Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-12/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdehnə qarşı “partiyanın qeydiyyata alınmaması ilə iddiaçının Konvensiyanın 10, 11 və 18-ci maddələri ilə təminat altına alınan hüquqlarının pozuntusunun tanınması və İddiaçı1 qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı1 qanuni təmsilçisi İddiaçı2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 Cavabdehnə qarşı “partiyanın qeydiyyata alınmaması ilə iddiaçının Konvensiyanın 10, 11 və 18-ci maddələri ilə təminat altına alınan hüquqlarının pozuntusunun tanınması və İddiaçı1 qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı “İddiaçı1 qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05/4631/2-13 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin Dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, qurumun dövlət qeydiyyatına alınması üçün ərizəni imzalayan İddiaçı2 vəkil edilməsinə dair təsdiqedici sənəd təqdim olunmamışdır. Bu baxımdan adıçəkilən Qanunun 11.3.1-ci madsdəsinə müvafiq olaraq qurumun dövlət qeydiyyatından imtina edilməklə müvafiq sənədlər geri qaytarılır. Həmçinin məktubda nöqsanların aradan qaldılacağı təqdirdə məsələyə baxıla bilinməsi qeyd edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 İddiaçı1 sədridir. Partiyanın adı öncə X5muşdur. Belə ki, 1999-cu ildə X7 təsis edilmiş, sonradan partiyanın adı İddiaçı1na çevrilmişdir. X4 təsis qurultayı xx xxxxxx 1999-cu il tarixdə keçirilmişdir. X7 ərizə ilə Ədliyyə Nazirliyinə müraciət etmiş, lakin üstündən uzun müddət keçsə də Ədliyyə Nazirliyi tərəfindən müraciətə heç bir cavab verməmişdir. Sonuncu dəfə İddiaçı1 olaraq 2020-ci ilin oktyabrında qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etmiş, onun müraciətinə dekabrın sonlarına qədər cavab verilməmiş, o, Nazirliklə əlaqə saxlayaraq müraciətin taleyi ilə maraqlanmış, ancaq ona bir neçə gün içində müraciətə baxılıb cavab veriləcəyi bildirilmişdir. O, xx xxxxxx 2020-ci ildə “xxxx” MMC vasitəsilə Ədliyyə Nazirliyindən məktub almışdır. Məktubun içindəki yol qaiməsindən görünür ki, Nazirlik məktubu xx xxxxxx 2020ci ildə göndərilmişdir. Ancaq Ədiyyə Nazirliyinin məktubunda ərizəyə baxılma tarixi kimi xx xxxxxx 2020-ci il göstərilmişdir. Məktubun məzmunundan aydın olur ki, Ədliyyə Nazirliyi xx xxxxxx 2020-ci ildə yenə də partiyanın qeydiyyatından imtina edilməsi ilə bağlı qərar qəbul etmişdir. Cavabdehin partiyanın qeydiyyata alınmasından imtina barədə məktubunda "Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən edilmədiyi, qurumun dövlət qeydiyyatına alınmasını imzalayan İddiaçı2 vəkil edilməsinə dair təsdiqləyici sənədin təqdim olunmadığı, bu baxımdan adıçəkilən Qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun dövlət qeydiyyatından imtina edilməklə müvafiq sənədlərin geri qaytarıldığı və məsələyə nöqsanın aradan qaldırılacağı təqdirdə baxıla biləcəyi” qeyd olunmuşdur. Halbuki tərəfindən bütün lazımi sənədlər Nazirliyə təqdim olunmuşdur. Buna görə də inzibati orqanın imtinasını əsassız sayır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, qurumun təsis sənədləri xx.xx.2020-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və onların qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2020-ci il tarixdə “Hüquqi şəxslərin Dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə riayət edilməmiş və nizamnamədə Azərbaycan Respublikası Prezidentinin və yerli özünüidarəetmə orqanlarının seçkiləri zamanı siyası partiyadan nümayəndələrin irəli sürülməsi qaydası göstərilmişdir. xx.xx.2020-ci il tarixdə qurumun sənədləri yenidən nazirliyə təqdim edilmişdir. Lakin qurumun dövlət qeydiyyatına alınması üçün ərizəni imzalayan İddiaçı2 vəkil edilməsinə dair təsdiqedici sənəd təqdim olunmamışdır. xx.xx.2020-ci il tarixdə sənədlər həmin iradlarla geri qaytarılmışdır. Qeyd olunmuş qərar təsis sənədlərindəki pozuntular aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün maneə törətmir və müraciət edildiyi təqdirdə yenidən baxılacaqdır. Tərəflərin izahatları: İddiaçı1 qanuni təmsilçisi İddiaçı2 iddia ərizəsini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildimişdi ki, partiya qurultay keçirir, həmin qurultayda partiyanın sədri seçilir və partiyanın nizamnaməsi qəbul edilir. Qurultay keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Ədliyyə Nazirliyi tərəfindən tələb olunan bütün sənədlər təqdim edilsə də, dəfərlərlə partiyanın qeydiyyata alınmasından imtina edilmişdir. Buna görə də iddiaçı sonuncu imtinanın əsassız olduğuna istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə münasibətdə bildirmişdir ki, partiyanın qeydiyata alınması üçün fiziki şəxsin vəkil edilməsinə dair müvafiq sənəd Nazirliyə təqdim olunmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi Nazirliyin imtinasının əsaslı, iddianın isə əsassız olduğunu bildirərək onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən siyasi partiyaların dövlət qeydiyyatı ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. İddia ərizəsi siyasi partiyanın, siyasi partiyanın nizamnaməsinə və ya adına edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınmasından imtinaya qarşı müvafiq siyasi partiya tərəfindən verilə bilər. İddia ərizəsi dövlət qeydiyyatına alınmasından imtina barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada maraqlı tərəfə məlumat verildiyi vaxtdan 10 gün müddətində verilməlidir. Məhkəmə tərəfindən iddia ərizəsinə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir (125.1-125.4). Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia İddiaçı2 münasibətdə mümkün sayılmamışdır. İşin faktiki hallarından görünür ki, İddiaçı1 tələbi “partiyanın qeydiyyata alınmaması ilə iddiaçının Konvensiyanın 10, 11 və 18-ci maddələri ilə təminat altına alınan hüquqlarının pozuntusunun tanınması və İddiaçı1 qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05/4631/2-13 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin Dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, qurumun dövlət qeydiyyatına alınması üçün ərizəni imzalayan İddiaçı2 vəkil edilməsinə dair təsdiqedici sənəd təqdim olunmamışdır. Bu baxımdan adıçəkilən Qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun dövlət qeydiyyatından imtina edilməklə müvafiq sənədlər geri qaytarılır. Həmçinin məktubda nöqsanların aradan qaldılacağı təqdirdə məsələyə baxıla bilinməsi qeyd edilmişdir. Cavabdehin qeyd olunan imtina məktubu sürətli poçt xidməti vasitəsilə iddiaçıya xx.xx.2020-ci il tarixdə təqdim edilmiş və iddiaçı xx.xx.2021-ci il tarixdə “xxxx” MMC sürətli poçt xidməti vasitəsilə hazırki iddia ərizəsini məhkəməyə göndərmiş, iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. İnzibati məhkəmə icraatı zamanı iddiaçı qismində çıxış edən Partiyanın təmsilçisi İddiaçı2 tərəfindən təqdim edilmiş İddiaçı1 Qurultayının 01 saylı xx xxxxxx 2020-ci il tarixli protokolundan görünür ki, İddiaçı2 partiyanın sədri seçilmişdir. Həmin protokola əsasən təsdiq edilmiş İddiaçı1 nizamnaməsinin 13.2-ci maddəsinə görə partiyanın sədri partiyanın səlahiyyətli təmsilçisidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi inzibati prosessual qanunverilciyin tələblərinə uyğun səlahiyyətli şəxs tərəfindən imzalanmaqla, prosessual müddət daxilində verildiyindən iddia İddiaçı1na münasibətdə inzibati məhkəmə icraatı qaydasında mümkün sayılmalıdır. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə siyasi partiya Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə bu Qanuna uyğun olaraq yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir. Həmin Qanunun 5-1.1-ci maddəsinə görə siyasi partiya təsis qurultayının keçirilməsi, həmin qurultayda siyasi partiyanın nizamnaməsinin və proqramının qəbul olunması, rəhbər və nəzarət-təftiş orqanlarının formalaşdırılması yolu ilə təsis edilir. Həmin Qanunun 5-1.6-cı maddəsinə görə siyasi partiyanın təsis olunduğu gündən bir ay müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, partiya üzvlərinin sayını təsdiqləyən sənəd əlavə edilməklə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün müraciət olunur. Həmin Qanunun 6-cı maddəsinə görə siyasi partiyanın hər bir şəxsin tanış olmaq imkanı olan nizamnaməsi olmalıdır. Həmin nizamnamədə Qanunda qeyd olunan məlumatlar nəzərdə tutulmalıdır. Həmin Qanunun 14.1 və 14.2-ci maddələrinə əsasən siyasi partiya “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatına alınmayan siyasi partiya dövlət qeydiyyatına alınmış siyasi partiya kimi çıxış edə və ya fəaliyyət göstərə bilməz. Hazırki işdən müəyyən olunur ki, İddiaçı1 dövlət qeydiyyatına alınması məqsədilə onun qanuni təmisilçisi cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. Həmin imtinanın əsası kimi ona istinad olunmuşdu ki, qurumun dövlət qeydiyyatına alınması üçün ərizəni imzalayan İddiaçı2 vəkil edilməsinə dair təsdiqedici sənəd təqdim olunmamışdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda və hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda imtina edilə bilər. İnzibati məhkəmə icraatı zamanı iddiaçı partiyanın səlahiyyətli təmsilçisi İddiaçı2 Partiyanın dövlət qeydiyyatına alınması üçün zəruri olan bütün sənədləri cavabdeh orqana təqdim etdiyini bildirsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İPM-nin 58.1 və 58.7-ci maddələrinin tələblərinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır və məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası hazırki işdə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın verdiyi imtina məktubunda göstərilən əsasın mövcudluğunu təkzib edən hallar, yəni qurumun dövlət qeydiyyatına alınması üçün ərizəni imzalayan İddiaçı2 Partiyanın adından səlahiyyətli şəxs kimi çıxış etməsi üçün onun vəkil edilməsinə dair təsdiqedici sənədin müraciət məktubuna əlavə olunması faktının sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, cavabdeh orqan siyası partiyanı dövlət qeydiyyatına almaqdan imtina etməkdə haqlı olmuşdur. İddiaçının “partiyanın qeydiyyata alınmaması ilə iddiaçının Konvensiyanın 10, 11 və 18-ci maddələri ilə təminat altına alınan hüquqlarının pozuntusunun tanınması” barədə tələbinə münasibətdə isə qeyd olunmalıdır ki, həmin tələb də əsassızdır və təmin olunmamalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Konvensiyanın 11-ci maddəsinə görə hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ var. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur. Konvensiyanın 18-ci maddəsinə qeyd olunan hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa hər hansı məqsəd üçün tətbiq olunmamalıdır. Hazıki işdə məhkəmə kollegiyası iddiaçının yuxarıda göstərilən ikinci tələbinin əsas iddia tələbi- “partiyanın dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə əlavə tələb olduğunu və əsas tələbin təmin olunmadığını nəzərə alaraq hesab edir ki, sözügedən Konvensiyanın 10, 11 və 18-ci maddələri ilə iddiaçının mübahisə ilə bağlı təminat altına alınan hüquqlarının pozuntusuna da yol verilmədiyi üçün bu tələb də əsassızdır və təmin olunmamalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia İddiaçı1na münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 125.5-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69 və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddia İddiaçı1na münasibətdə təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşad Həsənov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-3(103)-12/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-12/2021
27.01.2021 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver