Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-19/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Ağayev Valeh Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nuriyeva Afaq Bayram qızının və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı fondunun nümayəndəsi Nəzərov Emin Rövşən oğlunun, LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, “xxxx” ASC-nin nümayəndəsi X3, “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakları ilə; Ərizəçi Azərbaycan Respublikasının Sahibkarlığın inkişafı fondu tərəfindən verilmiş ərizəçinin vəsaitləri hesabına “xxxx” vasitəsilə “xxxx” MMC-yə ayrılmış güzəştli kredit vəsaiti üzrə ******* manat əsas və 4998 manat faiz borcu olmaqla cəmi ******* manat borc üzrə kredit portfelinin, eyni zamanda həmin kredit müqaviləsini təminatı kimi “xxxx” ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqların “xxxx” ASC-yə keçirilməsi barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), qapalı məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikasının Sahibkarlığın inkişafı fondu məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına “xxxx” ASC vasitəsilə “xxxx” MMC-yə ayrılmış güzəştli kredit vəsaiti üzrə 2 750 069 manat əsas borc və 4998 manat faiz borcu olmaqla, cəmi 2 755 067 manat borcu üzrə kredit portfelinin, eyni zamanda həmin kredit müqaviləsinin təminatı kimi “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlarının “xxxx” ASC-yə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi vəsatət verərək, LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Sahibkarlığın inkişafı Fondu, “xxxx” ASC və “xxxx” MMC arasında köçürüləcək portfel üzrə vəsaitin həcminin qarşılıqlı razılaşma əsasında dörd tərəfli müqavilə ilə portfelin köçürülmə prosesinin həyata keçiriləcəyim nəzərə alaraq, “xxxx” MMC-yə ayrılmış güzəştli kredit vəsaiti üzrə kredit portfelinin, eyni zamanda həmin kredit müqaviləsinin təminatı kimi “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlarının “xxxx” ASC-yə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını, həmçinin, həmin kredit müqaviləsinin təminatı kimi bağlanmış zaminlik müqavilələrinin də “xxxx” ASC-yə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi ərizənin təmin olunmasına etiraz etmədiklərini bildrimişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının nümayəndəsi yazılı rəy təqdim edərək ləğv prosesində olan “xxxx” ASC-də Fondun vəsaitləri hesabına “xxxx” MMC-yə ayrılmış güzəştli kredit vəsaiti üzrə kredit portfelinin və həmin portfelin tərkib hissəsi olan kredit müqavilələrinin təminatı olaraq ləğv prosesində olan “xxxx” ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlarının müvəkkil bankın - “xxxx” ASC-nin razılığı olduğu halda ötürülməsinə dair etiraz etmədiklərini bildirmişdir. “xxxx” MMC-nin nümayəndəsi yazılı rəy təqdim edərək ərizəçi Azərbaycan Respublikasının Sahibkarlığın inkişafı fondu tərəfindən verilmiş ərizəçinin vəsaitləri hesabına “xxxx” vasitəsilə “xxxx” MMC-yə ayrılmış güzəştli kredit vəsaiti üzrə 2650000.00 manat əsas və 588.89 manat faiz borcu və 138.88 manat vaxtı keçmiş faiz borcu olmaqla cəmi 2650727.77 manat borc üzrə kredit portfelinin, eyni zamanda həmin kredit müqaviləsini təminatı kimi “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqların “xxxx” ASC-yə keçirilməsinə dair ərizə üzrə yekun aktın məhkəmə tərəfindən təsdiqinə etiraz etmədiklərini biıdirmiçdir. “xxxx” ASC-nin nümayəndəsi yazılı ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2015-ci il tarixli, 100.LN.2004.23.xx.xx.00001 saylı kredit müqaviləsi və onun təminatı qismində çıxış edən zaminlik, girov və ipoteka müqavilələri üzrə hüquqların “xxxx” ASC-yə ötürülməsinə etiraz etmirlər. Məhkəmə kollegiyası ərizəni, iştirak edən tərəflərin nümayəndələrinin izahatını dinləyib, əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və X4 vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” Azərbaycan Respublikası İpoteka və X4 (bundan sonra – Fond) vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin (bundan sonra – ipoteka krediti) verilməsinə dair tələbləri, ipoteka kreditinin verilməsi prosedurunu, ipoteka krediti üzrə hüquqların əldə olunmasını və geri alınmasını, habelə ipoteka kreditinin restrukturizasiyası və ipoteka kreditləşməsi ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 4.1-ci maddəsinə əsasən Fondun vəsaiti hesabına ipoteka kreditini, bu Qaydanın 3-cü hissəsində müəyyən edilmiş tələblərə müvafiq olaraq, müvəkkil banklar verir. Həmin Qaydanın 2.0.2-ci bəndinə əsasən müvəkkil bank - ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsinə və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Fond ilə müvafiq müqavilə bağlamış bankdır. Həmin Qaydanın 5.1-ci bəndinə əsasən İpoteka kreditinin maliyyələşdirilməsi və onlara xidmət Fond və müvəkkil bank arasında bağlanan baş saziş və xidmət müqaviləsi əsasında həyata keçirilir. Həmin Qaydanın 2.0.6-cı bəndinə əsasən ipoteka kreditinin ilkin maliyyələşdirilməsi - Fondun müəyyən etdiyi şərtlərlə müvəkkil bankın verdiyi ipoteka kreditinin qabaqcadan maliyyələşdirilməsini; Həmin Qaydanın 2.0.7-ci bəndi isə ipoteka kreditinin yenidən maliyyələşdirilməsi müvəkkil bankın verdiyi ipoteka krediti üzrə tələb hüquqlarının ipoteka kağızının tərtib olunması yolu ilə Fond tərəfindən əldə olunmasını müəyyən edir. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-3(103)-132/2020 nömrəli qərarı ilə "xxxx"Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 3.9-cu bəndinə əsasən müvəkkil kredit təşkilatının lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvetmə proseduruna məruz qaldıqda, X8 sədrinin müraciəti əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilən kredit portfelinin hamısını və ya bir hissəsini ləğvetməyə məruz qalmış bankdan (və ya bank olmayan kredit təşkilatından) digər müvəkkil bankın (və ya bank olmayan kredit təşkilatının) razılığı olduğu halda ona köçürür. Bu zaman ləğvedici tərəfindən həmin kreditə hesablanmış faiz və cərimələrin silinməsi həyata keçirilir və həmin kreditin təminatı kimi kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlar yeni müvəkkil kredit təşkilatına ötürülür. “xxxx” ASC-nin Müşahidə Şirasının xx.xx.2020-ci il tarixli qərarına əsasən “xxxx” MMC-nin hazırda ləğv prosesində olan “xxxx” ASC vasitəsilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına əldə etdiyi güzəştli kreditin və həmin kredit öhdəliklərinin təminatlarının “xxxx” ASC-yə ötürülməsinə müsbət baxılmışdır. İşə apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 16-00507/2021 nömrəli xx xxxx 2021-ci il tarixli məktubunda da ləğv prosesində olan “xxxx” ASC-də Fondun vəsaitləri hesabına “xxxx” MMC-yə ayrılmış güzəştli kredit vəsaiti üzrə kredit portfelinin və həmin portfelin tərkib hissəsi olan kredit müqavilələrinin təminatı olaraq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlarının müvəkkil bankın - “xxxx” ASC-nin razılığı olduğu halda ötürülməsinə etiraz edilmədiyi bildirilmişdir, Bunları nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin ərizəsi təmin edilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87 və 132-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Azərbaycan Respublikasının Sahibkarlığın inkişafı fondunun ərizəsi təmin edilsin. “xxxx” MMC-yə ayrılmış güzəştli kredit vəsaiti üzrə kredit portfeli, eyni zamanda həmin kredit müqaviləsinin təminatı kimi “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlar, həmçinin zaminlik müqavilələri “xxxx” ASC-yə keçirilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-3(103)-19/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-19/2021
05.03.2021 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver