Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-95/2026 05.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair ilkin iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyətinin pozulması, işin məhkəmə aidiyyəti üzrə baxılması üçün göndərilməsi) X1 (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair, mülki iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(051)- 1471/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək X2 5500 (beş min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Mingəçevir şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla paltar satmışlar. Şəhər ərazisində paltarların satışı ilə məşğul olmaq üçün yeni bir mağaza axtardıqda cavabdehlə tanış olmuşlar. Belə ki, Cavabdeh özünü mülkiyyətçi kimi tanıtmaqla Mingəçevir şəhəri 20 Yanvar küçəsində, İcra Hakimiyyəti ilə üzbəüz bir ərazidə özünə məxsus 70 kv.metr olan qeyri-yaşayış sahəsini icarəyə vermək istəməsini bildirdi. Onlar əvvəl onunla həmin mağazanın aylıq kirayəsi ilə bağlı 700 manata razılığa gəlmişlər. Həmin vaxt cavabdeh mağazanın təmirsiz olması səbəbindən mağazanı təmir etdirsələr, mağazanı uzun müddətli kirayə verəcəyini və icarə haqqından çıxacağını bildirdi. Sözügedən mağazanın tam təmirsiz olması səbəbindən mağazanı təmir etdirməyə başlamışlar. Mağazanın təmirini və görkəmə gəlməsini gördükdən sonra cavabdeh mağazanın icarə haqqını əvvəl 900 manata, daha sonra 1000 manata qaldırdığını bildirdi. Həmin mağazanın icarə haqqını 900 manata qaldırdıqda onların çarəsiz olduğunu gördü və bildirdi ki, icarə haqqı 700 manat+200 manat təmirdən çıxacaq. Təmirin xərci bitdikdən sonra isə 900 manatla davam edəcəklər. Təmirə 5500 manat xərclədikdən sonra cavabdeh 1000 manat icarə haqqını tələb etdi, sonradan bildirdi ki, icarə haqqını onsuz da yenə qaldıracaq və bu başlanğıc qiymətdir. Onlar bu şəxsin qeyri-ciddi olmasını və onları aldatdığını gördükdə ona öz etirazını bildirmişlər. Qarşılıqlı iddia üzrə cavabdeh onlardan xəbərsiz sözügedən mağazanı tam təmirli halı ilə bağlı videoya çəkdirməklə icarəyə vermək üçün maklerlərə müraciət etmişdir. Onlar bundan xəbər tutub mağazaya girmək istədikdə mağazanın qapısının qıfılının dəyişməsini görmüşlər. Bununla da, cavabdehin onları aldatmasına əmin olmuşlar. Həmin şəxsdən dəfələrlə təmirə çəkilmiş xərcləri tələb etsələr də, pulu verməkdən yayınır. Bununla əlaqədar Mingəçevir ŞPŞ-nə müraciət etmişlər və orada olan materiallarda cavabdeh də demək olar hər şeyi etiraf etmişdir. Dəfələrlə cavabdehə ona vurduğu ziyanın ödənilməsini və pulun qaytarılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, ilkin iddianın tələb olunmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə iddiaçı ilkin iddia tələbinin rədd edilməsini, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1800 (bir min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ondan 5500 (beş min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iddia tələbi tam qanunsuz və əsassızdır. Belə ki, ünvan 2 ünvanında yerləşən 68 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir. Bu barədə ona Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Hazırki iş üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona yaxınlaşaraq onun mülkiyyətində olan qeyriyaşayış sahəsini icarəyə götürüb işlətmək istədiyini bildirdi. Elə bu məqsədlə ona məxsus qeyri-yaşayış sahəsini İddiaçı icarəyə götürülməsi barədə razılığa gəlmişlər. Aralarında olan razılığa əsasən, qeyri-yaşayış sahəsi xx.xx.2025-ci il tarixdən başlayaraq icarəyə verilir və 900 manat təşkil etmişdir. Eyni zamanda İddiaçı ona məxsus qeyriyaşayış sahəsində öz hesabına təmir işləri aparacaq və əgər aralarındakı razılaşma pozularsa, təmir xərclərinə görə İddiaçı cavabdehlik daşıyacaqdır. Elə bu barədə İddiaçı öz xətti ilə qəbz yazmış və imzası ilə təsdiq etmişdir. Həmin vaxt o da qəbz yazaraq, öz imzası ilə təsdiq etmişdir. Bundan sonra o qeyri-yaşayış sahəsinin açarlarını İddiaçı təqdim etmişdir. İddiaçı ona məxsus qeyri-yaşayış sahəsini icarəyə götürsə də, hər ay razılaşdıqları 900 manat pulu ona ödəməmişdir. Bundan sonra 10 may 2025-ci il tarixdə o İddiaçı 2 aylıq icarə haqqı olan 1800 manat məbləğdə pulu tələb edən zaman İddiaçı başqa qeyri-yaşayış sahəsi tapdığını, ona görə də ona icarə pulu ödəməyəcəyini bildirdi. O İddiaçı aralarında razılaşdıqlarını, buna görə də qəbz yazıb imzası ilə təsdiq etdiyini bildirsə də, İddiaçı ona 2 aylıq icarə haqqını ödəməkdən imtina etdi. Bu azmış kimi İddiaçı əri Xəyyam Əliyev onu kobud şəkildə təhqir etmiş, hədə-qorxu gəlmişdir. Xəyyam Əliyevin qanunsuz hərəkətləri barədə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmişdir. Şikayəti əsasında Xəyyam Əliyev barəsində protokol tərtib edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin qərarına əsasən, o, inzibati qaydada cərimə olunmuşdur. Odur ki, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) 21 oktyabr 2025-ci il tarixli, 2(051)-1471/2025 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh 4589,51 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 1560 manat məbləğində icarə haqqının alınaraq Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 35,60 qəpik hissəsinin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(051)-1471/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(051)-1471/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, ilk öncə yoldaşı ilə Nurayə xanım tanış olub, danışıb razılaşdıqdan sonra onu da tanış olmuşdur. Nurayə xanımın da elə Mingəçevir şəhəri İcra Hakimiyyəti ilə üzbəüz sırada mağazası var idi. Mağaza isə təmirsiz vəziyyətdə idi. Aylıq 400 manat qazanc Nurayə xanımı qane etmədiyindən yeni icarəçi axtarışında idi və mağazanı 700 manata icarəyə vermək istəyirdi. Belə ki, onlar 700 manata razılaşmışlar. 2025-ci ilin martın 1-i Nurayə xanım mağazanın açarını onlara verdi. Özləri mağazanı yüngül təmir etmək istəmişlər. Sonradan Nurayə xanım icarə haqqını 900 manata qaldırdı. Belə ki, təmir xərclərini isə “özünüz çəkin və mən heç bir şeyə qarışmayacağam”-dedi. Bu barədə aralarında razılaşmışlar. 1 ay 10 gün onlara müddət vermişdir ki, təmir etsinlər. Əvvəlcədən 400 manat ödəniş etmişlər. 1 ay 10 gün tamam olduqdan sonra 500 manatı da ödəmiş və icarə haqqı da tamamlandı. Bundan sonra cavabdeh mağazaya gələrək edilmiş təmirlə bağlı narazılıq etməyə başladı. Nurayə xanım onların işinə qarışdığından aralarında gərginlik yarandı. Sonradan Nurayə xanım yenə də icarə haqqını qaldırmaq istəyəndə narazılıq daha da artdı. Sonradan gəlib mağazada ustanın əlindən açarı aldı, qıfılı dəyişdi. Onların razılığı pozulmadan mağazanın şəkillərini sosial şəbəkələrdə paylaşaraq icarəyə verdiyini bildirmişdir. Onlar isə o mağazaya 5500 manata təmir xərci çəkmişlər. Bununla belə, mağazada fəaliyyət göstərməmişlər. Obyektdən çıxanda heç bir şey götürmədik. Vitrinləri isə sonradan götürmüşlər. Aralarında münasibətlər daha da gərginləşdi. Onlar obyektdə heç bir satış həyata keçirmədiklərində əlavə icarə haqqı borcu da yaranmamışdır. Odur ki, izahatında iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclası zamanı ilkin iddia üzrə iddia tələbini rədd etmiş və qarşılıqlı iddianı müdafiə etmiş və verdiyi izahatında bildirmişdir ki, Mingəçevir şəhərində İcra Hakimiyyəti ilə üzbəüz mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla qadın paltarları satmışlar. Şəhər ərazisində paltar satışı ilə məşğul olmaq üçün yeni mağaza axtaran zaman cavabdehlə tanış olmuşlar. İddiaçı qarşılıqlı iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh icarə haqqını istəmişdir, verməkdən yayındıqları üçün mübahisələri düşmüşdür. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etdiyi təmirə heç bir müdaxilə etməmişdir. İşıqlar və naqillər isə ondadır, pulunu versələr, özlərinə qaytara bilər. Hesab edir ki, onun qarşılıqlı iddia tələbi tam qanuni və əsaslıdır. Göstərilənlərə əlavə olaraq, icarə haqqı 400 manatı əvvəlcədən vermişlər, ay tamamlandıqda qalan 500 manatı ödəmişlər. İcarə haqqı olan 900 manatı ayın əvvəlində ödəməli olduğundan iki ayın ödənişi olmamışdır. Odur ki, məhkəmədən ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Göründüyü kimi həm iddiaçı həm də cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bundan başqa iş materialında olan İddiaçı məxsus “Elektron məhkəmə informasiya sistemindən” çıxarılmış vergi məlumatlarından görünür ki, onun ********** nömrəli VÖENİ vardır. Eyni zamanda iş materialında olan Cavabdeh məxsus “Elektron məhkəmə informasiya sistemindən” çıxarılmış vergi məlumatlarından görünür ki, onun ********** nömrəli VÖENİ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində qeyd edilir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh fərdi sahibkar statusuna malik olmaqla, aralarındakı hazırkı mübahisə də onların sahibkarlıq fəaliyyətləri ilə bağlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, tərəflər arasındakı münasibət kommersiya fəaliyyətindən irəli gələn münasibət olmaqla korporativ mübahisəyə aid olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(051)-1471/2025 nömrəli qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(051)- 1471/2025 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-10)-95/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-95/2026
05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver