Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-821/2026 17.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, qüvvə) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilkin məbləğ üzrə 2500 (iki min beş yüz) manat, 50.7 qram qızılın pul ilə məbləği 6000 (altı min) manat və 6 ay müddətində qızıl əşyasına görə lombarda ödədiyi 750 (yeddi yüz əlli) manat, cəmi 2500+6000+750=9250 (doqquz min iki yüz əlli) manat pulun alınıb ona qaytarılması və cavabdehlərin günahı üzündən ödədiyi 110 (bir yüz on) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddiaçı İddiaçı məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim edərək, cavabdeh Cavabdeh ilkin məbləğ üzrə 2500 (iki min beş yüz) manat, 50.19 qr qızılı və ya qızıl-zinət əşyaları olmadıqda, qızıl zinət əşyalarının dəyərinin, həmçinin qızıl-zinət əşyalarının girov üçün lombarda 2 ay müddətinə ödədiyi 250 (iki yüz əlli) manat pulun və dövlət rüsumu kimi ödədiyi 110 (yüz on) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh Cavabdeh 3 il əvvəl rəfiqəsi Kifayət xanım vasitəsi ilə tanımışdır. Kifayət xanım ona bildirmişdir ki, Cavabdeh qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh Əsbət onun yanına gəlmiş və bildirmişdir ki, o, Bakı şəhəri, Laçın ticarət mərkəzindən topdan qızıl-zinət əşyaları götürəcək, əgər istəyirsə ona da qızıl-zinət əşyası götürə bilər. Ona görə də ondan 300 qram qızıl almaq üçün cavabdehə ilkin olaraq 4550 (dörd min beş yüz əlli) manat pul vermiş və bildirmişdir ki, qalıq pulu cavabdehə hissə-hissə qısa müddətdə ödəyəcəkdir. Lakin danışdıqları vaxtda cavabdeh Əsbət verdiyi pulun müqabilində ona heç bir qram qızıl verməmişdir. O, dəfələrlə cavabdehlə əlaqə saxlamış, pulunu qaytarmağını, ya da qızılı ona verməyini bildirməsinə baxmayaraq, cavabdeh bugünsabaha deyərək pulu qaytarmamışdır. O zaman o, cavabdehdən pulunu könüllü qaytarması üçün cavabdehlə heç bir konfliktə getməmiş, əksinə daima olaraq onunla əlaqə saxlamışdır. 2023-cü ilin mart ayında öz evinin təmirini başa çatdırmaq üçün şəxsi istifadəsində olan 50.19 qr.qızıl-zinət əşyalarını bankdan geri götürmək istəmişdir. Həmin vaxtı Əsbət onun bankdan qızılzinət əşyalarını götürmək istədiyini və onların bir hissəsini satıb evin təmirinə sərf edəcəyini bilirmişdir. Ona görə Əsbət bankdan götürəcəyi qızıl-zinət əşyalarının bir hissəsini ona verməyini və onun Binə qəsəbəsindəki Lombarda olan borcunu bağlayaraq, lombardın yenidən cavabdehə 30000 manat pul verəcəyini söyləmiş və bu yolla da iddiaçıya olan bütün borclarını, yəni 4550 manat pulunu və 50.19 qr.qızılın dəyərini ödəyəcəkdi. O zaman Əsbətin ona olan borclarını qaytarması xatirinə o, bankdan götürdüyü 50.19 qr.olan qızıl-zinət əşyalarını cavabdehə vermişdir. Lakin cavabdeh yenə onu aldatmış, nə köhnə borcunu, nə də bankdan götürərək verdiyi qızılın pulunu ona qaytarmamışdır. O, lombarda girov qoyaraq götürdüyü pula görə iki ay müddətində lombarda faiz olaraq hər ay 125 manat, yəni cəmi 250 manat pul ödəmişdir. Bu müddətdə o, dəfələrlə Əsbətdən pulunu istəmişdir. Onların danışıqları telefonla yazılmış və həmin danışıqlarda cavabdeh ondan ümumilikdə birinci dəfə 4550 manat, ikinci dəfə isə lombarda qoyulmuş qızıl-zinət əşyasına görə 2500 manat pul aldığını etiraf etmişdir. Cavabdeh özü borcu barəsində də ona qəbz vermişdir. Hazırda pulun və qızıl-zinət əşyalarını, qızıl-zinət əşyaları olmadığı təqdirdə onun dəyərini istəyir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 4.Yevlax Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qiyabi qətnaməsinə əsasən, cavabdeh Cavabdeh 50.19 qram qızıl-zinət əşyası, o olmadıqda isə onun dəyəri 6525 manat pul, 2500 manat pul, qiymətləndirilməyə ödənilən 50 manat və ödənilmiş 113 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən, Yevlax Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli 2(039)- ****/**** saylı qiyabi qətnaməsi ləğv edilməsi qərara almışdır.
6. Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin olunmuş, cavabdeh Cavabdeh 50.19 qram qızıl-zinət əşyası, o olmadıqda isə onun dəyəri 6525 manat pul, 2500 manat pul, qiymətləndirilməyə ödənilən 50 manat və ödənilmiş 113 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 425.1, 449.1, 739.1 və 739.2 maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ## #### 2025-ci il tarixli, 5- *- */*-**/**** saylı cavab məktubunda bildirilmişdir ki, Yevlax rayonu, Aşağı Qarxun kəndində qeydiyyatda olan Cavabdeh hal-hazırda Bakı şəhərində yaşayır. Ona görə də cavabdhə ünvanlanan məhkəmə sənədi qardaşı X1 verilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ##.##.2025-ci il tarixdə pretenziya qaydasında Cavabdeh Arif qızına məktub göndərilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 110 manat dövlət rüsumu ödəmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixində imzalanmış qəbzdən görünür ki, Cavabdeh Araz qızı İddiaçı ##.##.2022-ci il tarixdə qızıl götürmək üçün 4550 manat məbləğində pul aldığını, bundan sonra təkrar olaraq ##.##.2023-cü il tarixdə 50 qram qızılın lombarda qoyduraraq qalan pulu ilə bir yerdə qaytarmaq üçün aldığını, ##.##.2023-cü il tarixə qədər aylığı 125 manat olmaqla 2 ay ödəniş etmədiyini, 3 gün ərzində qızılı qaytaracağını, qalan məbləği isə hər ay 1000 manat olmaqla ödəyəcəyini qeyd etmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ****** nömrəli girov biletindən görünür ki, iddiaçı İddiaçı ## #### 2023-cü ildə 50.19 qr çəkidə qızıl-zinət əşyasını lombarda girov qoyaraq 2500 (iki min beş yüz) manat məbləğində kredit götürmüşdür. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Daşınar Əmlakın Halhazırda Qiymətinin Müəyyən edilməsi üzrə ## ######## 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı sifariş verdiyi 585 (583) əyyarlı qızılın 50.19 qram qızılın bu günki bazar dəyərinin alışı 1 qramı 100 manat olmaqla 5019 manat, satışı 1 qramı 130 manat olmaqla 6525 manat təşkil edir (Əmlakın qiymətləndirilməsi üçün çəkilmiş xərc 50 manat təşkil edir). Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən CD diskdə olan audio səslərə baxış keçirilərkən cavabdehin iddiaçıya pul borcu olduğu və qızılın lombarda qoyulduğu müəyyən olunur.
9. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının məhkəmədə verdiyi izahatın məzmunu iddia tələbinə uyğun gəlmir. Əgər O, 300 qram qızıl almaq üçün cavabdehə ilkin olaraq 4550 (dörd min beş yüz əlli) manat pul vermişsə niyə iddia tələbində bunu tələb etmir? Iddiaçının məhkəmədə verdiyi və qətnamədə əksini tapanizahatı tamamilə qarışıqdır, bir-birini tamamlamır. 50.19 qr.qızılı lombarda iddiaçı özü qoymuş və 2500 manat götürərək cavabdehə vermişdir. Bu faktı cavabdeh etiraf edir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ****** nömrəli girov biletindən görünür ki, iddiaçı İddiaçı ## #### 2023-cü ildə 50.19 qr çəkidə qızıl-zinət əşyasını lombarda girov qoyaraq 2500 (iki min beş yüz) manat məbləğində kredit götürmüşdür. Sonradan isə iddiaçı 50.19 qr çəkidə qızıl-zinət əşyasını lombardan özü götürmüşdür. Iddiaçının cavabdehdən 50.19 qr çəkidə qızıl-zinət əşyasının dəyəri, 6525 manat pul tələb etməsi əsassızdır. Iddiaçı iddia tələbini dəqiqləşdirməli və cavabdehə nə qədər pul veribsə onu tələb etməli idi. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixində imzalanmış qəbzdən görünür ki, CavabdehAraz qızı İddiaçı ##.##.2022-ci il tarixdə qızıl götürmək üçün 4550 manat məbləğində pul aldığını, bundan sonra təkrar olaraq ##.##.2023-cü il tarixdə 50 qram qızılın lombarda qoyduraraq qalan pulu ilə bir yerdə qaytarmaq üçün aldığını, ##.##.2023-cü il tarixə qədər aylığı 125 manat olmaqla 2 ay ödəniş etmədiyini, 3 gün ərzində qızılı qaytaracağını, qalan məbləği isə hər ay 1000 manat olmaqla ödəyəcəyini qeyd etmişdir. Iş materiallarında iddiaçı tərəfindən lombarda qoyulmuş 50.19 qram qızılın cavabdeh Cavabdeh tərəfindən götürüldüyü və mənimsənildiyi barədə sübut yoxdur. Iddiaçının iddia tələbi,məhkəmədə verdiyi izahata, və təqdim etdiyi sübutlarla ziddiyyət təşkil edir. Qətnamə maddı huquq normasının pozulması nəticəsində qəbul edilmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, cavabdehə öz prossesual hüquqlarını həyata keçirtmək üçün köməklik göstərməmişdir. Məhkəmə cavabdehin sübutlarına hüquqi qiymət verməmiş, yalnız iddiaçının ziddiyyətli izahatına və sübutlarına əsaslanaraq qətnamə qəbul etmişdir. Iş materiallarında olan sübutlar düzgün tətqiq olunmamışdır. Məhkəmə iddiaçının irəli sürdüyü dəlillərə, verdiyi izahatla iddia tələbinin uzlaşmamasına fikir verməyərək əsassiz qətnamə qəbul etmişdir. Iş üzrə əlavə sübutlar Apellyasiya məhkəməsinə təqdim ediləcəkdir. 50.19 qr.qızılın lombardan iddiaçının özü tərəfindən çıxarılmasına dair sübutlar, iddiaçının sələmçiliklə məşğul olması, ondan aldığı faizə pulların aylıq faizinin verilməsinə dair sübutlar və digər sübutlar məhkəməyə təqdim ediləçəkdir.
11. Ona görə də, Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
14. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarı.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
26. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər bir-birlərini tanıdığından və cavabdehə borc pul lazım olduğundan, iddiaçı ona pul, daha sonra isə lombarda qızıl əşyasını qoyub pul götürməsi üçün öz qızıllarını lombarda qoymuş və həmin qızıl əşyasının gələcəkdə lombardın xeyrinə satılmaması üçün 250 manat ödəniş etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh 50.19 qram çəkidə qızıl zinət əşyaları, olmadığı təqdirdə onların dəyəri, qızıl-zinət əşyasına görə alınmış 2500 manat pul, iddiaçı tərəfindən lombarda ödənilən 250 manat, qiymətləndirməyə ödənilən 50 manat pul və 110 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir.
27. Cavabdeh apellyasiya şikayətində birinci instansiyası məhkəməsi qətnamə qəbul edərkən, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarını araşdırmadığını, iş üzrə əlavə sübutlar əldə edilərək iş materiallarına əlavə olunmadığını, iddiaçı tərəfindən təqdim edilmiş sənədləri qiymətləndirilmədiyini, eyni zamanda yalnız iddiaçının göstərdiyi faktlara əsaslandığını göstərsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
28. Bununla bağlı məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyinə nəzər salaraq qeyd etməyi zəruri hesab edir ki, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmişdir.
30. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixində imzalanmış qəbzdən görünür ki, Cavabdeh Araz qızı İddiaçı ##.##.2022-ci il tarixdə qızıl götürmək üçün 4550 manat məbləğində pul aldığını, bundan sonra təkrar olaraq ##.##.2023cü il tarixdə 50 qram qızılın lombarda qoyduraraq qalan pulu ilə bir yerdə qaytarmaq üçün aldığını, ##.##.2023-cü il tarixə qədər aylığı 125 manat olmaqla 2 ay ödəniş etmədiyini, 3 gün ərzində qızılı qaytaracağını, qalan məbləği isə hər ay 1000 manat olmaqla ödəyəcəyini qeyd etmişdir.
31. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli qərarında məhkəmənin gəldiyi nəticəsindən görünür ki, fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.
32. Bundan başqa, apellyator şikayətində qızılların lombarddan iddiaçının özü tərəfindən götürüldüyünü, 50.19 qr qızılın lombardan iddiaçının özü tərəfindən çıxarılmasına dair sübutların, iddiaçının sələmçiliklə məşğul olmasını, ondan aldığı faizə pulların aylıq faizinin verilməsinə dair sübutlar və digər sübutların məhkəməyə təqdim ediləcəyini qeyd etsə də cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və qeyd etdiyi halları təsdiq edən hər hansı sənəd və ya sübutları məhkəməyə təqdim etməmişdir.
33. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
35. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI:
Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.