Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-20/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “tələbin qeydə alınması” barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" QSC cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli BM/RM-18-398 nömrəli müqavilədən irəli gələn öhdəliklər üzrə "xxxx" QSC-nin Cavabdeh ASC-yə qarşı 3256,80 manat borcun ödənilməsi tələbinin qeydiyyata alınmasının Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 haqqında "xxxx" QSC (Reklam Yayıcısı) və Cavabdeh ASC (Reklam Sifarişçisi) arasında xx.xx.2018-ci il tarixli BM/RM-18-398 saylı müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən Reklam Yayıcısı müəyyən edilmiş yerlərdə və müddət ərzində Reklam Sifarişçisi tərəfindən təqdim edilmiş Reklam Məhsullarının Bakı Metropoliteni ərazisində yayımlanmasını və Reklam Məhsuluna xidmət göstərilməsini, Reklam Sifarişçisi isə Reklam Yayıcısının təqdim etdiyi hesab-fakturaya əsasən Reklam Məhsullarının yayımlanmasının və hazırıq işlərinin dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada ödəməyi üzərinə götürmüşdür. Müqavilənin 4.4-cü bəndinə əsasən X3 üzrə Reklam Məhsulunun yayımlanması və Hazırlıq işləri üçün xidmət haqqının ödənilməsini hesab fakturanı aldıqdan sonra 5 (beş) bank günü ərzində həyata keçirməli idi. BM/RM- 18-398 saylı müqaviləyə Əlavə 4 üzrə 3398,40 manat borcun ödənilməsi üçün "xxxx" QSC tərəfindən göndərilmiş xx.xx.2019-cu il tarixli 089242 saylı EVHF-ya, xx.xx.2019-cu il tarixli 312749 nömrəli EQ əsasən ödənilməmiş qalıq borc 3256.80 manat təşkil edir ki, bu günədək borc ödənilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ləğv prosesində olan Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi ərizənin rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı və Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası iddiaçının və Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Konkret halda, iddia ərizəsinə inzibati məhkəmə icraatı qaydasnıda baxılması mümkündür. Belə ki, məhkəməyə qədər iddiaçı borcun ödənilməsi tələbi ilə Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, lakin sonuncu cavab məktubunda iddiaçının Cavabdeh ASC-nin təsdiqlənmiş tələblər Siyasında kreditor tələbinin aşkar edilmədiyinə görə ərizəsinin təmin olunmasından imtina edərək qeyd etmişdir ki, məsələ ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə müraciət edə bilər. İlk öncə iddiaçı borcun ödənilməsinə köməklik gəstərilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, daha sonra, məhkəmənin təklifi nəzərə alınmaqla, iddia tələbini dəqiqləşdirməklə, 3256,80 manat məbləğində borc tələbinin qeydiyyata alınmasının ləğvediciyə həvalə edilməsi barədə iddia ərizəsini məhkəməyə təqdim etmişdir. İddia, öhdəliyin icrası haqqında iddia növünə uyğundur, formal olaraq əsaslandırılmış və istinad olunan hallara dair sübutlar iddia ərizəsinə əlavə olunmuşdur. İPM-in 34.1-ci maddəsinin tələbinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də iddia mümkünlüyü şərtləri sübuta yetirilir. Məhkəmə kollegiyası iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, konkret halda, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixli BM/RM-18-398 saylı "xxxx" QSC ilə Cavabdeh ASC arasında bağlanmış reklam yayımı haqqında müqaviləyə əsasən QSC tərəfindən göstərilmiş reklam xidmətlərinə görə xx.xx.2019-cu il tarixli 089242 saylı hesab-faktura, xx.xx.2019-cu il tarixli 312749 nömrəli elektron qaimə üzrə reklam sifarişçisi Cavabdeh ASC-nin Metropolitenə olan, 3256.80 manat məbləğində borc tələbinin qeydə alınmasını ləğv prosesində olan bankın ləğvedicisindən tələb edir. Lakin iddiaçının bu tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlər mövcud deyil. Azərbaycan Respublikası Mərkəzi X4 28 aprel 2020-ci il tarixli qərarı ilə Cavabdeh ASC-nin bank fəaliyyətinin həyata keçirilməsinə dair verilmiş lisenziyası ləğv edilmişdir. Bundan sonra Mərkəzi Bankın müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-cı il tarixli, 2-3(103)-130/2020 saylı qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ASC-yə ləğvedici təyin olunmuşdur. «Banklar haqqında» Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinə əsasən məhkəmə bankın müflis elan olunması haqqında qərar çıxardıqdan sonra dərhal ləğvedici həmin qərarı banka təqdim edir və qərar barədə kütləvi informasiya vasitələrində 7 təqvim günü ara verilməklə üç dəfə məlumat dərc etdirir. Həmin Qanunun 76.1-ci maddəsinə əsasən Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Həmin Qanunun 77.5-77.7-ci maddələrindən isə görünür ki, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına daxil edir və siyahı qeydiyyat müddəti qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Qeyd olunmalıdır ki, qanunvericiliyin sadalanan tələbləri qaydasında «Amrahbank” ASC-nin müflis elan olunması haqqında məhkəmə qərarına dair məlumat ləğvedici tərəfindən kütləvi informasiya vasitəsində «Banklar haqqında» Qanunun 69-cu madəsinə müvafiq olaraq, 7 gün ara verməklə dərc olunmuşdur. Beləliklə də iflas prosesinə dair məhkəmə qərarı barədə məlumatın ilk dəfə dərc edildiyi xx.xx.2020-ci il tarixdən etibarən başlanan, sonradan uzadılan və kütləvi informasyia vasitələrində 4 dəfə müvafiq elan verilməklə müşayət olunan 60 günlük qeydə alınma müddəti tamamlanmışdır. Daha sonra, «Banklar haqqında» Qanunun 77.7-ci maddəsinə müvafiq 60 gün müddətində aparılan məhkəmə araşdırmaları ilə ləğvedici tərəfindən tələblərinə etiraz edilmiş, habelə tələbləri qəbul edilmiş tələblər üzrə - kreditorların Siyahısı Bakı Apellyasiya Məhkəməsinin 2-3.1(103)-1/2022 saylı 10 fevral 2022-ci il tarixli qərardadı ilə təsdiq olunmuşdur. Həmin Qanunun 77.8-ci maddəsi nəzərdə tutur ki, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. İş materiallarından isə görünür ki, iddiaçı "xxxx" QSC Cavabdeh ASC-nin «Metropolitenə» olan 3256,80 manat məbləğində borc tələbinin qeydə alınması üçün «Banklar» haqqında» Qanunnun qeyd olunan tələbləri qaydasında 60 gün ərzində ləğvediciyə müraciət etməmişdir. Hətta bundan sonra da onun, bankın məhkəmədə etiraz olunmuş və qeydə alınmış tələblər Siyahılarının 60 gün ərzində müzakirəsi getdiyi müddətdə də həmin tələbinin qeydə alınması barədə ləğvediciyə müraciəti mövcud olmamış, sonradan, 2022-ci ilin aprel ayında ləğvediciyə müraciət edərək, ilk öncə bankın ona olan borcun ödənilməsini, daha sonra isə borc tələbinin qeydə alınmasını ləğvecidən tələb etmişdir. Siyahıya daxil edilməyən pul tələbinin isə ödənilməsindən söhbət gedə bilməz. Çünki, «Banklar haqqında» Qanunun 82-ci və 87-ci maddələri yalnız qeydə alınmış tələblərin növbəlik qaydasında ödənişini nəzərdə tutur. İddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə, o cümlədən, ləğvedicinin iddiaçının müraciətinə cavab məktubundan da məhz görünür ki, ləlvedici əsaslı olaraq «Banklar haqqında» Qanunun qeyd olunan tələblərini nəzərə alaraq iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Beləliklə də cavabdeh ləğvedici orqanın hərəkətlərində iddiaçının qanunla qorunan hüquqlarını pozan hüquqazidd hərəkətlərinin mövcudluğu müəyyən edilmir. İPM-in 73.1-ci maddəsindən isə görünür ki, məhkəmə, o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun. Azərbaycan Respublikası İPM-nin 131.1-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 131.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 89, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" QSC-nin cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondununa qarşı “tələbin qeydə alınması” barədə iddiası rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-3(103)-20/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-20/2022
17.06.2022 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver