kartına göndərməyini təsdiq edəcək qəbzləri mövcuddur və iddia ərizəsinə əlavə etmişdir.
3. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Güləndam Quliyeva) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 12155 (on iki min bir yüz əlli beş) manat pul və 128 (bir yüz iyirmi səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2, 183.2-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ##.##.2025-ci il tarixli 1890954019 №li mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 128 manat məbləğində dövlət rüsumu ödənmişdir ##.##.2021-ci il tarixdə 5243 75** **** 0306 kart hesabına ayrı-ayrılıqda 200 manat, 5000 manat, 5000 manat, ##.##.2021-ci il tarixdə 5243 75** **** 0306 kart hesabına 1700 manat, ##.##.2021-ci il tarixdə 5522*********** saylı Zahra R.S adlı kart hesabına 85 manat, ##.##.2021-ci il tarixdə Cavabdeh hesabına 170 manat məbləğində pul köçürülmüşdür. ##.##.2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, X1, X2 və qeyrilərinin barələrində Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. “xxxx” KB ASC tərəfindən təqdim edilmiş hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh hesabına ##.##.2021-ci il tarixdə 5000, 5000, 200 və 151 manat məbləğində pul mədaxil olmuşdur.
6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, İddiaçı, Mingəçevir Şəhər Məhkəməsinin hakimi Güləndam Quliyevanın sədrliyi ilə baxılmış *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi qərarla razı deyil və həmin qərardan apellyasiya şikayəti verir. Hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərinə riayət etməmiş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, təqdim olunmuş sübutlara obyektiv və qərəzsiz hüquqi qiymət verməmişdir. Məhkəmənin bu yanaşması nəticəsində cavabdeh Cavabdeh qarşı irəli sürdüyü mülki iddia əsassız olaraq təmin edilməmişdir. Iş materiallarından göründüyü kimi, cavabdeh onu aldadaraq “xxxx” adlı şirkətə investisiya qoymaq adı ilə pul yatırmağa sövq etmiş və o, ona ümumilikdə 12 155 manat pul şəxsi hesabına köçürmüşdür. Lakin cavabdeh öhdəliyini yerinə yetirməmiş və pulu geri qaytarmamışdır. Iş üzrə onun zərərçəkmiş şəxs kimi tanınmağı barədə qərar mövcuddur. Təqdim etdiyi bank köçürmə qəbzləri və digər sübutlar da bunu təsdiq edir. Qeyd edir ki, o, hüquqi biliklərə malik deyil və prosesin əvvəlki mərhələlərində vəkil xidmətindən istifadə etməmişdir. Müəyyən dövrlərdə müvafiq ofislərə müraciət etmiş, hüquqi məsləhət almağa çalışmışdır. Lakin elektron məhkəmə sistemi və sənədlərin təqdim olunma qaydaları barədə kifayət qədər məlumatı olmadığından, prosesin tələblərini düzgün icra edə bilməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində onun ailəsinin maddi vəziyyəti ciddi şəkildə çətinləşmişdir. Belə ki, mübahisə predmeti olan pul vəsaiti övladının xaricdə təhsil alması üçün nəzərdə tutulmuş, lakin həmin vəsaitdən istifadə olunmaqla qızının adına rəsmiləşdirilmiş təhsil krediti üzrə öhdəliklər yaranmışdır. Cavabdehin borcu qaytarmaması səbəbindən qızının xaricdə təhsil planları həyata keçirilə bilməmiş, kredit öhdəliklərinin icrası isə ailəsi üçün əlavə maddi yük yaratmışdır. Eyni zamanda hesab edir ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən işin bütün halları obyektiv və hərtərəfli araşdırılmamış, sübutlara tam və qərəzsiz hüquqi qiymət verilməmişdir. Bu isə qəbul edilmiş qərarın ədalətliliyinə dair əsaslı narazılıq yaradır. Sonradan hüquqşünasa müraciət etdikdə ona izah olundu ki, iş elektron qaydada aparıldığı üçün sənədlər də yalnız elektron sistem üzərindən təqdim edilməlidir. Bu qaydanı əvvəlcədən bilmədiyi üçün həmin tələbi vaxtında yerinə yetirə bilməmişdir. Hazırda isə bütün halları nəzərə alaraq, hüquqlarının təmin olunmasını, təqdim etdiyi apellyasiya şikayətinin qəbul edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş edir. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, cavabdeh tərəfindən ona məxsus 12 155 manat pulun alınması faktı bank köçürmə qəbzləri ilə təsdiq olunsa da, məhkəmə bu sübutlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh məhkəmə iclasında həmin məbləğin digər şəxsə köçürüldüyünü bildirsə də, bunu təsdiq edən sübutları təqdim etməmişdir. Məhkəmə isə bu halı araşdırmamış və qiymətləndirməmişdir. Eyni zamanda, onun təqdim etdiyi səs yazıları və digər sübutlar nəzərə alınmamış, eləcə də məhkəmə iclasında qaldırdığı vəsatət araşdırılmadan rədd edilmişdir. Bundan əlavə, məhkəmə iş üzrə müstəqil araşdırma aparmaq əvəzinə digər məhkəmənin hökmünə istinad etmiş, lakin həmin hökmün mülki hüquqlarını tam təmin etmədiyini nəzərə almamışdır. Nəticədə, iş üzrə mühüm əhəmiyyətli faktlar aydınlaşdırılmadan, sübutlara düzgün hüquqi qiymət verilmədən əsassız qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş halların sübut olunmadığı barədə gəlinmiş nəticə əsassızdır. Belə ki, iş materiallarında mövcud olan bank köçürmə qəbzləri ilə onun cavabdehə ümumilikdə 12 155 manat pul köçürdüyü tam şəkildə təsdiq olunur. Bu sənədlər iş üzrə birbaşa və etibarlı sübut hesab olunsa da, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda, cavabdehin həmin borcu faktiki olaraq etiraf etməsini əks etdirən səs yazıları mövcuddur. Bu sübutlar da iş üçün mühüm əhəmiyyət kəsb etdiyi halda məhkəmə tərəfindən araşdırılmamış və qiymətləndirilməmişdir. Bundan əlavə, onun zərərçəkmiş şəxs kimi tanınmağı barədə ##.##.2022-ci il tarixli qərar mövcuddur ki, bu da ona maddi zərər dəydiyini təsdiq edir. Lakin məhkəmə bu halı da nəzərə almamışdır. Beləliklə, məhkəmə mövcud sübutlara baxmayaraq, iş üzrə əhəmiyyətli halların sübut olunmaması barədə yanlış nəticəyə gəlmişdir. Məhkəmə aktında göstərilmiş nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, iş materialları ilə sübuta yetirilir ki, cavabdeh tərəfindən ona məxsus 12 155 manat pul alınmışdır. Lakin məhkəmə bu faktı düzgün qiymətləndirməmiş və nəticədə əsassız olaraq iddianın təmin olunmaması barədə qərar qəbul etmişdir. Məhkəmə iş üzrə mövcud sübutları, o cümlədən bank köçürmə qəbzlərini və digər təqdim edilmiş materialları nəzərə almadan, faktiki hallarla uzlaşmayan nəticəyə gəlmişdir. Eyni zamanda, cavabdehin hərəkətləri nəticəsində ona maddi zərər dəydiyi aydın olduğu halda, məhkəmə bu halı nəzərə almamış və düzgün hüquqi nəticə çıxarmamışdır. Beləliklə, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktiki hallarla ziddiyyət təşkil edir və əsassızdır.
8. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarının ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilərək cavabdeh Cavabdeh 12 155 (on iki min yüz əlli beş) manat əsas borcun, həmçinin iş üzrə ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat birinci instansiya üzrə dövlət rüsumunun və 64 (altmış dörd) manat apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumunun tutulmasının təmin edilməsini, eyni zamanda iş materiallarında mövcud olan sübutlara, o cümlədən bank köçürmə qəbzlərinə, yazılı və elektron sübutlara və məhkəmə iclaslarında qaldırdığı vəsatətlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməsini xahiş edir və bundan əlavə, işin faktiki hallarının araşdırılması zamanı mübahisə predmeti olan pul vəsaitinin övladının xaricdə təhsili üçün nəzərdə tutulduğu, lakin cavabdehin öhdəliyini icra etməməsi nəticəsində övladının təhsil imkanlarının məhdudlaşdığı, eləcə də üzərində kredit öhdəliklərinin yarandığı və bu halların ailəsinin maddi vəziyyətinə ciddi təsir göstərdiyinin nəzərə alınmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. Iddiaçı İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
25. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh vasitəçiliyi ilə “xxxx” adlı şirkətə qazanc əldə etmə məqsədi ilə pul yatırımı etmişdir. Daha sonra “xxxx” adlı şirkət barəsində cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə X1, X2 və X3 təqsirləndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə həmin şəxslər barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Iddiaçı İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, o, Zəhra Ramazanova vasitəsilə “xxxx” şirkəti ilə tanış olmuşdur. Ona “coin”ə pul yatırmağı isə Cavabdeh izah etmişdir. O, 12155 manat pulu X1 və Cavabdeh tələb etdiyini, bununla belə pulları Vəfa Babayevanın kart hesabına köçürdüyünü, Vəfa Babayevanın isə pulları Bahar Babayevanın kartını köçürdüyünü qeyd etmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, lakin cavabdeh Cavabdeh cinayət işi üzrə təqsirləndirilməmişdir. Cinayət işi üzrə məhkəmə icraatında təqsirləndirilən şəxslərə qarşı zərərçəkmiş şəxslərin, İddiaçı da daxil olmaqla mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququna izah verilmişdir. Bununla belə İddiaçı tərəfindən təqsirləndirilən şəxslərə yox, Cavabdeh qarşı iddia verilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə iddiaçının iddia etdiyi zərəri cavabdehin yox digər şəxslərin vurduğu müəyyən edildiyindən, iddiaçının cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə razılığı olmadığından iddiaçı İddiaçı cavabdeh Cavabdeh Vaqif qızına qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Iddia təmin edilmədiyindən ödənilmiş 128 manat dövlət rüsumu iddiaçı İddiaçı özünə aid edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı apellyasiya şikayətində pulu Cavabdeh verdiyini qeyd etsə də iş materiallarından və İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilməsi zamanı verdiyi ifadəsindən görünür ki, pulları Vəfa Babayevanın kart hesabına köçürmüş, Vəfa Babayeva isə pulları Bahar Babayevanın kartını köçürmüşdür. Hazırki iş üzrə cavabdeh Cavabdeh isə təqsirləndirilən şəxs qismində tanınmamışdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
27. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.