Məhkəmə qərarları › İş №2-3(103)-17/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-17/2023

27.09.2023 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-17/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, Cavabdehlərin vəkili və nümayəndəsi Vəkil iştriakı ilə, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdehlər Cavabdeh1 ASC-yə və “X6” MMC-yə qarşı “kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməklə ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına borcun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə 27 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdehlər Cavabdeh1 ASC-yə və “X6” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməklə ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına borcun və tutulmanın yönəldilməsi ilə bağlı bütün xərclərin ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borclu QSC “Bank Standard” KB arasında xx.xx.2014-cü il tarixli KBU14-1592 nömrəli və xx.xx.2014-cü il tarixli KBO14-1618 nömrəli kredit müqavilələri bağlanmışdır. xx.xx.2014-cü il tarixli KBU14-1592 nömrəli kredit müqaviləsinə əsasən X5 Heyətinin qərarı əsasında QSC “Bank Standard” KB-yə illik 6% olmaqla xx.xx.2019-cu il tarixinədək ödənilməsi şərtilə 17.000.000 (on yeddi milyon) manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli KBO14-1618 nömrəli kredit müqaviləsinə əsasən X5 Heyətinin qərarı əsasında QSC “Bank Standard” KB-yə illik 4% olmaqla xx.xx.2017-ci il tarixinədək ödənilməsi şərtilə 11.000.000 (on bir milyon) manat məbləğində kredit verilmişdir. Bu kredit müqavilələri üzrə öhdəliklərin təminatı olaraq xx.xx.2015-ci il tarixli İBO14-1618 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ASC-yə məxsus ünvan 3 ünvanında 1,43973 ha torpaq sahəsində yerləşən 14.987,2 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2014-cü il tarixli GBU14-1592 nömrəli və xx.xx.2014-cü il tarixli GBO14-1618 nömrəli girov müqavilələrinə əsasən Cavabdeh2 MMC-yə məxsus "xxxx" ASC-nin nominal dəyəri 24 manat olan 843.113 ədəd sənədsiz adlı səhmi Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016- cı il tarixli 2-1(81)- 4498/2016 nömrəli qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Hazırda bank barəsində iflas prosedurunun həyata keçirilməsi davam etdirilir. Göstərilən kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində Mərkəzi Bankın kreditor tələbləri QSC “Bank Standard” KB-nin ləğvedicisinə xx.xx.2016-cı il tarixli, 05-01002-2016 nömrəli məktubla təqdim edilməsinə və bu tələblərin ləğvedici tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır (ləğvedicinin xx.xx.2016-cı il tarixli, 08/15756 nömrəli məktubu əlavə olunur). QSC “Bank Standard” KB-nin xx.xx.2020-ci il tarixinə Mərkəzi Bank qarşısında kredit müqavilələri üzrə borcu aşağıdakı kimidir: - xx.xx.2014-cü il tarixli KBU14-1592 nömrəli kredit müqaviləsi üzrə 9.250.000 (doqquz milyon iki yüz əlli min) manat əsas, 231.780,88 (iki yüz otuz bir min yeddi yüz səksən manat, səksən səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 9.481.780,88 (doqquz milyon dörd yüz səksən bir min yeddi yüz səksən manat, səksən səkkiz qəpik) manat; - xx.xx.2014-cü il tarixli, KBO14-1618 nömrəli kredit müqaviləsi üzrə 5.194.444,45 (beş milyon yüz doxsan dörd min dörd yüz qırx dörd manat, qırx beş qəpik) manat əsas, 63.395,64 (altmış üç min üç yüz doxsan beş manat, altmış dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5.257.840,09 (beş milyon iki yüz əlli yeddi min səkkiz yüz qırx manat, doqquz qəpik) manat. Göstərilən kredit müqavilələri üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx.xx.2016-cı il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə uyğun olaraq, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Mərkəzi Bank ipoteka və girov predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişi ipoteka qoyan Cavabdeh1 ASC-yə xx.xx.2016-cı il tarixli, 05-01006-2016 nömrəli məktubla, girov qoyan Cavabdeh2 MMC-yə xx.xx.2016-cı il tarixli, 05-01005-2016 nömrəli məktubla göndərmişdir (əlavə olunur). Mərkəzi Bank tərəfindən ipoteka və girov predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlər “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə uyğun olaraq qeydə alınması üçün aidiyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli, **********64 nömrəli məktubu, Milli Depozit Mərkəzinin xx.xx.2016-cı il tarixli, xx/xx-1028 nömrəli məktubu ilə bildirişlərin qeydə alındığı bildirilmişdir. Yuxarıda qeyd edilən ipoteka müqavilələrinin 1.3-cü, girov müqaviləsinin 1.2-ci bəndinə uyğun olaraq, ipoteka qoyulan əmlaklar istinad edilən müvafiq kredit müqavilələrinə əsasən Mərkəzi Bank tərəfindən QSC “Bank Standard” KB-yə verilmiş kredit müqavilələrində qeyd olunan son tarixədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qeyd edilir ki, ipoteka predmetinin hazırkı likvid qiyməti barədə tərəflər arasında razılaşma olmadığından ipoteka predmeti məhkəmənin təyin etdiyi müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməli və ilkin satış qiyməti (yəni, likvid qiymət) qətnamədə öz əksini tapmalıdır. Bununla bağlı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xx.xx.2014cü il tarixli, KBU14- 1592 nömrəli kredit müqaviləsi üzrə 9.250.000,00 (doqquz milyon iki yüz əlli min) manat əsas, 231.780,88 (iki yüz otuz bir min yeddi yüz səksən manat, səksən səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 9.481.780,88 (doqquz milyon dörd yüz səksən bir min yeddi yüz səksən manat, səksən səkkiz qəpik) manat və xx.xx.2014-cü il tarixli, KBO14-1618 nömrəli kredit müqaviləsi üzrə 5.194.444,45 (beş milyon yüz doxsan dörd min dörd yüz qırx dörd manat, qırx beş qəpik) manat əsas, 63.395,64 (altmış üç min üç yüz doxsan beş manat, altmış dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5.257.840,09 (beş milyon iki yüz əlli yeddi min səkkiz yüz qırx manat, doqquz qəpik) manat olmaqla, cəmi 14.739.620,97 (on dörd milyon yeddi yüz otuz doqquz min altı yüz manat, doxsan yeddi qəpik) manat kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh1 ASC-yə məxsus ünvan 3 ünvanında 1,43973 ha torpaq sahəsində yerləşən 14987,2 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə və Cavabdeh2 MMC-yə məxsus "xxxx" ASC-nin nominal dəyəri 24 manat olan 843.113 ədəd sənədsiz adlı səhmə yönəldilməsinə, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına QSC “Bank Standard” KB-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.1, 81.3 və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsi ilə əlaqəli şəkildə şərh verilməsinə ehtiyac yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmalıdır və bu səbəbdən məhkəmənin 01 fevral 2023-cü il tarixli qərardadı ilə hazırki işin icraatın müvafiq hüquq normalarının şərh edilməsi ilə bağlı edilmiş müraciətlə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək dayandırılması qərara alınmışdır. "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.1 və 81.3-cü maddələrinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyul 2023-cü il tarixli qərarı dərc edilmiş və iş üzrə icraat məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təzələnərək iddia ərizəsinə son olaraq baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçı və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş ərizəyə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının və 3-cü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək onun təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdehlər Cavabdeh1 ASC-yə və “X6” MMC-yə qarşı “kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməklə ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına borcun və tutulmanın yönəldilməsi ilə bağlı bütün xərclərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15.3-cü bəndində göstərilmişdir ki, bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İşdə olan "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.1 və 81.3-cü maddələrinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyul 2023-cü il tarixli qərarı ilə aşağıdakılar müəyyən edilmişdir: “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan aktivlərin realizə qaydası tənzimlənir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci, habelə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmalıdır. “Konstitusiya Məhkəməsi haqqında” AR Qanununa əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. (66.1) Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. (66.2) Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı hüquqi mövqeyə əsasən hazırki iddia tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmalı olduğundan, kollegiya hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdehlər Cavabdeh1 ASC-yə və “X6” MMC-yə qarşı “kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməklə ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına borcun və tutulmanın yönəldilməsi ilə bağlı bütün xərclərin ödənilməsi” tələbinə dair iddiası mümkün hesab edilməməlidir. Həmçinin iddiaçıya izah olunur ki, onun kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın təminata yönəldilməsi tələbi ilə mülki (iddia) icraat qaydasında müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdehlər Cavabdeh1 ASC-yə və “X6” MMC-yə qarşı “kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməklə ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına borcun və tutulmanın yönəldilməsi ilə bağlı bütün xərclərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar